Microsoft Word Elmi mecmue 16



Yüklə 139,38 Kb.

tarix11.07.2018
ölçüsü139,38 Kb.


 

 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 



ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 16 


 DEKABR (ARALIK) 2011 




Əhməd Ağaoğlu və dini maarifçilik (Vətən tarixi: 07.00.02) 

 

63



 

 

ƏHMƏD AĞAOĞLU VƏ DİNİ MAARİFÇİLİK 



(VƏTƏN TARİXİ: 07.00.02) 

 

 



Əli FƏRHADOV  

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi  

al304f@yahoo.com 

050 456-62-20 

 

 



Açar sözlər: Əhməd Ağaoğlu, islam, maarif, “Difai” 

 

XIX  əsr və XX əsrin  əvvəlləri Azərbaycanda elm və aydınlanma cərəyanının 



inkişaf etdiyi bir dövrdür. Abbasqulu ağa Bakıxanov (1794-1846), Mirzə  Fətəli 

Axundov (1812-1878), Cəlil Məmmədquluzadə (1869-1932), Əhməd Ağaoğlu 

(1869-1939), Əli bəy Hüseynzadə (1864-1940) və başqalarının yaradıcılığı bu dövrə 

təsadüf edir. Adı çəkilən ziyalılar və onların davamçıları Azərbaycanın sosial-iqtisadi 

geriliyinin səbəblərini araşdırır, azərbaycanlıların inkişaf etmiş mütərəqqi millətlər 

sırasına qoşulması üçün müxtəlif çıxış yolları axtarırdılar.    

 M.F.Axundovun da daxil olduğu bir çox maarifçi ziyalılar milli problemlərin 

səbəblərini həm də dini mövhumatçılıqda görürdülər. Məsələn, Səmədbəy 

Mehmandarov (1855-1931), Məmmədağa  Şahtaxtinski (1846-1931) kimi ziyalılar 

"dini" mövhumatın müsəlman Şərqində despotizmin mənəvi dayağı olduğunu, əqidə 

azadlığını  təqib etdiyini, siyasi, iqtisadi, mədəni yaradıcılıqda çəkişmələrə  şərait 

yaratdığını göstərir, müsəlman xalqlarının sosial-iqtisadi və  mədəni geriliyinin 

səbəblərini islam kəlamlarının cahil və tamahkar ruhanilər tərəfindən yanlış  şərh 

edilməsi, bir çox müsəlman ruhanilərinin cahilliyi və  əsas vəzifələrini yaddan 

çıxarması ilə izah edirdilər.  Bu  kimi  ziyalılar dini xurafatın, təriqətçiliyin və 

məzhəbçiliyin tənqidi ilə  çıxış edərək onları  qızışdıran və yayanlara qarşı  qəti 

tədbirlər görməyi tələb edirdilər. Onlar о dövrdə avam kütlə arasında geniş yayılmış 

müsəlman mövhumat və xurafatının məna və  məqsədini öz məqalələrində açıb 

göstərirdilər [5, s.350-351].   Bir çox görkəmli din xadimləri - Mir Məhəmməd 

Kərim Mircəfər əl-Bakuvi (1853-1938), Axund Mirzə Əbu Turab Axundzadə (1817-

1910) və b. eyni dini maarifçi ideyaları  dəstəkləyir, Azərbaycanın xilas yolunu nə 



Əli FƏRHADOV  

 

64



kapitalizmdə, nə  də sosializmdə, məhz  islamın  həqiqi köklərinə qayıtmasında 

görürdülər. Bu kimi islamçı ziyalıların arasında görkəmli islamşünas olan Əhməd 

Ağaoğlu (1863-1939) (1909-cu ildə  İstanbula mühacirət edənə  qədər  Əhməd bəy 

Ağayev) kimi şəxslər də var idi. Ə. Ağaoğlu elmi ictimaiyyət arasında böyük nüfuz 

sahibi kimi hələ XIX əsrin sonlarından geniş  şöhrət qazanmışdı. O, milli 

problemlərin səbəbini  orta əsrlərin ilk dövrü üçün səciyyəvi olan islamı "azad" dərk 

etmək prinsipindən çəkinməkdə görür və “Quran”ı zamanın şərtlərinə görə yenidən 

təfsir etmənin vacibliyini də göstərməyə çalışırdı [5, s.351].  O, bununla sonuncu 

peyğəmbər olan hz. Məhəmməd (ə.s.) (570-632) vasitəsilə göndərilən “Quran”ın 

zaman və  məkanla məhdudlaşmadığını, Allahın vəhyinin zaman və  məkan 

üstülüyünü, bütün dövrlərə xitab etdiyini, öz dövrünün elmi-mədəni inkişafına zidd 

olmadığını göstərmək istəyirdi. Bu mövzuda “Quran”ın öz ayələri bir çox mətləblərə 

aydınlıq gətirir. “Quran” hz. Məhəmmədin (ə.s.)  sonuncu peyğəmbər olduğunu 

göstərərək [17, əl-Əhzab:40] özündən ibrət alınmasını, həyatda tətbiq edilməsini 

istəyir. Özünün ümumbəşəriliyini “Quran” belə izah edir: “(Ya Məhəmməd! Biz səni 

(təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə  cənnətdə) müjdə verən, 

(kafirləri isə  cəhənnəm  əzabı ilə) qorxudan bir peyğəmbər göndərdik...” [17, 

Səba:28]; “Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-

şübhə olmayan və müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) 

doğru yol göstərən kitabdır” [17, əl-Bəqərə:2]. Hz. Məhəmmədin (ə.s.) - “Allahın 

kitabı olan “Quran”da sizdən əvvəlkilərin qissələri, sizdən sonrakıların xəbərləri, öz 

aranızda olanların hökmləri vardır... Ona çağıran doğru yola çağırmış olar” [22, 

s.384-385] hədisi də islamın ilahi bir həyat nizamı olduğunu, “Quran”ın ehtiva etdiyi 

hökmlərin insanı dünyəvi və ilahi xoşbəxtliyə götürəcək prinsiplər olduğunu göstərir. 

“Quran”ın göstərdiyi yoldan gedə bilmənin ən önəmli şərti onu doğru oxuyub ruhunu 

anlamaqdır. “Quran”ı anlamadan yaşamaq və ya yaşamadan oxumaq, hər ikisi də 

“Quran”a hörmətsizlikdir. Ə. Ağaoğlu da səmimi bir müsəlman olaraq bu prinsiplərə 

işarə edirdi.  

Şuşada ilahiyyatçı bir ailə mühitində böyüyən  Ə. Ağaoğlu  [1,  s.5]   ilk  öncə 

ərəbcə təhsil almış, daha sonra isə Şuşadakı rus məktəbində və Şuşa gimnaziyasında 

təhsilini davam etdirmişdi [3]. 1888-ci ildə Sorbonna universiteti yanındakı Paris 

Hüquq Məktəbinin tələbəsi olan Ağaoğlu eyni zamanda Praktik Ali Tədqiqatlar 

Məktəbində, Şərq Dilləri Məktəbində ərəb, fars və türk dilləri ilə, şərq və islam tarixi 

ilə də məşğul olmuşdu.  

Parisdə Ə. Ağaoğlunun həyatında mühüm və yaddaqalan bir hadisə baş verir. O, 

burada islam birliyi ideyasının təşəbbüskarı  və  qızğın tərəfdarı  Cəmaləddin  Əfqani 




Əhməd Ağaoğlu və dini maarifçilik (Vətən tarixi: 07.00.02) 

 

65



ilə tanış olur. Ə. Ağaoğlu özü bu barədə belə yazırdı: “İslam aləminin mütəfək-

kirlərindən Cəmaləddin  Əfqani Parisdə olarkən mənim sadə evimi başqalarının 

zəngin saraylarından üstün tutmuşdu və həftələrlə bir yerdə qalmışdıq” [1, s.7].  

Ağaoğlu üzərində böyük təsir yaradan C. Əfqani (1838-1897) bu dövrdə islam 

dünyasının  ən maraqlı  şəxsiyyətlərindən biri idi. Bu böyük mütəfəkkirin məqsədi 

müsəlman ölkələrini avropalıların istismarından hər hansı bir yolla da olsa xilas 

etmək və onları “ittihadi-islam” (islam birliyi) bayrağı altında vahid bir islam 

dövlətində birləşdirərək Avropaya qarşı mübarizə aparmaq idi [21, s.5-316]. Əfqani 

“ittihadi-islam”ın reallaşması üçün ilk öncə  hər bir islam ölkəsinin milli azadlıq 

hərəkatını  şərt saymışdı, daha sonra bu müstəqil dövlətlər bir islam dövlətində 

birləşməli idilər. Bu mənada  Əfqanini islam ölkələrindəki millətçi hərəkatların da 

ideya rəhbəri saya bilərik [15, s.43-44]. Əfqaninin bu ideyaları  məşhur türkçü 

mütəfəkkir Ziya Göyalpa (1876-1924) da təsir etmiş, o da vahid islam dövləti 

qurulana qədər, hər bir islam ölkəsinin müstəqil dövlət qurmasını vacib saymışdır 

[15, s.45-46].  

“Panislamizm”in  əvəzinə “pantürkizm” cərəyanına öncəlik verilməsinə daha 

sonrakı tarixi proseslər də haqq qazandırdı. Osmanlı sultanı II Əbdülhəmidin 

hakimiyyəti (1876-1909) dövründə bütün müsəlmanları bir duyğu içində, vahid bir 

dövlət ətrafında birləşdirməyə xidmət edən hakim  “ittihadi-islam” (“panislamizm”) 

siyasəti onun “İttihad və Tərəqqi” partiyası tərəfindən hakimiyyətdən salınmasından 

sonra zəifləməyə başladı. “Panislamizm”lə birlikdə  osmanlıçılığı (Osmanlı adı 

altında bütün etnik qrupları bir millət içində əritmək-Ə.F.) da eyni dərəcədə müdafiə 

edən hakimiyyətdəki “İttihad və  Tərəqqi” partiyasının bu siyasəti türk olmayan 

Osmanlı  vətəndaşları  tərəfindən qəbul edilmədi. Bütün Osmanlı  vətəndaşlarını din, 

millət fərqinə baxmadan osmanlı adı altında birləşdirmə siyasətinin iflası xristian və 

türk olmayan müsəlmanların müstəqillik mübarizəsi ilə gücləndi. “İttihad və 

Tərəqqi” partiyasının  əsas rəhbərlərindən biri olan Tələt paşa (1874-1921) 1910-cu 

ildə etdiyi bir çıxışında osmanlıçılıq siyasətinin iflasını belə göstərirdi: “Şəriət, bütün 

keçmiş tariximiz, yüz minlərlə müsəlmanın duyğuları və hətta osmanlılaşmağa qarşı 

inadla müqavimət edən kafirlərin duyğuları  həqiqi bərabərliyin qurulmasına 

maneədir [18, s.217-218]. Osmanlıçılığın iflasından sonra “panislamizm” də süqut 

etməyə başladı.  Osmanlı tabeliyində olan ərəb vilayətlərində  Qərb dövlətlərinin 

yardımı ilə Osmanlı hakimiyyətinə qarşı güclənən üsyanlar, ərəb millətçiliyi hərə-

katının genişləməsi, türk olmayan müsəlmanların, xüsusilə müsəlman albanların 

Osmanlıya qarşı müstəqillik mübarizəsində xristian albanlara yardım etməsi o dövrdə 



Əli FƏRHADOV  

 

66



“panislamizm”i reallıqdan çıxartdı. Bu səbəbdən Osmanlı hökumətini idarə edən 

“İttihad və Tərəqqi” partiyası da rəsmi “panislamizm” siyasətindən tamamilə imtina 

edib “pantürkizm”ə yönəldi [15, s.27-28]. Bu hadisələr C. Əfqaninin irəli sürdüyü 

milli azadlıq ideyasının haqlı olduğunu sübut etdi.  

Milli azadlıq üçün isə müsəlmanları mövhumatdan, qəflət yuxusundan 

oyandırmaq, onlara həqiqi islam mədəniyyətinin yolunu göstərmək lazım idi. İslami 

düşüncədə islahatçılıq  və “Quran”a dönüş ideyasının tərəfdarı olan C. Əfqani  

fəlsəfə  və elmi fənlərin dərs proqramlarına salınması, təhsil və siyasi reformların 

edilməsi üçün bir çox təşəbbüslər irəli sürürdü. Əfqaninin məqsədi bu reformlar 

sayəsində islam dünyasını Qərb qarşısında güclü etmək idi. Əfqani islamla dünyəvi 

elmin arasında heç bir fərqin olmadığı fikrini də müdafiə edirdi [21, s.301]. Belə bir 

şəxsiyyətlə tanışlıq Ə. Ağaoğluda böyük həyəcan yaratmış, onun elmi yaradıcılığının 

inkişafına, düşüncəsinin formalaşmasına böyük təsir göstərmişdi [1. s.322].  

Paris mətbuatında islam, təsəvvüf fəlsəfəsi və ədəbiyyat mövzularında məqalələr 

yazan Ə. Ağaoğlu  1892-ci ildə Londonda, şərqşünasların X beynəlxalq konqresində 

“Şiə məzhəbinin təməlləri” adlı məruzə ilə də iştirak etmişdi [1, s.5].  Altı ilə yaxın 

davam edən Paris həyatından sonra Ə. Ağaoğlu 1894-cü ilin əvvəllərində  İstanbul 

üzərindən vətənə qayıdır. Ömrünün üç ilini Şuşada keçirən Ə. Ağaoğlu hər vasitə ilə 

həmvətənlərinin milli şüurunu, vətənpərvərlik duyğularını canlandırmağa çalışır. 

Mütərəqqi, maarifçi ideyaları Azərbaycanda tətbiq etməyə çalışır, islam mədəniy-

yətini təbliğ edirdi. Qohumu Y.V. Çəmənzəminlinin dediyi kimi “Əhməd bəy islam 

və türk tarixinə hər kəsdən artıq vaqif idi...” [1, s.7].  

1875-1877-ci illərdə Bakıda çap olunan ilk milli mətbuat orqanının – “Əkinçi” 

qəzetinin nəşri dayandırılmışdı. Bu tarixdən sonra Azərbaycanda çar hökuməti milli 

dildə qəzet nəşrinə icazə vermədiyi üçün ana dildə mətbuat ancaq Tiflisdə fəaliyyət 

göstərirdi. Tiflisdə 1879-1880-ci illərdə  nəşr olunan “Ziya” qəzeti 1880-1884-cü 

illərdə “Ziyayi-Qafqaz”adı ilə öz nəşrinə davam etmişdi. 1880-1891-ci illər arasında 

Tiflisdə “Kəşkül” qəzeti [5, s.337-338], 1903-1905-ci illərdə isə “Şərqi-Rus” qəzeti 

fəaliyyət göstərə bilmişdi [6, s.228-229]. Azərbaycanda ana dilində  qəzet nəşr 

etdirmək istəyən  Ə.Ağaoğlu isə Bakıya köçüb burada ana dilində  qəzet çıxarmaq 

fikrində idi. Lakin onun “Məşriq” adlı  qəzeti nəşr etmək üçün hökumətə etdiyi 

müraciət rədd edildi. Hökumətin cavab məktubunda belə deyilirdi: "Azərbaycan 

dilində  qəzet və jurnalların nəşri tamamilə arzuedilməzdir”. Belə bir cavabın 

verilməsinin bir səbəbi də  Ə.Ağaoğlunun “panislamist” və “pantürkist” (müsəlman 

və türk xalqlarını bir dövlətdə birləşdirmək istəyən-Ə.F.) sayılması idi [4, s.40]. 

Lakin bu rədd cavabı  Ə.Ağaoğlunun Azərbaycanın mərkəzinə çevrilən Bakıya 




Əhməd Ağaoğlu və dini maarifçilik (Vətən tarixi: 07.00.02) 

 

67



köçmək fikrinə təsir etmədi. Həm də o, məşhur Bakı milyonçusu və mesenat H. Z. 

Tağıyevdən “Kaspi”də əməkdaşlıq barəsində təklif aldı. Tağıyev millətin maraqlarını 

qorumaq üçün mətbuatın əhəmiyyətini yaxşı başa düşürdü və 1881-ci ildən Bakıda 

rus dilində çıxan “Kaspi” qəzetini mətbəəsi ilə birlikdə satın alaraq milli ziyalıların 

ixtiyarına vermişdi. Tezliklə “Müsəlman “Kaspi”si”  kimi məşhurlaşan bu nəşrin 

səhifələrində Azərbaycan gerçəkliyi ilə bağlı  məsələlər daha önəmli yer tutmağa 

başladı. 1897-ci ildə Bakıya köçən Ə. Ağaoğlu Ə. Hüseynzadə və Ə. Topçubaşovla 

birlikdə “Kaspi”nin əsas müəlliflərindən biri kimi fəaliyyətini davam etdirir. 

Azərbaycanda milli-dini ideologiyanın əsaslarını proqram və tələblər şəklində işləyib 

hazırlamaqda Ə.Ağaoğlu adı çəkilən ziyalılar ilə birlikdə iştirak edir. Onlar "Kaspi" 

qəzetində müsəlmanların siyasi hüquqsuzluğundan, ictimai-siyasi və  mədəni-

maarifçilik fəaliyyətlərinin məhdudlaşdırılmasından söz açır, millətin oyanmasına, 

maarifin yayılmasına, xeyriyyəçilik cəmiyyətlərinin yaradılmasına çalışırdılar. 

Bununla yanaşı, onların məqalələrində, milli mənsubiyətindən asılı olmayaraq, bütün 

müsəlman və türk xalqlarının mənafe birliyi ideyası nəzərə çarpırdı. Onların fikrincə, 

islam "...müsəlmanların həyatında  ən keçilməz,  ən fəal element rolunu oynayır. 

Müsəlmanlar ya məhv olub yer üzündən silinməli, ya da din vastəsilə 

sağlamlaşmalıdırlar" [6, s.110]. 1901-1903-cü illərdə  qəzetin demək olar ki, hər 

sayında Ə. Ağaoğlu islam birliyi və müsəlman xalqların ictimai tərəqqisi ideyasının 

qızğın tərəfdarı kimi çıxış edirdi. Ə.Ağaoğlu islamşünaslıq elminin siyasi, ideoloji, 

etnik, iqtisadi, hüquqi-fəlsəfı  cəhətlərinə toxunaraq, mənəvi və ictimai mahiyyətini 

açır və ictimai inkişafı, müsəlman dünyasındakı problemlərin həllini islamda görür, 

islamın hər hansı bir millətin inkişafına səbəb olacağını irəli sürürdü [6, s.245]. 

Ə.Ağaoğlu eyni zamanda xeyriyyəçilik məsələlərində  də yaxından iştirak edir, 

imkanlı adamları xalqın yardımına, elm və mədəniyyətin inkişafına köməyə çağırırdı. 

Ə. Ağaoğlu “Kaspi”dəki fəaliyyəti dövründə Qafqaz Senzura Komitəsindən 

“müsəlman mətbuatına” nəzarət edən erməni  əsilli Qaraxanov və Kişmişev kimi 

senzorların fəaliyyəti nəticəsində Qafqaz canişininə göndərilən məxfi məlumatlarda 

azərbaycanlı yazar və jurnalistlər arasında “panislamizm”in və “pantürkizm”in  ən 

qatı tərəfdarı kimi təqdim edilirdi [1, s.9-10].  

Ə. Ağaoğlunun islam aləminin gələcəyi ilə bağlı əndişələri başa düşülən idi. O, 

müsəlman dünyasını bürüyən problemlərin həqiqi islama qayıdışla düzələcəyinə 

ümid edən digər Azərbaycan ziyalıları kimi islam dünyasındakı milli oyanışı böyük 

həyəcanla izləyirdi. 1904-cü ildə “Kaspi” mətbəəsində onun “İslam və axund” adlı 

sərt polemik ruhda yazılmış kitabçası çap olunmuşdu. Müəllif kitabçanın əvvəlində 



Əli FƏRHADOV  

 

68



Hacı Zeynalabdin Tağıyevə ünvanlanmış müraciətini yazmışdır. Müraciətdə islam 

dünyasının vaxtilə yetişdirdiyi  İbn Sina (980-1037), İbn Rüşd (1126-1198), İbn 

Xəldun (1332-1406) kimi bir çox islam mütəfəkkirinin Avropa və dünya fəlsəfəsinə 

bəxş etdiyi töhfələr, onların dünya mədəniyyətində oynadığı böyük rol və bunun 

islam mədəniyyətindən qaynaqlandığı qeyd olunur, lakin islamın o şanlı dövrünün 

ruhanilərin  əksəriyyətinin günahı  səbəbindən arxada qaldığı göstərilirdi. Ağaoğlu 

belə deyirdi: “....Cənab Hacı! ....əgər islamın tarixinə dürüst diqqət olunsa, olur ki, 

hər zamanda islamın ... tərəqqi və tənəzzülü ...... ruhaniyyə adlanan cəmaətin halətinə 

bağlı olub... Lakin bir zamandan bəri öz keçmişlərini yaddan çıxarıb haman ülum və 

islamın tərəqqisinə  səbəb olan ruhaniyyə  cəmaəti ... dəryayi-cəhalətdə  məğrur olub 

müsəlmanların tənəzzülünə  səbəb olublar. ...Lazımdır ki, bizim ruhanilərimiz də 

daireyi-tərəqqiyə sövq olsunlar və bu da mümkündür iki vəsilə ilə: əvvəlinci məxsusi 

ruhaniyyə  məktəbi ki, bunun da vücuda gəlməyini cəmi müsəlman milləti sizdən 

gözləyir.  İkinci, ruhaniyyə  cəmaətinin qüsuratını sidq-dil ilə  və hüsni-niyyət ilə 

bəyan etməkdir...” [1, s.355-356].  Bu ifadələrdən görünür ki, Ə. Ağaoğlu islam 

cəmiyyətindəki problemlərin həllini təhsil sistemindəki islahatlarda və  din 

xadimlərinin özünü islah etməkdə görürdü.  

“İslam və axund” əsərində müəllif axund obrazı ilə islam və hatifülqeyb  

(qeybdən gələn vicdan səsi) obrazlarını qarşılaşdırır.  Əsərdə islam və hatifülqeyb 

obrazı həqiqi islam düşüncəsini, axund obrazı isə xalqı öz mənfəətinə qurban verən 

ikiüzlü din xadimini təmsil edir. Əsərin diqqətəlayiq əhəmiyyəti islam və hatifülqeyb 

obrazlarının axund obrazına yönəltdiyi tənqidlərdir. Müəllif islam obrazının dili ilə 

ilə axunda belə deyir: “Sən mənim xadimimsən? ...Sən deyilsənmi məni bu halətə 

salan? Sən deyilsənmi mənim bədən və ruhumu zaye edən?” [1, s.35]. İslam 

cəmiyyətinin keçmiş xoş günlərini, keçmiş alimlərini həsrətlə yad edən hatifülqeybə  

etiraz edən axunda islam obrazının dili ilə müəllif qəzəblə belə deyir: “Bu əvaxirdə 

bu firqələri kim ayırdı? Firəng, nemsə, nəsrani gəldi ayırdı  və ya siz axundlarmı?” 

Hatifülqeyb də eyni şəkildə belə deyir: “ Bir millətdə  də yüzlərlə firqə olurmu? ... 

Belə millətdə ittihad, tərəqqi və intişari-ülum və ədəb olurmu? .... Bu təriq və şöbələr 

bir-birinə lən və küfr oxuyurlar və hər birisi qalanlarını həqiqətdən uzaq bilirlər” [1, 

s.36]. Müəllif axundun öz dili ilə bu bəlaların səbəbinin ikiüzlü din xadimləri və 

onların uydurduğu hədislər olduğunu qeyd edir. Müəllif islam obrazının dili ilə belə 

deyir: “Quran imdi modda deyil. Modda hədis və  rəvayətdir. Bizim sözlərimiz və 

dediklərimiz hamısı hədis və rəvayətə mənbutdur. Şimdi Quranı artıq o qədər oxuyan 

yoxdur və ona o qədər etina olunmur” [1, s.37].  



Əhməd Ağaoğlu və dini maarifçilik (Vətən tarixi: 07.00.02) 

 

69



Ə.Ağaoğlu  ərəb dilini anlamayan bəzi millətlərin dilində “Quran"ın tərcümə 

edilməsini  nümunə göstərərək Azərbaycan türkcəsinə  də “Quran”ın tərcümə 

edilməsini və xalqın onu öz dilində oxumasını şərt saymışdır.  Ağaoğlu bu mövzuda 

belə deyir: “... bu günə şəbədəbaz, firiftəkar, müridsaz axundlar nə üçün nəf edir ki, 

Quran modda olsun? Allah kəlamını hədis və rəvayət kimi dəllək ülgücü edib xalqın 

başını  qırxmaq olmaz. Odur ki, belə axundlar Quranı rövnəqdən salıb camaatı 

cürbəcür vəsilələr ilə ondan uzaq edirlər. O cümlədən deyirlər ki, guya Quranı qeyri 

dilə  tərcümə etmək olmaz... Pəs, cənab axund, bu şərtlərdən məqsədi-əsli xalqı 

Qurandan uzaqlaşdırıb, cəhalətdə saxlayıb dinə rəxnə salmaqdır...” [1, s.37-38].  

Çox maraqlıdır ki, Ə. Ağaoğlu kimi ziyalıların bu kimi fikirləri mütərəqqi ruhani 

xadimləri arasında da qəbul edilirdi və Bakı quberniyası qazısı Mir Məhəmməd 

Kərim əl-Bakuvinin müəllifi olduğu “Kəşfül-həqayiq” (“Həqiqətlərin kəşfi”) adlı üç 

cildlik azərbaycanca “Quran” təfsirinin 1904-cü ildə görkəmli mesenat Hacı 

Zeynalabdin Tağıyevin yardımı ilə Tiflisdə, Kaspi mətbəəsində  nəşr edilməsi 

azərbaycanlıların maariflənməsində önəmli rol oynadı. “Quran”ın  ərəbcədən başqa 

dillərə  tərcüməsini günah sayan saxta din xadimlərinə cavab verən  əl-Bakuvi belə 

deyirdi: “ ... Qurani-şərif cəmi yer üzündə olan tayfalara Allahu-Təala tərəfindən 

rəsul olmaq cəhətinə lazım düşübdür, bəzi məruf olan lisanlara təfsir və  tərcümə 

olunsun. Tainki o lisanın əhli onda məxzun olan hikmət və moizələrdən faydabərdar 

olsunlar” [8, s.205]. Ərəb, fars və Osmanlı türkcəsindəki təfsirlərin azərbaycanlılar 

üçün faydasızlığını izah edən əl-Bakuvi belə deyirdi: “...qeyri lisanların bəzilərində 

də əgərçi təfsirlər yazılıbsa da onlardan bir faidəyi-mühimmə hasil olmayır. ...bizim 

Azərbaycan türk dilində  təkəllüm edənlər onlardan mənfəətbərdar ola bilməyirlər” 

[7, Müqəddimə].  

Ə.Ağaoğlu “İslam və axund” əsərində islam obrazının dili ilə axundun 

timsalında bütün saxta din xadimlərinin ikiüzlülüyünü göstərirdi. “Quran”ı oxuyub 

ona əməl etdiyini iddia edən axunda müəllif islam və hatifülqeyb obrazlarının dili ilə 

belə cavab verir: Oxuyursunuz, lakin əməl etməyirsiniz. ...məsələn, siz və ya sizin 

mürşidlər heş təfəkkür etmisiniz ki, ruhi-islam nədən ibarətdir? ... Ruh hara? Axund 

hara? Axundlara plov, aş, çay və arvad söhbəti et!” [1, s.40-41].  

“Şəriət zahirə hökm edər. Bizim batin və qəlb ilə işimiz yoxdur” deyən axunda 

müəllif islam obrazının dili ilə dinin əxlaq anlayışını izah edir: 

- “Odur ki, ruhi-islamdan xəbəriniz yoxdur. ... Bir ibadət ki, onda qəlbi-insan 

mülayim olmaya, insanı pis işlərdən uzaq etməyə, - ona itaət və ibadət deyilməz, ona 

riyakarlıq və zahirpərəstlik deyərlər. ... hamı hamıya yalan deyib, hamı hamını 



Əli FƏRHADOV  

 

70



aldadır. ...“Bütün möminlər qardaşdır” kəlami-şərifi ortadan götürülüb....  Müsəl-

manlar o qədər əxlaq cəhətdən tənəzzül ediblər ki,...  Nəizübillah, bu günə adamlar 

Allahı  və onun peyğəmbərini aldadırlar. Və siz axundlar bu gunə  şeyləri nəinki 

görürsünüz, hətta hiyleyi-şəri namı ilə halal çıxarırsınız. Və bundan sonra da iddia 

edirsiniz ki, islam və  şəriət xadimisiniz. ... Allahdan qorxunuz! ... Dövlətlilərə xoş 

gəlməkdən ötrü şəriəti paymal etməyin! ...” [1, s.42-44].  

Daha sonra müəllif islam dünyasının hansı səbəblərdən zillət içində qalması mə-

sələsini bu obrazların dili ilə müzakirə edir. İslam dünyasının geridə qalmasının səbə-

bini müsəlman camaatda görən axunda islam obrazı belə cavab verir: “Əfv ediniz, 

cənab axund! Çoban günahını sürünün üstünə ata bilməz. Hər nə qüsur sürüdə var 

isə, yəqin ki, ona səbəb çobandır” [1, s.46]. İkiüzlü din xadimlərinin ölü basdır-

maqdan başqa müsəlmanlara heç bir xeyir vermədiyini göstərən müəllif hatifülqeyb 

və islam obrazlarının dili ilə belə deyir: 

- “Bol plov yeyib və bol çay içib və yuxu yatıb və səkkiz arvad alıb .... dirilərə nə 

etmisiniz? Özünüz iqrar edirsiniz ki, cəmaət əvam və cahildir. Hanı sizin həll etdiyiniz 

müşkülat və məsail? ... Siz bacarmadınız ki, surələri cəmaət dilinə tərcümə edəydiniz 

ki,  əqəllən biçarə müsəlmanlar öz namazlarının mənasına mültəfit olsunlar? ... Siz 

ancaq pul gətirənləri və mürid qayıranları  və ad şöhrətləndirənləri qəbul etmisiniz, 

şəriət və əsil islam ilə işiniz yoxdur” [1, s.47]. Ə.Ağaoğlunun mövqeyi mütərəqqi din 

xadimlərinin fikirləri ilə  də  həmahəng idi. Məsələn, saxta din xadimlərini və onlara 

tabe olanları ifşa edən əl-Bakuvi belə deyirdi: “Bizim özümüzə müsəlman deməyimiz 

iftira və böhtandır, Qurandan, islamdan xaric bir işdir” [19, s.5]. 

Ə. Ağaoğlu öz dövründəki qadın problemlərinə də diqqət ayırmış, bu problemin 

kökünü “Quran”dan uzaqlaşmaqda görmüşdü. Onun 15 mart 1891-ci ildə Parisdə, 

“Nouvelle Revue" məcmuəsində  nəşr olunmuş  “İran qadını” [2] məqaləsində  və 

1901-cü ildə Bakıda rus dilində çap edilən “İslama görə və islamda qadın” adlı kita-

bında [23] islam cəmiyyətindəki geriliklərin səbəbi, bununla əlaqəli olaraq müsəlman 

qadınların cəmiyyətdəki rolu, onların hüquq və azadlıqlarının qorunması ilə bağlı 

fikirləri izah edilmişdi. Bu gün də əksər islam ölkələri üçün aktuallıq və əhəmiyyətini 

itirməyən bu  əsər 1959-cu ildə İstanbulda türk dilində də nəşr edilmişdir [1, s.9].  

Müəllif “İslama görə  və islamda qadın” və  “İran qadını”  əsərlərində qadının 

əsarətdə qalmasının səbəblərini hz. Məhəmməddə (ə.s.) və islam dinində axtaranlara 

cavab verirdi. Hz. Məhəmmədə  (ə.s.) qədərki dövrdə onların hüquqsuz vəziyyətini 

misallarla göstərən Ağaoğlu belə deyirdi: “Məhəmməd peyğəmbərdən  əvvəl  ərəb 

qadınlarının hörməti, izzəti yox dərəcəsində idi; ailədə qız uşağının dünyaya gəlməsi 

bədbəxtlik sayılırdı; atalar vardı ki, öz çiçək körpələrini diri-diri torpağa gömməklə 




Əhməd Ağaoğlu və dini maarifçilik (Vətən tarixi: 07.00.02) 

 

71



və ya dəvələrin ayaqları altına atmaqla o “bədbəxtlik”dən yaxa qurtarmağa çalışır-

dılar; ərli qadının həyatı, azadlığı tamamilə ərinin kefinin tarazlığından asılı idi. Əri 

rəsmi  şəkildə boşamadan istədiyi vaxt arvadının üstünə günü gətirərdi, çünki yaxşı 

bilirdi ki, valideynləri tərəfindən öz ailələrində vərəsəlik hüququndan məhrum edil-

miş övrətin dözməkdən başqa çarəsi yoxdur” [2]. Ağaoğlu isə bu mənfur adətləri qa-

dağan edən Məhəmməd peyğəmbər (ə.s.) haqqında belə deyir: “Məhəmməd pey-

ğəmbər qız uşağının doğulmağını ulu göylərin xüsusi xeyirxahlığı adlandırır, anaların 

ayaqlarının dəydiyi yeri cənnət hesab edirdi” [2].  

Həqiqətən də “Quran” islamdan əvvəlki mənfur ərəb adətləri haqqında bizə bir 

çox nümunələr göstərir. Məsələn, qız uşaqlarını  mələklər kimi dişi sayıb Allaha 

nisbət edən  ərəb bütpərəstlərinin [17, əz-Zuxruf:17] onların anadan olmasından 

hiddətlənib xəcalət çəkdiyini, çox vaxt körpə  qızlarını diri-diri quma basdırdığını 

bizə xəbər verir [17, ən-Nəhl:58-59], islamdan əvvəl qadınlara valideynlərindən, ölən 

ərlərindən miras verilmir [17, ən-Nisa:8] özləri də mal kimi varislərin ixtiyarına 

verilirdi [17, ən-Nisa:19].  İslam dini isə qadınların hüququnu qoruyaraq, onlara m-

irasdan pay ayırmış [17, ən-Nisa:7], onun əşya kimi görülməsini, satılmasını qadağan 

etmiş [16, s.79], qadınlar haqqında xüsusi surə - “ən-Nisa” (“Qadın”) surəsi [17, 

s.65] göndərmişdir. Hz. Məhəmməd də  qız övladlarını diri-diri basdıranlar  şiddətlə 

qınamış [20, hədis:№1165], qızlarını layiqli şəkildə böyüdənləri cənnətlə müjdələmiş 

[20, hədis:№1753], “cənnət anaların ayağı altındadır” [11]  buyurmuşdur.  

İslamdakı çoxarvadlılıq məsələsini də izah edən Ağaoğlu bunu hələ islamdan 

əvvəlki adət-ənənələrlə izah edirdi. Ona görə, bu məsələni birdən-birə yox etmək 

mümkün deyildi. Lakin islam bu istiqamətdə müsbət addımlar atmış, kəbinlərin 

sayını dörd kəbinlə  məhdudlaşdırmışdı.  İslam  ədalət prinsipini irəli sürərək  ərin 

bütün xanımlarına qarşı eyni dərəcədə  həm maddi, həm də  mənəvi olaraq ədalətli 

olmasını şərt qoşmuşdu. Lakin “Quran” özü bu məsələni mümkünsüz sayaraq -  “Siz 

hər nə  qədər cəhd etsəniz də  də, heç vaxt arvadlar arasında  ədalətlə  rəftar etməyi 

bacarmazsınız” [17, Nisa:129] deyir, ədalətli olmağa  əmin deyilsinizsə, tək bir qa-

dınla evlənməyi əmr edirdi [17, ən-Nisa:3]. Lakin “Quran”ın zəruri hallarda – qadın 

xəstə, qısır olduğu halda, ya da savaş zamanlarında kişilərin azalması, qadınların 

evdə qalması kimi hallarda, əxlaqsızlığın yayılmaması üçün icazə verdiyi [16, s.76] 

bu məsələni müsəlmanların sui-istifadə etməsini qınayan Ağaoğlu göstərirdi ki, bo-

ğucu hərəmxana havası içində keçən tənbəl və sırf heyvani həyat qadının inkişafına 

izin vermədiyindən cəmiyyətin tənəzzülünə yol açır. Əslində “Quran” poliqamiyaya 

(çoxnikahlılıq) icazə versə də, əslində bunu ədalət şərtinə bağlamaqla müsəlmanları 



Əli FƏRHADOV  

 

72



monoqamiyaya (təknikahlılıq) dəvət etmişdir və müsəlmanlar islamın ruhunu dərk 

edəndən sonra monoqamiya qələbə çalacaqdır. Bu isə, islamı  və hz. Məhəmməd 

peyğəmbəri (ə.s.) qadın düşməni sayan bəzi mütəfəkkirlərin haqsız olduğunu göstə-

rir, onlar ayrı-ayrı müsəlmanların qüsurlarını islam dininə bağlamamalıdırlar [23]. 

İslam dünyasında qadınların acınacaqlı vəziyyətə düşməsini tarixi şərtlərə bağlayan 

Ağaoğlu [5, s.218-219] islamın qadına mərhəmətlə yanaşdığını, ona ucaltdığını, adi 

bir əyləncə vasitəsindən qüdrətli bir tərəqqi carçısına çevirdiyini göstərirdi [2]. 

Ağaoğlunun bu mövzudakı fikirlərini ümumiləşdirilmiş halda belə ifadə etmək 

olar ki, müsəlmanların mənəvi, maddi, hətta siyasi tərəqqisinin həlli öncəliklə qadın 

məsələsinin həllinə bağlıdır. Qadın  əsarəti islam aləminin  ən həqiqi düşmənidir ki, 

onun müalicə olunmayan xəstəliyinin təsiri altında islam cəmiyyəti yavaş-yavaş 

məhv olur. Müsəlman qadını ancaq sərbəst və savadlı ana və  həyat yoldaşı olduğu 

təqdirdə normal cəmiyyət formalaşa bilər [23]. Ağaoğlu islam düşüncəsində 

aparılacaq islahatlar və “Quran”a dönüş nəticəsində onun qızıl dövrü adlandırdığı ilk 

vaxtlardakı vəziyyətini alacağına inanırdı. Ə. Ağaoğlunun bu fikirləri əl-Bakuvi kimi 

mütərəqqi din xadimləri tərəfindən də müdafiə olunur, kişi və qadının islamda 

bərabər şəkildə məsul olduğu göstərilirdi [

9, s.83]. 

Ə. Ağaoğlu Qərblə müqayisədə islam dünyasındakı problemlərin çoxluğunun 

səbəbini 1936-1939-cu illərdə Türkiyədə “Cumhuriyet” qəzetində “Ben neyim?” 

(“Mən kiməm?”) adı ilə nəşr olunmuş məqalələr silsiləsində belə izah edirdi: ”Şərqdə 

bəzən bir şəxs milyonlar içində yaşadığı halda, ... xəstələri, acları, evsizləri düşün-

mür, vecinə almır. Qərbdə isə belə deyil, .... zəifin yardımına getmək, güclünün və 

təcavüzkarın qarşısını kəsmək vətəndaşlıq vəzifəsi sayılır. Şərqdə isə hər kəs “Mənə 

nə? Nə işimə qalıb ki, gedib başımı bəlaya salım?” deyə dərhal öz qınına çəkilir” [1, 

s.54]. Müəllif bütün bu səbəblərdən Qərb cəmiyyətinin  Şərq cəmiyyətindən üstün 

olduğunu göstərirdi. Qərbin öz inkişafını islam mədəniyyətindən aldığını qeyd edən 

Ağaoğlu müsəlmanların özünün islama yadlaşdığını, zülm, əxlaqsızlıq, saxtakarlıq, 

riyakarlıq, cəhalət içində batdığını göstərirdi ([1, s.330]. Qərbdə hakim olan 

“altruizm”lə (fədakarlıq) Şərqdə hakim olan eqoizmin səbəblərini göstərən Ağaoğlu 

belə deyirdi:  Hər bir şərqlidə altruizm instinktinin zəifləşməsinə və eqoizmin coşqun 

qüvvə halını almasına bunlar səbəb olmuşdur: 1- Ailə və ailədə qadının vəziyyəti; 2- 

Məktəb və  ədəbiyyatın təsiri; 3- Çox uzun sürən istibdadın təsiri [1, s.53]. Ə. 

Ağaoğlu müsəlmanların geridə qalmasının səbəbini cahil və saxta din xadimlərinin 

yanlış istiqamətləndirməsi nəticəsində müsəlmanların həqiqi islamdan uzaqlaşması 

ilə əlaqələndirirdi. O, 21 noyabr 1903-cü ildə “Kaspi” qəzetində nəşr olunan “Tərəq-

qiçilər, yaxud gənc türklər” məqaləsində Avropaya təhsil üçün göndərilən bir çox 



Əhməd Ağaoğlu və dini maarifçilik (Vətən tarixi: 07.00.02) 

 

73



müsəlman gəncin də hz. Məhəmmədin (ə.s.) “elm Çində də olsa qəbul edin” [7, Mü-

qəddimə] hədisini, “Yaradan rəbbinin adı ilə oxu!” [17, əl-Ələq:1] kimi “Quran”ın 

müxtəlif ayələrini unudub, elm öyrənmək  əvəzinə, Avropanın eyş-işrət,  əyləncə 

dünyasına yönəldiyini, mənəvi pozğunluq və  əxlaqsızlıqları  mənimsədiyini qeyd 

edir, onların Avropanı yamsılamaqdan başqa vətənlərinə bir xeyir vermədiklərini 

göstərirdi [1, s.335].  

Ə.Ağaoğlu bütün həyatını xalqının aydınlanmasına həsr etmiş bir şəxsiyyət 

olaraq maariflənmənin vacibliyi məsələsinə diqqəti cəlb edir, maarifsizliyi millətin 

cəhalət və nadanlığa düçar olmasının  əsas səbəblərindən biri kimi göstərirdi. Çar 

Rusiyasının bu sahədə müsəlmanlara qarşı apardığı siyasəti qəbulolunmaz sayan  

Ə.Ağaoğlu "Müxtəsir övzi Rusiya" (“Rusiyadakı müxtəsər vəziyyət”; “Həyat” qəz., 

7 və 12 iyun, 1905-ci il) məqaləsində belə yazırdı: "... Müsəlmanlar öz xahiş və qai-

dələrinə ... müvafiq kitabi-diniyyə çap və intişar etməkdə sərbəstdirlərmi?” [4, s.65].

  

Çox maraqlıdır ki, Avropada dünyəvi təhsil alan Ağaoğlu ilə yanaşı dövrün 



mütərəqqi ruhaniləri, xüsusən  əl-Bakuvi də eyni fikirləri müdafiə edir, əsərlərində 

islam cəmiyyətindəki problemlərin səbəbini ilk öncə  təhsildə görürdülər. Məsələn, 

əl-Bakuvi “Bizim cəhalət və  rəzalətdən xilasımız ancaq Quran vasitəsilə mümkün-

dür. Quran isə bizi elmə, mərifətə təşviq edir. Fəqət biz Qurana qulaq vermirik” [19, 

s.5] sözləri ilə müsəlmanlara qurtuluş yolunu göstərirdi.  

1905-ci il inqilabı çar Rusiyasının ucqar vilayətlərində  də öz əks-sədasını 

yaratdı. Çarizmin repressiya aparatının təzyiqlərinə baxmayaraq artıq milli və sosial 

oyanışın qarşısını almaq qeyri-mümkün idi. Eyni zamanda ermənilərin Azərbaycanda 

törətdikləri qətliamlar sistemli şəkil almışdı. Buna görə də ana dildə informasiya və 

təbliğat vasitəsinə ciddi ehtiyac var idi. Belə bir şəraitdə Ə.Topçubaşov, Ə.Ağaoğlu 

və  Ə. Hüseynzadə H. Z. Tağıyevin maddi yardımı  və naşirliyi ilə 1905-ci ildə 

gündəlik “Həyat” qəzetinin nəşrinə icazə ala bildilər. “Həyat”ın nəşri ilə bağlı  Ə. 

Ağaoğlunun həm populyarlığı, həm də problemləri qat-qat artdı. Rusdilli  oxucular 

arasında yayılan “Kaspi” ilə müqayisədə ana dildə nəşr olunan “Həyat”ın auditoriya-

sı daha geniş idi. Qəzet təkcə Qafqazda deyil, Rusiyanın türkdilli bütün bölgələrində, 

İran və Türkiyədə  də yayılırdı. “Həyat” geniş coğrafi məkanda yaşayan türk və 

müsəlmanların milli oyanışı ilə eyni vaxtda meydana çıxmış və bu oyanışın davamlı 

prosesə çevrilməsində mühüm rol oynamışdı. Dini, milli mübarizədə müvəffəqiyyət 

qazanmaq üçün ilk öncə milli proqram hazırlanmalı idi. “Həyat”ın ilk sayındakı 

proqram səciyyəli məqaləsində milli ideologiyasını islam qanunları əsasında qurmaq 

istəyən  Ə.Ağaoğlu belə deyirdi: “Əgər biz irəliləmək və  həyati birliyə malik bir 



Əli FƏRHADOV  

 

74



millət olmaq istəyiriksə, hər  şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim 

irəliləmək istəyimiz ...... islam qanunlarına vabəstə olaraq əldə edilə bilər” [1, s.11].  

Bu dövrün əsas problemlərindən biri də sünni-şiə ixtilafı idi. Həm hökumət 

qüvvələri bundan istifadə edərək, müsəlmanlar arasındakı ixtilafları qızışdırır, onların 

birliyinə mane olur, həm də cahil və saxta din xadimləri özləri də bilmədən islam 

düşmənlərinin dəyirmanına su tökürdülər. İslam dünyasında, o cümlədən  Azərbay-

canda müsəlmanların arasına ixtilaf toxumu səpənlərə,  şiə, sünni adı altında islamı 

bölənlərə, müsəlmanlar arasında parçalanma yaradanlara qarşı mübarizə aparan 

Ağaoğlu təriqətçiliyi, məzhəbçiliyi xalqın birliyinə əngəl, tənəzzül səbəbi sayır, xalqı 

islam bayrağı altında birləşməyə çağırırdı. Bu barədə “Həyat” qəzetində  Ağaoğlu 

belə yazırdı: “... Bəzi fəsad və fitnəçilər çalışırlar ki, Qafqaz şiə  və sünni mü-

səlmanlarının arasına ədavət salıb ortalarına cidal (savaş) salsınlar. Biz deyirik ki, ... 

cümləmiz müsəlmanız. ... Viran və  zəlil olmuş qardaşlar öz halətlərinin səbəbini 

...haman nifaq və təfriqədə görüb bu nifaqı, bu təfriqəni qətiyyən dəf edib götürməyə 

səy edəcəklər!” [4, s.75].  

“Həyat”a yönələn təzyiqlər gecikmədi. Erməni senzorlarının təhriki ilə  nəşrin 

dayandırılması haqqında Qafqaz canişininə müraciətlər başladı. “Həyat” qatı 

islamçılıqda və müsəlman fanatizmində  təqsirləndirilirdi.  Ə. Ağaoğlunun “islamın 

təmizliyini qorumaq üçün çarizmə qarşı barışmaz mövqedə dayandığı, onun rus və 

erməni düşmənçiliyi mövqeyindən çıxış etməsi xüsusilə qeyd edilirdi. Onu zərər-

sizləşdirmək üçün erməni-rus alyansı  və onların azərbaycanlı  tərəfdarları müxtəlif 

yollara baş vururdular [1, s.10].  

“Həyat” qəzetinin redaksiyasından ayrılandan sonra müstəqil  şəkildə  “İrşad” 

qəzetini nəşr etdirən Ağaoğlu burada da dini maarifçiliyə və islahatçılığa diqqət edir, 

müsəlmanların arasındakı  təriqət, məzhəb ixtilaflarını pisləyir, dini təfəkkürün 

vəhdəti ideyasına üstünlük verirdi. Qəzetdə islamın əxlaqi-mənəvi dəyərlərinə diqqət 

yönəldilir, insan azadlığının bu dini dəyərlərlə eyniyyət təşkil etdiyi vurğulanır, mü-

səlman həmrəyliyinin vacibliyi qeyd olunurdu. Eyni zamanda məşhur Krım-tatar 

mütəfəkkiri, “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspralının (1853-1914) 

bütün türk dünyasına xitab edən “dildə, fikirdə, işdə birlik” ideyası, Əli bəy Hüseyn-

zadənin “türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası  Ağaoğlu tərəfindən 

“İrşad” qəzetində təbliğ edilir, milli ideologiya kimi qəbul edilirdi [4, s.72]. Bu ideya 

özündə islam əxlaqı  və  mənəviyyatını, müasir Qərb elmi fəlsəfəsini və türk mədə-

niyyətini ehtiva edirdi. 

C. Əfqaninin də irəli sürdüyü kimi ilk öncə milli azadlıq qayəsi ilə “pantürkizm” 

ideyasına doğru yönələn  Ə. Ağaoğlu türk xalqlarının birliyi məsələsinə tez-tez 




Əhməd Ağaoğlu və dini maarifçilik (Vətən tarixi: 07.00.02) 

 

75



toxunur, bu birliyin reallaşması üçün yeganə müstəqil türk dövləti olan Osmanlı 

imperiyasından çox şey gözləyirdi  [1, s.9]. Özünün türk olduğunu qeyd edən və 

bütün dünya türklərinə tərəqqi arzulayan Ağaoğlu [6, s.138] belə deyirdi: “Bu toplum 

(azərbaycanlılar – Ə.F.) yalnız dini bir toplum olmayıb, eyni zamanda etnik bir 

varlıqdır, Çünki bütün Rusiya müsəlmanları, kiçik bir istisna ilə böyük türk millətinə 

mənsubdurlar, vahid bir dildə danışır, eyni inancları paylaşırlar [1, s.12]. Ağaoğlu 

daha sonralar 11 may 1921-ci ildə N.Nərimanova yazdığı  məktubda da türklüyün 

bölünmə  qəbul etmədiyini, dünya türklərinin Osmanlı türklərinin rəhbərliyi altında 

nicat tapa biləcəyini və bu yolda xidmətin müqəddəs olduğunu ifadə edirdi [1, s.23].  

Səmimi bir müsəlman və atəşli bir millətçi olan Ağaoğlu həm dini, həm də 

vətənpərvərlik duyğularının təsiri altında vətənin və xalqının məruz qaldığı problem-

lərə  səssiz qalmır, bu problemləri  ən yüksək tribunalarda dilə  gətirməkdən çəkin-

mirdi. İslam dinini təkcə ibadət və inancla məhdudlaşdırmayıb, həyatın bütün sahələ-

rində müsəlmanları “Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkardır” 

[17, əl-Maidə:47] ayəsi ilə xəbərdar edən “Quran”ın “(Ey müsəlmanlar!) İçərinizdə 

(insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan 

edən bir camaat olsun!” [17, Ali-İmran:104]; “Həqiqətən, Allah ədalətli olmağı, 

yaxşılıq etməyi... buyurar, ... pis işlər görməyi... isə qadağan edər” [17, ən-Nəhl:90] 

və bunun kimi bir çox ayələrinin hökmü ilə  hərəkət edən Ağaoğlu çar Rusiyasının 

istismarçılıq siyasətinə qarşı bütün gücü ilə mübarizə aparırdı. Onun da iştirakı ilə 15 

aprel 1905-ci ildə H.Z.Tağıyevin sarayında keçirilən müşavirədə ali hökumət 

idarələrinə petisiya – xahişnamə ilə müraciət etmək qərarı qəbul edildi. Bu petisiya 

Azərbaycandan çar hökumətinə  təqdim olunan ilk proqram sənədi idi. Petisiya 

müəllifləri belə hesab edirdilər ki, Qafqazda "tam özünüidarə ideyası"nın həyata ke-

çirilməsi bütün məhdudlaşdırıcı qanunların ləğvi, şəxsiyyət və mülkiyyətin toxunul-

mazlığı, vicdan, söz, mətbuat (rus və ana dillərində), yığıncaq, ittifaq azadlıqları, ana 

dilində ümumi icbari və pulsuz ibtidai təhsilin tətbiq edilməsi şəraitində mümkündür. 

Petisiya Azərbaycan xalqının milli özünüdərkinin inkişafı üçün mühüm əhəmiyyətə 

malik idi və bütün milli qüvvələrin sıxlaşması  və birləşməsi prosesində böyük rol 

oynadı. Sonralar bu sənəd digər inzibati idarələrə ünvanlanan müxtəlif müraciətlər, 

izahatlar üçün bir növ platforma, istinad nöqtəsi oldu [6, s.136-137]. Ə. Ağaoğlu 

"Müsəlmanların petisiyasına zəruri izahatlar" adlı məqaləsində bu haqda belə yazırdı: 

"...Deyəsən biz də, nəhayət ki, başa düşdük ki, həyat yuxu və mürgüdə deyil, 

enerjidədir, həyatın sorğularına, insan təbiətinin  əqli və  ənənəvi inkişafının tələb-

lərinə qərəzsiz hazır olmaqdadır... Bu, müsəlmanların bütün xahişlərinin məhək da-



Əli FƏRHADOV  

 

76



şıdır. Onlar uzun, əsrlik təcrübəyə əsasən bilirlər ki, unudulmaq, kənarda qoyulmaq 

nə deməkdir" [6, s.137-138].  

XIX  əsrin sonu – XX əsrin  əvvəllərində erməni-azərbaycanlı antaqonizmi 

inkişaf etmiş, dini və mədəni ziddiyyətlər çərçivəsindən çıxaraq mürəkkəb və coxşa-

xəli problemə çevrilmişdi. Çar imperiyası da həm xristianlıq cəhətdən [12, s.3-4], 

həm də öz işğalçılıq siyasəti naminə bu cür münaqişələri və erməniləri dəstəkləyirdi. 

[10, s.61]. Ə.Ağaoğlu 1905-ci ilin fevralında baş verən erməni fitnəkarlığı haqqında 

yazdığı “Bakı hadisələrinə dair” (“Sankt-Peterburqskie vedomosti” qəz., 21-22 aprel, 

1905) məqaləsində çar hökumətini tənqid edərək belə yazırdı: “Heç kəsə sirr deyil ki, 

... Qafqaz hakim dairələri erməniləri müdafiə edir və ruhlandırır... Müsəlmanlar isə 

böyük  əksəriyyət təşkil etmələrinə baxmayaraq, hakim dairələrin inamsızlıq və 

şübhələri nəticəsində ətalət, zehni və iqtisadi yoxsulluq içərisində yaşamaqda davam 

edirlər” [1, s.341].  Çar hökumətini və erməni fitnəkarlığını qətiyyətlə tənqid edən Ə. 

Ağaoğlunun müddəalarına ermənilərin təsiri altında olan mətbuat təmsilçiləri tutarlı 

cavab verməkdə aciz qalırdılar [13, s.10].   

1905-1906-cı illərdə ermənilərin Qafqazda törətdikləri qanlı qarşıdurmalar 

zamanı meydana çıxan münaqişələri nizama salmaq məqsədilə Tiflisə, Qafqaz 

canişini İ.İ.Vorontsov-Daşkovun yanına göndərilmiş 9 nəfərlik nümayəndə heyətinin 

üzvü və Azərbaycan tərəfinin  əsas ittihamçısı  Ə.Ağaoğlu olmuşdur. 1906-cı ilin 

fevralın 20-28-i arası canişinin sədrliyi ilə keçirilən erməni-müsəlman sülh danışıqla-

rında iştirak edən  Ə.Ağaoğlu bu haqda belə deyirdi: “Qafqazda məsul  şəxslərin və 

rəhbərlərin çoxu erməni terrorçularının qorxusundan işləri vicdansızcasına, ədalətsiz-

cəsinə həll edirlər. Biz azərbaycanlılar daha bu vəziyyətə dözmək niyyətində deyilik 

və açıq bəyan edirik ki, işlər bu yolla davam etsə, Qafqazda terrorçu qruplaşmalar 

ağalıq etdikcə burada nə sülh bərpa olunacaq, nə  də rahatlıq. Biz deyirik, əgər siz 

həqiqətən sülh istəyirsinizsə, onda başqa tədbirlərlə yanaşı terrora son qoymaq 

lazımdır” [10, s.84]. Ə.Ağaoğlu bu vəziyyətin yaranmasında ilk növbədə Rusiya 

hakimiyyətini tənqid edərək belə deyirdi: “.....Hal-hazırda qulluqçuların (rus mə-

murları) çoxu, bəlkə də hamısı boyunlarını terror dəstələrinin qarşısında əyib, ancaq 

onlara xoş gələn işlər tutub bu tərəfə zülm, cəfa etməkdədirlər. Biz müsəlmanlar bu 

halətə davam etməyəcəyik. Biz ancaq özümüz öz əlacımızı etməliyik. Bizim də gərək 

müsəlləh bir partiyamız olsun...” [1, s.14-15]. Ə.Ağaoğlunun belə cəsarətli çıxışları 

onun inanc qaynağı olan islam dinindən qaynaqlanırdı.  İslam dini təkcə  nəzəri 

ideyalardan ibarət olmayıb, həyatın hər sahəsinə - ictimai, siyasi, hərbi və s. 

məsələlərə öz münasibətini bildirən bir din olduğuna görə zülmə qarşı mübarizəni, 

zalımların başlatdığı saldırılara qarşı müsəlmanların özünümüdafiəsini və  ədaləti 




Əhməd Ağaoğlu və dini maarifçilik (Vətən tarixi: 07.00.02) 

 

77



təmin etməsini  əmr edir. Məsələn, “Quran”da belə deyilir: “(Ey möminlər), sizinlə 

vuruşanlarla siz də Allah yolunda vuruşun...” [17, əl-Bəqərə:190]. İslamı özünün hə-

yat qanunu seçən, səmimi bir müsəlman olan Ağaoğlu da islamın bu prinsiplərinə sa-

diq qalaraq, müsəlmanların hər cəhətdən şüurlanmasına və hüquqlarının qorunmasına 

çalışırdı.  

1905-ci ilə  qədər daha çox söz adamı kimi tanınan  Ə. Ağaoğlu zamanın 

dəyişdiyini, ermənilərin xəbis niyyətlərini artıq siyasi təşkilatlar və silahlı  dəstələr 

vasitəsilə həyata keçirdiklərini görərək adekvat qərar qəbul etdi. Quldurlarla onların 

öz dilində danışmaq lazım idi. Xalqı  təşkil etmək, siyasi qurumlar yaratmaq lazım 

idi. Bu məqsədlə Ə. Ağaoğlu və b. fəal iştirakı ilə 1906-cı ildə “Difai” partiyası yara-

dıldı. Sovet nəşrlərində “əksinqilabi millətçi partiya” adlanan bu təşkilat əslində hə-

min dövrdə Azərbaycanın milli varlığını qoruyan, imperiya və erməni zülmünə qarşı 

müqaviməti təşkil edən ilk siyasi təşkilat, ilk partiya idi. Özünü “Qafqaz Ümum-

müsəlman Müdafiə Komitəsi” adlandıran “Difai”nin proqramında (İrşad qəzeti, 

1906, 213-cü say; müəllifi: Ə. Ağaoğlu) xalqı fəlakətli vəziyyətdən qurtarmaq üçün 

iki yol təklif olunurdu: maariflənmək və qüvvətlənmək! Fəlakətin isə 3 əsas isti-

qaməti göstərilirdi: 1- erməni təcavüzü, 2- cəhalət və nadanlıq, 3- milli dəyərlərin 

tənəzzülü [1, s.15-16].  

Bu cür bir təşkilatın yaradılması rus hökumətini narahat etməyə bilməzdi. 

Yelizavetpol qubernatorunun 19 avqust 1907-ci il tarixli raportu buna sübutdur.  

Raportda belə deyilirdi: “Güman edirəm ki, yaxın gələcəkdə bu partiya geniş 

inzibati, mənəvi və  məhkəmə özünüidarəsi məsələləri ilə  məşğul olacaq və çox 

güman ki, gələcəkdə Qafqazın və Zaqafqaziyanın müsəlman vilayətlərinin muxtariy-

yətini təbliğ etməyə başlayacaqdır” [10, s.96-97]. Çar Rusiyası DİN-in Polis departa-

mentinin 1909-cu il arayışının III-V bölmələrində də “Difai” partiyası haqqında geniş 

məlumatlar əks olunmuşdur [14, s.15]. 

Ə.Ağaoğlunun cinayətkar rus-daşnak alyansına nifrəti ilə milli hisslərdən 

məhrum, yalnız öz faydasını güdən “müsəlman başbilənlərinə” qəzəbi eyni idi. O 

yazırdı ki, “müsəlmanlara rəhbərlik iddiasında olanların intriqa xəstəliyi, xalqdan 

uzaq düşməsi, faydabazlığı, yerlibazlığı kimi xəstəlikləri millətin məğlubiyyətinin 

əsas amilinə çevrilmişdir. Onlar maarifin qarşısına sədd çəkməklə, varlanmaq 

ehtirası ilə, ancaq özlərini qorumağı düşünməklə xalqı fəlakət önündə tək və əliyalın 

qoymuşlar. Onlar ölkədə tayfabazlıq, quldurçuluq əhvali-ruhiyyəsi yaratmışlar. 

Nəticədə başqa xalqlar inkişaf yoluna qədəm qoyduğu halda, Azərbaycan türkləri bir 




Əli FƏRHADOV  

 

78



tərəfdən ermənilər, digər tərəfdən öz quldurlarımız tərəfindən ikiqat təhlükə ilə 

təhdid edilirlər” [1, s.16]. 

Milli məsələlərdəki prinsipial mövqeyi ilə özünə çoxsaylı düşmənlər qazanan Ə. 

Ağaoğlunu hər vasitə ilə  sıxışdırır, təqib edir, cəmiyyətdən və  mətbuatdan 

uzaqlaşdırmağa çalışırdılar. 1908-ci ildə onu hətta muzdlu qoçulara döydürmək üçün 

təşəbbüs göstərilmişdi [1, s.16]. Xalqına xidmət edən mütərəqqi bir ziyalı kimi o da 

hansısa bir yolla məhv edilməli idi. Sonralar Ağaoğlu belə yazırdı: “ ... İş o dərəcəyə 

çatmışdı ki, hətta ailəm də  təhlükə altında idi. 1908-ci ildə Türkiyədə inqilab olmuş, 

tanıdığım bəzi şəxslər hakimiyyətə gəlmişdi. Digər tərəfdən Qafqaz canişini Vorontsov-

Daşkov məni həbs edib sürgünə göndərməyə əmr vermişdi. Bunu öyrənən kimi qaçmaq 

planı qurdum və ....  İstanbula gəldim” [1, s.16-17]. Özünün İstanbula səfəri haqqındakı 

məlumatı redaktoru olduğu “Tərəqqi” qəzetinin redaksiyasına göndərdiyi 28 iyun 1909-

cu il tarixli məktubu da təsdiq edir. Məktubda deyilirdi: “Bu gün İstanbula azim oldum. 

Səfərimin nə qədər çəkəcəyini indidən təyin edə bilmərəm....” [1, s.17].  

Təbii ki, milli mübarizənin vüsət aldığı, həqiqi qələm mücahidlərinə, ictimai 

xadimlərə daha çox ehtiyac duyulduğu bir zamanda Ə. Ağaoğlu kimi şəxsiyyətlərin 

Azərbaycandan uzaqlaşdırılması bu mübarizəyə  ağır zərbə idi. Onun susdurduğu 

opponentləri bu məcburi mühacirətdən sonra xeyli fəallaşmışdılar. Belələrinə cavab 

verən Ü. Hacıbəyov “Tərəqqi” qəzetində yazırdı: “ Əcəba, Əhməd bəy nə iş görübdür 

ki, ondan camaata zərər gəlsin?  Əhməd bəy o adamlardan deyilmi ki, camaatın  ən 

müşkül və qorxulu bir halında, yəni erməni-müsəlman cafieyi-mənhusəsində  mərdü 

mərdanə ..... kəskin bir qələmlə üzərimizə olan hücumları dəf edirdi...” [1, s.17].  

Beləliklə, 1909-cu ildən  Ə. Ağaoğlu  İstanbul sakini olur, o, yeni vətənində  - 

Türkiyədə  hər  şeyə yenidən başlamalı olur.... Nəticə olaraq, deyə bilərik ki, bir 

müsəlman ziyalı olaraq Ə.Ağaoğlu yazdığı əsərləri və ictimai-siyasi fəaliyyəti ilə öz 

dövründə mövcud olan bir çox ictimai-siyasi bəlaların, problemlərin kökünü göstər-

miş, cahil, ikiüzlü din xadimlərini, çar Rusiyasının ermənipərəst, anti-islam, anti-türk 

siyasətini ifşa etmiş, islam mədəniyyətinin qurtuluş yolu olduğunu ifadə etmişdir. 

Qeyd etmək maraqlıdır ki, Ağaoğlunun bu ideyaları və tənqidləri aradan bir əsrdən 

çox vaxt keçməsinə baxmayaraq hələ  də öz aktuallığını qoruyur. Bu, həm dahi bir 

şəxsiyyət olan Ağaoğlunun diaqnozunun dəqiqliyini, həm də çox təəssüf ki, bir millət 

olaraq bizim yaşadığımız faciələrdən dərs almadığımızı göstərir. Ağaoğlunun 

mübarizə apardığı cahillik, xarici təcavüzkarlıq, ikiüzlülük, millətə, dinə ögey müna-

sibət kimi problemlər hələ  də öz həll yolunu gözləyir. Azərbaycanın isə  Ağaoğlu 

kimi nəhəng şəxsiyyətlərə bu gün də ehtiyacı var. 

 



Əhməd Ağaoğlu və dini maarifçilik (Vətən tarixi: 07.00.02) 

 

79



 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1. Ağaoğlu Əhməd bəy. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2007.  



2. Ağayev Əhməd bəy. “İran qadını”. 

 http://vahdetedogru.wordpress.com/2011/02/20/iran-qadini/ 

3. “Ahmet Ağaoğlu”.  

http://ekitap.kulturturizm.gov.tr/dosya/1-17729/h/ahmetaqaoqlu.pdf 

4. Aşırlı Akif. Azərbaycan mətbuatı tarixi: (1875-1920). Bakı: Elm və Təhsil, 2009. 

5. Azərbaycan Tarixi. 7 cilddə, IV c., Bakı: 2000.  

6. Yenə orada. V c., Bakı: Elm, 2001. 

7. Əl-Bakuvi Mir Məhəmməd Kərim Mircəfər. Kəşfül-həqayiq. 3 cilddə, I cild, 

Tiflis: Kaspi mətbəəsi, 1322

.  


8. Yenə orada. II cild, Tiflis: Kaspi mətbəəsi, 1322. 

9. Yenə orada. III cild, Tiflis: Kaspi mətbəəsi, 1322. 

10. Əzizov Eldar. Difai. Bakı: 2009. 

11. “Hadis-i şeriflerde anne babaya iyilik”. 

http://www.ihya.org/kavram/kavramlar-ansiklopedisi/dt-389.html

12. Qafqazda “erməni məsələsi”. 3 cilddə, I cild, Bakı: Elm, 2010.  

13. Yenə orada. II cild, Bakı: Elm, 2010. 

14. Yenə orada. III cild, Bakı: Elm, 2010. 

15. Kara İsmail. Türkiye`de islamcılık. İstanbul: Yeni Şafak, 1995. 

16. Kur`an-ı Kerim ve onun açıklamalı meali. (Hazırlayanlar: Ali Özek, Hayred-

din Karaman, Ali Turgut, Mustafa Çağırıcı,  İbrahim Kafi Dönmez, Sadreddin 

Gümüş), Suudi Arabistan Krallığı, Medine-i Münevvere: 1987. 

17. Qur`ani-Kərim. (Ərəb dilindən tərcümə edənlər: Ziya Bünyadov, Vasim 

Məmmədəliyev), Bakı: Azərnəşr, 1991. 

18. Lewis Bernard. Modern Türkiye`nin doğuşu. (İngiliscədən tərcümə edən: 

Metin Kiratlı). Ankara: Türk Tarih Kurumu Basımevi, 1996. 

19. Məhərrəmov Nizami; Babaşov Məmmədəli. Qafqaz müsəlmanlarının atası. 

“Ədəbiyyat” qəz., Bakı: 1991, 8 fevral. 

20. Müttefekun Aleyh hadisler: Buhari ve Müslim`in ittifak ettiği hadisler. (Ha-

zırlayan: Muhammed Fuad Abdülbaki Tertibi, tərcümə edən: Abdullah Feyzi 

Kocaer), Konya: Hüner, 2004. 

21. Rahman Fazlur. İslam. (Türkcəyə  tərcümə edənlər: Mehmet Dağ, Mehmet 

Aydın), İstanbul: Selçuk yayınları, 1993. 



Əli FƏRHADOV  

 

80



22. Soysaldı H.Mehmet. Hz.Peygamberin evrensel mesajı Kur`an // Fırat 

Üniversitesi Sosyal Bilimler Dergisi, Cilt: 11, Sayı: 2, Elazığ: 2001. 

23. Süleymanlı Mübariz. “Azərbaycanda gender probleminə dair ilk kulturoloji 

tədqiqat”. http://www.azadtribun.net/x19210.htm   

 

 

АХМЕД АГАОГЛУ И РЕЛИГИОЗНОЕ ПРОСВЕЩЕНИЯ 



    

РЕЗЮМЕ 

 

Ключевые слова: Ахмед Агаоглу, ислам, просвещение, "Дифаи" 

 

Творчество видного представителя азербайджанской интеллигенции Ахмеда 



Агаоглу, жившего в ХIX - начале XX века, носило исламский характер и сыграло 

незаменимую роль в избавлении азербайджанцев от предрассудков и невежества 

и  вступлении  их  в  семью  прогрессивных  народов.  В  статье  указаны  мотивы 

исламского просвещения в творчестве А.Агаоглу, проанализированы его взгляды 

на общественныe проблемы своего времени.  

 

 



AHMET AGAOGLU AND RELIGIOUS ENLIGHTENMENT 

 

SUMMARY 

 

Key words: Ahmed Agaoglu, Islam, enlightenment, “Difai” 

 

Creativity prominent representative of the Azerbaijani intelligentsia Ahmet 

Agaoglu, who lived in the XIX – early century, possessed the Islamic character, played 

an indispensable role for escaping Azerbaijanis from prejudice and ignorance  and their 

entry into the family progoressive peoples. The article listed the motives of Islamic ed-

ucation in the work of A.Agaoglu, analyzed his views on social issues of his time. 



 

Çapa tövsiyə etdi: t.f.d. E.F.Əhmədova 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə