Beşinci fəsil
Müəyyən müddətdən sonra bloka daxil olub evimə doğru pillələri
çıxırdım ki, Fərhad bəyin mənzilinin qapısının açıldığını və Səbinə ilə Sahibin
çıxdığını gördüm. Yaxınlaşanda məni görən Sahib təəccüb dolu baxışlarla:
-
Müstəntiq? Siz burada nə edirsiniz?
-
Mən bu sualı sizə verməliyəm Sahib bəy. Siz burda bu saatda nə iş
görürsüz? - Bu an mənə elə gəldi ki, Səbinə nə isə demək istəyirdi.
Lakin Sahib onun sözünü ağzında qoyub dilləndi:
-
Qızıma görə. Mənim qızım sözümdən çıxır, dərslərində də zəifləmə
müşahidə etmişəm. Gəldim xahiş edəm ki, onunla maraqlansın. O
da sağ olsun qəbul etdi. Elədirmi Səbinə xanım? –deyərək yanağı
qızarmış Səbinəyə baxdı.
-
Bəli, yoldaş müstəntiq elə onu deməyə gəlmişdi.- Səbinə alçaq
səslə dilləndi.
-
Yaxşı nə deyirəm. Təki elə olsun. Amma Sahib, sizi səhər saat 10-da
şöbədə gözləyəcəyik.
-
Baş üstə cənab mayor. Gələrəm.- Bu sözləri deyən Sahib tələsik
pilləkənlərdən aşağı düşdü.
-
Səbinə xanım, bu foto şəkildəki şəxssi tanıyırsızmı?-Əlimdəki şəkli
ona uzatdım.
-
Bu kimdir? Yox ilk dəfədir görürəm.
Yaxşı sağolun. Səbinə xanımın qapını bağladığını görüb öz evimə
yollandım. Evə daxil olanda yorğunluqdan heç yemək yeməyə belə taqətim yox
idi. Bir fincan çay süzüb televizor qarşısında əyləşdim. Stolun üstünə qoyduğum
ifadələri ara bir nəzərdən keçirirdim. Hər yorulduğumda ay işığında dənizə
tamaşa etməyə getsəm də, bu dəfə əlimdə ifadələrlə getməməyə qərar verdim.
Məni yoran işin çoxluğu deyildi. Əksinə, beş il əvvəl gün ərzində bugünkündən
qat-qat artıq şahid ifadəsi aldığım cinayət hadisələri də vardı. Məni yoran əsas
məsələ məhz qatilin və o qışqıran qadının kimliyini nəyin ki, heç cürə aşkar edə
bilməmək, hətta ip ucu belə tapa bilməmək idi. Çox qarışıq hadisə idi. Bu
düşüncələrlə oturduğum yerdəcə yuxuya getmişəm. Qəflətən telefon zənginə
ayıldım. Divardakı saata baxdım. Gecə saat 12 idi. Dəstəyi götürüb:
-
Alo, buyurun!
-
Eyvazov, yatmışdın? – Bu polkovnik-leytenantın səsi idi. Çox sevincək
xəbər verəcəkmiş kimi həyəcanlı idi.
-
Nə isə olub yoldaş Məmmədzadə? - gözlərimi ovaraq soruşdum.
-
Mümkün qədər tez zamanda bizə gəlin. İfadələri də unutmayın.
-
Elə indi?- təəccübləndim.
-
Bəli elə indi. Gözləyirəm.
-
On beş dəqiqəyə gələrəm.
Dəstəyi qoyduqdan sonra təəccüb hissim hələ də məni tərk etməmişdi.
Axı Asif müəllimi bu qədər sevindirən nə ola bilərdi!? Yaxşı sevincini böləcəksə
məni niyə ifadələrlə çağırır? Bəlkə, qatilin kimliyini tapıb? Əlbəttə ki, sualların
cavabını yalnız Məmmədzadə özü verə bilərdi. Vaxt itirmədən yola düşdüm.
Onun mənzili bizim binadan 5 məhəllə sonra idi. Tam 15 dəqiqə sonra çatdım.
Sonuncu dəfə buraya nə zaman gəldiyimi belə xatırlamırdım. Axı o məni heç
nədən evinə çağırmazdı. Həm də bu saatda?! Nəhayət qapının zəngini çaldım.
Asif müəllim evinin qapını açıb, mehribancasına içəri dəvət etdi.
-
Buyur Qədir.
-
Bir daha salam. Mən düzünü desəm çox təəccüb edirəm. Axı nə baş
verib?
-
Çox önəmli bir hadisə! Salona keç! Özün hər şeyi anlayacaqsan.
Polkovnik-leytenant sözünü kəsib mənə salonun yolunu göstərdi. Amma
salona keçməzdən əvvəl ayaqqabımın bağını açmaq üçün əyildim. Dəhlizdə
daha bir cüt qara kişi ayaqqabısı vardı. Təxminimə görə 42-43 ölçülü olardı.
Əynimdəki plaşımı soyunub asılqana uzadanda orada qara uzun plaş və qara
papaq gördüm. Artıq anlamışdım ki, bu geyimlər yoldaş Məmmədzadənin
salonunda oturan qonağındır. Əlimdə qovluq içəri keçdim. Asif müəllim otada
yanan divar sobasının kənarında əyləşmiş şəxsi mənə göstərərək:
-
Tanış olun, bu mənim ən yaxın dostum milis polkovniki Murad
Muradlıdır.
Yaxınlaşıb əlimi uzatdım. O da ayağa qalxıb böyük sadəliklə gülümsündü:
-
Xoş gəldiz! - : dedi.
-
İşdən gələndə yoldaşım dedi ki, məni çox önəmli qonaq gözləyir -
Məmmədzadə sevinclə mənə baxıb danışırdı – Ağlıma da gəlməzdi ki,
həmin qonaq mənim 35 illik yaxın dostum, sirdaşım və vaxtilə iş
yoldaşım olan Muraddır.
Görünür polkovnik-leytenant bu şəxssə çox dƏgər verirdi. Murad bəy
görünüşdə çox sadə birinə bənzəyirdi. Alnından saçı tökülmüş, orta boylu, çox
arıq, qalın qara qaşlı, üzü səliqə ilə qırxılmış, iti baxışı və qonur gözü olan,
klassik geyimli, haradasa 50-52 yaşlı bir şəxs idi. Rəis Məmmədzadə söhbət
ərəfəsində 2 fincan çay içsə də Murad bəy hələ ilk fincanını içirdi. Çayı qəndsiz
içdiyi məlum idi. Çünki masada şəkər əvəzinə şəkər tozu vardı. Mən də divanda
əyləşib ev xanımının dəmlədiyi çaydan bir fincan içdim. Söhbətdən məlum oldu
ki, polkovnik Muradlı Asif müəllimlə beş ildir ki, görüşmürlər. Demək
Məmmədzadə bura təyin aldığı zamandan bəri görüşməmişlər. Muradlı
Rusiyada orta məktəbi bitirib. Sonra ali məktəbə daxil olub elə orda da
Məmmədzadə ilə tanış olub, dostlaşmışlar. Beş illik təhsil aldıqdan sonra vətənə
qayıdıb 10 il birgə polis idarəsinin cinayət axtarış şöbəsində işləmişlər.
Muradlının savadı heç də Asif müəllimin savadından fərqli deyilmiş. Lakin
Muradlının daxili istedadı varmış. Birgə işlədiyi müddətdə cinayətkarı qısa
zamanda ifşa edib tezliklə həbs edərmiş. Mükəmməl iş fəaliyyətindən sonra
Muradlı Rusiyanın Rostov şəhərinin cinayət axtarış bölməsinə işləməyə təyinat
alır. İki dost beləcə iyirmi illik ayrı düşüblər. Lakin hər ay bir-birilərinə məktub
yazmağı unutmamışlar. Sonuncu dəfə Məmmədzadə dostu ilə beş il əvvəl
Bakıda görüşüb. O zamandan indiyə kimi, yalnız telefon və məktub vasitəsi ilə
əlaqə saxlayıblar. Muradlı Məmmədzadənin məktublarından şəhərimizin sakit
bir yer olduğunu və ağır cinayətlər baş vermədiyini anlamışdı. Lakin
Məmmədzadə əksinə Muradlının yazdığı məktublardan maraq dolu danışırdı.
Onun sözlərindən mənə məlum oldu ki, Muradlıdan çox şey öyrənmək olar.
Sevinc dolu emosiyalı sözlərini dinlədikcə Muradlının heç nə danışmadığına
maraqla tamaşa edirdim. Qəflətən Məmmədzadə susdu. Bu zaman Muradlı
mənə baxaraq dedi:
-
O hər zaman belə çox danışardı. Əgər danışmağa qoymasaydım qəti
susmazdı. Çay içdiyi müddətdə isə qəti bir kəlmə söz deməz. Bu onun
çoxdankı vərdişidi.
Həqiqətən də Murad bəyin dediyi kimi oldu. Asif müəllim əyləşib bir
fincan çay süzüb içməyə başladı. Mən anladım ki, bu iki dost bir-birilərini nəinki
yaxşı tanıyır, hətta mimikalardan nə istədiklərini anlayırdılar.
-
Siz bir daha xoş gəlmisiz! Asif müəllimin belə gülər üzlü olduğuna
inanmağım gəlmirdi. İş çoxluğundan buna şərait də yol vermir.
Çayını yenicə bitirmiş Məmmədzadə dostuna:
-
Murad, sən gəlmişkən bizə kömək edərsən?
Muradlı:
-
Nə barədə kömək edim?
-
Cinayət var. Onun tədqiqatına.
-
Mən hər zaman sənə güvənmişəm dostum. Sən özün də az cinayət
açmamsan. Mənim kömək etməyim əbəsdir. Lakin azacıq köməklik
edərəm. Necə düşünürsən?
-
Olar. Dostum sən sadəcə bu dolaşıq qətl hadisəsinin düyünlərinin
yerini təyin etməyə kömək etsən işimiz asanlaşar.
-
Nə deyirəm. Buyur danış görüm. Amma əvvəlcədən xahiş edirəm.
Bacardığın qədər bir söz də ötürmə. Hər xırda məsələ istənilən
cinayətin açarı olar.
Bu sözlərdən sonra mən sanki bütün yorğunluğumu unudub daha ciddi
əyləşdim. Məmmədzadə danışdıqca xəfiyyə Muradlı çox ciddi baxış alıb düz
ocağa baxırdı. Baxışları o qədər iti və sərt idi ki, elə bil cinayətin necə
törədildiyini öz gözləri ilə görürdü. Məmmədzadə gah masa başında əyləşib
danışır, gah da pəncərə önünə keçib siqaretini tüstülədirdi. O Murad bəyə
şahidlərin dindirilməsinə kimi hər bildiyimizi danışdı. Bu ərəfədə söz mənə
verildi. Özümlə gətirdiyim qovluğu açıb Muradlıya təqdim etdim. Beləliklə sözə
başladım:
-
Şahidlərin dindirilməsində şəxssən özüm iştirak etmişəm. Onu da qeyd
edim ki, hadisə mənim yaşadığım binanın həyətində baş vermişdi.
Ssəhər saat 7 də yuxudan məhz qadın qışqırığına oyanmışam. Lakin
durub pəncərədən baxdığımda orada qonşulardan başqa kimsəni
görmədim. Müəyyən andan sonra anladım ki, camaat arasında nə isə
hadisə baş verib. Ardında baş verənləri isə rəis artıq məruzə etdi. O ki
qaldı şahid ifadələrinə, bu tamamilə qarışıq bir məsələdir. O qışqıran
qadının kimliyi bizə məlum olmadı. Daha doğrusu düşünürəm ki,
kimsə boynuna almadı. Həmçinin yoldaş Səfərlinin dindirdiyi
şahidlərdən də kimsə uzun qara geyimli, enli kürək kimisə təsvir edə
bilmədilər.
Mən danışdıqca Muradlı ifadələr ilə tanış olurdu. Foto şəkilə də diqqətlə
baxdı. Bu an pencəyinin qoltuq cibindən dəftərcə çıxardıb, nəsə qeyd etməyə
başladı. Mən öz sözlərimi artıq bitirmişdim ki, o:
-
Mayor Eyvazov adınız nədir?
-
Qədir! Qədir Eyvazov!
-
Siz dediniz ki, Cavadla Fərhad bəyin yaşadığı binada qalırsız?
-
Bəli. Daha doğrusu eyni blokda yaşayırıq.
-
Qadın qışqırdığında ilk olaraq nə etdiniz?
-
Ayağa qalxıb pəncərəyə yaxınlaşdım.
-
Gözünüzü açan kimi cəld pəncərəyə yaxınlaşdız?
-
Xeyir: - Düşündüm ki, Muradlı daha ətraflı təsvir etməyimi istəyir.
Odur ki, hər xırdalığı danışmağı qərara aldım. - Demək, əvvəlcə səs
eşitdim. Gözlərimi açdım. Divardakı saata baxıb, ayağa qalxdım.
Təxminən çarpayıdan pəncərəyə yeddi addımdan sonra yaxınlaşdım.
Ardını artıq bilirsiniz.
-
Bəs eşitdiyiniz səs necə? Güclü idi? –Muradlı maraq dolu baxışlarla
məni süzdü.
-
Səs elə gəlirdi ki, sanki boşluqdan əks-səda verirdi.
-
Ətraflı məlumat verdiyinizə görə minnətdaram. Səhər kimlərin
ifadələrini alacaqsınız?
-
Zərifə xanımın, Sahib bəyin və Cavadın dostu Rüstəmin.
-
Lap yaxşı amma mümkünsə bu sual cavabda mən də iştirak edim.
Məmmədzadə cəld yerindən sıçrayıb:
-
Əlbəttə, dostum! Sənin fitri istedadına ehtiyacım var. Tezliklə qatili
həbs edib cəzalandırmaq istəyirəm. Yaxşı bəs Sahib bəyi növbəti dəfə
ifadə vermək üçün kim çağıracaq?
-
Mən onu artıq çağırmışam. Evimə gedəndə Sahibin Fərhad bəyin
evindən Səbinə ilə çıxdığını gördüm. Soruşdum ki, bu vaxt burda nə işi
var? Dedi qızının təhsilindəki geriliyi üçün Səbinə xanımdan kömək
istəyirmiş. O da razılaşıb.
Sözümü diqqətlə dinləyən Murad Bəy:
-
Demək razılaşdı!
-
Bəli.
-
Daha gecdir yoldaşlar. Yatıb dincəlmək lazımdır. Qədir sən də gecəni
mənim evimdə keçirt. Bir də yorğun niyə gedəsən?!
Təklif tam ürəyimcə idi. Çünki yorğunluqdan daha bir az da olsun ayaq
üstündə dura biləcəyimə şübhə edirdim. Odur ki, rəisin təklifini qəbul etdim.
Dostları ilə paylaş: |