Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə57/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   53   54   55   56   57   58   59   60   ...   138

171 

miyyətdə  mövcud  olan  haqsızlığa  qarĢı  kin  və  nifrətini  ifadə 

etməyə çalıĢmıĢdır. 

Sən ey Xızrın bayrağı, ucal, cihad eylə sən



Nuhun qeyzi, namərdi batır, bərbad eylə sən (SX-150). 

Xızırın  bayrağı  (məc.  ktem.)  –  Əsatirə  görə,  Ġskəndərlə 

Zülmətə dirilik suyu axtarmağa gedəndə Xızır Ġskəndərin qoĢu-

nunun bayraqdarı olmuĢdur (SX -193). 

Sən, ey Xızrın bayrağı, ucal, cihad eylə sən (SX-150). 



Xızırın  suyu  (məc.  on.)  –  ġair  Leylinin  dilindən  Məcnunu 

Xızır suyuna bənzədir. 

Ey zülmətdə qalan Xızrın suyu, sən 

Ġlk səhər Ģəminin pərvanəsisən (LM-195). 



Xoca  (məc.  an.)  –  Lüğətlərdə  fars  sözü  kimi  izah  olunan 

“xoca” türk dilli xalqlarda müxtəlif mənalarda iĢlənmiĢdir: müəllim, 

molla(köhnə məktəblərdə), ruhani Ģəxs, ağa, həkim, fəxri ad, tacir 

və  s.  Azərbaycan  dilində  “xacə”(bax)  Ģəklində  də  yazılan  bu  söz, 

zənnimizcə,  türk  dillərində  iĢlənən  və  müdriklik  mənasında  olan 

“qoca”  sözündən  yaranmıĢdır.  Yəqin  ki,  “Siyasətnamə”  əsərinin 

müəllifi Xacə Nizam vəzirlik etdiyi zaman öz müdrikliyinə görə bu 

ada layiq görülmüĢ və ilk dəfə olaraq “xacə” fəxri adını almıĢdır. 

Bundan  sonra  “xacə,  xoca”  adı  bütün  ġərq  ölkələrində  iĢlənən  ən 

aktiv  sözlərdən  birinə  çevrilmiĢ,  hətta  müxtəlif  hökmdarların 

tapĢırıqlarını  yerinə  yetirən  və  saray  hərəmxanalarını  idarə  edən 

axtalara da fəxri ad kimi verilmiĢdir. Bu adın tacirlərə verilməsi də 

onların kəĢfiyyatçılığı ilə əlaqədardır.  

Nizami ġirinin gəlinlik otağında Xosrovu Xocaya bənzədir. 

Xuzistana gəldi fərəhli Xoca, 

Nabat, qənd sındırdı orda çoxluca (Xġ-315). 

“Xuzistan” dedikdə isə ġirinin otağı nəzərdə tutulmuĢdur. 

Xorasan  (top.)  –  Orta  əsrlərə  qədər  Orta  Asiyanın  ən  böyük 

ölkələrindən biri olmuĢdur. XX əsrə qədər tamamilə Ġrana daxil idi. 

Hazırda  qərb  hissəsi(əsas  hissəsi)  Ġrana,  Ģərq  hissəsi  Əfqanıstana, 

Ģimal  hissəsi  isə  Tacikistana  daxildir.  Xorasanın  hüdudları  haq-

qında  coğrafiyaĢünasların  rəyləri  müxtəlif  olmuĢdur.  Guya  buna 

səbəb odur ki, müxtəlif dövrlərdə Xorasanın ərazisi geniĢlənmiĢ və 




172 

kiçilmiĢdir.  Qədim  Ġran  dövlətləri,  yəni  PiĢdadyan  və  Kəyanyan 

zamanında  əsil  Ġran  Xorasan  və  onun  ətrafından  ibarət  olmuĢ  və 

Bəlx  Ģəhəri  Ġranın  paytaxtı  olmuĢdur.  Xorasan  adı  bu  ölkəyə 

Sasanilər zamanında verilmiĢdir. Mənası fars dilində (pəhləvi dilin-

də)  GünəĢ  yurdu,  yəni  ġərq  deməkdir.  ġiələrin  8-ci  imamı  olan 

Rzanın  qəbri  bu  vilayətin  mərkəzi  olan  MəĢhəd  Ģəhərində  oldu-

ğundan bura ziyarətgah hesab olunur (SX-118). 



Xorasanda Səncərin zülmü elə car oldu, 

EĢitmədi bunları, bəlaya düçar oldu (SX-87). 

Burada  Səncərin  ədalətsizliyinə  və  bunun  nəticəsində  əsir 

alınıb, taxt-tacının əlindən çıxmasına və ölümünə iĢarə olunur. 

Zəfəri çox asan sanıb dururdu, 

Xorasan mülkündən xərac umurdu (Ġ-103). 

Burada isə söhbət Ġskəndərdən gedir. 



Xorəzm (top.) – Bax: Xarəzm. 

Çin, Xorəzm, Qəzneyn, Qur mahalından, 

Yer dəmir kəsildi heyvan nalından (Ġ-117). 

Xoruz  (məc. ap. mif.) – Nizami özünü guya göydə  yaĢayan 

və  hər  səhər  ilk  banlayan  xoruza,  o  biri  Ģairləri  isə  onu  təqlid 

edərək, yerdə banlayan xoruzlara bənzədir. 

Deyirlər: göylərdə bir ağ xoruz var, 

O, ərĢin altında tutubdur qərar. 

Deyirlər: o xoruz banlar hər səhər, 

Yerdəki xoruzlar ona səs verər. 

Bilin ki, göylərin o quĢu mənəm (Ġ-425). 



Xosrov (an.) – Xosrov Pərvizin(bax) əsl adı. 

Bu söhbətdən keçdi bir neçə zaman



Xosrov hər hünərdə oldu qəhrəman (Xġ-55). 

Bu, Pərvizin əsl adı olsa da, ümumiyyətlə Ġran Ģahlarına ve-

rilən  ümumi  tituldur.  Məsələn,  Ģair  “Xosrov”  dedikdə,  Xosrov 

Pərvizi yox, Bəhram Guru nəzərdə tutur. 

ġahın yanındaydı sərhəngin özü, 

Xosrovdan eĢidib belə bir sözü (YG-107). 



173 

“Xosrov  qaydası”  isə  Ģahlıq,  hökmranlıq  qaydası  deməkdir. 

Yəni Neman qoy Bəhrama hökmranlıq qayda-qanunlarını – ġah-

lıq fənnini öyrətsin. 



Xosrov qaydasını ona öyrətsin, 

ġahlıq ədəbini qoy təlim etsin (YG-57). 

AtəĢpərəstlik  dinini  ləğv  edən  Ġskəndər,  camaatdan  tələb 

edirdi ki, köhnə ayinə, Xosrov dininə itaət etsinlər. 

Üz çevirsinlər qoy köhnə ayinə, 

PərəstiĢ etsinlər Xosrov dininə (Ġ-171). 

Ġbrahim dinini doğru yol bildi, 

AtəĢ tüstüsünü dillərdən sildi (Ġ-174). 

Ġbrahim(bax)  dini  isə  tək  Allaha  itaət  etməyi  təbliğ  edirdi. 

Xosrov dedikdə, Ģair Keyxosrovu nəzərdə tutmuĢdur. 

Bu taxt ki, Xosrovdan qalmıĢ yadigar, 

ġahın ölümündən açarmı əsrar? (Ġ-243). 



Xosrov (məc. an.) – ġirin Xosrova bənzədilir. 

GəlmiĢ kimi hamı Ģah hüzuruna 

Hörmət eylədilər Xosrovtək ona (Xġ-96). 

Yəni  Mədainə  gələndən  sonra  Xosrovun  hüzurunda  duran 

kimi ġirinə qulluq edirdilər. 

GünəĢ  planeti  Xosrova(hökmdar,  padĢah  deməkdir)  bənzə-

dilir. 

Tezdən duran Xosrov səhər vaxtında 



Sevinclə əyləĢdi Ģahlıq taxtında (LM-248). 

Xosrov,  Barbət (məc. xat. an.) – ġair “Ġqbalnamə” əsərinin 

“Nizaminin rüzgarının sonu” hissəsində Xosrov və Barbəti (bax) 

də  xatırlayır.  Eyni  zamanda  burada  müğənnini  Xosrov  məcli-

sində çalan Barbətə, Ģair özünü isə Xosrova bənzətmiĢdir. 

Müğənni, çal görək bir “RamiĢi-can”, 

Açılsın ürəyim o xoĢ havadan! 



Xosrov məclisində Barbət çalantək 

Çal bir-bir nəğməni, birdən yüzədək! (Ġ-607). 



Xosrov,  Fərhad  (qoĢa  an.)  –  ġair  onların  adını  hadisələrin 

təsviri  zamanı  bir-birinin  əksini  təĢkil  edən  obraz  adı  kimi  ya-

naĢı iĢlətmiĢdir. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə