vətəndaşı başqa Aİ üzv dövləti ərazisində beş il qanuni yaşadıqdan sonra,
ona yaşadığı ölkədə daimi yaşama hüququ verilir ki, bu da ona “işçi”
kateqoriyasına verilmiş hüquqlara bərabər imkanlar yaradır. Təbii ki, bu o
demək deyil ki, digər üzv dövlətlərin vətəndaşları ayrı-seçkilik əleyhinə olan
direktivlərlə mühafizə olunmur. Belə ki, almaniyalı homoseksual
Yunanıstanda öz seksual oriyentasiyasına görə işdən çıxarılarsa o Əmək
hüquqları üzrə Bərabərlik Direktivinə istinad edə bilər. Bu o deməkdir ki,
ayrı-seçkilik üzrə şikayət edən zərərçəkmiş bunu ya irqi və etnik ayrı-seçk-
ilik zəmini ilə əlaqələndirməli, ya da Sərbəst Hərəkət Etmə Direktivinə
əsaslanmalıdır.
Həm İrqi Bərabərlik Direktivi, həm də Əmək Hüquqları üzrə Bərabərlik Di-
rektivi qeyd edir ki, onlar üçüncü dövlət vətəndaşlarına (ÜDV) ölkəyə daxil
olma və orada yaşama məsələləri üzrə bərabər münasibətin göstərilməsi
üzrə hüquq yaratmırlar. Daha sonra Əmək Hüquqları üzrə Bərabərlik
Direktivində qeyd olunur ki, bu Direktiv, ÜDV-lər üçün məşğulluq və əmək
münasibətləri baxımından da bərabər münasibətin yaradılması üçün
hüquqlar təmin etmir. İrqi Bərabərlik Direktivi qeyd edir ki, “üçüncü dövlət
vətəndaşlarının hüquqi statusundan yaranan hər hansı bir davranışı” əhatə
etmir. Bununla belə, bu qayda üzv dövlətlərin ÜDV-lərin müdafiəsini istisna
etməyə icazə vermir, belə ki, preambulaya əsasən ÜDV-lər direktivlə əmək
hüquqlarına istinad istisna olmaqla, qalan hallarda müdafiə edilir. Gender
Bərabərliyi Direktivi (Recast) və Mallar və Xidmətlər üzrə Gender Direktivi
ÜDV-lərin müdafiəsini istisna etmir.
Bununla belə, ÜDV-ləri ayrı-seçkilik əleyhinə direktivlərin əhatə etdiyi
bərabərlik hüququndan, Üçüncü Dövlət Vətəndaşları Direktivinə əsasən
geniş mənada “uzun müddətli yaşayan” hesab edildikləri yerlərdə istifadə
edə bilərlər(bu isə digər qaydalarla bərabər 5 il qanuni yaşayışın olmasını
tələb edir).
84
Əlavə olaraq Ailənin Yenidən Birləşməsi Direktivi ÜDV-lərə üzv dövlət
ərazisində ailə üzvlərinə müəyyən şərtlər altında qoşularaq, qanuni
yaşamaq imkanı yaradır.
85
69
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
84. 2003/109/AK Ölkə ərazisində uzun müddətli yaşayan üçüncü dövlət vətəndşlarının status haqqında
direktiv, OJ L16, 23.01. 2004, s 44. (Directive 2003/109/EC concerning the status of third-country nation-
als who are long-term residents, OJ L 16, 23.01.2004, p.44)
85. 2003/86/AK (Directive 2003/86/EC on the right to family reunification, OJ L 251, 3.10.2003, p. 12)
Təbii ki, AB hüququnda mövcud olan bu qaydalar üzv dövlətlərin milli qa-
nunvericiliyi əsasında daha əlverişli şəraitin yaradılmasını istisna etmir.
Bundan əlavə, 4.7-ci fəsildə müzakirə edilən AİHM-in presedent hüququ
göstərir ki, dövlət vətəndaşları və qeyri vətəndaşları müqayisə edilən
şəraitdə (onlara müəyyən şəraitdə fərqli davranmağa icazə verilməsini
nəzərə alaraq) belə, onların yurisdiksiyası altında olan bütün şəxslər AİHK-
da təsbit edilmiş bütün hüquqlardan bərabərlik zəminində istifadə
etməlidirlər. Bununla da AİHK üzv dövlətlərin üzərinə ÜDV-lər ilə bağlı
öhdəliklər qoyur ki, bu da müəyyən sahələrdə AB hüququnun tələblərindən
daha irəli gedir.
3.3. Avropa Konvensiyasının Əhatə Dairəsi:
14-cü Maddə və 12 saylı Protokol
3.3.1. Konvensiya ilə qadağan olunan ayrı-
seçkiliyin xarakteri
14-cü Maddə məşğulluq sahəsində hüquq və azadlıqlar üzrə AİHK-da qeyd
edilən bərabərliyi təmin edir. Bununla da AİHM, Konvensiya ilə müdafiə
edilən hüquqların çərçivəsinə düşməyən məşğulluq üzrə ayrı-seçkilik
barədə şikayətlərə baxa bilməz.
AİHM-i 14-cü Maddə üzrə hüquq pozuntusunu təsdiq etdiyi zaman bunu
maddi hüquqlarla əlaqəli şəkildə reallaşdırır. Ərizəçi çox zaman həm kon-
vensiya ilə, həm də 14-cü Maddə ilə müəyyən edilmiş maddi hüquq
pozuntularının baş verdiyini iddia edir. Başqa sözlə, onların hüquqlarına
müdaxilə özünü təkcə maddi hüquq standartlarına uyğunluğun təmin
olunmamasında deyil, həm də müqayisə olunan şəxslərin bənzər əlverişsiz
şəraitlə üzləşməməsində göstərir. 4-cü fəsildə qeyd edildiyi kimi AİHM hər
hansı şikayətə baxdığı zaman maddi hüquq pozuntusu aşkar edirsə, o,
mahiyyət etibarı ilə eyni şikayətin araşdırılmasının tələb olunacağı
qənaətinə gəldiyi hallarda ayrı-seçkiliklə bağlı şikayəti araşdırmır.
Bu fəsil ilk olaraq AİHK-sı ilə müdafiə edilən hüquqları ifadə edəcək, daha
sonra isə AİHM-in 14-cü Maddənin tətbiqi məqsədi ilə AİHK-in əhatə
dairəsini necə təfsir etdiyini izah edəcək.
70
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
3.3.1.1. Konvensiyada nəzərdə tutulan hüquqlar
14-cü Maddə tam olaraq AİHK-in nəzərdə tutduğu maddi hüquqlardan ən
azı biri üzrə ayrı-seçkilik faktının olmasından asılı olduğundan, AİHK-da
təsbit olunmuş hüquqların qiymətləndirilməsini həyata keçirmək tələb olu-
nur. AİHK, başlıca olaraq “vətəndaş və siyasi” hüquqların siyahısından
ibarət olsa da, o həmçinin bir sıra “iqtisadi və sosial” hüquqları da müdafiə
edir.
AİHK-da qeyd edilən maddi hüquqlar son dərəcə geniş əhatə dairəsinə
malikdir, belə ki, yaşamaq hüququ, ailə və şəxsi həyata hörmət hüququ,
düşüncə, din və vicdan azadlığını özündə ehtiva edir.
AİHK-da təsbit edilən hüquqlar üzrə ayrı-seçkilik faktının olduğu bütün
işlərdə AİHM 14-cü Maddənin pozulması barədə şikayətləri araşdıracaq.
Aİ hüququ ilə AİHK arasında əhəmiyyətli fərq ondan ibarətdir ki, AİHK, Aİ-
nin ayrı-seçkilik əleyhinə hüququnun tənzimləmədiyi məsələlər üzrə də
ayrı-seçkilikdən müdafiə edir. Baxmayaraq ki, Fundamental Hüquqlar üzrə
Aİ Xartiyası, Aİ-nin üzərinə götürdüyü tədbirlərdə insan hüquqları
məsələlərinə qarışmamaq öhdəliyi yaratsa da (ayriseçkiliyin qadağan
edilməsi də daxil olmaqla), Xartiya üzv dövlətlərə yalnız Aİ hüququ tətbiq
edilərkən tətbiq edilir. Xartiya onlara yalnız bu məhdud çərçivədə tətbiq
edilir, çünki Aİ-nin üzv dövlətlərdə Aİ hüququnu tətbiq etmək üçün inzibati
mexanizmi yoxdur, əksinə Aİ hüququ üzv dövlətlərin adminstrasiyaları
tərəfindən həyata keçirilir. Buna görə də, o sahələrdə ki, üzv dövlətlər öz
səlahiyyətlərini Aİ-nə həvalə etməyiblər, həmin sahələrdə Xartiyanın hər
hansı qüvvəsi yoxdur.
Ayrı-seçkilik əleyhinə direktivlərin təqdim olunması və onların əhatə
dairəsinin mal və xidmətlər və sosial rifah sisteminə çıxışın müdafiəsi
sahəsinədək genişlənməsi ilə, AİHK və direktivlərin təqdim etdiyi müdafiə
arasında fərq azaldı. Buna baxmayaraq, AİHK-in xüsusi sahələr üzrə Aİ
hüququndan da üstün müdafiəni təmin etməsi müəyyən edilə bilər. Bu
haqda aşağıda təhlil ediləcək.
71
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
Dostları ilə paylaş: |