Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə121/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   117   118   119   120   121   122   123   124   ...   138

363 

Ģəklini dəyiĢmiĢ, nəhayət, tarixi Ģəxsiyyət Xosrovla bağlanmıĢ xalq 

yaradıcılığı  inciləridir  (Azərbaycan  ədəbiyyatı  arixi.  I  c.Bakı, 

1960.s.31). ġair buna görə də “Xosrov və ġirin poemasında onun 

ölməz bədii obrazını yaratmıĢdır. Məhin Banunun qardaĢı qızı. 

Üzü nəsrin kimi, qoxusu nəsrin

Dodağı Ģirindir, adı da ġirin

Gözəl söz deyənlər ona can deyir

O, Məhin Banunun caniĢinidir (Xġ-65). 

         Deyirlər ĢirinmiĢ dilinin dadı, 



ġirin qoyulmuĢdur odur ki, adı... 

Qulağına çatsa onun bir sözü

Tez huĢdan gedərdi Əflatun özü (Xġ-184). 

ġair böyük sənəkarlıqla ġirin adını mənalandırmıĢ və bu adı 

obrazın bütün xarakter xüsusiyyətləri ilə əlaqələndirmiĢdir. 

Azərbaycan  dilçisi  mərhum  VoroĢil  Qukasyan  “Bir  qəsidənin 

izi  ilə”  adlı  məqaləsində  yazır:  “Sasani  imperiyasının  son  böyük 

ĢahənĢahı  Xosrov  Pərviz  hakimiyyətə  gəldiyi  gündən  etibarən 

diĢini  Arana  qıcıdır.  603-cü  ildə  onun  imperiyasına  qarĢı  üsyan 

etdilər.  Musa  Qalakətli  “Alvan  tarixi”  əsərində  yazır  ki,  həmin 

üsyana  dövrünün  görkəmli  dövlət  xadimi,  müdrik  filosofu,  mahir 

diplomatı,  Varaz  Qriqorun  (CavanĢirin  atası)  yaxın  dostu  Viro 

baĢçılıq  edirdi.  Üsyanı  qəddarcasına  boğan  Xosrov,  Aranın  iki 

incisini  girov  apardı,  bunlardan  biri  570  il  keçəndən  sonra  dahi 

Nizaminin  ölməz  “Xosrov  və  ġirin”  poemasının  baĢ  qəhrəmanı 

olacaq Ġran gözəli ġirin, digəri isə özünün hikmətli hekayələri ilə 

məĢhur olan Viro idi” (“Azərbaycan” jur. №11. 1986.səh.174). 

ġair  əfsanəvi  ġəmira  və  xalq  yaradıcılığında  mövcud  olan 

qadınlarımızın  müsbət  xüsusiyyətlərini  ümumiləĢdirmiĢ,  tarixi 

Ģəxsiyyət olan ġirinlə birləĢdirmiĢ və Ģərq ədəbiyyatında ilk dəfə 

olaraq bu cür hərtərəfli müsbət qadın obrazı yaratmıĢdır. Əsərin 

adı “Xosrov və ġirin” adlansa da, Ģair əsərin lap ilk səhifəsində 

yeni yazacağı əsərin ġirin haqqında olmasına iĢarə edir. 

ġirin haqqındadır özü əsərin (Xġ-21). 



364 

Demək,  Xosrov,  ġiruyə,  Məryəm,  ġəkər  və  digər  obrazlar 

ġirin obrazının daha canlı, daha hərtərəfli olması üçün bir vasitə 

rolunu oynamıĢdır. 

Tarixi mənbələrə görə və Nizaminin “Xosrov və ġirin” poema-

sında Ģairin öz fikirlərinə əsaslanaraq Seyidağa Onullahi “ġirin türk 

qızıdır,  müsəlmandır”  adlı  məqaləsində  qeyd  edir  ki,  N.Gəncəvi 

çox düzgün olaraq ilk qaynaqlara söykənərək ġirini türk qızı kimi 

təsvir  etmiĢdir.  Xosrov  Pərviz  də  türk  olduğu  (Xosrov  Pərvizin 

babası ƏnuĢirəvan Adil Xəzər xaqanlığı ilə əlaqələri möhkəmlən-

dirmək məqsədilə onun qızı ilə evlənmiĢ və oğlu Hörmüz də “türk 

Ģahzadəsi” kimi tanınırdı. Xosrov Pərviz də türk xalqlarına böyük 

rəğbət  və  məhəbbətlə  yanaĢan  Hörmüz  Ģahın  oğludur  –  A.P.)  və 

özü də “türk Ģahzadəsi” – türkzadə adlandığı üçün onunla evlənir 

və  tərcüməsiz  bir-birilə  danıĢmıĢlar.  ġirin  müsəlman,  Xosrov  isə 

atəĢpərəst  olduğu  üçün  onların  kəbini  atəĢpərəstlərin  adət  və  ənə-

nələri  ilə  kəsilir.  ġirin  ömrü  boyu  Xosrova  islamı  qəbul  etməyi 

təhrik etmiĢdir (“Azərbaycan müəllimi” q. 06.03.1991). 



ġirin (məc. an.) – Xosrovun eĢqinin Ģirinliyi ġirinin Ģirinli-

yinə bənzədilir. 

ġahın ürəyində olduqca ġirin

EĢqi ġirin kimi olurdu Ģirin (Xġ-117). 

ġirin”  (xat.  id.)  –  ġair  bu  adı  “Xosrov  və  ġirin”  poeması 

mənasında  iĢlətmiĢdir.  ArĢimidesin  sevgilisinin  ölümünü  təsvir 

edən Ģair “Xosrov və ġirin” poemasını qurtardığı vaxt vəfat edən 

həyat yoldaĢını xatırlayır. 



“ġirin”in halvasın qurtaranda mən 

Bir halvaçalanım getdi əlimdən (Ġ-447). 

Burada “halvaçalanım” sözünü isə Ģair “arvadım” mənasında 

iĢlətmiĢdir. Beytin mənası: “Xosrov və ġirin” əsərini yazıb qur-

taranda, öz ġirinimi – Afaqımı itirdim. 

ġirin,  acı  (ant.  an.  və  ap.)  –  ġair  ġirin  adını  ona  antonim 

olan “acı” sözü ilə qarĢılaĢdırır. 

Mənim hər oyunum ĢirindirĢirin

Odur ki, adımı qoyublar ġirin... 

Adım ki, ġirindir, sözlərim əgər 



365 

Acı olsa belə, bundan nə zərər? (Xġ-275). 

ġirin, Gülgün (qoĢa on.) – ġirin ġəbdiz adlı atı Xosrova ba-

ğıĢladıqdan  sonra  həmiĢə  Gülgünü  minərdi.  Odur  ki,  poemada 

bu qoĢa addan çox istifadə etmiĢdir. 

ġirini Gülgündən düĢürtdü yenə (Xġ-112). 

ġirin,  Pərviz  (qoĢa  an.)  –  “Xosrov  və  ġirin”  poemasında 

aĢiq və məĢuq kimi onların adları çox yerdə yanaĢı iĢlədilir. 

Nə ayrı düĢürdü ġirindən Pərviz

Nə gecə bilirdi Gülgündən ġəbdiz (Xġ-116). 

Çünki ayrılmırdı Xosrov ġirindən (Xġ-116). 

Xosrov ġiriniylə olurdu çox Ģad (Xġ-334). 

ġirin,  ġirin  (tək.  an.)  –  Fərhad  can  verərkən  “ġirin”  adını 

təkrar edir. Burada onun hissi, həyəcanı və ġirinə münasibəti öz 

əksini tapır. 

Üzülüncə əli o dildarından 

ġirin! ġirin!” deyib yazıq verdi can (Xġ-208). 

ġirin, ġirin... (tək. an.) – ġirin adının təkrar olunması və ona 

antonim  mənalı  təyinlərin  əlavə  edilməsi  necə  də  təsirli  və 

mənalıdır. 

AlqıĢ bu ölümə, əhsən ġirinə

Öldürən ġirinə, ölən ġirinə! (Xġ-343). 

ġirin  dastanı  (id.)  –  ġirinlə  əlaqədar  olan  dastan  dedikdə 

“Xosrov  və  ġirin”  poeması  yox,  ən  çox  ġirinlə  bağlı  hadisələr 

nəzərdə tutulur. 

ġirin dastanını eĢidən kimi, 

ġirin olduğundan uddum dilimi (Xġ-51). 



ġirinin  əfsanəsi  (id.)  –  ġirin  haqqında  mövcud  olan  əfsa-

nələrə iĢarə olunur. 

O gözəl ġirinin əfsanəsindən

Qulağına bir az pıçıldadım mən (Xġ-51). 



ġirinin  qəsri  (məc.  top.)  –  Xacənin  bağında  olan  hovuz 

ġirinin qəsrində olan süd arxı ilə müqayisə olunur. 



ġirinin qəsrində süd arxı ki, var, 

Belə hovuzlardan yollanıb axar (YG-261). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə