Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə49/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   45   46   47   48   49   50   51   52   ...   138

147 

Haruttək'>Haruttək Zöhrənin canını alar, 

Yüzlərlə Harutun qəlbini ovlar (Ġ-175). 

Əgər  Harut(Marut  ilə)  təkcə  Zöhrənin  qəlbini  ovlayıbsa, 

Azər Humayun isə yüzlərlə Harutun qəlbini ovlaya bilər. 

Əfsunda Harutu vurub keçənlər, 

Neçə əfsun quran, neçə cadugər (Ġ-432). 

Ġskəndər öz yanında Harutdan da mahir cadugərlər aparardı. 

Harut,  Babil  (qoĢa  on.)  –  Harut  adı  ən  çox  Babil  adı  ilə 

yanaĢı iĢlədilir. Burada Harut mifonim(mələk adı), Babil isə real 

Ģəhər adıdır. 

Harut hələ Babilə qanad salan deyildi (SX-101). 

Harut,  Zöhrə  (qoĢa  xat.  on.)  –  ġair  yeni  bir  əsər  yazmaq 

üçün düĢüncələrə dalarkən Harut və Zöhrəni xatırlayır. 

BaĢladı ürək, dil: “ġeir yaz” deyə, 

Harut, Zöhrə kimi cadugərliyə (Ġ-30). 

Yəni  Harut  və  Zöhrə  bir-biri  ilə  eĢqbazlıqda  Ģirin,  gözəl  söh-

bətlər və sehrbazlıqlar etdikləri kimi, mənim də qəlbim, dilim bədii 

söz yaradıcılığında möcüzəli sənət əsəri yaratmaqla məĢğuldur. 



Haruti  kəslər  (məc.  ap.)  –  “Harutun  ardınca  gedənlər”  de-

məkdir. ġair Ġranda sehrbazlıqla məĢğul olanları Haruta bənzədir. 

Mifologiyaya görə, Zöhrə ulduzu sehr və cadu hamisi sayılır. 

Zöhrətək Babildən parladı öncə, 



Haruti kəsləri təmizləyincə... (Ġ-174). 

HəbəĢ  (et.)  –  Afrikanin  Ģərqində  yerləĢən  HəbəĢistanda 

yaĢayan əhalinin ümumi adı. ġərq ədəbiyyatında “həbəĢ” məcazi 

olaraq “qara” mənasında iĢlənir. 

HəbəĢ qayıdarkən HəbəĢistandan 

Kafur qabı sındı yolda bu zaman (Xġ-341). 



HəbəĢ (məc. et.) – Qara saçlar həbəĢə bənzədilir. 

Tərazlıtək gözəldin, saçin həbəĢ saçıydı (SX-88). 

ġair gecəni metaforik Ģəkildə həbəĢə bənzədir. 

Səhər çöhrəsindən pərdə atarkən 



HəbəĢə bac üçün dağ çəkdi Xütən (Ġ-185). 

Burada  Xütən  dedikdə  GünəĢ  nəzərdə  tutulur.  Yəni  GünəĢ 

çıxdı, qaranlıq yox oldu. 



148 

HəbəĢ, Mazandaran (qoĢa məc. top.) – ġair metaforik Ģəkil-

də  kömürü  həbəĢə,  ocağı  Mazandarana  (bax),  közləri  isə  saf 

qızıla bənzətmiĢdir. 

HəbəĢ müĢk aparmıĢ Mazandarana, 

Yerinə saf qızıl vermiĢdir ona (Ġ-223). 



HəbəĢ,  rus  (məc.  et.)  –  ġair  metaforik  Ģəkildə  kömürü  hə-

bəĢə, közü isə rusa(bax) bənzədir. 

Ya qoca insafsız, rəhmsiz məcus 

Əmr etmiĢ həbəĢi qarət etsin rus (Ġ-223). 

Yəni  od  yandıran  qoca  atəĢpərəst  həbəĢin  qaranlığını  –  kö-

mürü rusun qırmızılığına – oda qarət etdirdi (Ġ-642). 



HəbəĢistan  (top.)  –  Afrikanın  Ģərqində  yerləĢən  ölkədir. 

Mərkəzi Əddis-Əbəbə Ģəhəridir. 

Yoxdur onun kimi xoĢbəxt doğulan, 

Onun hökmündədir ÇinHəbəĢistan (Xġ-38). 

Burada  söhbət  Atabəy  Əbu  Cəfər  Məhəmməd  Eldəgizdən 

gedir. 


Həcc (məc. top.) – Ərəbcə Məkkəyə getmə, Məkkədə ziyarət 

mərasimini yerinə  yetirmə deməkdir. Fərhad ġirini Aya, onunla 

görüĢünü isə Həccə bənzədir və xəyalən onunla danıĢır. 

Ey ayım, gəlmiĢəm mən xatirinə 



Həccdən, Əmrədən sonra da yenə (Xġ-197). 

Həccac (məc. an.) – Həccac Ġbn Yusif Əs-Səqəfi (661-715) – 

Bəni  Üməyyə  (Əməvi)  xəlifəsi  Əbdül  Məlik  ibn-Mərvan  tərə-

findən Ġraqa təyin edilmiĢ ən qəddar və zülmkar hakim olmuĢdur. 

O,  qəddarlığı  ilə  zərb-məsəl  olmuĢ  və  ədəbiyyatda  bu  adla  ta-

nınmıĢdır. Təsadüfi deyildir ki, Ģair “Zalım Ģahla düz danıĢan qo-

canın hekayəti”ndəki Ģahı zülmkarlıqda həccaca bənzədir. 

Xalqa yağı Ģah vardı, zülmkarın biriydi, 

Həccacdan da betərdi, lap qəddarın biriydi (SX-126). 

Həcc  vaxtı  (xron.)  –  Kəbədə  (bax)  “Qara  daĢ”ın  ziyarət 

olunma  vaxtı.  Ziyarət  ildə  bir  ay  müddətində,  ancaq  “zilhiccə” 

(“Həcc ayı”) ayında həyata keçirilir. 

Dedilər: “Həcc vaxtı gələndə yenə, 

Gedərik Məkkənin ziyarətinə” (LM-96). 



149 

Həft  peykər”  (id.)  –  “Yeddi  gözəl”  poemasının  orijinalda 

(fars dilində) olan adı.  

Bitirdim dastanı, bir nəĢə tapdım, 

Atımı “Həft peykər” üstünə çapdım (Ġ-60). 

“Həft  peykər”  adının  “Yeddi  gözəl”  kimi  tərcümə  olunması 

haqqında  bu  vaxta  bir-birinə  zidd  olan  müxtəlif    fikirlər  söylən-

miĢdir.  Tağı  Xalisbəyli  “Yeddi  gözəl”,  yoxsa  “Yeddi  Ģəkil”  adlı 

məqaləsində  bununla  əlaqədar  olaraq  yazır:  “Böyük  Azərbaycan 

Ģairi  Nizami  Gəncəvinin  “Həft  peykər”  əsərinə  bu  gün  “Yeddi 

gözəl” əvəzinə hər hansı baĢqa bir ad verilsə, Ģübhəsiz, oxucu üçün 

müəmmalı görünəcək. Çünki çoxdan bəri bu ada adət etdiyimizdən 

elə  bilirik  ki,  belə  də  olmalı  imiĢ.  Əsəri  diqqətlə  oxuyandan, 

müxtəlif  alimlərin  söylədikləri  fikirləri  götür-qoy  edib  düĢün-

dükdən sonra “Həft peykər” ifadəsinin “Yeddi gözəl” kimi tərcümə 

edilməsi istər-istəməz narahatlıq doğurur...Bizcə, əsərin belə adlan-

dırılması  Nizami  Gəncəvinin  elmi  dünyagörüĢü  ilə  bir  araya  sığ-

mır...  Əsərin  adının  bu  cür  tərcüməsi  zamanı  ilk  növbədə  onun 

məzmunu nəzərə alınmalı, özündən əvvəlki elmi məsələlərə Ģairin 

münasibəti və baĢqa amillər götür-qoy edilməlidir... 

Əsərdə  gözəllərin  təsviri,  fəaliyyəti,  qəhrəmanlığı  və  s. 

xüsusiyyətləri  deyil,  Ģairin  müəyyən  elmi  əsasları  olan  astro-

nomik dünyagörüĢü əksini tapır. Burada peykər, ulduzlar, bürc-

lər, iqlimlər haqqında söhbət gedir. 

Əsərin  məzmunu,  qayəsi,  ideyasi,  ruhu  və  Ģairin  qaldırdığı 

məsələlər də “peykər” sözünün “gözəl”lə əvəz olunmasına uyuĢ-

mur” (“Elm və həyat”, № 5,1987. səh.15). 

Pənah Xəlilov isə “Herodot “Tarix”i və N.Gəncəvi poemaları” 

adlı məqaləsində yazır: ”Nizami yeddi peykəri, yoxsa hər biri göy-

dəki peykərdən gözəl olan yer ülkərlərini ön plana çəkmiĢdir? Sua-

lına biz belə cavab verərdik: Yeddi ulduz –  yeddi peykər Nizami 

poemasının adını təĢkil edə bilməzdi, çünki poemanın ideya-məz-

munu  yeddi ulduzdan deyil,  yeddi gözəldən, onların danıĢdığı na-

ğıllar dünyasından  asılıdır.  Yeddi ulduz  yerin  yeddi ülkərinin  gö-

zəlliyini, ağlını, nəcibliyini, ülfətini, onların nağıllarında cilvələnən 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə