Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə132/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   128   129   130   131   132   133   134   135   ...   138

396 

Yusif,  Yunis  (ana.  ag.)  –  Yusif  gözəllik  somvolu  olduğu 

üçün GünəĢə bənzədilir və onun quyuya atılması GünəĢin Dolça 

bürcündə  yerləĢməsi,  Məhəmməd  peyğəmbərin  Balıq  bürcündə 

olması isə Yunisin balina qarnında olması ilə müqayisə olunur. 

GünəĢ camallı Yusif Dol içində oturdu

Qəlbi Yunis qəlbitək Balıq qarnında vurdu (SX-30). 

ġair  bu  adlardan  məcazi  adlar  kimi  də  isifadə  etmiĢ,  Mə-

həmməd peyğəmbəri eyni zamanda həm Yusifə, həm də Yunisə 

bənzətmiĢdir. 

Yusiftək Dəlvdən bir Ģərbət içdi, 

Yunis kimi hutda duracaq seçdi (Xġ-357). 

Dəlv (bax) və Hüt (bax) qədim astrologiyaya görə bir-birinə 

yaxın olan bürclərdir. Dəlv on iki bürcdən on birincisi, Hüt isə 

on  ikincisidir.  Birinci  misrada  “Yusif  və  Züleyxa”  dastanında 

qardaĢları  tərəfindən  quyuya  salınmıĢ  Yusifi  yoldan  geçən  ta-

cirlərin quyuya dol sallayıb quyudan çıxarmaları, ikinci misrada 

dinlər  tarixindən  Yunis  peyğəmbərin  dənizdə  naqqa  balıq  tərə-

findən  udulmasına  iĢarə  olunur.  Beytin  mənası:  Məhəmməd 

peyğəmbər  səmada  bir-birinin  ardınca  bürcləri  keçib,  sonuncu 

Hüt (Balıq) bürcünə çatdı. 



Yusif,  Yusif  (təkrar  ag.)  –  ġair  adı  təkrar  etməklə  Yusiflə 

bağlı müxtəlif hadisələrə (onun quyuya salınmasına və quyudan 

çıxmasına) iĢarə etmiĢdir. 

O quyudan qisməti, ah nə oldu Yusifin?! 

Nəsibi bir kəndirdi, bir də doldu Yusifin (SX-39). 

AĢağıdakı  beytdə  də  “Yusif”  adı  müxtəlif  məqsədlə  iĢlədil-

miĢdir. 

Buna qurdla Yusifin macərası deyərəm, 

Qurd Yusifi yeyibsə, mən də onu yeyərəm (SX-95). 

YusifZülyxa (qoĢa məc. an.) – ġərq ədəbiyyatında bu adlar 

Leyli və Məcnun, Fərhad və ġirin, Vis və Ramin və s. adlar kimi 

qoĢa  iĢlədilmiĢdir.  Nizami  də  bu  adlardan  məcazi  adlar  kimi 

geniĢ istifadə etmiĢdir. 

Göylərin o misri nazəninləri 

Yusifin aĢiqi o dilbər pəri



397 

Züleyxa kimi, bax, vurulmuĢ sənə (YG-25). 

Gözəllərin  bağda  axtarıb  tapdıqları  Xacə  Yusifə,  onu  tapıb 

gətirən qızlar isə Züleyxaya bənzədilir. 

Gəzdilər Yusifi, çıxmıĢdı yoxa, 

Tapıb ətəkləyib misli – Züleyxa... (YG-264). 

GünəĢ əlində narınc tutan Yusifə, Ay isə Yusifi görən kimi 

narınc  əvəzinə,  barmaqlarını  kəsən  Züleyxaya  və  onun  rəfiqə-

lərinə bənzədilir. 

Bir Yusif göründü əldə narıncı, 

Sındı Züleyxatək ayın turuncu (Xġ-162). 

Yəni GünəĢ çıxdı, Ayın iĢığı azalıb yox oldu. Burada eyni za-

manda “Yusif və Züleyxa” dastanının qəhrəmanlarına da iĢarə olu-

nur. Dastanda Yusifin eĢqində Züleyxanı töhmətləndirən qadınlara 

cavab  olsun  deyə,  Züleyxa  onları  narınca  qonaq  edir  və  qadınlar 

narıncı kəsdikləri zaman Yusif otağa daxil olur. Qadınlar Yusifin 

gözəlliyinə heyran qalıb narınc əvəzinə, barmaqlarını kəsirlər. 

Turuncdan qaçmasan Yusiftək əgər, 

Züleyxa narınctək səni tez kəsər (Xġ-210). 

Burada  Ģair  metaforik  Ģəkildə  ġirin  və  Züleyxanı  turunca, 

Fərhadı isə Yusifə bənzətmiĢdir. 

Beytin mənası: Əgər sən Yusif (Fərhad) kimi turuncdan (ġi-

rin və Züleyxa simasında) qadından qaçmasan, Züleyxa (qadın) 

narınctək  səni  tez  kəsər.  Hətta  burada  Xosrovun  da  Züleyxaya 

bənzədilməsinə iĢarə vardır. 

Yusifin köynəyi (ktem.) – Yəqubun kənardan Yusifin qoxu-

sunu onun köynəyindən duymasına iĢarə olunur. 

Ud nəfəsi dumanı, çətri vardı hər yanda, 

Yusifin köynəyinin ətri vardı hər yanda (SX-63). 

ġair  özünü  Yusifə  bənzədərkən,  onun  köynəyinə  də  iĢarə 

olunur. 

Mən məhv olub getsəm, örnəyimdir bu, 



Yusif kimi itsəm, köynəyimdir bu (Xġ-362). 

“Yusif və Züleyxa” dastanında Yusifin köynəyi haqqında iki 

dəfə  söhbət  gedir:  1.Yusifi  quyuya  salan  qardaĢları  onun  qana 



398 

bulaĢdırılmıĢ köynəyini atası Yəquba gətirib, Yusifin qurd tərə-

findən parçalandığını demiĢlər. 

2.Yusif  Misirdə  hökmran  olduğu  zaman  qəhətlik  illərində 

Kənandan  yardım  almaq  üçün  gələn  qardaĢlarına  ianə  buğda 

verdiyi  zaman  öz  köynəyini  kisələrdən  birinin  içərisinə  qoyur. 

Atası  bu  köynəkdən  Yusifin  iyini  duyub,  onun  diri  olduğunu 

bilir  və  həmin  köynəyi  Yusifin  dərdindən  ağladığı  zaman  kor 

olmuĢ gözlərinə sürtür və guya gözləri açılır. 

Nizami sonuncu beytdə ikinci əhvalatı nəzərdə tutmuĢdur. 

 

 



Zabeh (kos.) – Ġyirmi səkkiz Ay mənzillərindən biridir. 

Ağzını yumuĢdu Zabeh qorxaraq... (LM-185). 



Zal  (məc.  an.)  –  Ġran  əsatirinin  ən  məĢhur  qəhrəmanı 

Rüstəmin (bax) atası, Samın (bax) oğludur. 

Zümrüd quĢu bəsləyən Sam oğlu Zaldı bəĢər, 

Dünya – Samdır, qocalmaz, Zaltək qocaldı bəĢər (SX-80). 

 Burada  bəĢər  Zala  bənzədilmiĢdir.  Zal  isə  “ġahnamə”də 

təsvir  olunan  Sistan  pəhləvanlarından  Samın  oğludur.  Doğu-

landa  tükünün  ağlığına  görə,  atası  onu  ana  südündən  məhrum 

edərək  qurda-quĢa  yem  olmaq  üçün  Elbrus  dağının  ətəklərində 

bir  dərəyə  atdırmıĢdı.  Simurq  quĢu  onu  yuvasına  aparıb  öz  ba-

lası  kimi  bəsləmiĢ,  o,  nəhayət,  böyüyərək  qüvvətli  pəhləvan 

kimi Ģöhrət qazanmıĢdı. 

Zal oğlu (an.) – MəĢhur Rüstəm (bax) pəhləvanın ata adı ilə 

adlanması. Ġskəndərlə Fəribərz (bax) pəhləvanın dialoqunda Zal 

oğlu  Rüstəmin  adı  tez-tez  xatırlanır.  Eyni  zamanda  bu  adlar 

sinonim adlar kimi diqqəti cəlb edir. 

EĢitdim, Zal oğlu atın belində 

Tək həmlə edərmiĢ dava çölündə (Ġ-166). 

Doğrudur, Rüstəmin qurduğu tədbir 

Ən igid ərləri dənlərdi bir-bir (Ġ-167). 



Zeyd (an.) – “Leyli və Məcnun” poemasında obraz adı. Əvvəl-

lər kasıb olduğu üçün sevgilisi Zeynəbə qovuĢa bilməyən, Məcnun 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə