Məsələ Təhlükə gözlənilməyən bir şəraitdə, sizin yanınızda 56 yaşında kişi özünü pis his edir. Qəflətən huşunu itirir, başını və onurğa sütununu zədələmədən, yerə yıxılır. Zərərçəkəni çiyinlərindən ehtiyatla silkələyib



Yüklə 5,97 Kb.
tarix26.09.2017
ölçüsü5,97 Kb.

Məsələ 1.

Təhlükə gözlənilməyən bir şəraitdə, sizin yanınızda 56 yaşında kişi özünü pis his edir. Qəflətən huşunu itirir, başını və onurğa sütununu zədələmədən, yerə yıxılır. Zərərçəkəni çiyinlərindən ehtiyatla silkələyib, yüksək səslə (ucadan) “Sizə nə olub?” soruşanda o, cavab vermir. Tənəffüsü məhdudlaşıb və o, qeyri normal nəfəs alır. Nəbz yuxu arteriyasında təyin edilmir.



Suallar:

1. Bu halda nə baş vermişdir?

Ədəbiyyat: Basic Life Support (BLS) Provider Manual. American Heart Association. 2010

Məsələ 2.

Təhlükə gözlənilməyən bir şəraitdə, sizin yanınızda 6 yaşlı uşaq özünü pis his edir, onda tənəffüs çatmamazlığı və bradikardiya (ürək vurğularının sayının 60-dan az olması) müşahidə olunur. O, qəflətən huşunu itirir, qıcıqlara

cavab vermir.

Suallar:

1. Bu halda nə baş vermişdir?



Ədəbiyyat: Basic Life Support (BLS) Provider Manual. American Heart Association. 2010

Məsələ 3.

Restoranda yemək zamanı 26 yaşda cavan oğlanda qəflətən vəziyyəti pisləşir, göyərir. O, boğazını (boynundan) ovcu ilə (baş və şəhadət barmağı ilə) sıxır, nə nəfəs ala, nə danışa, nə də öskürə bilir, huşu aydın olaraq qalır. Bu hal ürək tutmasını xatırladır.



Suallar:

1. Bu halda nə baş vermişdir?



Ədəbiyyat: Basic Life Support (BLS) Provider Manual. American Heart Association. 2010


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə