Dekabr 2017-ci IL, bazar Mehriban Əliyeva



Yüklə 69,53 Kb.

tarix30.10.2018
ölçüsü69,53 Kb.


3

31 dekabr 2017-ci il, bazar

Mehriban Əliyeva:

 

ˆ

Yüz illərdir qadınlar dünyanı gözəlləşdirməyə çalışırlar. Qurub - yaratmağa və 



mənəviyyatımızı saflaşdırmağa, maddi-mənəvi dəyərlərimizi qorumağa və inkişaf etdirməyə 

səsləyən qadınlar zərif əməl və addımları ilə milyonlarla insanın həyatını dəyişdirir, hər birimizin 

gələcəyə inamını daha da gücləndirirlər. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev 

Fondunun prezidenti Mehriban xanım Əliyeva məhz belə xanımlardandır. İctimai şüurda kök 

salmış xeyirxahlıq və mərhəmətlilik düşüncəsini ehtiva edən ictimai-siyasi fəaliyyəti ilə Mehriban 

xanım xalqımızın zəngin dəyərlərini yeni zirvələrə yüksəldir, Azərbaycan həqiqətlərinin dünyaya 

tanıdılmasında misilsiz addımlar atır. Belə mərhəmətli və genişmiqyaslı fəaliyyətin nəticəsidir ki, 

Mehriban xanım Əliyeva dünyanın ən ali mükafatlarına layiq görülür, əməyi yüksək qiymətləndirilir.

Rus Pravoslav Kilsəsinə 

göstərdiyi köməyə, habelə Rusiya 

ilə Azərbaycan arasında dostluğun 

möhkəmləndirilməsi sahəsində çox-

saylı xidmətlərinə görə Azərbaycanın 

Birinci vitse-prezidenti, Heydər Əliyev 

Fondunun prezidenti  

Mehriban xanım Əliyeva dekabr 

ayının 27-də II dərəcəli Müqəddəs 

Mələksima Knyaginya Olqa ordeni ilə 

təltif edilmişdir. Xüsusilə qeyd etmək 

lazımdır ki, bu yüksək ordenlə kilsə, 

dövlət və ictimai həyatın müxtəlif 

sahələrində böyük xidmətləri olan 

qadınlar təltif edilirlər. 

Ordenin təqdimat mərasimində 

Moskvanın və bütün Rusiyanın 

patriarxı Kirill Mehriban xanım 

Əliyevanın Azərbaycan xalqının 

həyatında çox mühüm rol oyna-

dığını vurğulayaraq, bildirmiş-

dir ki, böyük istedada və gözəl 

mənəvi keyfiyyətlərə malik bir 

insan kimi Mehriban xanım Əliyeva 

Azərbaycandan uzaqlarda da bir çox 

işlər görür. Rus Pravoslav Kilsəsinin 

fəaliyyətinə köməyə və Həştərxan 

şəhərinin həyatında xüsusi iştirakı-

na görə mükafat təqdim edildiyini 

bildirən Moskvanın və bütün Rusiya-

nın patriarxı Kirill Həştərxana səfəri 

zamanı Mehriban xanım Əliyevanın 

bir çox işləri barədə məlumat aldığını 

xatırlatmış və Azərbaycanın birinci 

xanımının Rus Pravoslav Kilsəsinin 

Müqəddəs Mələksima Knyaginya 

Olqa ordeninə layiq görülməsi barədə 

qərar qəbul etdiyini bildirmişdir. 

Xatırladaq ki, 2013-cü ildə 

 Mehriban Əliyevanın himayədarlığı 

ilə Həştərxanda Müqəddəs Mələksima 

Knyaz Vladimirə Rusiyada ilk abidə 

ucaldılmış və bu il  

Mehriban Əliyevanın şəxsi təşəbbüsü 

ilə abidənin ətrafındakı ərazidə abadlıq 

işləri aparılmışdır. 

Alman şairi, filosof və dramatur-

qu Fridrix Şiller deyirdi ki, “Amal 

yüksək olduqca, insan da yüksəlir”. 

Bu baxımdan Azərbaycanın birinci 

xanımı, Heydər Əliyev Fondunun 

prezidenti Mehriban Əliyeva ictimai-

siyasi, xeyriyyəçilik fəaliyyəti, həm 

də elmi yaradıcılığı ilə müasir dövrdə 

Azərbaycan qadınlarına nümunədir. 

Mehriban Əliyevanın rəhbərliyi ilə 

Heydər Əliyev Fondu milli–mənəvi 

dəyərlərin qorunması, qadın və uşaq 

hüquqlarının müdafiəsi, elm, təhsil, 

mədəniyyət, səhiyyə, idman, ekologi-

ya və digər sahələrdə həyata keçirdiyi 

layihələrlə böyük hörmət qazanmış-

dır. 


Bu gün dünyada xeyriyyəçiliklə 

məşğul olanların sayı az deyil. 

Ancaq Mehriban xanım Əliyevanın 

xeyriyyəçilik fəaliyyətində 

təkrarolunmaz və özünəməxsus imzası 

vardır. Bu, təkcə Azərbaycanda deyil, 

ölkəmizdən kənarda da müşahidə və 

hiss olunur.

Heydər Əliyev Fondunun 

xeyriyyəçilik fəaliyyəti Azərbaycanda 

dini icmaları da əhatə edir. 

Məsələn, Azərbaycanın Rus icması 

Heydər Əliyev Fondu preziden-

tinin xeyriyyəçilik xidmətlərini 

yüksək qiymətləndirir. Məhz həmin 

qiymətləndirmənin nəticəsidir ki, 

Rusiyanın Bakıdakı səfirliyinin dəstəyi 

ilə Mehriban xanım Əliyevaya "Yaqut 

xaç" ordeni təqdim olunmuşdur. 

Aqillər deyirlər ki, humanizm 

və başqasının dərdinə şərik olmaq 

bütün dövrlərdə insan cəmiyyətində 

üstünlük verilən əbədi dəyərlərdən dir. 

Mehriban xanım Əliyeva xeyirxahlıq 

və haqq-ədalət amallarını uca tutaraq, 

çoxşaxəli fəaliyyətində təmənnasız 

və fədakar həyat nümunəsi nümayiş 

etdirir. Bundan əlavə,  

Mehriban Əliyeva özünün təşkilatçılıq 

məharəti sayəsində Azərbaycanı 

dünyada sülhə, yaradıcı inkişafa və 

digər ölkələrlə əməkdaşlığa çalışan 

dövlət kimi tanıdan proqramlar həyata 

keçirir. Onun fəaliyyəti Azərbaycan 

xalqının çox zəngin mədəni 

ənənələrinin qorunub saxlanılması-

na, əhalinin sosial cəhətdən ən zəif 

təbəqələrinin – qaçqınların, məcburi 

köçkünlərin, aztəminatlı ailələrdən 

olan uşaqların və kimsəsiz uşaqların 

həyat səviyyəsinin yaxşılaşdırılmasına 

yönəlmişdir.

Bu gün zəngin dövlətçilik 

təcrübəsi olan Azərbaycan memarlıq 

abidələrinə, mədəniyyətə, milli-

mənəvi dəyərlərə malik ölkə kimi 

tanınır və beynəlxalq ictimaiyyət 

tərəfindən böyük maraqla qarşılanır. 

Belə marağa səbəb də Azərbaycanın 

güclü və dinamik inkişaf edən dövlət 

kimi tanınması və eyni zamanda, mul-

tikultural və tolerantlıq ənənələrinin 

olması ilə əlaqədardır. Təbii ki, 

bütün bunlar ölkəmizin ictimai-siyasi 

həyatının aparıcı istiqamətlərini təşkil 

edir və son illərin mənzərəsi onu 

göstərir ki, güclü və nüfuzlu dövlət 

imicinin qazanılması Azərbaycan 

dövlətinin yürütdüyü uğurlu daxili və 

xarici siyasətin məntiqi nəticəsidir. 

Müasir Azərbaycanın qurucusu, ulu 

öndər Heydər Əliyev, ümummilli 

liderin siyasi kursunun layiqli davam-

çısı Prezident İlham Əliyev və həmin 

məsuliyyətli yolda özünün çoxşaxəli 

fəaliyyəti ilə dəstək olan Birinci 

vitse-prezident Mehriban Əliyeva bu 

prosesdə böyük rol oynayır.  

Mehriban xanım Əliyeva çıxışlarının 

birində demişdi ki, işin vacibliyi və 

xarakterindən asılı olmayaraq, əsl 

məsuliyyət insanın özü qarşısında, 

özünə verdiyi vədləri qarşısında 

olan məsuliyyətdir. Bir daxili tələb 

olaraq hər addımında bu məsuliyyəti 

hiss etdiyini açıqlayan Mehriban 

xanım Əliyeva reallaşdırdığı böyük 

layihələrlə həyat amalının məhz 

Azərbaycanın tərəqqəsinə yönəldiyini 

dəfələrlə təsdiqləmişdir. 

Azərbaycan xalqının çoxəsrlik 

tolerant və mehriban birgəyaşayış 

ənənələri dünya sivilizasiyaları arasında 

münasibətlərin tənzimlənməsində və 

inkişafında nümunə kimi göstərilir. 

Bu prosesin daha da güclənməsində 

Mehriban xanım Əliyevanın mühüm 

xidmətləri var. Məsələn, 2015-ci il  

sentyabrın 8-də Heydər Əliyev 

Fondunun təşkilatçılığı ilə Parisdə 

“Azərbaycan Parisin ürəyində” adlı 

layihə çərçivəsində “Dini tolerant-

lıq: Azərbaycanda birgə yaşamaq 

mədəniyyəti” mövzusunda keçirilən 

konfransda Birinci vitse-prezidentimiz 

bildirmişdi ki, Azərbaycan minilliklərlə 

cəmiyyətdə formalaşan tolerantlıq və 

dözümlülük ənənələrini müstəqilliyini 

bərpa etdikdən sonra da qoruyub saxla-

mış və daha da möhkəmləndirməyə 

çalışır. 

Mehriban xanım Əliyeva Mosk-

vadakı Xilaskar İsa Məbədində 

keçirilən mərasimdəki çıxışında 

Azərbaycanın dünyada multikultural 

bir ölkə kimi sevilməsində böyük 

rol oynadığını və məhz buna görə 

də son illər Azərbaycan dünyada 

tanınmış millətlərarası, dinlərarası 

və sivilizasiyalararası dialoq 

mərkəzlərindən birinə çevrildiyini 

vurğulamışdır. Ölkəmizdə multikul-

tarilizmin, tolerantlığın xalqımızın 

bir həyat tərzi olması və aparılan 

uğurlu dövlət siyasəti olduğunu bir 

daha xatırlatmışdır: “Azərbaycan 

çoxmillətli və çoxkonfessiyalı 

dövlətdir. Multikulturalizm, qarşı-

lıqlı hörmət xalqımızın dünyagörü-

şünün və Azərbaycan hökumətinin 

dövlət siyasətinin əsasını təşkil edir. 

Azərbaycan torpağında müxtəlif 

konfessiyaların, müxtəlif sivili-

zasiyaların və mədəniyyətlərin 

nümayəndələri əsrlər boyu sülh və 

həmrəylik şəraitində yaşayıblar. 

Ölkəmizin ərazisində yaşayan bütün 

xalqların bu mədəni müxtəlifliyi, 

heç şübhəsiz, bizim sərvətimizdir. 

Bu sözlər, rus pravoslav icması-

na da bütünlüklə aiddir. Bu gün 

Azərbaycanda Rus Pravoslav Kilsəsinə 

mənsub olan dindarların sayı 100 

mindən çoxdur”. 

Azərbaycan böyük nüfuza 

malik olan təşkilatlarla çox səmərəli 

əməkdaşlıq edir. Belə təşkilatlardan 

biri də UNESCO-dur. Azərbaycan 

–UNESCO münasibətlərinin inki-

şaf etdirilməsi sahəsində Mehriban 

xanım Əliyevanın gördüyü işlər 

xüsusi əhəmiyyət kəsb edir. O, 

Azərbaycanın zəngin mədəniyyətinin 

qorunması, öyrənilməsi və təbliğindəki 

xidmətlərinə görə UNESCO tərəfindən 

2004-cü ilin avqust ayında UNESCO-

nun şifahi ənənələr və musiqi 

ənənələri sahəsində xoşməramlı səfiri 

adına layiq görülmüşdür. Hazırda 

Mehriban xanım Əliyevanın rəhbərlik 

etdiyi Heydər Əliyev Fondu bu 

missiyanı daha da genişləndirərək 

elm, təhsil, mədəniyyət və digər 

sahələrin inkişafına köməklik göstərir, 

eyni zamanda, beynəlxalq miqyasda 

davamlı inkişafa dəstək olaraq sülh 

quruculuğu istiqamətində xidmətlərini 

davam etdirir. Azərbaycanda maddi 

və qeyri-maddi irsin qorunub saxla-

nılması, ölkəmzidə və xarici ölkələrdə 

tarixi, dini, mədəni abidələrin bərpası, 

məktəblər, uşaq bağçaları, səhiyyə 

ocaqları və s. elmi, mədəni və sosial 

mərkəzlərin açılması sahəsində Heydər 

Əliyev Fondunun əməyi böyükdür. 

Mehriban xanım Əliyevanın səyləri 

nəticəsində Azərbaycanın maddi və 

qeyri-maddi mədəni irs nümunələri 

UNESCO-nun müvafiq siyahılarında 

yer almaqdadır. Onun təşəbbüsü ilə 

Bakıda unikal Muğam Mərkəzi və Mü-

asir İncəsənət Muzeyi tikilmiş, 2011-ci 

ildə Mədəniyyətlərarası Dialoq üzrə 

Ümumdünya Forumu keçirilmişdir. 

Bundan başqa, Mehriban xa-

nım Əliyevanın təşəbbüsü ilə həyata 

keçirilən “Azərbaycan -- tolerantlıq 

ünvanı” layihəsi çərçivəsində Bakıda 

Pir Həsən ziyarətgahı, “Müqəddəs 

Məryəm – mövlud” pravoslav kilsəsi 

və Müqəddəs Mirodaşıyan Qa-

dınlar Kafedral Kilsəsi, Şamaxıda 

Cümə məscidi və Gəncədə “Həzrəti 

Zeynəb” məscidindən tutmuş Fransa-

nın müxtəlif bölgələrində kilsələrin

Strasburqda XIV əsr Kafedral 

Kilsəsinin vitrajlarının bərpasına, 

habelə Həştərxanda Knyaz Vladimirə 

abidə ucaldılmasına qədər müxtəlif 

dini obyektlərdə bərpa işləri aparıl-

mışdır. Beynəlxalq ictimaiyyət Birinci 

vitse-prezident Mehriban xanım 

Əliyevanın təşəbbüsü ilə Müqəddəs 

Roma katakombalarının bərpa olun-

masını xristian aləminin müqəddəs 

abidələrinin qorunub saxlanılmasına 

müsəlman dünyasının töhfəsi kimi 

qəbul edir. Dünya mədəniyyətinə qay-

ğı və diqqətinə, həmçinin Azərbaycan 

mədəni irsinin yaşadılması sahəsindəki 

töhfələrinə görə Mehriban xanım 

Əliyeva 2008-ci ildə UNESCO-nun 

gümüş xatirə medalı, 2010-cu ildə isə 

UNESCO-nun “Qızıl Motsart” medalı 

ilə təltif olunmuşdur. 

Uzaq-yaxın ölkələrdə Azərbaycan 

mədəniyyəti günlərinin, Azərbaycanın 

dövlət müstəqilliyinin bərpası, 

habelə xarici ölkələrlə diplomatik 

münasibətlərin qurulması münasibətilə 

tədbirlərin keçirilməsi, Mehriban xa-

nım Əliyevanın təşəbbüsü ilə Parisdə 

Azərbaycan Mədəniyyət Mərkəzinin 

açılması, Avropa Parlamentinin və 

UNESCO-nun mənzil-qərargahlarında, 

BMT-nin Cenevrədəki qərargahında 

silsilə tədbirlərin təşkil edilməsi bir 

məqsədə -- beynəlxalq arenada ölkənin 

mövqelərinin möhkəmlənməsinə və 

imicinin güclənməsinə xidmət edir.

Bir sözlə, Azərbaycanın Birin-

ci vitse-prezidenti, Heydər Əliyev 

Fondunun prezidenti Mehriban 

xanım Əliyevanın rəhbərliyi ilə 

görülən işlərin nəticəsi bu gün göz 

qabağındadır. Ötən müddət ərzində 

yüzlərlə yeni məktəb inşa olunmuş 

və təmir edilmiş, uşaq evləri, internat 

məktəbləri, uşaq bağçaları və yay 

düşərgələri müasirləşdirilmişdir. Yeni 

tibb müəssisələri, diaqnostika və 

müalicə mərkəzləri tikilib istifadəyə 

verilmişdir. Hazırda müxtəlif 

xəstəliklərdən əziyyət çəkən uşaqlar 

üçün xüsusi tibb müəssisələri və rea-

bilitasiya mərkəzləri fəaliyyət göstərir. 

Heydər Əliyev Fondunun dəstəyi ilə 

tarixi və dini abidələr, eyni zaman-

da, mədəniyyət ocaqları, muzeylər, 

mərkəzlər və konsert salonları bərpa 

edilmişdir. Yeni parklar salınmış, yol, 

su, işıq və qaz xətləri çəkilmişdir. 

Heydər Əliyev Fondu tərəfindən hazır-

lanmış və Azərbaycanın həqiqətlərini 

dünyaya çatdırmaq istiqamətində 

aparılan işlər nəticəsində yüzlərlə 

kitab, broşür nəşr olunmuş, foto və 

videoalbomlar hazırlanmışdır. Bundan 

başqa, fondun dəstəyi ilə zəngin 

mədəni və tarixi irsimizin təbliğinə 

yönələn beynəlxalq simpoziumlar, 

festivallar və elmi konfranslar da təşkil 

edilmişdir. Ən əsası, Heydər Əliyev 

Fondunun səmərəli xeyriyyəçilik 

fəaliyyətinin nəticəsində yüzlərlə insan 

normal həyata qayıtmışdır. Bütün bu 

xeyirxah əməllər Mehriban xanım 

Əliyevanın xalqa, hər bir Azərbaycan 

vətəndaşına olan dərin hörmətinin 

təcəssümüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin 

sədri Şeyxülislam Allahşükür 

Paşazadənin, Bakı və Azərbaycan 

arxiyepiskopu Aleksandrın, Roma 

Katolik Kilsəsinin Azərbaycandakı 

apostol prefekturasının ordinarisi 

Vladimir Feketenin, Azərbaycandakı 

Dağ yəhudiləri icmasının rəhbəri 

Milix Yevdayevin və Alban-udi dini 

icmasının sədri Robert Mobilinin  

Mehriban xanım Əliyevaya 

Azərbaycanın Birinci vitse-prezi-

denti təyin olunması münasibəti ilə 

ünvanladıqları təbrik məktubunda 

deyilir: “Sizin bu zamana qədər 

yerinə yetirdiyiniz ictimai, siyasi və 

mədəni missiya tarixi fenomendir. 

Müqəddəs məkanların tikintisi və 

bərpası, müsəlman ziyarətgahları 

ilə yanaşı, xristian və yəhudi dini 

abidələrinin abadlaşdırılması 

sahəsində gördüyünüz işlər, milli-

mənəvi dəyərlərimizin xaricdə və 

ölkə daxilində mütəmadi təbliğ 

olunması bir Azərbaycan xanımının 

dünyaya bəyan etdiyi yüksək tole-

rantlıq mədəniyyətinin nümayişidir. 

Siz millətlər və dinlərarası dialoqu, 

multikulturalizm prinsiplərini daima 

diqqət mərkəzində saxlamaqla, 

Azərbaycanın beynəlxalq nüfuzuna 

yenilməz zəfər qazandırırsınız”. 

Yeri gəlmişkən, iki gün əvvəl -- 

dekabrın 29-da Heydər Əliyev Fondu 

Dünya Azərbaycanlılarının Həmrəylik 

Günü və Yeni il bayramları ərəfəsində 

“Buta” sarayında uşaqlar üçün ənənəvi 

şənlik təşkil etmişdi. Azərbaycanın 

Birinci vitse-prezidenti, Heydər Əliyev 

Fondunun prezidenti Mehriban xanım 

Əliyeva uşaqların bayram şənliyində 

iştirak edirdi. 

Elə bu sətirləri də bilavasitə 

onun həmin tədbirdə uşaqlara xitabən 

səsləndirdiyi fikirlərlə yekunlaşdırırıq: 

“Mən sizin hər birinizə 2018-ci ildə 

möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik 

arzulayıram. Arzulayıram ki, bizim 

balalarımız savadlı, bilikli, tərbiyəli 

böyüsün. Arzulayıram ki, onlar öz 

dostları, yaxınları, ətraflarındakı insanlar 

ilə xoş niyyətlə, hörmətlə davransınlar. 

Qoy, sizin yolunuz açıq, ürəyiniz işıqla 

dolu olsun! Mən sizin hər birinizi qar-

şıdan gələn Dünya Azərbaycanlılarının 

Həmrəylik Günü və Yeni il münasibətilə 

ürəkdən təbrik edirəm”.

Səbuhi MƏMMƏDOV, 

“Xalq qəzeti”

Yola saldığımız il əlamətdar 

hadisələrlə yadda qalacaq

 

ˆ

 Bu il Azərbaycan beynəlxalq arenada böyük nüfuz 



qazandı. Bu uğurlar Prezident İlham Əliyevin müdrik siyasəti 

nəticəsində mümkün olmuşdur. Biz öz ölkəmizlə fəxr edirik və 

bu gün hər birimiz Azərbaycanın inkişafı, daha da güclənməsi 

üçün çalışırıq. 

 Qarşıdan yeni il gəlir. Arzulayıram 

ki, 2018-ci ildə də Vətənimizin hər bir 

vətəndaşı, hər bir azərbaycanlı firavan, qayğı-

sız və xoşbəxt yaşasın.

Söz yox ki, başa çatan 2017-ci il 

həyatımızın bir çox sahələrində əlamətdar 

hadisələrlə yadda qalacaq. Əvvəlki illər 

kimi Azərbaycanın mədəni həyatı daha 

da zənginləşmişdir. Xüsusilə, musi-

qi sahəsində böyük uğurlar qazanılmış 

çoxsaylı festival və konsertlər keçiril-

mişdir. Heydər Əliyev Fondunun dəstəyi 

ilə keçirilən Beynəlxalq Muğam Aləmi 

Festivalı, Qəbələ Beynəlxalq Festivalı, 

Rostropoviç Festivalı, Bakı Caz Festivalını 

xüsusi qeyd etmək olar. Böyük populyar-

lıq qazanmış bu festivallarda görkəmli 

musiqiçilər çıxış etmişlər. 

Üzeyir Hacıbəyli adına Musiqi Aka-

demiyasının kollektivi də yola saldığımız 

il ərzində fəal çalışmışdır. Tələbələrimiz 

beynəlxalq müsabiqə və festivallarda uğurla 

çıxış etmiş, laureat adına layiq görülmüşlər.

Şəxsən mənim üçün 2017-ci il böyük 

hesabat dövrü olmuşdur və yubileyimi 

qeyd etməyə toplaşmış Moskva, Bakı 

musiqisevərləri qarşısında konsert proq-

ramları ilə çıxış etmişəm. Mənimlə bərabər 

sənət dostlarımın və tələbələrimizin çıxışla-

rından fərəh hissi keçirmişəm. Mən həmişə 

Prezidentimiz cənab İlham Əliyevin və 

Birinci vitse-prezidentimiz Mehriban xanım 

Əliyevanın göstərdiyi böyük qayğı və dəstəyi 

yüksək qiymətləndirmişəm. 

Bu il mənim üçün bir də ona görə 

əlamətdar olmuşdur ki, Prezidentin 

sərəncamı ilə “İstiqlal” ordeninə la-

yiq görülmüşəm. Mədəniyyətimizə və 

şəxsən mənə göstərilən bu diqqətə görə 

Prezidentimizə bütün musiqi ictimayyəti 

adından dərin təşəkkürümü bildirirəm. Xal-

qıma isə Yeni ildə daha böyük uğurlar, sülh 

və əmin-amanlıq arrzulayıram.



 Fərhad BƏDƏLBƏYLİ, 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi 

Akademiyasının rektoru, 

SSRİ Xalq artisti, professor

 

ˆ

Əziz dostlar! Yeni -- 2018-ci ilin astanasındayıq. Yola 



saldığımız 2017-ci il digər sahələrdə olduğu kimi, xalqımızın mədəni 

həyatında da bir sıra əlamətdar hadisələrlə zəngin olub. Azərbaycanın 

ənənəvi musiqi irsinin yaşadılması və yeni nəslə ötürülməsində aparıcı 

rol oynayan tədris ocağının rəhbəri kimi, bu il ən çox qurur duyduğum 

hadisə – “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq 

sənəti”nin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ 

Siyahısına daxil edilməsidir.

Bu uğurun qazanılmasında ölkəmizin 

həmin mötəbər təşkilatla əməkdaşlığının 

inkişafında və mədəni irsimizin dünya miq-

yasında təbliğində müstəsna xidmətləri olan 

Azərbaycan Respublikasının Birinci vitse-pre-

zidenti, Heydər Əliyev Fondunun prezidenti, 

UNESCO-nun və ISESCO-nun xoşməramlı 

səfiri Mehriban xanım Əliyevanın həlledici 

rolu olmuşdur. 

Beynəlxalq miqyasda atdığımız bu 

cür mühüm addımlar nəinki qədim musiqi 

ənənələrimizin qorunmasını şərtləndirir, habelə 

gənc nəslin xalq musiqisinə, onu yaşadan 

çalğı alətlərinə olan marağını artırır, bu sahədə 

daha təşəbbüskar və fəal olmağa çağırır. 

Təsadüfi deyil ki, bizim milli musiqi ifaçıla-

rının, Azərbaycan Milli Konservatoriyasının  

istedadlı müəllim və tələbələrinin sorağı bu il 

də dünyanın ən mötəbər konsert salonlarından, 

festival və müsabiqələrindən gəlmişdir. AMK-

nın dosenti, Əməkdar artist, sevilən tar ifaçı-

mız Sahib Paşazadə bu il 60-dan çox ölkənin 

təmsil olunduğu XI Beynəlxalq Səmərqənd 

Musiqi Festivalında ən yüksək mükafata -- 

Qran-pri-yə layiq görülmüşdür. 

Bu il keçirdiyimiz I Beynəlxalq “Qlobal-

laşan dünyada musiqi ənənələri” mövzusunda 

elmi–praktik konfransda isə ABŞ, Yaponiya, 

Kanada, Türkiyə, Rusiya, Hollandiya, Qaza-

xıstan və s. ölkələrdən nüfuzlu alimlər iştirak 

etmiş, öz çıxışlarında milli musiqimizin müasir 

durumunu yüksək qiymətləndirmişlər. Təbii ki, 

bütün bu uğurlar bizi çox sevindirir və gələcək 

işimizə daha yüksək tələblərlə yanaşmağa sövq 

edir. 


İnanıram ki, yeni ildə bütün xalqımızla 

birgə biz - mədəniyyət xadimləri də Prezident 

İlham Əliyevin rəhbərliyi altında respublika-

mızda hökm sürən möhkəm əmin-amanlıq və 

sabitlik şəraitində yaşayıb-yaradacağıq. Qoy 

2018-ci il xalqımızın tarixinə şanlı illərdən biri 



kimi daxil olsun! 

Siyavuş KƏRİMİ, 

 Azərbaycan Milli Konservatoriyasının 

rektoru, Xalq artisti, professor

Uğurlarımız fərəh doğurur

Hər bir cəmiyyətin  

gücü onun dini və  

milli müxtəlifliyindədir



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə