Dördüncü fəsil
Səhəri gün işə lap tez gəldim dünənki ifadələri yenidən gözdən keçirirdim
ki, bu zaman yoldaş Məmmədzadə içəri daxil oldu. Qarşımdakı ifadələrə
diqqətə baxdığımı görüb:
-
Qədir sənə nə olub?
-
Polkovnik? -Cəld ayağa qalxdım- Sizin gəlişinizi eşitməmişəm.
-
Heç nə olmaz. Axı demişdiz ki, şahidləri dindirirəm. Cəmi iki şahid
gəlib?
-
Yoldaş Məmmədzadə bu qovluqda cəmi üç nəfərin ifadəsi var.
Sahibə xanımın, Səbinə xanımın və Sahib bəyin. Üstəlik Sahib bəyin
şahidliyi ilə foto şəkil tərtib edilib. Dünən iki nəfərin ifadəsini almalı
idim. Lakin cəmi bir nəfər ifadə verdi.
-
Bəs başqa şahid yoxdur? –Məmmədzadə foto şəkilə baxaraq
soruşdu.
-
Əfsuslar olsun ki, var. Və biz onun kimliyini bilmirik. İş ondadır ki,
hadisə baş verən zaman bir qadın qışqırmışdı. Məni də yuxudan
oyadan o səs idi. Düşünürəm ki, qatili dəqiqliklə görən və hadisəni
necə törətdiyini Fərhad kişidən başqa görən tək şəxss odur. Lakin o
qadın kimliyini gizlədir. Buyurun siz əlimizdəki ifadələrlə tanış olun.
Mayor Məmmədzadə ifadələri oxumağa başlamışdı ki, qapı döyüldü.
-
Gəlmək olar?
Qapıdan boğunuq səsli hündür boylu, qara pencəkli lakin çox arıq ağ saçlı
bir kişi boylandı.
-
Əlbəttə, keçin! Sizə nə köməyimiz dəyə bilər?
-
Cənab müstəntiq, mən Fərhad bəyin yaxın dostu Rəşid Ağabala oğlu
Orucovam. Dünən gəlmişdim. Bir az gözləyirdim ki, şahidlər çıxıb
getsinlər sonra gəlim. Sahib adlı bir nəfər dedi çox gözləmə aşağısı 2
saata çıxacağam. Mənim də tələsən yerim vardı. Nəvələrimi
bağçadan götürməli idim.
-
Hə nə deyirəm, əsas odur ki, gəldiniz. Buyurun bildiklərinizi danışın.
-
Mən hər səhər Fərhadla onun şəxssi pul dəyişmə məntəqəsində
görüşərdim. Hal-əhval tutardıq, həm də ki, evim onun yaşadığı
binada yerləşir. Demək olar ki, həm dostum, həm də qonşumdur.
Bilirsiniz, yoldaşı ilə ayrılandan sonra ailəvi gediş-gəlişimiz azaldı.
Yoldaşlarımız rəfiqə idilər. Sonra yenidən evləndi və yoldaşım onun
evinə getməyimə danışmağa başladı. Nə deyəsən, qadın milləti
belədir də. Öz ailəmdə söz-söhbət olmasın deyə daha Fərhadgilə
getmədim. Onu görmək üçün işinə gedərdim. Hər səhər nəvələrimi
bağçaya qoyandan sonra gedərdim düz onun yanına. Yazıq Cavad!
Çox yaxşı uşaq idi. Atasını yaman sevərdi. Ailələrində heç mübahisə
düşməzdi. Fərhad qardaş hər zaman indiki yoldaşından çox razı
danışardı. Uşaqlarına olan rəftarına heyran olduğunu deyərdi. Cavad
ona “Ana” deyərdi. Cavad evlənmək istəyirdi. Bunun üçün atasını elçi
getməyə razı salmağı xahiş etmişdi.
Rəşid bəy danışdıqca rəislə mən oturub sanki gözəl əsərə qulaq asırmış
kimi susmuşduq. Axı bu cür mehriban ata və oğulu kim öldürmək istəsin?! Rəis
ayağa qalxıb otaqda o başa-bu başa getməyə başladı. Birdən dayanıb diqqətlə
Rəşid bəyə baxdı. Nəhayət soruşdu?
-
Bəs siz nə işlə məşğulsuz?
-
Cənab müstəntiq mən o vaxtlar mühəndis idim. İndi aylıq əmək
haqqımı alıram. Elə yoldaşım da. Bu bizə bəs edir.
Fərhadla harda tanış olmusuz?
-
Bu binaya onda Fərhad təzə köçmüşdür. Cavan idi. Mən ondan düz
on beş yaş böyüyəm. Yeni evlənmişdi. Binanın işığı yandığı halda
Fərhadın işığı qəfildən sönmüşdü. Bir də gördüm blokdan səs gəlir.
Qapını açıb baxdım ki, Fərhad öz qapı qonşusu ilə işıq naqillərini
qurdalayırlar. Yaxınlaşıb kömək etdim. Az bir zamanda işıqlarını
yandırdım. O da bunun əvəzində məni öz yoldaşımla evinə dəvət
etdi. Biz də getdik. Yoldaşım məndən 17 yaş kiçikdir. Elə Fərhadın
yoldaşı ilə həm yaşıddırlar. Bax bu cür başladı bu dostluq.
-
Fərhad yoldaşına necə münasibət göstərirdi? – polkovnik-leytenant
soruşdu.
-
Mən onda çox da fikir verməmişdim. Amma sonralar evlərindəki
mübahisələrdən bezən dostum mənimlə dərdləşirdi. Mübahisələrə
səbəb elə Zərifə xanım idi. Hər gün işdən yorğun gələn yoldaşına
qulluq etmək belə yorucu gəlirdi. Özündən başqa heç nə ilə
maraqlanmazdı. Arada Zərifənin hansısa işə düzəlmək istədiyi üçün
mübahisə edərdilər. Fərhad da bütün bunlardan bezmişdi. Bir dəfə
mənə də bax deyə, geyimimlə evimlə maraqlan deyə qışqırardı.
Sonra öyrəndim ki, əkiz uşaqları olub. Cavad və Səbinə. Fərhad çox
sevinirdi. Uşaqların 3-4 yaşları olardı ki, ayrıldılar.
-
Bəs uşaqların vərəsəliyi kimdə idi?- Mən soruşdum.
-
Zərifə xanım boşananda uşaqları götürmək istəməmişdi. O çox
imkanlı bir şəxssin qızı idi. Atası nəvələrini nəinki görmək, hətta
onları qəbul etmək istəmirdi. Qızına da demişdi ki, Əgər boşandıqdan
sonra uşaqları özü ilə götürsə onu hər şeydən məhrum edəcək. Bu
da azmış kimi ölümündən sonra da bir qəpik pul verməyəcək.
Yoldaşım deyirdi ki, atasının bu əmrinə tabe olmaq Zərifə xanıma çox
baha başa gəlib. Uşaqlarını çöllərdə ac susuz necə saxlayacağını,
onlara ali təhsil verə bilməyəcəyini düşünüb uşaqlarından imtina
etməyə məcbur qalıb. Boşanmadan düz bir il sonra Fərhad Sahibə
xanımla evlənir. Lakin onların bu evliliklərindən övladı olmadı. Buna
baxmayaraq bir-birilərini sidqi ürəkdən sevirdilər. İnciklik, küsülük
demək olar ki olmazdı, ya da elə ciddi olmazdı.
-
Bəs siz Zərifə xanımın harada yaşadığını bilirsiniz? - Mən qəfildən
soruşdum.
-
Mən yox. Ancaq yoldaşımla hələ də əlaqə saxladıqlarına görə çox
güman ki, o bilər.
-
Bu foto şəkildəki şəxssi tanıyırsızmı? Ya da Fərhad bəyin,Cavadın
tanışları arasında rast gəlmisizmi?
-
Xeyir. İlk dəfədir bu şəxssi görürəm. –Diqqətlə şəkilə baxan Rəşid
dedi.
-
Yoldaşınızı bir saat ərzində bura gətirsəniz yaxşı olar. - deyən
Məmmədzadə Rəşidə ciddi nəzərlərlə baxdı.
-
Baş üstə cənab müstəntiq! Bir saata qalmaz gələrik.
Bu sözlərdən sonra Rəşid tələsik çıxdı. Məmmədzadə isə asta-asta
addımlarla pəncərəyə yaxınlaşdı. Onun nə fikirləşdiyi mənim üçün də çox
maraqlı idi.
-
Qədir, sən bu cinayət barədə nə kimi fikrə gəldin? Səncə qatil
kimdir?
-
Asif müəllim, mən hələ o qışqıran qadını yəni əsas şahidi
görməmişəm və Əgər onunla danışsaq əminəm ki, tez bir zamanda
qatili tutarıq.
-
Bəs görəsən o qadın kim ola bilər? Yaxşı bu iki gündə niyə özünü
gizlədir? Çox güman ki, qatil onun qışqırığını eşitdiyi üçün Fərhad
bəyi öldürməyə macal tapmır, beləliklə yaralı vəziyyətdə qoyub
qaçmağa məcbur olub. Digər fərziyyəm də o qadının qatillə əlbir
olmasıdır. Bu zamana kimi polis idarəsinə gəlib bir söz deməməyi
buna sübutdur. – Məmmədzadə pəncərə önündəki stulda əyləşib
alnını iki əlli ovuşdurmağa başladı. - Görəsən Səfərli hansı məlumatla
gəlir?
-
Gəlir?- deyə yerimdən soruşdum.
-
Hə maşından indi düşdü: - Polkovnik pəncərəni işarə etdi. Cəmi üç
dəqiqə sonra Səfərli qapıdan içəri girdi. Hər ikimiz onun ağzını
güdürdük. Bəlkə, cinayətlə bağlı ip ucu məhz onun əlindədir? O isə
kabinetə daxil olduğu andan susdu. Dinmədən stullardan birində
əyləşdi. Sanki bizim nə düşündüyümüzü anlamışdı. Məmmədzadə
ona doğru inamla addımlayıb:
-
Nə oldu Yusif? Nə isə baş verib?
-
Yox... İş ondadır ki, mənə bağladığınız ümidlərin puç olmasını sizə
deməyə cəsarətim yoxdur. Sizinlə vidalaşıb getdim həmin
məntəqəyə. Orda Fərhad bəyi hətta yoldan keçənlərdən də
soruşdum. Kim onu tanıyırdısa Cavadı da, Fərhad bəyi də çox yaxşı
geniş ürəkli insan kimi tanıyırdılar. Heç kəslə mübahisə, ya da bir fikir
ayrılığı olmadığını deyirlər.
-
Axı niyə bu cinayət belə qarışıqdr? Görən qatil bu cür mehriban,
əliaçıq insanlardan nə istəyib? - əlini havada yellədərək gileylənən
polkovnik-leytenant yenidən Yusifə müraciət etdi:
-
Sən də bax qatilin foto şəklini çəkiblər. Lakin həqiqətən qatil
budurmu? Burası çox vacibdir.
Səfərli foto şəkilə və özünün yoxluğunda mənim dindirdiyim şahidlərin
ifadələrini nəzərdən keçirməyə başladı. Bir az sükutdan sonra o:
-
Mənim fikrimə görə yenidən Sahib adlı şahidi və Fərhad bəyin ilk
yoldaşı Zərifə xanımı, Cavadın da yaxın dostu Rüstəmi dindirməliyik.
Bu necə olursa olsun o qadın oğlunun öldürüldüyünü bilməyə haqqı
var. Bəlkə də qatilin kimliyini üzə çıxartmağa kömək oldu. Nədənsə
mənə elə gəlir ki, o qışqıran qadın Zərifə xanım ola bilər.
-
Tutaq ki, fərziyyələrin doğru oldu. Bəs Sahibi ikinci dəfə niyə
danışdıraq?
-
Asif müəllim, siz düşünürsünüz ki, əlimizdə olan ilk şahid gördüyü
hər şeri deyib? Bəlkə qatillə əl-bir olub? Nədənsə onun ifadəsi
qəribə görünür. Hansı qatil əl qolunu sallayaraq cinayət yerindən
uzaqlaşar? Həm də camaat artıq hadisə yerinə toplananda.
-
Sənin fikirlərin çox maraqlıdır Yusif. - Ayağa qalxıb sözümə davam
etdim: Bəs səncə səhər saat 7-də Zərifə xanım küçədə nə edirmiş?
-
Bax bunu dəqiq öyrənmək lazımdır: - deyən Məmmədzadə
barmağının ucu ilə yenidən pəncərəni göstərdi. Heç bir dəqiqə
keçməmiş Rəşidin yoldaşı Simuzər xanımla içəri daxil oldu.
-
Rəis olar?
-
Buyurun keçin, əyləşin! Adınız və soyadınız?
Simuzər xanım ona göstərilən yerdə əyləşib:
-
Simuzər Qasım qızı Eyvazova.
-
Rəşid,siz mümkünsə dəhlizdə gözləyin. Biz təklikdə Simuzər
xanımdan ifadə almalıyıq. – deyərək təkid etdim.
-
Hə? Nə deyirəm. Təki qatil tapılsın. Yazıq Fərhad!....- ah çəkə-çəkə
otağı
tərk
etdi.
Məmmədzadə
verəcəyimiz
sualları
konkretləşdirməyə çalışırdıq ki, Səfərli ilk sualı verdi.
-
Simuzər xanım, suallarımıza doğru cavab verməynizi məsləhət
görürük. Əks halda sizi yanlış ifadə verdiyiniz üçün həbs edə bilərik.
Siz Zərifə xanımla hələ də görüşürsüz?
-
Bəli hələ də danışırıq. O ki, qaldı yalan ifadəyə mən həyatım
boyunca
yalan
danışmamışam.
Danışmaram
da.
Zərifəni
soruşmaqda məqsədiniz nədir?
-
Xanım, sualları biz veririk. Deyin görüm Zərifə xanımla son dəfə
harda, necə danışmısız?
-
Elə onun evində. Çox qonaqpərvər qadındır. Var dövlət içində
yaşasa da sadəliyini heç zaman itirmədi.
-
Sizinlə son görüşündə nə danışırdı?- mən soruşdum.
-
Hər zaman olduğu kimi bu dəfə də uşaqlarını soruşurdu. Mən də
onların artıq böyüdüyündən və Cavadın Rəşidə atasını elçi getməyə
razı salmasını xahiş etdiyini də dedim.
-
Bəs o?
-
Nə o? O da yaman sevinirdi! Az qalırdı qanad açıb uça. Övladlarını
canından çox sevirdi. İndi isə....
-
İndi isə nə? - Yusif sualına davam etdi.
-
Cavad öldürülən günü ona zəng edib xəbər verdim. Dedim ki, Cavad
dalaşıb yüngülcə yaralanıb. Öldüyünü deyə bilməzdim axı. Yaralı
olduğunu dediyimdə elə hönkürtü ilə ağladı ki, sanki, öldüyünü hiss
etmişdi. Lap yazığım gəldi. Cavad ona “Ana” deməsə də heç vaxt
inciməzdi. Əksinə ümidi vardı ki, bir gün Cavad onu bağışlayacaq.
Cavad Zərifəni uşaq ikən onları atdığı üçün günahlandırırdı. Zərifə
Cavadı onun beş yaşı olanda görmüşdü. Elə o andan indiyə kimi
xəbərlərini məndən alardı.
-
Bəs Səbinə necə?- mən soruşdum.
-
Səbinə də Cavadla eyni. Münasibətləri yox idi.
-
Bu foto şəkildəki şəxs sizə tanış gəlirmi?
-
Bu kimdir? İlk dəfədir görürəm.
-
Zərifə xanıma deyin səhər 9-da burda olsun! – polkovnik-leytenant
ciddi baxışlarla qadını süzərək dedi.
-
Olar, deyərəm. İndi gedə bilərəm?
-
Əlbəttə. Sadəcə ifadənizi imzalayın. Gedə bilərsiz.
Mən ifadəni Simuzər xanıma uzadıb, imzalatdım. Sonra kabinetdən çıxdı.
Qol saatıma baxdm. Axşam saat 10 idi. Çox gec olduğundan yaman
yorulmuşdum. Asif müəllim də bunu hiss edib:
-
Bəlkə bu günə kifayət edər, hə? Necə düşünürsüz?
-
Bəli yoldaş Məmmədzadə həqiqətən də qarışıq gün idi: - deyən
Səfərli qarşısındakı sənədləri yığmağa başladı.
-
Yoldaş Məmmədzadə, icazənizlə çıxardım. –mən ayağa qalxıb
soruşdum.
-
Əlbəttə gedin dincəlin. Səhərədək!
-
Gecəniz xeyrə qalsın! -deyib otaqdan çıxdım. İfadələri incələmək
üçün özümlə götürdüm.
Dostları ilə paylaş: |