2) Erciyes universiteti radio teleskopunun otomatik takip
sisteminin və 1420 MHz frekansta çalışan nötr hidrojen alıcısının
geliştirilmesi;
2003-de başlanan bu projenin 1-ci hissesinin 1-ci qismı ( 1
teleskopun inşası) 1-2
ay öncə bitdi. Projenin 2-ci hissesinin
1-ci qismi ( kompyuterle avtomatik kontrol) isə bu günlərdə
bitmək üzrədir. Avqust ayında, teleskopun sazlanması bitəndən
sonra onun açılışının olması gözlənilir. Sual: bunları daha aydın
yazmaq olarmı? Oxucu üçün bu, maraqlıdırmı?
e.
Mənbələr – Erciyez Universitetinin Bilimsəl Araşdırma
Projeleri
bölümünün
və
I.Yusifovun
web.səhifələri:
http://www.
yusifov.info
və
http://proje.erciyes.edu.tr/2003fen.htm .
nformasiyanı saf-çürük edəndən sonra bəzi suallar çıxır. Bizə lidi
gücləndirmək üçün radioteleskop layihəsinin önəmi barədə daha geniş
informasiya lazımdır. smayıl müəllimə göndərdiyimiz suallara bu cavabları
alırıq:
Sual 1. Bu cihazdan nə məqsədlə istifadə olunacaq və nə onun önəmi
nədir?
Cavab: Kainatı sadəcə optik dalğalarda müşahidə edəndə elə bil bir gül
bağçasına ağ-qara televizordan baxırsan. Kainat haqqında, oradakı mənbələr
haqqında (ulduz, qalaktika, kvazar və s.) ətraflı məlumat almaq üçün hər
dalğada müşahidə aparılsa, daha yaxşı olur. Müxtəlif dalğalarda müşahidə
edəndə
oradakı fiziki şərait haqqında daha ətraflı məlumat almaq olur.
Sual 2. Cihazdan istifadə edən ölkələr, xüsusilə Ermənistan hansı
üstünlüklər qazanıb? Cihazın sosial önəmi nədir ?
Cavab: Hər bir elmin, ayrı-ayrı sahələri, istiqamətləri, kafedraları və
ya şöbələri var. Fizikada: atom fizikası, kvant fizikası, optika, təbabətdə:
uşaq xəstəlikləri; daxili xəstəliklər ve s. Bənzər olaraq, astronomiyada da,
səma mexanikası, astrofizika, optik astronomiya kimi şöbələr var. Bunlardan
biri də radioastronomiyadır.
Radioteleskop hazırlamaq və ya almaq çox baha başa gələn bir sahədir.
Ancaq kifayət qədər güclü dövlətlərin radioteleskopu var. (Rusiya, Amerika,
ngiltərə, Almaniya və s.). Teleskop olmayanda kadr yetişdirmək, elmin bu
sahəsində araşdırmalar aparmaq olmur. Radioteleskop olanda ölkənin bu
sahədə öz mütəxəssisləri olur. Xarici ölkələrlə birgə araşdırmalar aparmaq
gerçəkləşir. Radioteleskopun ermənilərə qazandırdığı üstünlük budur.
Bəzənsə tərsinə olur. Kadr var, amma maliyyə yoxdur.
1976-1978-ci
illərdə
Şamaxı
Astrofizika
Rəsədxanasında
(ŞAR)
radioastronomiya sahəsində işlərə başlasaq da, iqtisadi çətinliklər üzündən
bu iş yarımçıq qaldı.
Türkiyədə iqtisadi vəziyyət pis deyil, amma kadrsızlıq ucundan indiyə qədər
radioteleskop hazırlaya bilməyiblər. Mən belə bir layihəni həyata keçirməyə
razılıq verdim.
Layihənin qaynaq, tokar işlərinin çertyojlarını, radioteleskopun fəaliyyətinə
nəzarət edən kompyuter proqramlarını mən hazırlamışam.
Sual 3. Radioteleskopun hazırlanması neçəyə başa gəlir?
Cavab: 2-mlik radioteleskopu ukraynalılar Türkiyəyə 40 min dollara
satıblar. Konstruksiyanı sadələşdirərək mən 5m-lik radioteleskopun
qiymətini 20 min dollara saldım. Rusiyada və ya Amerikada bənzər
radioteleskopların qiyməti 1-2 milyon dollardır.
ndi isə xəbəri yazmağa başlayaq. Təklif olunan lidlər bunlardır:
•
Türkiyənin ilk radioteleskop layihəsi avqust ayında tamamlanacaq.
•
Kayseri Erciyes Universiteti Astronomiya fakültəsinin hazırladığı
Türkiyənin
ilk
radioteleskop
layihəsi
yaxın
10-15
gündə
tamamlanacaq.
Amma bu lidlərin hamısında söhbət yalnız radioteleskop layihəsinin
başa çatmaqda olduğundan gedir. Özümüzü oxucunun yerinə qoyaq. Belə bir
lid ona nə deyir? Oxucu bu lidi oxuyub soruşacaq: “Layihənin nəticəsi
nədir?” Cavab sadədir. Bu layihənin nəticəsi radioteleskopdur. Demək, liddə
radioteleskopun hazırlandığı yazılmalıdır:
Türk dünyasının ilk radioteleskopu yaxın günlərdə Türkiyənin Erciyez
Universitetinin Astronomiya bölümündə hazır olacaq.
ndi isə lidin izahına və gücləndirilməsinə keçək.
Türkiyəni radioastronomiyada Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya kimi
dövlətlərlə bir sıraya çıxaran bu cihaz vasitəsilə kainat daha dərindən
incələnəcək.
Bu cümlədən sonra “dərindən incələmə nədir?” sualına cavab sitat
vasitəsilə verilsə, lid daha da qüvvətlənər. smayıl müəllimin cavabından
istifadə edək:
“Kainatı sadəcə optik dalğalardan müşahidə edəndə elə bil gül bağçasına
ağ-qara televizorun ekranından baxırsan. Radioteleskop isə kainatı bütün
rəngləri ilə görməyə, onun sirlərini öyrənməyə, ulduzlar, qalaktika haqqında
ə
traflı məlumat toplamağa imkan verir,“- radioteleskop layihəsinin
Dostları ilə paylaş: |