Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə65/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   61   62   63   64   65   66   67   68   ...   138

195 

Burada  söhbət  Məhin  Banunun  dövlətindən  gedir.  ġair  “Ġs-

fahan” adından məcazi ad kimi də istifadə etmiĢdir. O, Qəsri-ġi-

rini ġəkərin yaĢadığı Ġsfahana bənzətmiĢdir. 

ġəkər məhləsinə yetiĢən zaman 

Yenə Qəsri-ġirin oldu Ġsfahan (Xġ-220). 

Yəni  ġəkər  məsələsi  meydana  gələndə  yenə  ġirin  yaddan 

çıxdı.  Əvvəllər  Qəsri-ġirinə  tez-tez  getdiyi  kimi  indi  Ġsfahana 

gedirdi. 

Ġsfahan  alması (fit.)  –  Ġsfahanda  yetiĢən  alma növü. Görü-

nür,  bu  alma  növü  Ģairin  dövründə  Quba  alması  kimi  məĢhur 

olmuĢdur. 

Ġsfahan alması, Rey üzümü tər...(YG-255). 

ġirin metaforik Ģəkildə ġəkəri Ġsfahan almasına, öz yanağını 

isə almaya bənzədir. 

Alma yanağımı Ģaha versəm mən, 



Ġsfahan alması çıxmaz səbətdən (Xġ-254). 

Ġsfahan gülləri (fit.) – Ġsfahanda bitən xüsusi gül növləri. 

Ġsfahan gülləri ətir saçardı (Ġ-182). 

Ġsfahan,  Zəngibar  (qoĢa  məc.  top.)  –  ġair  Xosrovun  sara-

yını Ġsfahana, qulları isə Zəngibara bənzədir. 

Dəhlizdə durmuĢdu qapqara qullar

Ġsfahana bağlı sanki Zəngibar (Xġ-285). 

Ġsfəndiyar  (məc.  an.)  –  Ġranın  qədim  Kəyan  sülaləsi  Ģah-

larından  KəĢtasbın  oğludur.  Müxtəlif  iftiralara  düĢmüĢ,  atası 

tərəfindən  həbsxanaya  atılmıĢdır.  Nəhayət,  Rüstəmin  haça  oxu 

ilə  öldürülmüĢdür(10).  O,  Firdovsinin  “ġahnamə”  əsərində  hü-

nərli bir pəhləvan kimi təsvir olunmuĢdur. Ġsfəndiyar Ruyintən – 

yəni  silahbatmaz  hesab  edilirdi.  O  da  yenilməz  pəhləvan  Rüs-

təmi-Zal  kimi  yeddi  tilsim  sındırmıĢ  və  misilsiz qəhrəmanlıqlar 

göstərmiĢdir. 



Ġsfəndiyar köçmüĢ dünyadan əgər

Nəsəbin yetiĢər Bəhmənə qədər (Ġ-134). 



Ġsfəndiyar, Bəhmən (qoĢa məc. an.) – Dara  Ġskəndərə yaz-

dığı  məktubda  özünü  eyni  zamanda  həm  Ġsfəndiyara,  həm  də 

Bəhmənə bənzədir. 



196 

Məndədir Bəhmənin aslan ürəyi, 

Həm Ġsfəndiyarın polad biləyi. 

Onlardan yadigar bu gün mənəm, mən! 

Zorda Ġsfəndiyar, ürəkdə Bəhmən! (Ġ-134). 

Ġsfəndiyar,  Rüstəmi-Zal (qoĢa məc. an.) –  Ġsfəndiyar qüd-

rətli hökmdar, Rüstəm-Zal isə  yenilməz pəhləvan rəmzidir. Bu-

na  görə  də  Ģair  ġirinin  rəfiqələrini  cürətdə  Ġsfəndiyara,  ox  at-

maqda isə Rüstəmi-Zala bənzədir. 

Cürətdə hər biri bir Ġsfəndiyar, 

Rüstəmi-Zal kimi ox atandılar (Xġ-120). 

Ġshaq (an.) – Ərzincan hakimi Fəxrəddin Bəhram Ģahın ba-

bası. 


Göylərə ucaltdığı Ġshaqın bayrağıdır  (SX-41). 

Ġshaq (ag.) – Dinlər tarixinə görə, peyğəmbər sayılır. Ġbrahim 

peyğəmbərin  oğlu  və  Eysin  atasıdır.  Ərəb  tarixinə  görə,  guya 

Ġskəndər Zülqərneyn Eysin nəslindəndir. Nizami də buna iĢarə edir. 

Ulu babasıydı Eys ibn-Ġshaq (Ġ-61). 

ġair bu addan məcazi ad kimi də istifadə etmiĢ, ġirini Ġshaqa 

bənzətmiĢdir. 

Rəngi Ģəvə kimi, ġəbdizdir adı, 

ġirin Ġshaq kimi sevir o atı (Xġ-66). 



Ġshaq-Mushaq  (məc.  zo.)  –  Fərhad  Ġshaq-Mushaq  quĢunu 

insana bənzədir. 

Bir sakit qalayam, dörd yanım gecə, 

Ġshaq-Mushaqlardır yoldaĢım təkcə (Xġ-199). 

Ġshaq-Mushaq gecələr uçan quĢ adıdır. Onunla əlaqədar belə 

bir əfsanə də  yaradılmıĢdır ki,  guya iki qardaĢ quĢ cildinə  girə-

rək, itmiĢ öküzü axtarır, lakin tapa bilmirlər. Sakit gecədə onla-

rın yanıqlı səsi belə bir dialoqu andırır: 

– Ġshaq! 

– Mushaq! 

– Tapdın? 

– Yox. 

Ġskəndər  (an.)  –  Qədim  Makedoniya  sərkərdəsi  və  dövlət 

xadimi  Aleksandr(e.ə.  356-323).  Makedoniya  imperatoru  ikinci 




197 

Filippin  oğlu  və  Ərəstunun  Ģagirdidir.  O,  çoxlu  atlı,  piyada 

qoĢunu, güclü hərbi donanması ilə bir sıra  yürüĢlər edib böyük 

qələbələr qazanmıĢ, Yunanıstanı, Bizansı, Suriyanı, Orta Asiya-

nı,  Əfqanıstanı,  Hindistanı  və  Ġranı  zəbt  etmiĢdir.  Müsəlman 

ġərqində  Ġskəndər  Zülqərneyn,  Makedoniyalı  Ġskəndər,  Ġskən-

dəri  Kəbir,  Ġskəndər  Rumi  adları  ilə  məĢhurdur.  Firdovsi,  Ni-

zami,  ƏliĢir  Nəvai,  Əmir  Xosrov  Dəhləvi,  Əbdürrəhman  Cami 

və  onlarca  baĢqa  Ģairlər  onun  qəhrəmanlığına  və  apardığı  mü-

haribələrə  əsərlər  həsr  edərək  onu  ideal  hökmdar  kimi  qələmə 

vermiĢlər. O, ġərqdə həm adil hökmdar, yenilməz sərkərdə, mü-

haribə apardığı ölkələrdə dağıdıcı iĢlər apardığına və  ZərdüĢtün 

müqəddəs  “Avesta”sını  yandırdığına  görə  Ġskəndəri-məlun 

(lənətə  gəlmiĢ  Ġskəndər)  kimi  yad  edilmiĢdir. Nil  çayının delta-

sında  saldırdığı  Ġskəndəriyyə  Ģəhəri  onun  adını  daĢıyır.  Onun 

böyük  iĢğalçiliğı  sayəsində  yaratdığı  dövlət  antik  dövrün  ən 

qüdrətli  dövləti  olmuĢdur.  Qədim  yunan  və  ġərq  tarixinin  bir 

çox səhifəsi Ġskəndərin adı ilə bağlıdır. 

Bütün bu xüsusiyyətlərinə görə, N.Gəncəvi “Ġskəndərnamə” 

əsərində  onun  bədii  obrazını  yaratmıĢdır.  Xalq  dastanlarımızda 

olduğu kimi, Ģair Ġskəndəri lap körpəliyindən təsvir etmiĢdir. 

Təqvimdən bəxtini təyin etdilər

Qoyuldu uĢağın adı Ġskəndər (Ġ-64). 

“Ġskəndər”  adı  Aleksandr  adının  fonetik  cəhətcə  dəyiĢdiril-

miĢ formasıdır: Aleksandr – əl-Eksandr – Eksandr – Eskandr – 

Ġskandr – Ġskəndər.  

Nizaminin  təsvirində  Ġskəndər  beĢ  olkə  fəth  etmiĢdir.  Buna 

görə də Ģair bu ölkələri onun adında olan hərflərin sayı ilə əla-

qələndirir.  “Ġskəndər”  adı  ərəb  əlifbası  ilə  beĢ  hərflə  yazılır  ki, 

bu  da  “s”,”k”,”n”,”d”,”r”  hərflərindən  ibarətdir.  Nizami  Ġskən-

dərin Misir, Ġran, Hindistan, Rus və Çin səfərlərinə iĢarə edir. 

Ġskəndər sözünü yazanda katib 

Yalnız beĢcə hərflə ifadə edib. 

BeĢ hərfə müvafiq etdin beĢ səfər (Ġ-578). 

Nizami  həm  “Ġskəndərnamə”də,  həm  də  “Xəmsə”nin  digər 

əsərlərində “Ġskəndər” adından xatırlama və məcazi ad kimi də 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə