Ön söz.
Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam.
Kitabda real həyatda müşahidə etdiyim talelərdən, gördüyüm hadisələrdən bəhs
etmişəm. İlk qələmə aldığım əsər “Görünməyən həqiqət” dedektiv povestidir.
Bu əsər eyni zamanda dedektiv janrında yazdığım ilk əsərdir. Əsəri 2007-2010-
cu illərdə yazmışam. Həmin illərdə eyni zamanda “Açılmayan düyünlər” ,
“Sevgi zərbəsi”, “Zamanın öz məlhəmi” əsərlərini yazdım. Ən son yazdığm isə
“Xoşbəxtlik həsrəti” romanıdır. Bütün əsərlərimdə hadisələrin axarında sevgi
macəraları ilə yanaşı, qətl hadisələrinə, uğursuz sevgi acılarına da yer
ayırmışam. Sizə təqdim etdiyim bu kitaba bu əsərlərin hamsı daxildir. Kitabda
tanış olacağınız bütün obrazlar (“Xoşbəxtlik həsrəti”ndəki Tərlandan başqa) real
həyatda yaşayırlar, yəni xəyalımın məhsulu deyil. Obrazların adı şərti olaraq
dəyişdirilib. Buradakı hadisələr Azərbaycanın ucqar kənd və rayonlarında
cərəyan edir. “Zamanın öz məlhəmi” povestində isə hadisələr Türkiyənin ücqar
kəndlərindən birində baş verir.
Hər bir əsərin məzmunu və ümumilikdə aşıladığı fikirlərin cövhərində mənim
könül çrpıntılarım, həyat-ölüm, sevgi-nifrət, insanlıq-rəzalət, xoşbəxtlik-
bədbəxtlik haqqında düşüncələrim əks olunub. Hansılar ki, biz həmişə bu
əksliklərin arasındayıq, onların mübarizəsində üstün çıxanın gətirdiyi, bəxş
etdiyi həyatı yaşayırıq.
Bu sayta gəldiyim ilk andan yazılarımı Gülşən xanımla müzakirə etdim, fikir
mübadiləsi apardıq, məsləhətlər aldım və onun məsləhəti ilə yazmaqda davam
etdim, bu yazılarım ərsəyə gəldi. İndiyə kimi bu yazdıqlarımı ancaq ailəmizdə,
qohumlarımızda oxuyurdularsa, artıq Qadın.net saytı öz səhifələrində paylaşıb,
hissə-hissə dərc olunub. İndi isə onlar sayt layihəsinə əsasən vahid kitab halında
sizlərə təqdim olunur. Bilirəm ki, mənim əsərlərimi sevərək izləyən yüzlərlə
oxucum var. Bunu mənə gələn məktublar sübut edir. Oxucu sevgisi arzu etdiyim
ən böyük hədiyyədir. Bu hədiyyə üçün Selcan (Ceylan Mumoğlu) xanıma öz
dərin minnətdarlığımı bildirirəm. Əziz oxucular, ümid edirəm ki, əsərin əsas
maziyyətlərini siz qiymətləndirəcəksiniz. Hər bir irad və təkliflərinizi ehtiramla
qəbul edəcəyəm. Bu təklif və iradlar mənim gələcək yaradıcılıq yoluma işıq
tutacaqdır.
Hörmətlə: Xəyalə Murad
“Sevgi zərbəsi” roman
Birinci fəsil
Sevginin nə olduğunu bilmirdi. Amma bilirdi ki, valideynlərə hiss etdiyi
sevgidən çox fərqli bir hiss olmalıdır. Sevginin nə olduğunu bilən rəfiqələri
vardı. Tez-tez onları bezdirərdi sualları ilə. Yenə də doymurdu aldığı
cavablardan. Kitablarda oxuyurdu, əbədi səadətdən, xoşbəxtlikdən. Sevmək
istəyirdi. Çox istəyirdi. Son zəngində paralel sinifdə oxuduğu oğlanlardan biri
onu rəqsə dəvət etdi. Həzin musiqi sədaları altında Səmra ilk dəfə biri ilə rəqs
edirdi. Amma təcrübəsiz olduğunu tərəf müqabilinə bildirmək istəmirdi. Rəqs
etdikcə onun ürəyinin döyüntülərini eşitməyə başladı. sankı "Səmra" eşidilirdi,
hər döyüntüdə. Gözləri gözlərinə sataşdı özünü itirdi o baxışlarda. Sanki
buludlar üstündə rəqs edirdilər. Musiqini isə ürək döyüntüsü əvəz edirdi. Hər
ikisi ilk baxışdan aşiq oldular.
Zaman keçdi... Universitet imtahanlarından hər ikisi kəsildi. Valideynləri səbəbi
sevgilərində gördü. Sevgisi üçün günahlandırılmış kimi baxırdılar Səmraya.
Yenə də çox sevdilər bir-birlərini. O Səmra üçün hər şeyə hazır idi. Bircə
evlənməyə yaşları çatmırdı. Həm də imkan yox idi. Gizlin görüşürdülər
Səmragilin bağlarında, hasar başında. Elə görüşlərin birində zərbə aldı Səmra.
Öyrəndi ki, sevdiyi uzaq səfərə çıxır. İşləyib, pul toplayıb qayıdacaq. Qayıdacaq
ki, evlənsinlər, qovuşsunlar bir-birlərinə. Əvvəlcə tərəddüd etsə də, yola gəldi
sonunda, Anladı ki, başqa çarə yoxdur. Yolunu son nəfəsinədək gözləyəcəyinə
and içdi orda Səmra... O isə "Yolumu gözlə mütləq gələcəm, alıb aparacam səni,
evimizin xanımı edəcəm. İnan mənə, sevgimizə ləkə gətirmə".
Bir neçə ay keçdi. Lakin Səmra usanmırdı, gözləyirdi sevdiyini. Bu neçə ayda
elçi düşən də olmuşdu ona, amma anasına yalvardı, o da vermədi bircə balasını.
Anası qızının sevgisindən xəbər tutmuşdu, təsadüfən gecə ikən. Səmranın
yuxuda dediklərindən anlamışdı hər şeyi. Bilirdi, qızının tərs üzünü dedisə,
ondan başqasına getmərəm, demək getməzdi. Böyük əziyyətlə böyüdürdü qızını.
Hər istədiyini almaq üçün gecə-gündüz calışırdı. Bütün qəlbi ilə onu xoşbəxt
görmək istəyirdi.
Bir gün telefonun zəngi calındı. Səmra şimşək tək cumdu götürdü: "Alo, alo".
Dəstəkdən bir kəlmə eşitdi: "Anamın gəlini olarsan?" Sevdiyinin səsini eşidib az
qaldı havalansın. Demək, artıq vaxtı gəldi, sevdiyi kifayət qədər pul toplayıb
vətənə qayıdıb, elçi gələcək. Bəli, Səmra sevincindən uçurdu. Odur ki, cavabı
tərəddüd etmədən: "Sevə-sevə" oldu. "Onda hazırlaş, 5-ci gün vətənə dönürəm.
6-cı gün sizə anamı göndərəcəm".
Az qalırdı sevincindən havalansın. Yerə-göyə sığmırdı. Ona qovuşacağı günü
gözləyirdi. Beşinci gün gecə elə hey bağda gəzdi. "Birdən gələr keçər, ya da
axtarar, görmərəm" deyə. Səhərə kimi ağacın altında oturduğu yerdəcə yatıb
qaldı. Ayılanda artıq səhər açılmışdı. Başının üstündə əlində jaket tutmuş anasını
gördü. İzzah etməyə çalışdı hər şeyi, amma anasının sakit, qayğıkeş
baxışlarından hər şeyi bildiyini anladı. Üzündən öpüb: "Ana, bu gün bizə elçi
gələcəklər. Razı olarsan?". Anası Səmranın saçlarına sığal çəkib: "Hə, qızım..." -
dedi.
Həmin gün yeni aldığı donunda oturmuşdu Səmra. Gələcək qaynanasına özünü
bəyəndirmək üçün gözəl görsənməyə çalışırdı. Birdən qonşuluğunda sevinc dolu
səs-küy eşitdi. Divar qonşusunun hasarına yaxınlaşıb nə baş verdiyini bilmək
istəyirdi. Bu an elə bir aydın səmadan gəldi bir ildırım çaxdı ürəyinin başından.
Ayağı üzüldü yerdən, ət kimi oldu bütün bədəni. Anası olmasa, yerə dəyərdi.
Hasardan gördüyü mənzərə dəhşət idi onunçün. Dili söz tutmasa da kəkələyərək
azacıq " Sən xəyanət etdin mənə..." dedi.
Hər şey aydın idi. Səmranın bütün qəlbi ilə sevdiyi insan indi hasar qonşusunun
qızıyla nişanlanırdı. Sındı qəlbindəki güvən hissi köz oldu, ürəyi dağ basdı
köksünə. Evdən çıxmadı aylarca. Təmizlik xəstəsi oldu, durmadan hər tərəfi
silib-süpürürdü. Kimsənin gözünə baxmırdı. Suala cavab vermirdi. İçinə
qapandı, tamamilə. Yox oldu həyat sevgisi.....
İkinci fəsil
Aylar keçdi o gündən. Səmra təmizlikdən başqa heç nə düşünmür, kimsənin
sualına cavab vermirdi. Anası arxası olmadığından o gecə qonşunun evinə
getmədi. Qəlbində özünü günahkar hesab edirdi. Əgər həmin gecə nişana mane
olsaydı, bəlkə də bircə balasını bu cür görməzdi. Səmra ağlasaydı, qışqırsaydı
yenə rahat olardı, amma o tamamilə içinə qapanmışdı. Bəzən gecə ikən yatağına
yaxınlaşıb "Qızım yatır, yoxsa oyaqdır"- deyə narahat olurdu. Amma o oyaq
olurdu. Səhərə qədər...
Yatarkən kədər dolu gözlərinə yuxu necə gələrdi axı? Uşaqlığa qayıtdı, qonşu
qızla dostluğunun başladığı günə getdi bir anlıq. 6 yaşı olardı elə hər ikisinin.
Səmra fındıq ağacının altında oturub ağlayırdı. Atasını itirmişdi elə həmin gün.
Bu evə yeni köçdüklərindən heç kimlə tanış olmamışdı. Birdən yanında ona
baxan mavi gözlü qız gördü -"Burda niyə ağlayırsan? Gəl gedək fındıq dərək.
Kimdə fındıq çox olsa, o da qalib gələr". O gündən dostluq edirdi qonşu qızı
Zərifə ilə. Məktəbi də bir oxudular. Hər cür sirr bölüşərdilər həmin fındıq
ağacının altında. Bir gün Zərifə:"Sənə sözüm var. Amma kimsə bilməsin.
Mənim sevdiyim var. Bir aydır tanış olmuşuq. Məktəbə gəlmişdi, sən
tanımırsan. Çox xoşuma gəldi. Onun da məndən. Bilirsən, Səmra mən ona aşiq
olmuşam, deyəsən elə ilk baxışdan. Amma onun sevgisinə əmin deyiləm. Naz
edirəm ki, bəlkə mənə ürəyini aça." Beləcə uşaqlıq sirrlərini sevgi sirri əvəz etdi.
Səmra Zərifənin dostluğuna qiymət verirdi. İndi yatağında o günü xatırlamışdı.
Demək sevdiyi oğlan elə Zərifənin sevgilisi də imiş. Eyni zamanda həm məni,
həm də Zərifəni aldadırmış. Amma sonda onunla evlənməyə qərar verdi. Bəs
niyə kişi kimi qarşıma keçib demədi ki, ay Səmra səni daha sevmirəm....
Hər gecəsi elə belə keçərdi. Öz-özünə suallar verərdi, cavab isə çox vaxt
tapmazdı. Dan yeri söküləndə əlində süpürgə həyət darvazasının yanından düz
bağa kimi süpürərdi. Bir dənə daş belə qalmamışdı o yolda. Anası tək çarəni
bacısında gördü. Zəng etdi məsləhətləşdi. Səmranın bu vəziyyətindən çıxış yol
axtardılar. Onun tərs xasiyyətindən xəbərdar idilər Odur ki, tərs insanın
öhdəsindən ondan da tərs biri gələ bilərdi. Beləcə xalası öz qızını göndərəcəyini
dedi. Bəlkə o, Səmraya kömək olar deyə.
Səmra əlində toz əskisi televizorun tozunu silirdi. Elə bu vaxt darvazaları
açıldı. Səmra kim olduğuna baxmaq istəyəndə gələn arxadan onu tutdu-"Salam
Səmam necəsən? Çox darıxmışdım."Səmra arxaya çönüb xalası qızı Xədicəni
gördü. O gecədən bəri ilk dəfə idi ki, üzü güldü. Onu qucaqlayıb bağrına basdı.
Dayanmadan ağladı. Bu 3 ayda bir dəfə də olsun Səmra ağlamamışdı. Xədicə
onu sakitləşdirməyə çalışmadı. Çünki anası hər şeyi anlatmışdı. Yaşca Səmradan
kiçik olsa da yaşıdlarmış kimi davranırdılar. Səmra onun gözündə ideal insan
idi. Güzgü önündə dayananda - "Səmraya oxşayıram görəsən?" deyə özünə sual
verərdi. İdeal saydığı doğma xalası qızı tamamilə dəyişmişdi. Dolu olsa da
boyunun hündürlüyü gözəllik verirdi Səmraya. Gülərkən yanaqlarında güllər
açırdı sanki, saçları təbii qara rəngdə idi. Hər külək əsəndə sanki darayardı
Səmranın saçlarını. Hər telinə sığal çkərdi astaca. Gözləri iki qara mirvari tək
parlayardı ehmalca. Amma indi qarşısında o Səmradan əsər-əlamət yox idi.
Güya heç nədən xəbəri yoxmuş kimi :" Səma (Xədicə Səmraya qısaca Səma
deyərdi) , nə olub yoxsa məni görməyinə sevinmirsən? Xalam çağırmasaydı
gəlməyəcəkdim, küsmüşdüm səndən. Üç aydır mesajlarıma zəngimə cavab
vermirdin. Yaman incimişəm səndən, xain çıxdın." Birdən anladı ki, son sözünü
nahaq yerə dedi. Çünki Səmra daha da bərk ağladı.
-Nələr yaşamısan sən, niyə ağlayırsan? danış rahat olacaqsan. At əlindən bunları
bəsdir. Onsuz da təmizdir hər yer. Bəs, ürəyini necə təmizləmək istəmirsən?"
Xədicə Səmranı bir təhər razı saldı. Səmra əvvəldən başladı. Mahirlə ilk
rəqsindən, görüşlərindən, Rusiyadan etdiyi son zəngindən və hasar başında
gördüyü o səhnədən. Səmra o qədər ağlayırdı ki, Xədicə onun ancaq bu yolla
rahat ola biləcəyini düşündüyündən dayandırmaq istəmirdi. Ətraflı öyrəndi
yaşanmışları. Zərifəni tanıyırdı Xədicə. Onun ən yaxın rəfiqəsinə bunu etdiyi
ağlına belə gəlməzdi. Həmin gecə Xədicə başladı düşünməyə: " Axı niyə zəng
edib gözlədirdi Səmranı. Məqsədi Zərifə idisə, niyə Səmraya xəbər edirdi ki elçi
gələcəyik."
Heç cürə uda bilmirdi Zərifənin hərəkətini. Həmin gecə Xədicə söz verdi özünə
ki, Səmraya edilən haqsızlığı cavabsız qoymayacaq. Əgər kişi olsaydı bir-başa
Mahirin qarşına dikilərdi. Tələb edərdi ondan Səmraya vurduğu zərbənin
səbəbini. Xalası tapşırmışdı ki, Xədicəni tək qoymasın. Çünki bu günlərdə
Zərifənin toyu olacaqdı. İstəmirdi yenidən özünə qapansın. Bircə balasını belə
görməyə dözə bilmirdi. Xədicənin gəlişinə ümidi vardı. Çünki bu 3 ayda Səmra
hisslərini yaşadıqlarını kiminlə paylaşa bilərdi ki, anası ilə də arada pərdə
saxlayırdı. Ona görə xalası işdən gəlib Xədicəni görəndə uşaq tək ağlamışdı.-"
Nə yaxşı ki, gəldin Xədicə, Səmranı tənha qoyma. Tez-tez unsiyyət qur, içinə
qapanmasın."
Səhər açıldı. Səmra yenə həyəti süpürməyə başladı. Anası işə gedəndə sığal
çəkdi başına. Xədicə çayını içərkən belə gözünü Səmradan çəkmədi. Onun bu
qədər arıqlamağı, çəkdiyi əzab yetməzdimi? Beynindəki suallara tək cavab
verən vardısa, o da Mahirdi. Amma onu tapa bilməzdi. Əvəzində isə Zərifəni
tapa bilərdi. Elə stəkanı nəlbəkiyə qoyub iri addımlarla çıxdı darvazadan. Səmra
heç nə anlamadı, baxdı arxasınca.
Qonşunun darvazasını iri daşla döydü. Qapının ağzına Zərifə çıxdı. Xədicəni
görüb rəngi saraldı. Başını aşağı dikib;
-"Salam Xədicə. Utandığımdan gəlib Səmranın halını soruşa bilmirəm. o
necədir?"
Xədicə qəzəbindən nə dediyini bilmədi:
-"Yəni utanmağı da bacarırsan? Sənin kimi dost olmaz olsun. Nədi yer üzündə
başqasını tapmadın? Belə tez ərə getmək istəyirdin? Evdə qalmışdın? Səmranın
sənə nə pisliyi dəymişdi? Lənət olsun səni tanıdığımız günə."
Xədicə sözünü dedi, amma rahatlaşmadı. Qarşısında başı aşağı yazıq vəziyyətdə
dayanmış Zərifə dinmirdi. Sanki başı ilə təsdiq edirdi, onun təhqirlərini qəbul
edirdi. Xədicə birdən anladı ki, səbəbi hər nədirsə Səmranında bilməyə haqqı
var. Odur ki, çəkinmədən tutdu Zərifənin qolundan
-" Mənimlə gəl, kişi qızı kimi dur Səmranın qarşısında. Niyə bu insafsızlığı
etdiyinizi anlat. Onun bilməyə haqqı var."
Zərifə heç nə demədən Xədicənin yanınca Səmranın evinə gəldi.
"Səmra, gəl bura səni görmək istəyən var"-dedi. Pilləkənin başında dayanan
Səmra Zərifəni gördü. Aşağı enib üstünə şığıdı. Səni görüm qəlbin kül olsun
mənim kimi, burnundan gəlsin dostluğumuz. Bədbəxt olacaqsız, necə ki mən
bədbəxtəm. " qırşqıra -qışqıra oturdu yerə gözündən axan göz yaşları nə
dərəcədə əzab çəkdiyini göstərirdi. "Axı nə istədiz məndən? Niyə belə elədiz?
Zərifə iki qat qalıb üzünü yerdən qaldırmağa utanırdı sankı. İki əlini qoynuna
sıxıb için-için ağlayırdı. Amma yenə də Səmranın bilməyə haqqı olduğunu
düşünüb sualına cavab verdi.
- "Səmra nə desən haqlısan bilirəm. Amma məni bir dinlə, gör niyə belə oldu.
Anamla Mahirin anası bizdə şəkərbura bişirirdilər. Mən də çimmək istəyirdim.
Çəndə su olmadı deyə, Mahirin anası dedi ki, al açarı get bizdə çim. Onsuz da
kimsə yoxdu. Mahir Rusyadadı. Getdim çimdim. Hamamdan çıxanda Mahiri
gördüm. Özün bilirsən ki, ona həmişə qardaş gözü ilə baxmışam. O isə sanki
qəfəsdən azadlığa çıxmış şir kimi cumdu üstümə. Kimsəni köməyə çağıra
bilmədim. Özümü itirdim. Ayılanda hər şey artıq olmuşdu. Başımın üstündə
anamı gördüm. Sonra yanımda yatan Mahiri. Mahirin anası da bizə baxırdı. Mən
nə olduğunu anlayana kimi, artıq Mahir də ayıldı. Namusuma ləkə gətirdi
mənim. Sevdiyim insana qismət olmadan Mahir sahibləndi mənə. Anla məni tək
günahım orda həmin gecə olmağım idi. Allah mənə elə cəza verib ki, bütün
qəlbimlə başqasını sevə-sevə məcburam Mahirə ərə getməyə. Əvvəl qardaş
görürdüm onu, ancaq o gecədən sonra nifrət edirəm ona."
Səmra dözə bilmirdi eşitdiklərinə. Sanki ardı ardına zərbə alırdı. Amma bilmək
də istəyirdi olan-bitəni. Zərifə ağlaya-ağlaya davam edirdi;
-" O gecə anam Mahirin anası ilə bərk mübahisə etdi. Mahir heç nəyi
xatırlamırdı. Bir anın içində qərar verdilər ki, səhər tez-bazar nişan etsinlər.
Ardınca da toy. Mahir nə baş verdiyini anlayanda o da razı oldu. Bilirəm səni
sevir. Amma məni də o, bədbəxt etdi. Evlərində xırda remont işləri gedirdi deyə
3 aydı təxirə salırdılar toyu. Amma gələn həftə toydu. Bu 3 ayda o qədər cəhd
etdim ki, ölməyə. (Zərifə qollarını uzadıb kəsikləri Səmraya göstərdi). Amma
hər dəfə məni xilas etdilər. İndi məcburam ərə getməyə bir yandan namusumu
təmizləmək üçün, digər tərəfdən atasız övlad böyütməməkçün." Səmra başını
qaldırıb Zərifənin əli ilə qarnını göstərdiyini gördü;
"Bəli, mən o gündən hamilə qalmışam. Sevmədiyim, hətta nifrət etdiyim mənə
zorla sahib olan birindən. İndi sən de mənə kimdir bədbəxt olan? Sən-sevdiyin
insanın xəyanətini yaşayan, yoxsa mən-başqasını dəli kimi sevərkən, onunla
quracağımız ailəni düşünərkən, qardaş yerinə qoyduğum tərəfindən zorlanmaq
və istəmədən hamilə qalmaq, indi də onunla bir yastığa ömrü boyu baş qoymaq.
Bundan artıq cəza ola bilərmi? Sən nə qədər arzulasan da bədbəxt olaq deyə
inan ki, iki qat artıq bədbəxtik." Zərifə sözünü deyib ağlaya-ağlaya ordan
uzaqlaşdı....
Üçüncü fəsil
Səmra hələ kiçik yaşlarından atasını itirmişdi. Bu ağır itki günündə Zərifə ilə
dostluğuna ilk addım atmışdı. Bu dostluq çox möhkəm idi. Çünki dostluğun
təməlində ailəvi dostluq da dururdu. Səmranın anası Mirvari xanım hasar
qonşusu Sudabə (Zərifənin anası) ilə həm qonşuluq həm də rəfiqəlik edirdi. Hər
gün hasar başında saatlarla oturub söhbət edər dərdləşərdilər. Biri xəstələnəndə
digəri onun qayğısına qalardı. Axı Sudabə də demək olardı ki, tənha qadın idi.
Çünki yoldaşı Rusyada işləyirdi. İki aydan bir ya gələrdi, ya da gəlməzdi. Lakin
vaxtı vaxtında ailəsinə çörək pulu göndərərdi. Buna görə də Sudabənin
işləməyinə ehtiyac yox idi. Həm də Zəfər kişi buna icazə verməzdi. Onun
nəslində qadınlar heç vaxt işləməyiblər. Olsa olsa tarlada ya da baxçasında nəsə
əkər ya becərərmişlər. Hər hansı bir yerdə aylıq maaşa qəti işləməyiblər. Heç
Sudabə də işləmək arzunda olmayıb. Zəfərə öz istəyi ilə ərə gəlməmişdi. Lakin
buna baxmayaraq ona olan hörməti sevgiyə çevrilmişdi. Övladları doğulduqdan
sonra bir-birlərinə daha da alışdılar. Buna baxmayaraq Sudabə qızı Zərifənin
sevərək ailə qurmasını arzu edirdi. Qızının könlündən xəbərdar da deyildi. Bir
dəfə belə olsun Saleh haqqında soruşmamışdı. Zəfər kişi Qarabağ əldən
getdikdən sonra ailənin yarı ac yarı tox vəziyyətinə dözməyib üzünü Rusiyaya
tutdu. Bir neçə il çətin olsa da nəhayət özünə uyğun iş tapdı. Bir neçə yerdə
icarəyə yer götürdü. Mal aldı, mal satdı. Bəzi fırıldaq işlər də gördü. Lakin
qazanmağın yolunu tapdı. Hər ay evinə pul yolladı. Zərifə də beləliklə böyüdü.
Səmra ilə birlikdə məktəbə getdi.
Mahirin də ailəsi kasıb idi. Atasını bir yaşında ikən itirmişdi. Anası Gülnaz
isə evində dərzi işləyirdi. Gözəl əl qabiliyyəti ilə çox sevilərdi. Sudabə də onu
məhz dərzi kimi tanısa da, sonradan rəfiqəlik də etdi. Sirrləri də, dərdləri də bir
oldu. Mirvari ilə də az söhbət etməmişdilər. Lakin Mirvari işlədiyi üçün çox
zaman evdə olmazdı. Sudabəyə də nə zaman bir şey lazım olsaydı Gülnaza
gedərdi. Beləcə gediş-gəlişləri vardı. Zərifə ilə Mahir demək olar ki, birlikdə
böyümüşdülər. Eyni məktəbdə təhsil alırdılar. Arada Sudabə nəsə lazım olanda
Zərifəni göndərədi. Bir neçə dəfə də elə olmuşdu ki, Sudabə Zərifə üçün nəsə
tikdirirdi deyə hər ikisi Gülnazın qonağı olurdu. Mahir də Zərifəni bacı kimi
sayar hörmətini saxlayardı. Hər şeydən önəmlisi sevib könül verdiyi Səmranın
rəfiqəsi olduğu üçün xətirini çox istəyirdi. Səmra ilə evlənməyə yaşları
çatmadığından məcburən işləməli idi. Həm toy üçün pul yığmalı, həm də özünə
daimi iş yeri tapmalı idi. Universitetə qəbul ola bilməməsi də bir yandan ağır
gəlmişdi. Çünki Gülnaz da Mirvari də uşaqların sevgisindən xəbərdar idilər. Və
bu sevgini ali təhsil qazana bilməməklərində təqsirkar bilirdilər. Lakin olacağa
çarə yox idi. Artıq olan olmuşdu və tez bir zamanda Mahirə iş tapmaq lazım idi.
Buna görə Gülnaz Sudabədən xahiş etdi ki, Zəfər kişi ilə danışsın. Əyər
Rusiyada Mahirə uyğun görüləsi iş varsa onu da aparsın. Mahir üçün Rusiyaya
getmək olduqca çətin gəldi. Lakin Səmra ilə evlənə bilməsi üçün yetərincə pul
və imkan oradan əldə etmək olardı. Rayonda illərlə işləsə də evin təmirini və
alınacaq qızıllara pul çatmazdı. Odur ki, anasının qərarını dəstəklədi. Beləliklə
Zəfər kişi də Mahiri özü ilə apardı.
Mahirin işgüzarlığı Zəfərin çox xoşuna gəlirdi. Hər dəfə bir iş tapşırar onun
məsuliyyətini və düzgünlüyünü yoxlayardı. Heç bir saniyyə də onu bura
gətirdiyinə peşman olmamışdı. Bir müddət keçəndən sonra isə Mahir vətənə
gedib anasını görmək istədiyini dedi. Zəfər kişi ona bir qədər pul verib yola
saldı. Həmin gün işdə çox yorulduğundan elə qatardaca yatmaq istəyirdi.
“Təyyarəyə o qədər pulu verməkdənsə qatarla 3 gün yol gedərəm daha yaxşı”
demişdi. Bu fikirlə də qatarla yola çıxdı. Yol boyunca eyni otaqda 3 cavan
oğlanla qalmalı oldu. Onlarla deyib güldü, əyləndi. Birlikdə yemək yedilər,
dərdləşdilər, içdilər. Mahir mehriban insanların aurasında idi sanki. Lakin butun
bunlar yalan imiş.
Vağzala çatmazdan 3 saat əvvəl dördü də yeyib içirdilər. Həm tanışlıqlarının,
həm də bir daha görüşmək ümidi ilə badə qaldırırdılar. Mahir artıq yetərincə
içmişdi. Digərləri də həmçinin. Lakin qatardan enməsinə çox az qalmışdı.
Oğlanlardan biri cibindən bir neçə həb çıxartdı. Hərəsinə birini uzatdı. Mahir nə
olduğunu anlamasa da həblərə toxunmadı. Amma xəbəri olmadı ki, artıq bir həb
onun içkisində idi. İçkini başına çəkib vidalaşaraq qatardan endi. Qatar
stansiyası evlərindən çox da uzaq deyildi. Bir az getmişdi ki, beyni
dumanlanmağa başladı. İçkinin təsirindən olduğunu zənn edib, bir neçə addım
daha atdı. Məhəllə dostlarından ikisi Mahiri görüb qollarından tutdular. Yarı
zarafatca “Heç gələcəyini də demirsən. Bilsəydik ki, içkili gələcəksən qatarın
qarşısında gözləyərdik” dedilər. Mahir bunları yarı gerçək yarı yuxulu kimi
eşidirdi. Bir onu hiss edirdi ki, bədəni alışıb yanır. Darvazanın qarşısında dostlar
Mahirlə vidalaşdılar. O da əl qaldırıb evə keçdi. Evin qapısı açıq idi. İçəri keçib
əlindəki yükünü elə qapı ağzına ataraq divana uzandı.
Gülnaz Zərifəgildə bayramlıq şirniyyatı bişirirdilər. Zərifə isə çənin boş
olmasından məyus olmuşdu. Saçına sarmısaqlı maska etdiyindən daha dayana
bilmirdi. Bir yandan da çəndə suyun olmaması onu lap əsəbləşdirirdi. Gülnaz
oğlu Mahirin həmin gün gələcəyini bilmədiyindən arxayınlıqla açarı Zərifəyə
uzatdı.
-Get bizdə yuyun. Onsuz da evdə kimsə yoxdu. Çəndə də nə qədər istəsən su
var. Zərifə sevincək qaşınan başına dəsmal bağlayıb Mahirgilin evinə yollandı.
Qapını içəridən bağlamağı unutsa da həyətdəki hamama doğru getdi. Yuyunub
rahatlanıb dəsmalla da hamamdan çıxdı. Havadakı şaxta az da olsa hiss
edildiyindən qaçaraq evə girdi. Əynini orda geyinməyə başlamışdı ki, qapı
ağzındakı çantaları gördü. Təccüb etməyə macal tapmamış Mahir arxadan
çiyninə toxundu. Yarı çılpaq sinəsini örtərək təəccblə: “Mahir? Sən nə vaxt
gəlmisən?” dedi. Mahir içindəki istilikdən xilas ola bilmirdi. Üstəlik də
qarşısında yarı çılpaq dayanmış qız görəndə özünü saxlaya bilmədi. Zəncirdən
açılmış şir kimi onun üstünə cumdu.
Beyni dumanlı idi. Sanki qarışıq yuxu görürdü. Bu nədir anlamağa çalışsa da
beyni açılmırdı. Gözləri yumulu idi. Hər yer qaranlıq idi. Arada bəzi səslər
eşidirdi: “İlahi, bəs mən nə edəcəm?” Bu yuxuda idi, yoxsa realda? Ayılmaq
istiyirdi. Ayıla bilmirdi. Qaranlıq iki əllə tutub beynini sıxırdı sanki. Nəfəsi
ağırlaşırdı. Bütün cəhdləri boşa çıxırdı. Birdən hansısa bir qaranlıq tuneldən işıq
gördü. Bu işıq get-gedə yaxınlaşırdı. İncə əllər çıxdı o işıqdan. Ona doğru
uzanırdı. Bu əllər tanış idi. Səmranın əlləri idi. Yoxsa işıq Səmradır? Yox Səmra
işıq tək parlaq idi. Yenə qırıq- qırıq səslər eşidirdi. “Ana, heç nə edə bilmədim”.
Kimsə ağlayırdı. Mahir isə dərk edə bilmirdi səslər kimə məxsus idi. Yuxu
görürdü. Bir tək buna əmin idi. “Səmra hardasan?” deyib səyaqlayırdı. Yenidən
işığı gördü. Tunelin sonuna doğru uzaqlaşırdı. Lakin ucadan qışqıraraq: “Sən
xəyananət etdin sevgimizə”…Mahir buz kimi oldu. Bədəni soyuq tər ilə
büründü. Titrəməyə başladı. “Yox! Səmra…. Getmə Səmra” deyərək ucadan
bağırdı. Gözləri açıldı. Başı üstündə anası Gülnazı və Sudabəni gördü.
Yatağında isə ağlayan Zərifəni. Hansı ki, cızıq dolu lüt bədənini yorğana
bükməyə çalışırdı…
Dördüncü fəsil
-
Mən nə edəcəm ana?-Ağlayaraq anasına sığındı.
-
Sənin edə biləcəyin bir tək yol var. Mahirə ərə getmək.
-
Siz nə danışırsız? Mən heç nə xatırlamıram.- Mahir təəccüb dolu
baxışlarla Zərifəyə baxdı.
-
Oğul bu etdiyin insanlığa sığmaz. Qızın namusunu ləkələmisən. Onunla
evlənmək də boynunun borcudu.- Gülnaz əllərini əsəbi halda havada
yellətdi.
-
Gülnaz qızımı gör nə hala gətirib. Kürəyinə bax.. Sinəsinə bax… İlahi, Bu
nə vəhşilikdi? Meşədən çıxıb sanki. Gül kimi qızım bədbəxt etdi. –Südabə
Zərifədən beş betər ağlayırdı.
-
Mahiri dünyaya gətirdiyimə peşmanam artıq. Onun kimi oğul olmaz olsun.
Sən ki, belə deyildin bala. Bu nə insafsızlıqdır, bu nə vəhşilikdir etdin? –
Gülnaz alayaraq Mahirə bir sillə vurdu.
-
Zəfər bilsə Mahiri də, Zərifəni də, məni də öldürəcək. Tezliklə toy
etməliyik.
-
Hə başqa çarə yoxdu. Bəs Zəfər bəyə nə deyəcik? –Gülnaz narahat
olmağa başladı.
-
Bilmirəm, səhər qızımın barmağına üzük tax. Yoldaşımı razı salaram.
Nişan etdiyimi demərəm sadəcə üzük taxdıq deyərəm. Ailələr arasında
qeyd etdik deyərəm.
-
Sabah Səmraya elçi göndərəcəkdim ana…
-
Sus mundar! Səmra sənə elə əziz idisə Zərifəninbaşına bu müsibəti
gətirməzdin. Sudabə Mahirə acıqlandı.
-
Qəti sözüm budur ki, sabah ikisini də nişanlayaq tez bir zamanda toylarını
edək. Zəfər qardaşla özün danış. Gerçəyi desən Mahiri öldürər.
-
Yox gerçəyi yoldaşıma desəm hamımızı öldürər. Odur ki, bu gecəki
sohbəti kimsə bilməməlidi.
Zərifə isə dili tutulmuş insan kimi kənarda yorğana bükülüb oturmuşdu.
Arada içdən ağlayırdı. Salehi düşünürdü. Onun üzünə daha baxa
bilməyəcəyini, bu illər boyu qurduqları xəyalların heç zaman real
olmayacağını dərk edərək ağlayırdı. Daha o xəyallara da xəyanət etmişdi.
Səmranın da dostluğunu, inamını, etibarını sevginisini itirmişdi.
Beşinci fəsil
Səmra yatmısan?"- Xədicə astaca Səmranın yatağına yaxınlaşdı. "Yox, hələ də
fikirləşirəm." Səmra Xədicə otura bilsin deyə ayaqlarını bir kənara çəkdi. "Nəyi
düşünürsən?"-soruşsa da əslində Səmranın nə fikirləşdiyindən qorxurdu. Ən çox
da yenidən içinə qapanmasından, həyatdan küsməsindən qorxurdu. Zərifənin
dedikləri Xədicənin yadindan çıxmamışdı. Həm onun halına acıyır, həm də öz
sözlərinə görə az da olsa xəcalət çəkirdi. Amma Səmranın nələr düşündüyünü
bilmək borcu idi. Axı, o, Səmra üçün gəlmişdi bura. Onu tək qoymamalı idi.
Xədicəni fikirlərindən Səmranın dedikləri ayırdı.
"Bilirsən, Xədicə, mən bilmirəm, Zərifənin yerində olmadığıma görə sevinim,
yoxsa Mahir kimi alçağı sevdiyimə görə özümə nifrət edim." "Sən heç birini
etmə", əslində Xədicə ona təsəlli vermək istəyirdi, amma bacara bilmədiyini hiss
etdi.
"Səmra, sən Allaha şükr et ki, Zərifənin taleyini yaşamırsan. Şükr et ki, o alçağı
ona ərə getməzdən əvvəl tanıdın. Onun əsl üzünü gördün. Buna görə ancaq şükr
et. Özünə nifrət etməli biri varsa, o da Mahirdir, sən yox" ...
O gecə Xədicə Səmranın başqa düşündüklərindən xəbərsiz idi. Çünki daha
onunla bu mövzu barədə danışmaq istəmirdi. Əksinə, istəyirdi ki, onun başını
bacardıqca qatsın. Bacardıqca Mahirə, sevgiyə, Zərifəyə aid olmayan
mövzulardan danışmasın. Bunun üçün sabahkı gündən başlayaraq Səmranı özü
ilə gəzməyə "məcbur " etdi. Bəhanə etdi ki, uşaq vaxtı Səmra ona bir zaman
butun rayonu gəzdirəcəyinə söz verib, amma sözünü tutmayıb. Beləcə 3 gün
Səmra ilə rayonun mərkəzi küçələrini, bazarlarını, mağazalarını, parklarını
gəzdilər. Hər beş dəqiqədən bir Xədicə ağlına gələn ilk mövzu barədə sual
verirdi Səmraya. O da susa bilmirdi. Çünki Xədicə o qədər deyib-gülən insan idi
ki, Səmra bir an belə nə Mahiri, nə yaşadıqlarını xatırlamadı. Suallar
çoxluğundan Xədicə də yorulurdu, amma məcburdu ki, rəngdən, geyimdən,
qarşısına çıxan şirniyyat mağazasından, yaylıqlardan, ağaclardan, güllərdən
soruşub Səmranın fikrini dağıtsın. O qədər sual verirdi ki, birinə cavab almadan
o birinə belə keçirdi. Amma nə fayda yenə axşam eyni vəziyyət. Səmra yerinə
uzanır, amma yatmır. Elə düşünür, düşünür, bir sualına belə cavab tapa bilmirdi.
Zərifə ilə Mahirin toyundan bir gün əvvəl Xədicə ilə Səmra bağlarında oturub
çay içirdilər. Bunu Xədicə təklif etmişdi. Çünki başqa nə edəcəyini bilmirdi.
Səmranın gözü hasar kənarındakı fındıq ağacına sataşdı və gözlərini qırpmadan
ona baxmağa başladı. Elə xəyalı gözəl günlərin birinə getdi...
Səmranın ad günü idi. Fındıq ağacının altında günorta vaxtı Zərifə ilə 17 yaşını
qeyd edirdilər. Səmranın Zərifədən başqa dostu, sirrdaşı yox idi. Bu cür "şənlik"
keçirməyi Zərifə təklif etmişdi. Sanki o fındıq ağacı onların böyüməyinə,
sirrlərinə, arzularına şahid idi. "Zərifə, sevgi necə hissdir?
Səmra, sevgini yaşamayan insan onu anlaya bilməz . Çünki mən sevənə kimi
sevginin nə olduğunu bilmirdim. Elə səndə də, elə olacaq. Sevdiyini sonradan
biləcəksən. Onunla qarşı-qarşıya dayananda, baxışlarında özünü itirəndə,
əllərinə toxunanda şam tək əriyəndə biləcəksən.
Zərifə, bəs sənin sevdiyin oğlan necə oldu?
Eh, Səmra sənə dedim axı, ona naz edirəm. O da mənim könlümü almaqdan,
şıltaqlığımdan zövq alır. Deyir, xoşum gəlir sənin naz etməyindən. Bilirsən, bir
dəfə məni sevdiyini də deyib. Amma o qədər tez dedi ki, eşidib eşitmədiyimə
inana bilmədim. Sadəcə görüşə bilməmək bizim aramıza soyuqluq salır. Ayda
bir dəfə hasar başında iki kəlmə sözü güclə deyirik bir-birimizə. Ancaq
məktubla, telefonla yazışırıq, danışırıq. Bir günümü onun səsini eşitmədən
yaşaya bilmərəm. Onunla bir ailə qurmaq, övlad sahibi olmaq istəyirəm.
Həyatımda keç nəyi, heç kəsi bu qədər arzulamamışdım. Onun varlığı ilə o
qədər arzularım yaranır ki içimdə. Hər gecə "yuxun bal tək şirin olsun azizim"
deyən sözünü eşitməsəm necə yuxuya gedə bilərəm ki... Allahımdan tək onu
istəmişəm onu arzulamışam."
"Səmra, sən hara baxırsan? Deyirəm, gərək ərik ağacı da əkərdiz bura.
Eşidirsən?" Səmra qəfldən xəyalından ayıldı. "Nə dedin? "- soruşaraq fikrini
cilovlamağa başladı. "Deyirəm gərək bura ərik ağacı da əkərdiz. Sən nə
düşünürsən Səmra? O fındıq ağacı sənə nəyi xatırlatdı? " Əslində Xədicə özü də
anlamırdı ki, niyə Səmraya bu sualı verdi. Qorxdu ki, yenidən Mahirdən
danışacaq, amma içinə qapanmaqdansa, danışmağını istədi.
"Bilirsən, Xədicə, o fındıq ağacının kölgəsində başlayıb Zərifə ilə dostluğum. O
da bizimlə birgə böyüyüb bu illər boyu. O şahiddir həyatımızdakı bütün sirrlərə.
Zərifənin ilk sevgisindən, mənim Mahirə aşiq olmağımdan...." Xədicə hiss etdi
ki, Səmra yaşla dolmuş gözlərini ondan yayındırmağa çalışır. Bunun üçün
söhbəti dəyişdirməyə başladı.
"Zərifənin sevdiyi oğlanın adı nə idi?"
"Saleh. Niyə soruşdun?" -Səmra fikrini artıq Xədicənin deyəcəklərinə yönəltdi.
"Heç deyirəm bəzən düşünəndə xatırla ki, sənin keçirdiklərini Saleh də keçirdir.
Əgər Zərifəni sənin Mahiri sevdiyin kimi sevibsə, o da əziyyət çəkir. Yer
üzündə xəyanətdən əziyyət çəkən tək sən deyilsən, Səmam. Məni düzgün anla,
Mahir sənin sevginin bir damlasına dəyməz. Dəli şeytan deyir, get Zərifənin
atasına danış hər şeyi. Vursun öldürsün Mahiri."
Xədicə anladı ki, yaman coşdu və Səmra onun son sözlərindən inciyə bilər.
"İncimədin sözümdən?".
"Yox, niyə inciyim ki, dəli şeytan sənə o yolu göstərir, mənə də deyir ki
Mahirlə Zərifə toy günü evdən çıxanda qabaqlarını kəsib tüpürüm Mahirin
üzünə, deyim, kişi deyilsən. Sən adam olmayacaqsan. Sənə olan sevgim haramın
olsun. "
Birdən Səmra anladı ki, Xədicə ona təəcüblə baxır. Bu səfər Səmra özü
mövzunu dəyişdi. "Bilirsən, niyə ərik ağacı əkmirik? Çünki əkənimiz yoxdur "
Bu cümlədən sonra Xədicə gülməyə başladı ki, Səmranın da üzü gülsün....
Xədicə uşaq vaxtı yıxıldığı gilas ağacından danışırdı ki, birdən hasardan səs
eşitdilər.
"Səmra o nə səsdir?"
Xədicə diksinərək Səmradan bərk yapışdı. "Qorxma deyəsən biri yolunu səhv
salıb".
Bəli, hasarın başına dırmaşan Mahir idi. Qəribəsi o idi ki, Səmra onu görüb heç
anasını çağırmadı da. Əslində Mahiri görəndə qulaqlarında Zərifənin sözləri
cingildəməyə başlamışdı: "Səmra, bir dinlə məni, gör hadisə necə olumuşdu..."
Bəlkə də ona görə Səmra Mahirin deyəcəklərini dinləmək istəyirdi. "Sən
kimsən burda nə işin var? Rədd ol xalamı çağıracam bu saat." deyən Xədicə
onun üstünə yeridi. "Dayan Xədicə, bu Mahirdi. Sevgimizə ləkə gətirmə deyərək
son dəfə bu hasardan aşan Mahir, Zərifəni bədbəxt edən, sevgimizə ləkə
gətirən, alçaq Mahir... " Səmra bu sözləri dedikcə gözlərindən damla damla yaş
axmağa başladı. Sevdiyi insanı uzun müddətdən sonra ilk dəfə idi ki qarşısında
görürdü. Üç ay əvvəl bu rastlaşma olsaydı, Səmra uçardı sevincindən. Amma
indi hər şey çox qəliz idi. "Sənə qurban olum Səmra, qovma sözümü dinlə. Sənə
dediklərim hamısı doğrudur. Səni bir an belə sevmədiyim an olmayıb. Sən
mənim tən yarımsan. Bilirəm, gözlərində daha sevgi qatiliyəm. Amma qulaq as
mənə, Zərifə hər şeyi sənə danışdığını dedi. Mən də istəyirəm ki, tamamilə hər
şeyi biləsən. "
Mahir Səmranın əllərindən bərk yapışdı bütün qəlbi ilə əllərini öpüb sinəsinə
sıxdı.
"Çək əlini toxunma birdə. Sənin buna bir damcı haqqın yoxdur. Mənim
xəyanətimdən qorxan sən idin. Amma sən özün mənə, sevgimizə, arzularımıza
elə böyük xəyanət etmisən ki, əlimdən tutmağa nə cəsarət edirsən? Məni
düşünmədin, bəs Zərifənin günahı nə idi? Bu qədər ucuz imiş məhəbbətin, bu
qədər adi..."
Bu vəziyyəti dəyişmək Xədicənin əlində deyildi. Axı niyə də mane olardı ki.
Hər iki tərəf deyiləcəkləri eşitməli, dərk etməli idilər. Sevgilərinin başladığı
kimi, bitməsi də elə burda olmalı idi. Ona görə Xədicə nə xalasını çağırdı, nə də
onlara mübahisə etməyə mane oldu. Sakitcə iki ağac uzaq durdu ki, həm lazım
olsa Səmraya dəstək olsun, həm də Mahirə etibar etmirdi. Səmranı ondan
qorumaq daha asan olsun deyə, ağaca söykənərək onların mübahisələrini
dinləməyə başladı.
"Səmram mənim, gözümün nuru sənə qurban olum dinlə məni. Axı bir fikirləş,
mən sənin sevdiyin Mahir durduğu yerə bu vəhşiliyi necə edə bildim? Bunu
düşün. Demirəm ki, Zərifə yalan deyir. Yox, o gün həqiqətən son xatırladığım
qatarda dostlarımla yeyib içməyim və bir də ayılanda yanımda Zərifənin
ağlamağı, anamla onun anasının da bizə baxmağı idi. Başa düş. Bu mən
olmamışam. Qatarda dostlarla deyib gülürdük. Sənə xəbər etmişdim ki gələn
kimi anamı elçi göndərəcəm. Amma anama gələcəyimdən xəbər verməmişdim.
Ən böyük arzularımı reallaşdıraraq gəlirdim xaricdən. Səni gəlinlik içində evimə
gətirmək isə böyük arzum idi. Qatarda oğlanlardan biri təklif etdi ki, birdə bir-
birimizi görməyəcik ona görə tanışlığımızı qeyd edək. Mən axmaq da narazı
olmadım, axı mən hardan bilərdim ki, onlar içkimə uyuşdurucu həb atıblar.
İçkini içəndən sonra nəyin necə olduğunu, heç necə qatardan düşdüyümü
xatırlamıram. Yadımdadır ki, beynim duman idi. Heç nəyi dərk edə bilmirdim.
Ayılanda isə o səhnə. Elə bilirsən, mən özümə əhsən deyirəm tutduğum işə
görə? Yox, əlbəttə. O andan özümə elə nifrət edirəm ki, ən çox da ona görə ki
sənin kimi insana etdim bunu. Bacı yerinə hörmətini saxladığım insanı
ləkələdim. Səni canımdan varlığımdan da çox sevirəm, Səmra... Amma gəldim
ki, daha əzablarına son verəsən. Mən həyatım boyu bu səhvimi daşımağa
məcburam, amma sən daşımalı deyilsən. Unut məni, yalvarıram sənə. Bir qara
səhifə kimi cır həyat kitabından. Yox say məni, elə tanışlığımızı da. Yenidən
qayıt həyatına, davam et onu. Sənin gələcəyin hələ qabaqdadır. Sevgimizə ləkə
gətirdiyim üçün ömrü boyu əzab çəkəcəm. Həyatım boyu səndən başqasını
sevməyəcəm, bilirəm. Amma sən sevə bilərsən. Sənin üçün gec deyil.... Səni
canımdan cox sevirəm bunu heç zaman unutma... Əgər bir gün bacarsan, bağışla
məni... "
Altıncı fəsil
Səmra qarşısında uşaq tək göz yaşı tökən Mahirə bir kəlmə də demirdi. Sanki
heç vecnə deyildi onun dedikləri. Halbuki gözündən yanağına süzülən yaşlar
onu ələ verirdi. Yenə də başını dik tuturdu, Mahirdən fərqli olaraq. Bu vaxt
bağın qapısı açıldı Səmranın anası Mahiri Səmranın yanında görüb şığıdı üstünə
şahin balasını qoruyan tək qorumağa çalışdı bircə balasını.
"Sənin burda nə işin var? Hansı üzlə gəlmisən? Rədd ol, elə eləmə ki qaynatanı
çağırım. Bir də bizim hasara azı 10 metr yaxınlaşma eşitdin?! Özünə iynə ucu
qədər qiymət verirsənsə birdə qarşımıza çıxma. Əl çək, qızımı yox bil. Sən onun
üçün ölmüsən artıq." ....
Xədicə xalasının qollarından yapışıb onu sakitləşdirməyə başladı. Bu vaxt
Səmra:
"Dayan, ana, onun üçün əsəbləşməyinə dəyməz. Allah ona sən düşündüyündən
də artıq cəza verib. O, ömrü boyu mənim həsrətimlə yaşayacaq. Ömrü boyu....."
Səmranın son sözlərindən sonra Mahir hasarın başına hoppanıb: "Əgər birgün
bağışlasanız, məni bilin ki, mən son nəfəsimə kimi özümü bağışlamayacam.
Səmram mənim..... Xoşbəxt ol....Əlvida..."
Həmin gecə Səmra nə Xədicəyə, nə də anasına bir kəlmə demədi. Bütün günü
susdu. Gecə də qapını bağlayıb Xədicənin onun fikirlərini dağıtmamasına mane
olmağa çalışdı. Səhər də gec qalxdı yerindən. Qısa-qısa suallara cavab verir,
mövzünü tez-tez dəyişirdi. Xədicə də daha onun nə düşündüyünü, nə hiss
etdiyini anlaya bilmirdi. Ona bütün qəlbi ilə kömək etmək istəyirdi, amma heç
cürə bilmirdi ki, Səmra nə düşünür, nə hisslər keçirir. Amma çox istəyirdi ki,
Səmra Zərifənin gəlinlik içində Mahirin qolunda ata evindən çıxmasını
görməsin. Bunun üçün Səmranı rayonun harasınasa, nəyəsə görə aparmasını
istəyirdi. O isə ya susurdu, ya da "başqa vaxt" deyib otağına gedirdi.
Bu vəziyyət vağzalı səsinin eşidilməsinə kimi davam etdi.... Bəli, artıq bəy evi
gəlmişdi və Zərifə ağappaq gəlinlik içində atasının evindən çıxırdı. Qolunda isə
Salehin qolu yox, Mahirin qolu idi. Hansı ki, hər ikisinin də üzündən bədbəxtlik
yağır. Mahir qolu qandallı həbsə aparılan caninin üzü tək bədbin, Zərifə isə
həyasından az qalır yerin dibinə girsin. Gözündən Saleh üçün axan göz yaşları
isə hər kəsdə ata evindən ayrılmaq həsrəti fikrini yaradırdı. Xədicə disk qoyub
gur səslə qulaq asmağa başladı. Düşünürdü ki, bəlkə Səmra vağzalının səsini
eşitməz. Amma qəfildən arxasından qapının çırpıldığını eşitdi.
"Səmra, hara gedirsən?" Bir an içində ağlına hər şey gəldi. Ona necə mane
olacağını da bilmirdi. Amma bunu etməli idi. Səmranın təmiz adı xatirinə etməli
idi. Arxasınca darvazaya kimi qaçdı və qabağını kəsib qollarından yapışdı:
"Səmra, belə eləmə, onlar onsuz da bədbəxtdirlər. Qoy getsinlər. Onların
səviyyəsinə enmə. Yalvarıram bacım, özünə gəl..." Bir anlıq düşündü ki, bəlkə
Səmra Mahiri bağışlayacaq, ona bunu deməyə gedir, sonra Səmranın sözləri
Xədicənin əllərini boşaltdı. "Xədicə, burax məni. Nə qədər ki, gec deyil mən
onlara deməliyəm. Onlar bilməlidirlər. Xahiş edirəm, yolumu kəsmə..."
Beləcə, Xədicə Səmranın qollarını buraxdı. Arxasınca sadəcə dayanıb tamaşa
etməyə başladı. Səmra gözündən incə-incə süzülən yaşları bir əli ilə silərək
bəylə gəlinin önündə dayandı. Ətrafdakı insanlar Səmranın bir rəfiqə kimi
Zərifəni təbrik edəcəyini düşünsə də, Mahirin anası oğlu üçün qorxurdu. Axı,
Səmranın bir sözü yetərdi ki, Zərifənin atası Mahirin üstünə cumsun...
Mahir başını qaldırıb Səmraya baxa bilmir, Zərifə isə gözündəki yaşları
silməkdən başqa heç nə edə bilmirdi. Səmra isə hər ikisinə baxıb çətinliklə də
olsa ağzını açdı: "Mən nə qədər ki, gec deyil sizə demək istəyirəm. Bütün
yaşanmışları unudaraq sizi bağışlayıram. Qoy, Allah sizi bağışlasın... Gedin, siz
də yenidən başlayın həyatınızı.... Mən sizə sadəcə "Xoşbəxt olun" demək
istədim....
Xoşbəxt olun, əgər bacara bilsəniz... "
Səmra sözlərini bitirib daha nə Mahirə, nə Zərifəyə baxmadan bir başa evlərinə
qayıtdı. Amma Xədicə Səmranın bu addımından qürur hissi duyurdu. "Səmama
elə bu hərəkət yaraşırdı..."deyib darvazanı bağladı...
Yeddinci fəsil
3 il sonra...
-- Səmra, qızım, tələs axı işə gecikirik!
-- Gəldim, gəldim...
Səmra yay donunda tələsərək pilləkənlərdən düşdü. Bir əli ilə saçını düzəldir,
digər əli ilə çantasını çiyninə taxırdı. Bəli, Səmra işləyirdi. Son üç ildə o qədər
dəyişikliklər olmuşdur ki, Səmranın həyatında.
Mahirlə Zərifəni elə onların toyundan görmürdü. Heç uşağı olduğunu eşidəndə
də soruşmamışdı ki, qızdır, ya oğlan. Hər gecə yerinə uzananda Allaha şükr
edirdi ki, nə yaxşı ki, Xədicə gəldi və onu bütün olanları bilməkdə kömək oldu.
Xədicəni şəhərə yola salan günü Səmra demişdi ki, yenidən universitetə
sənədlərini vermək istəyir. Bu xəbərdən sevinən Xədicə ona yola çıxmazdan
əvvəl son söz dedi. Hansı ki, Səmra o sözü o gündən qulağında sırğa etmiş və
bir gün belə olsun unutmamışdır. "Səmra, atacağın addıma güvən, inan, çünki
həyatda hər şey inamdan başlayır".
Səmra 5 ayın içində gecə gündüz bilmədən hazırlaşmışdı. İmtahanın nəticələri
açıqlananda sevincindən uçurdu. Universitetə qəbul olmağa kifayət qədər balı
çatmasa da, tibb texnikomuna daxil ola bilmişdi. İki il yarım başı aşağı dərsə
gedib gəldi. Nə bir qonşuya salam verdi, nə bir tələbə ilə dostluq etdi. Sadəcə
özünə güvəndi. Özünə inandı. Təhsilini bitirər-bitirməz iş axtarmağa başladı.
Bilirdi ki, rayonda tibb bacısına ehtiyac var. Odur ki, rayondakı bütün
xəstəxanaları, poliklinikaları gəzdi. Qapılar onun üzünə bağlansa da, ümidini
itirmirdi. Bir gün avtobusla şəhərə iş axtarmağa gedərkən yolda sanki havası
çatmadı. Əl atıb sürücüyə dayanmağı işarə etdi. Avtobus dayanan kimi özünü
yerə atdı. Dərindən nəfəs aldıqdan sonra qarşısında xəstəxana gördü. Tərəddüd
etmədən xəstəxananın həyətinə girdi. Bu ruhi xəstələrin mualicə olunduğu
xəstəxana idi. Bu günə kimi bir dəfə də olsun bu xəstəxanaya gəlməmişdi.
Amma baş həkimin qəbulundan çıxdıqdan sonra gəlişinə çox sevindi. Səmra 3
aylıq sınaq müddəti ilə işə götürülmüşdü. Artıq onun da öz işi vardı. Anasına
mənəvi və maddi dəstək ola biləcəyinə o qədər sevinirdi ki...
"Səmra, sənin marşurutun boşdur get otur, mən isə getdim." Bu sözlərdən
sonra Səmra fikirlərindən ayıldı. Anasının işi daha yaxın olduğundan Səmra
marşrutla tək gedirdi. Pəncərə önündə özünə yer seçib əyləşdi. Səmra özünü
xöşbəxt hiss edirdi. Hər işə gedəndə sanki güllər paltarında yox, yanaqlarında
açırdı. Həyatı 3 ildir ki, öz sakit axarı ilə gedirdi ki, birdən arxadan kimsə onun
çiyninə toxundu:
-- Səmra, sənsən? - titrək səslə soruşdu.
-- Bəli! -deyib arxaya baxdı. Gözlərinə inana bilmirdi. Bu ki, Zərifə idi.
Qucağında da oğlan uşağı. İçindəki bütün hisslər bir anda qarışdı bir birinə. Nə
düşünəcəyini, nə deyəcəyini bilmədi. Sevinsinmi, yoxsa danışdırmasınmı?,
bilmirdi.
-- Səmra, mən şəhərə gedirəm evə. İki gündür anamgildə idim. Hər dəfə
hasardan boylanırdım ki, bəlkə səni görərəm, amma nə səni, nə ananı
görmürdüm. Necəsən? Həyatını necə qurmusan?
Yəni, uşaq onundur? Necə də Mahirə oxşayırdı. Fikirlərindən güclə ayılıb kəsə
də olsa Zərifəyə cavab verdi.
-- Heç oxuyuram... Əslində yalan deyirdi, amma başqa çarəsi yox idi. Desəydi
ki, xəstəxanada işləyirəm bilmək olmazdı, durub gələrdi sabahsı gün nəsə lazım
olanda. Odur ki, işlədiyini gizlətdi.
-- Yaxşı edirsən. Oxu sənət qadına da lazımdır.
Zərifənin arxayınlığı Səmranı qıcıqlandırsa da, yenə də soruşdu. Sanki
olmayan, yaşamadığı bir hadisədən sual verirmiş kimi birbaşa Zərifənin üzünə
verdi sualı:
-- Sən necəsən? Mahirlə aran necədir?
Bir balaca rəngi qızarsa da Zərifə cavab verdi:
-- Lap yaxşıdır. Zakir doğulandan daha bir-birimizi anlamağa başladıq.
Zamanla həyatımızı birləşdirməyə alışdıq. İndi xoşbəxtik. Zakir mənim
həyatıma yaşamaq eşqi bəxş edib. Mahirə isə sənin onu bağışlamağın. İndi əl-ələ
verib övladımızı böyüdürük. Hətta ikinci uşaq da gözləyirik. İnşallah, o da sağ
salamat doğular.
Səmra üç il əvvəl düşünsəydi ki, nə vaxtsa Zərifə qarşısına çıxıb Mahirlə
xoşbəxt olduğunu desə, o andaca ürəyi tab gətirməz. Amma indi hər şey fərqli
idi. Sanki yaralar sağalmışdı. Daha kimsə o yaranı təzələyə bilməzdi.
--- Çox sevindim. Allah xoşbəxtliyinizi min qat artırsın. İkinci balanı da sağlam
şəkildə dünyaya gətirəsən. İnşallah... Mən düşürəm. Özünə yaxşı bax.
Bəli, Səmra işinə çatmasa da marşrutu saxlatdırıb düşdü. Nə Zərifənin
sohbətlərinə qulaq asmaq, nə də Mahir haqda nəsə eşitmək istəmirdi. Beləliklə,
xəstəxanaya kimi piyada getməli oldu.
İşə gec gəlsə də tibb bacılarından biri onun yoxluğunu kimsəyə hiss
etdirməmişdi. Ona görə Səmra təşəkkür edib əyninə ağ xalatını geyindi. Sınaq
müddətinin bitməsinə hələ ay yarım qalırdı. İlk iş xəstələrin dərmanlarını ordakı
tibb bacısına aparmaq idi. Səmra bu günə kimi bir dəfə də olsun xəstələrin
arasına girməmişdi. Qapıdan dərmanları verib gedərdi. Tibb bacısı Səmradan
dərmanları ardınca gətirməsini xahiş etdi. O, dərmanları götürüb bir-bir
xəstələrə uzadırdı. Pəncərə önündən keçəndə tibb bacısı qışqırmağa başladı:
-- Axı nə vaxta kimi dərmandan imtina edəcəksən? İç bunu dedim.
Tibb bacısı əlindəki dərmanı hec cürə pəncərə önündə oturmuş cavan oğlana
içirdə bilmirdi.
"Necə də cavandır, görəsən bura niyə düşüb? Yəni o dəli olub? " Bu suallar
Səmranın beynində fırlanırdı ki, tibb bacısı onu çağırdı. Əlindəki dərmanı cavan
xəstəyə onun verməyini istədi. Səmra, ilk dəfə idi ki, xəstələr arasında idi. Həm
buna görə həyəcanlanırdı, həm də qarşısındakı yaraşıqlı oğlanın ağlını itirdiyinə
inana bilmirdi. Əlindəki dərmanı ona yaxınlaşdırıb:
-- Bilirəm, içmək istəmirsiz. Amma bir konfet kimi baxın buna. Necə də dadlı
görünür, elə deyil? - Səmranın ağlına bunlar gəlmişdi. Bir də baxdı ki, oğlan
əlindəki dərmanı özü götürdü və içib stəkanı geri qaytardı. Üstəlik də "Sağolun"
dedi. Yəni bu dəlidir ki? Səmra onun yanında özünü dəli hesab etməyə başladı.
Axı hansı dəli sağol deyir ki?
Qapıdan çıxanda tibb bacısı onun dərman vermək bacarığını bəyəndiyini dedi.
İki gün sonra baş həkimdən aldığı göstərişdə xəstələrə şəxsən dərman vermək də
var idi. Beləcə günlər keçdikcə hər bir xəstəyə necə yaxınlaşmağı da öyrəndi.
Pəncərə önündə oturan oğlana baxdıqca fikirləşirdi: "Axı o nə düşünür?
Həyatınımı, yoxsa onu bura atanlarımı?"
Yanında işləyən tibb bacısından onun haqqında bəzi məlumatlar almışdı.
Öyrənmişdi ki, 45 saylı xəstə kimsəylə danışmır. Kimsəylə ünsiyyət qurmur.
Tək istəyi pəncərə önündə oturmaqdır. Səmra gələnə kimi kimsənin əlindən
dərman içmir, kimsəni yaxına buraxmır. Yanına təkcə atası gəlib gedir. Amma
atası ilə nəinki danışmır, hətta çönüb üzünə də baxmır. Bəli, bu cavan oğlan
qəribə idi. Amma içindən bir səs onun eynən bir zamanlar Səmranın yaşadığı
kimi mənəvi sarsıntı keçirdiyini deyirdi. Axı bir zamanlar Səmra özü də
kimsəylə danışmırdı, ancaq təmizliklə məşğul olurdu. Onu nə sağaltdı?
Xədicənin reallığı araşdırması... Bəli, həqiqətləri öyrəndikdən sonra həyata
yenidən bağılanmışdı. "Bəlkə, o da həyatındakı həqiqətləri bilsə, sağalar?" bu
suala hər gün işə gəlib ona tamaşa edərək cavab axtarmağa başladı. Bir gün
onun atasını dəhlizdə gördü. Səmra yaşlı kişiyə yaxınlaşıb suallarını verdi.
Oğlunun niyə bu halda olduğunu ətraflı bilmək istəyirdi. İnanırdı ki, ona kömək
ola biləcək. Atası oğlunun bir zamanlar bir qızı sevdiyini dedi. İki il ərzində elə
oldu ki, universiteti bitirib əsgər gedəsi oldu. Qayıdıb gələndə eşidib ki, sevdiyi
qız başqasına ərə gedib... O gündən içinə qapanıb kimsəylə dərdini bölüşmür.
Artiq 3 ildir ki, burdadır. Psixiatrdan başqa, kimsəni yaxına buraxmırmış.
"Həyatdan əlini üzüb daha ..."
Bu son cümlə Səmraya pis təsir etdi. Bir atanın övladı haqqında bunu deməsi
necə də təsirli idi. Amma Səmra artıq onun burda olma səbəbini öyrənmişdi.
Odur ki, bir an belə itirmədən psixiatrin yanına getdi. Bir necə dəqiqəlik
söhbətdən sonra Səmra həkimdən onunla ünsiyyət qurmaq üçün icazə aldı.
Birinci gündən ona yaxınlaşdı. Dərmanı eyni cür verib sonra yanından
çəkilmədi.
-- Atanı incitmək, deyəsən, lap xoşuna gəlir? Məgər, yazıq deyil, o boyda kişi
boynunu bükə-bükə həkimlərin ağzını güdür ki, bəlkə ümid olar. Sən
iradəsizsən! Bilirsən, mən də sənin kimi bir xəyanət yaşamışam. Amma bax,
görürsən, həyatımı davam edirəm. Çünki həyat davam edir. Çünki yaşamağa
dəyər... Kimlərəsə görə onu niyə yarım qoyum ki? Sən yenə də düşün. Düşün
gör axırı nə olacaq bu susmağının.
Səmra uzun monoloqdan sonra onun yanından uzaqlaşdı. Amma hiss etdi ki,
dediklərini anlayırdı, hətta bəzi anlarda ona elə gəldi ki, gözləri pəncərəyə deyil,
sanki ona doğru baxırdı. Əlbəttə ki, onun sağalması üçün zaman lazım idi. Necə
ki, Səmraya lazım olmuşdu. Birdən anladı ki, həmişə 45 saylı xəstə deyərək
müraciət etsə sağalmağına ümid olmaz. Odur ki adını onun şəxsi qovluğu
arasından oxudu. "Necə? Adı: Saleh??? " Səmra gözlərinə inana bilmirdi. Dərk
etməyə çalışırdı. "Yəni Zərifənin sevdiyi Salehdir?" Bəlkə də bir təsadüfdür,
amma yenə də dəqiqləşdirmək istəyirdi. Bir daha həkiminə gedib şəxsən Salehin
ağzından Zərifə adı eşidib eşitmədiyini soruşdu. Bəli, Saleh elə Zərifənin sevdiyi
Saleh imiş. "Təsadüfə bir bax. ... " Səmra heç cürə inana bilmirdi. Evdə anasına
hər şeyi danışdı. Anası ona məsləhət verib dedi ki, "əlindən gələn varsa, et
qızım. Əgər sən olanlarla barışmısansa, demək o da barışacaq." Zəng vurub
Xədicəyə dedi. O da buna bənzər söz dedi. "Xatırlayırsan, demişdim ki,
düşünmə ki yer üzündə bu acını çəkən tək sənsən, axı Saleh də eyni acını
yaşayırdı. İnanıram ki sən ona öz vaxtı ilə yaşadığın hissləri danışsan, o da tək
olmadığını anlayar. "
Hər zamankı kimi Xədicə sirrli məsləhətini verdi. Səmra qərar verdi ki, nə
olur olsun Salehə kömək edəcək. Ona həyatı yenidən sevdirəcək... Bir neçə həftə
Səmra Salehin dərmanını verdikdən sonra dayanıb saatlarla danışırdı. Salehdən
cavab gəlmirdi, amma Səmra hiss edirdi ki, hər gün daha çox fikrini Səmranın
deyəcəklərinə yönəldir. Artıq bir ay keçmişdi. Səmra Salehi həyətə təmiz hava
almağa aparmışdı. Saleh əslində invalid olmasa da, əlillər üçün arabada oturardı.
Gəzintilərin birində Səmra ona əkilmiş qızılgüldən danışdı. Sevgini ona
bənzətdiyini, tikanları isə sınan qəlb olduğunu dedi. Əslində demək istəyirdi ki,
sınan tək sənin qəlbin deyil. Get-gedə Səmra danışmırdı əksinə, bir başa Salehə
unvanlanmış suallar verirdi. Bu nə rəngdir? Bu hansı güldür? Bu yolla istəyirdi
ki, Saleh sağa-sola baxsın. Onun işarə etdiyi hər şeyə nəzər yetirsin. Bir gün belə
gəzintilərin birində Səmra yenə sual verdi. Bu uçan heyvanın adını de görüm?
"Kəpənək"
Bəli, Səmra yanılmamışdı. Saleh son 4 ay ərzində ilk dəfədir ki Səmranın
hansısa sualına cavab vermişdi. Günlər keçdikcə onun sualları artar, cavablar da
həmçinin. Əksər cavablar tam doğru olurdu. Bu da Səmranı daha da
ruhlandırırdı.
Səkkizinci fəsil
6 ay sonra...
Səmra hər gün bağçada Salehlə havadan sudan danışardı. Daha Saleh
istədiklərini dilə gətirirdi. Hər tərəfə baxır. Təbiəti yenidən sevməyə başlayırdı.
Həkimlərlə zarafatlaşırdı. Bəzən Səmranı gülüş mərkəzinə çevirib bütün tibb
bacıları arasında gülüşə səbəb yaradardı. Amma Səmra Zərifədən bir kəlmə də
demirdi. Zaman keçdikcə işə daha çox həvəslə gedirdi. Bir gün Salehlə unsiyyət
qurmasa, qəti özünə yer tapa bilmirdi. Hər gün Salehə yeni bir şey öyrətmək
fikri ilə getsə də, geri dönüşdə özü ondan çox şey öyrənmiş olurdu. Nəhayət bir
səhər işə gələndə Salehi ayaqüstə gördü. Yavaş-yavaş addım ataraq yeriyirdi. Bu
yenilik Səmraya çox xoş gəldi. Axı necə aydır onun həyata bağlanması üçün
əlindən gələni edirdi.
Günlərin bir günündə Salehin atası həkimin kabinetindən sevincək çıxdı. Gəlib
Salehi bərk-bərk qucaqlayıb bağrına basandan sonra: "Artıq evə gedə bilərik"
dedi. Səmra bu xəbərdən nə qədər sevinsə də, bir o qədər kədərləndi. Kədərinin
səbəbini anlamırdı, amma onun həyata yenidən bağlanmağına və bunda öz
zəhməti olduğunu bildiyi üçün sevinirdi. Salehi axrıncı dəfə elə onunla tanış
olduğu pəncərədən gördü. Digər işçilər kimi onunla vidalaşa bilmədi. Amma
Saleh gözləri ilə Səmranı gəzirdi. Maşına minənə kimi dəfələrlə arxaya çönüb
onu axtarırdı. Amma Səmra bu vidanı istəmirdi. Bilmirdi niyə, amma bilirdi ki,
ona "Əlvida" deyə bilməyəcəkdi...
6 ay sonra...
Səmra hər gün işinə gedir, hər bir xəstəyə xüsusi qayğı göstərirdi. Onun bu
mərhəməti bütün xəstəxanadakı həkimləri tibb bacılarını valeh edirdi. Səmra isə
6 ay keçməsinə baxmayaraq hər boş olanda Salehin baxdığı pəncərədən yola
tamaşa edirdi. Beynində onu düşünürdü. "Görəsən indi necədi? Hardadır? Nə
işlə məşğuldur?" Bu suallara cavab tapa bilməzdi, amma yenə də yaxşı olduğunu
öz-özünə təkrar edərdi. Nə hisslər keçirdiyini anlamırdı. Dəfələrlə başqa xəstəyə
"Saleh"deyirdi. Nə baş verdiyini dərk edə bilmirdi. Tibb bacıları onun Salehə
vurulduğunu aralarında şaiə etmişdilər. Onun qəlbində baş verənlər hər kəsə
məlum idi, bircə özündən başqa. Bir necə dəfə zarafat naminə Səmraya
"muştuluğumu ver Saleh gəldi ", deyib onun edəcəklərini gülüşlər içində
izləyirdilər. Səmranın əlləri ayağına dolaşır, gah saçını, gah üstünü təmizləyirdi.
Halbuki zarafat olduğunu anlayanda necə də kədərlənirdi. "Yəni Saleh daha
xatırlamır məni?..."
Amma qəlbində inam var idi. Hiss edirdi ki, Salehi yenidən görəcək və kişi qızı
kimi Zərifənin onun sevdiyi oğlanla evləndiyini deyəcək. Amma əfsuslar olsun
ki, hər gün buna inamı get gedə azalırdı.
Bir gün Səmra dayanacaqlardan birində dayanıb hər gün evə qayıtdığı marşrutu
gözləməyə başladı. Qəfldən yanında bir maşın dayandı. Səmra ürəyində:
"Tərbiyəsizə bax, yer tapmır maşını saxlamağa." deyib üzünü sola çevirdi.
Maşının qapısı çırpılanda Səmra dönüb baxdı.
Gözlərinə inana bilmirdi. Saleh burdur, aylar sonra qarşısında dayanıb. Sağlam,
gümrah yanağında təbəssümlə, əlində də bir dəstə güllə.
--- Salam Səmra xanım. necəsiz?
Həyəcandan dili tutulsa da, başı ilə yaxşı olduğunu bildirdi. Amma qəlbi bir an
yerində dayanmırdı. Bu nə hisslər idi axı? Anlaya bilmirdi özünü. Əlləri
titrəyirdi, dili söz tutmurdu. Axı bu nə deməkdir? Saleh niyə geri qayıdıb mənə "
Çox Sağol" demək üçün? bu an fikirlərindən qəfl ayıldı, axı Saleh ona müraciət
edirdi:
---Səmra xanım yaxşısız? İndi bilirəm, nə düşünürsüz. Deyirsiz, buna bax 6 ay
boyunca çox sağol deməyi unudub, indi yadına düşüb? Amma bilin ki, mən sizə
başqa söz deməyə gəlmişəm. Bilirsiz, Səmra xanım, sizin hər kəlməniz mənim
qulağımda cingildəyir. Gecələri, səhərləri sizin həyat sevginizlə keçirdirəm.
Mənə yaşamağa güc vermisiz. Səbəb vermisiz. İnam vermisiz. Sizə təşəkkür
etsəm də, azdır. Amma istərdim ki, sizi tez-tez görüm. Ünsiyyətinizə həsrət
qoymayın məni, çox xahiş edirəm. Səmranın dili yenə söz tutmurdu, amma yenə
də başı ilə razılıq bildirdi.
Bir necə müddət görüşdülər. Səmra Salehə həyata olan sevgidən danışdıqca
Saleh ona daha çox bağlanırdı. Səmra da hər görüşdən sonra sanki qanad açıb
uçurdu. Anası hiss edirdi ki, qızı Salehə aşiq olub. Həm də bilirdi ki, Saleh də
ona aşiqdir. Bəs bu necə eşq idi? İllər əvvəl başqası üçün döyünən ürəklər necə
oldu birdən-birə fikrindən döndü.
Görüşlərin birində Saleh Səmraya çox sevdiyini və onunla evlənmək istədiyini
dedi. Səmra bir an içində göyün yeddinci mətrəbəsinə qalxsa da, bir an içində də
yerə düşdü. Axı Salehin həqiqəti bilməyə haqqı vardı. Odur ki, Salehin əlindən
tutub: "Mən bir zaman sənin könül verdiyin Zərifənin rəfiqəsi olmuşam. 6
yaşımdan onunla dostluq etmişəm. Üstəlik sənin haqqında onun dilindən
eşitmişəm. Mənim sevdiyim oğlanın adı Mahir idi. Hansı ki, indi Zərifə ilə
evlidir." Sözünə davam edirdi ki, birdən Saleh: "Səmra, mən hər şeyi bilirəm"
Təəccübdən özünə gələ bilməyən Səmra parkın stolunda əyləşdi. "Necə yəni
bilirdin?"
Saleh Səmranın yanında oturub əlindən tutaraq davam etdi: "Xəstəxanadan
çıxandan bir həftə sonra Zərifəni axtardım. Nəhayət, anasının təsadüfən qonşu
ilə söhbətini eşidəndə anladım ki, Mahir adlı biri ilə şəhərdə yaşayır.
Xəstəxanadan çıxdığımı eşidən dostlarımdan biri mənə dedi ki, bir zamanlar
Mahir Zərifəni zorladığı üçün evlənib. Amma kimsə bunun real olduğunu
bilmirdi. Odur ki, getdim Mahirin iş yerinə tapdım, ondan olub bitəni
anlatmasını istədim. O da hər şeyi danışdı. Sənə olan sevgisindən. Qatarda
yaşadığı axmaq yığıncaqdan və nəhayət toy günü sənin onları bağışlamağından.
Bəli, Səmra mən bilirəm, ona görə bu 6 ayı səndən uzaqda dayanıb işə gəlişinə,
gedişinə tamaşa edərdim. Çünki özümdən asılı olmayaraq səni bir gün belə
görməsəm havalanırdım. Sanki həyatım yenidən qaralır kimi gəlirdi mənə. Bir
müddət sonra anladım ki, sənə aşiq olmuşam bütün qəlbimlə. Səmra mənə
güvən yalvarıram." Səmra Salehə inandı. Güvəndi. Və onun təklifinə razı oldu.
Hal-hazırda:
Mahirlə Zərifə hər şeydən xəbərsiz öz aləmlərində xoşbəxt yaşayırlar. İlk
övladları doğulandan Zərifə onu bağışlamış və yoldaş kimi yaşamağa
başlamışdı. Mahir daha nə siqaret çəkir, nə də içki içir. İkinci uşağın doğulub-
doğulmadığından xəbər yoxdur. Mahirlə Zərifə Salehlə Səmranın ümumiyyətlə
tanışlıqlarından və evlənməklərindən xəbərsizdirlər.
Səmra Salehlə evlidir. İki övladı var. Qızının 5, oğlunun 3 yaşı var. Çox
xoşbəxtdirlər. Hər gün Allaha bir-birlərini tanıdıqları üçün şükr edirlər.
Toylarından iki ay sonra Səmra anasını da özü ilə yaşadığı evə apardı, o evi isə
satdılar. Beləliklə, həm gözünün ağı-qarası bircə qızı ilə birlikdə, həm də sevimli
nəvələri və qayğıkeş kürəkəni ilə bir evdə yaşayır deyə, həyatından məmnundur.
Həyatın tanımadığımız, görmədiyimiz min üzü vardır. Gəlin həyatımızın hər
anından zövq alaq. Yaşanmış hər bir tale bir alın yazısıdır. Həyat
düşündüyümüzdən də gözəldir. Yetərki, bir qədər inamın olsun. İnam hər
şeydən irəli gəlir. Axı hər şey inamdan başlayır....
2010-cü il.
Dostları ilə paylaş: |