Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

də  şamil  oluna  və  bununla  da  sözügedən  təşkilatın  öz  dini  prinsipləri
əsasında fərqli rəftara yol verməsinə icazə verilə bilər. 
Beləliklə,  4-cü  maddənin  1-ci  və  2-ci  bəndləri  kilsələrə  və  bu  kimi
təşkilatlara icazə verir ki, məsələn, bu hal dinin özəl xüsusiyyətlərinə zidd
olduqda  qadınları  rahib,  pastor  və  ya  keşiş  qismində  işə  götürməkdən
imtina  etsinlər.  AƏM  hələlik  qərarlarında  bu  müddəanı  şərh  etmək
imkanına malik olmasa da o, milli səviyyədə tətbiq edilib. Seksual oriyen-
tasiyaya əsaslanan fərqli rəftara haqq qazandırmaq üçün bu müdafiə ar-
qumentinin irəli sürüldüyü iki iş aşağıda təqdim edilir. 
Nümunə: Finlandiya məhkəmələrinin icraatındakı işdə Finlandiyanın
protestant  lüteran  kilsəsi  homoseksual  münasibətlərdə  olan  şəxsi
kapellan (keşiş köməkçisi) vəzifəsinə təyin etməkdən imtina etmişdi.
78
Vaasa İnzibati Məhkəməsi bu qərarı ləğv edərək belə əsas gətirdi ki,
şəxsin homoseksual olması onun bu vəzifəni tutmasına mane olan
həqiqi peşə tələbi sayıla bilməz. Məhkəmə bu faktı nəzərə aldı ki,
keşiş  və  kapellanların  vəzifəyə  təyinatı  ilə  bağlı  kilsənin  daxili
qaydalarında seksual oriyentasiya barədə heç nə deyilmirdi. 
Nümunə:  Amikusun  işində  Birləşmiş  Krallığın  məhkəmələrinə
müraciət edilmişdi ki, həqiqi peşə tələbinə əsaslanan müdafiə arqu-
mentinin  dini  qurum  olan  işəgötürənlərə  şamil  olunması  barədə
müddəaların  milli  qanunvericiliyə  daxil  edilməsini  nəzərdə  tutan
hüquqi  aktların  Məşğulluq  məsələlərində  bərabərlik  haqqında
Direktivə  uyğunluğu  məsələsinə  dair  qərar  çıxarsınlar.
79
Bu  işdə
vurğulandı  ki,  bərabər  rəftar  prinsipindən  hər  hansı  istisna  yalnız
məhdud  çərçivədə  şərh  olunmalıdır.  Milli  hüquqi  aktların
müddəalarında  fərqli  rəftara  o  halda  icazə  verilirdi  ki,  işəgötürmə
"təşkilatlanmış dinin məqsədləri üçün" həyata keçirilmiş olsun və bu
işdə  vurğulandı  ki,  bu  ifadə  "dini  təşkilatın  məqsədləri  üçün"
ifadəsindən daha məhdud çərçivəlidir. Beləliklə, məhkəmə hökumətin
bu arqumentləri ilə razılaşdı ki, bu istisna dinin təşviqi və ya təmsil
olunması ilə əlaqədar olan çox məhdud sayda vəzifələrə, məsələn, 
59
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
78. Vaasa İnzibati Məhkəməsi, Finlandiya, Vaasan Hallinto-oikeus 04/0253/3. Qərarın ingiliscə icmalını
bu mənbədən tapmaq olar: FRA InfoPortal, iş № 187-1. 
79. Amicus MSF Section, R (on the application of) v. Secretary of State for Trade and Industry [2004]
EWHC 860 (Admin), İngiltərə Yüksək Məhkəməsi, 26 aprel 2004-cü il. ə UK High Court, 26 April 2004.
Qərarın ingiliscə icmalını bu mənbədən tapmaq olar: FRA InfoPortal, iş № 187-1.  


rahib vəzifələrinə şamil olunur. Bu istisna dini məktəblər və ya dini
xəstəxanalar kimi dini təşkilatlara heç də icazə vermir ki, müəllim
(təhsil məqsədləri üçün) və ya tibb bacısı (tibbi qulluq məqsədləri
üçün) vəzifəsinə namizədlərlə "dini təşkilatın məqsədləri" üçün fərqli
rəftar etsinlər. 
2.6.4.3. Yaşa əsaslanan istisnalar 
İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktivin 6-cı maddəsində
yaşa  əsaslanan  fərqli  rəftara  haqq  qazandırmaq  üçün  gətirilə  bilən  iki
ayrıca əsas nəzərdə tutulur. 
6-cı maddənin 1-ci bəndi yaşa əsaslanan ayrı-seçkiliyə o halda icazə verir
ki, o, "qanuni işəgötürmə siyasətinin, əmək bazarının və peşə hazırlığının
məqsədləri üçün" həyata keçirilmiş olsun və mütənasiblik şərtinə uyğun
olsun.  Bu  maddədə  fərqli  rəftara  bu  əsasla  haqq  qazandırmağın
mümkünlüyünə aid məhdud sayda misallar gətirilir: 6-cı maddənin 1-ci
bəndinin  "b"  yarımbəndi  "işə  qəbul  üçün  minimum  yaş  həddinin,  peşə
təcrübəsinin və ya iş stajının şərt kimi müəyyən edilməsinə" icazə verir.
Lakin bu maddədə sadalananlar tam siyahı deyil və bu və ya digər konkret
hallar da bu siyahıya daxil edilə bilər. 
6-cı  maddənin  2-ci  bəndi  işəgötürmə  sahəsində  sosial  təminat
sistemlərində  nəzərdə  tutulan  imtiyazlardan  istifadə  edilməsində  yaşa
əsaslanan  ayrı-seçkiliyə  icazə  verir  və  bu  ayrı-seçkiliyin  mütənasiblik
şərtinə cavab verməsi vacib deyil. 
Nümunə: Palasios de la Vilyanın işində AƏM 6-cı maddənin tətbiq
dairəsi məsələsini ilk dəfə nəzərdən keçirmək imkanı qazandı, bu işdə
ona  müraciət  edilmişdi  ki,  6-cı  maddənin  məcburi  pensiya  yaşı
məsələsinə tətbiqini araşdırsın.
80
Məcburi pensiya yaşı məsələsinin 6-
cı maddənin tətbiq dairəsinə düşdüyü qənaətinə gələrək, AƏM daha
sonra bu hala obyektiv səbəblərlə haqq qazandırmağın mümkünlüyü 
60
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
80. AƏM, Palacios de la Villa v. Cortefiel Servicios SA, iş № C-411/05 [2007] ECR I-8531, 16 oktyabr
2007-ci il.


məsələsini araşdırdı. AƏM bu baxımdan aşağıdakı məsələləri önəmli
hesab etdi: 
• birincisi, qeyd edildi ki, bu ilkin tədbir yüksək işsizliklə xarakterizə
olunan  iqtisadi  şəraitdə  əmək  bazarında  iş  imkanlarının
yaradılmasına yönəlmişdi; 
•  ikincisi,  bu  tədbirin  həmkarlar  ittifaqlarını  və  işəgötürənlərin
təşkilatlarını, iş yerlərini yaşlı və yeni nəsillər arasında daha yaxşı
bölüşdürməyə  təşviq  etmək  üçün  qəbul  edilmiş  müvəqqəti  tədbir
olduğuna dair sübut vardı; 
•  üçüncüsü,  14/2005  saylı  qanun  yenidən  həmkarlar  ittifaqları  və
işəgötürənlərin təşkilatları ilə əməkdaşlıq şəraitində hazırlanmış və
bu dəfə bu tədbirin "işəgötürmə siyasətinə uyğun olan və kollektiv
sazişdə əks olunan məqsədlərlə" əlaqədar olması barədə aydın tələb
qanunda öz əksini tapmışdı; 
• dördüncüsü, qeyd edildi ki, kollektiv sazişdə yer alan məcburi tələb
barədə maddə "məşğulluğun təşviqinin maraqlarına" uyğun idi. 
Bu amilləri nəzərdən keçirdikdən sonra AƏM bu nəticəyə gəldi ki,
"keçid  müddəasının  məqsədi,  onun  qəbul  edildiyi  kontekstdə
baxıldıqda,  ...  milli  əmək  bazarını  tənzimləmək,  xüsusən  işsizliyi
əngəlləmək idi". Buna əsaslanaraq AƏM qərara aldı ki, kollektiv saziş
qanuni  məqsəd  daşıyıb.  Qarşıya  qoyulmuş  məqsədin  qanuni
olduğunu  qəbul  etdikdən  sonra  AƏM  görülmüş  tədbirin  həmin
məqsədə  nail  olmaq  üçün  "münasib  və  zəruri"  olub-olmadığını
nəzərdən keçirməli idi. AƏM bir daha bildirdi ki, üzv dövlətlər sosial və
işəgötürmə  siyasəti  sahəsində  geniş  mülahizə  sərbəstliyinə
malikdirlər, bu isə o deməkdir ki, "konkret tədbirlər üzv dövlətlərdəki
vəziyyətdən asılı olaraq fərqli ola bilər". Bu halda önəmli məsələ mü-
vafiq işçilərin əmək pensiyası ala bilməsi tələbidir və onun səviyyəsi
"ağlabatan  səviyyədən  aşağı  ola  bilməz".  Eyni  dərəcədə  önəmli
məsələ ondan ibarət idi ki, sözügedən tədbirlər həmkarlar ittifaqları
ilə  işəgötürənlərin  təşkilatları  arasında  kollektiv  sazişlə  müəyyən
edilmiş  və  bununla  da  prosesə  müəyyən  dərəcədə  mütəhərriklik
gətirilmişdi ki, bu da pensiyaya göndərilmə barədə qərarın müvafiq 
61
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə