558
Şam yeməyi, həmişəkindən fərqli olaraq, səssizlik içində keçdi. Hamı məyus idi. Dəqin düşüncələrə
qərq olımış abbat, demək olar ki, yeməyə toxunmadı. Bir az sonra rahiblərə axşam duası üçün cəld
toplanmalarını əmr etdi.
Alinardo və Xorxe hələ yoxdular. Rahiblər pıçıldaşır və bir-birinə korun boş qalmış yerini göstərirdilər.
Ayinin sonunda abbat hamını Burqoslu Xorxenin xilası üçün daha bir dua oxumağa çağırdı. Heç kim
anlamadı ki, söhbət cismani xilasdan yoxsa ruhi xilasdan gedir. Lakin hamı hiss edirdi ki, monastırın
üzərində yeni bir fəlakət dolaşır. Dua bitincə baş rahib hamıya ləngimədən hücrələrə getməyi və yatağa
uzanmağı əmr etdi. Heç kim - “heç kim” sözünü xüsusi vurğu ilə dedi - yataqxanadan kənara çıxmamalıdır
deyə buyurdu.
Məbədi əvvəlcə qorxmuş müridlər tərk etdi; kukollarını aşağı endirmiş, başları əyik və bu dəfə
həmişəki kimi zarafatlaşmağı, dürtüşməyi, bic-bic gülməyi və bir-birilərinə gizlicə, hiyləgərcəsinə
badalaq atmağı ağıllarına belə gətirmədən çıxdılar. Zira müridlər gənc rahib də olsalar, əslində uşaqdırlar
və ustadın danlaqları əbəsdir: onları gənc yaşlarından irəli gələn uşaq şıltaqlıqlarından dərhal ayırmağa
onun gücü çatmaz.
Böyüklər sıraya düzülüb eşiyə çıxarkən gözə çarpmadan fikrimdə “italyanlar” deyə adlandırdığım
həmin rahiblər qrupuna qoşuldum. Pasifıko Aymaronun qulağına pıçıldadı: “Səncə Abbone doğrudan da,
Xorxenin harada olduğunu bilmir?”. Aymaro isə cavab verdi: “Yəqin ki, bilir. Olduğu yerdən artıq çıxa
bilməyəcəyini də bilir. Görünür, qoca çox şey istəyirmiş. Abbone isə buna daha dözmək istəmədi”.
Şübhə oyatmamaq üçün Vilhelmlə mən özümüzü elə apardıq ki, guya müsafırxanaya qayıdırıq.
Uzaqlaşmağa macal tapmamışdıq ki, abbatın kilsədən çıxıb, tələsə-tələsə Binaya tərəf getdiyini gördük.
Abbat çardağa qalxıb, yeməkxananın kilidlənməmiş qapısını açdı və içəri girdi. Vilhelm bir az da
gözləməyimizi məsləhət bildi. Addımlarımızı yavaşıtdıq. Hamı çəkilib getdikdən sonra biz qaça-qaça boş
meydançadan keçib, yenə kilsəyə girdik.
A LT I N C I G ÜN
5 5 9
A X Ş A M D U A S I N D A N S O N R A ,
Vilhelm, demək olar ki, təsadüfən Afrikanın
sərhədinə girməyin sirrini tapır
İki qatil kimi kilsənin girişinin yanındakı iki sütunun arxasında gizlənmişdik; buradan kəllələr olan
sovməo yaxşı görünürdü.
“Abbone Binanı kilidləməyə getdi, - Vilhelm pıçıltı ilə dedi. - Qapını içəridən sürgülədikdən sonra,
ancaq sümük məzarlığından çölə çıxa bilər”.
“Bəs sonra?”
“Sonra isə, nə edəcəyini görəcəyik”.
Lakin onun nə etdiyini hələlik, görə bilmirdik. Bir saat keçdi, o isə hələ gözə dəymirdi. “Yəqin,
Afrikanın sərhədinə gedib”, - dedim. “Ola bilər”, - Vilhelm cavab verdi. Lakin eyni zamanda bir neçə
fərziyyə irəli sürməyi öyrəndiyimdən, davam etdim: “Bəlkə do yenə yeməkxanadan çıxıb, Xorxeni
axtarmağa getmişdir”. Vilhelm cavab verdi: “Bu da ola bilər”. “Bəlkə Xorxc çoxdan ölüb, - deyə fılosofluq
etdim. - Bəlkə də Binada gizlənib və indi abbatı öldürür. Bəlkə də, tam əksinə, ikisi əlbirdir və üçüncü bir
şəxs pusqu qurub onları gözləyir. “İtalyanlar” nə istəyirdilər? Bcnsio nə üçün belə qorxurdu? Yoxsa bizi
çaşdırmaq üçün qəsdən üzünə saxta qorxu ifadəsi vermişdi? Madam ki nə Binanı kilidləməyi, nə
kilidlədikdən sonra oradan çıxmağı bilmirdi, axşam duası zamanı nə üçün yazı zalında yubanıb qalmışdı?
Bəlkə labirintə girməyə cəhd edirmiş?”
“Hər şey ola bilər, - deyə, Vilhelm cavab verdi. - Amma bunlardan yalnız biri lap dəqiq oldu... ya da
olacaq... ya da indi olur... Sevin, Adso! Nəhayət, Tanrının sonsuz mərhəməti, heç olmasa, bir şeydə qəti
əminlik bağışlayır bizə!”
“Nədə?” - deyə ümidlənərok soruşdum.
5 6 0
“Dünyada hər şeyi anlaya biləcəyini zənn edən Baskervilli rahib Vilhelm, Afrikanın sərhədinə necə
girildiyini anlamaqda aciz qalıbdır. Tövləyə, Adso, tövləyə. Getdik”.
“Əgər abbata rast gəlsək?”
“Özümüzü kabuslar kimi apararıq”.
Bu heç də yaxşı çıxış yolu kimi görünmədi mənə, amma susdum. Vilhelm hirslənməyə başlamışdı. Biz
şimal qapısından çıxıb, məzarlığı keçdik. Külək dayanmadan uğuldayırdı; mən əsl kabuslarla
rastlaşmamaq üçün Tanrıya bərk-bərk yalvardım, çünki o gecə monastırda günahkar ruhların sayı heç də
az deyildi. Nəhayət, at tövlələrinə gəlib çatdıq və atların fırtınaya görə daha da ürkdüyünü gördük.
Tövlənin əsas girişində eninə olaraq insanın köksü səviyyəsində dəmirdən ağır tir qoyulmuşdu. Onun
üstündən içəriyə baxmaq mümkün idi. Qaranlıqda atların kölgəsi zorla seçilirdi. Kəhəri tanıdım - soldan
birinci idi. Bir az aralıda, həmin sıradaki üçüncü at Vilhelmlə məni sezib, başını qaldırdı və kişnədi.
Gülümsəyib dedim: “Atın üçüncüsü”.
“Necə?” - Vilhelm soruşdu.
“Heç, elə-belə. Zavallı Salvatoru xatırladım. O, bu atla cadugərlik etmək istəyirdi. Və özünün kobud
latıncası ilə onu “atın üçüncüsü” - “tertius equi” adlandırırdı. Yəni «u».
“Nə üçün «u»?” - mənim boşboğazlığıma o qədər də əhəmiyyət verməyən Vilhelm yenə soruşdu.
“Çünki “tertius equi”nin mənası “üçüncü at” deyil, “atın üçüncüsü”dür, yəni “at”
213
sözünün üçüncü
hərfi, yəni “u”. Axmaqlıqdır, əlbəttə ki...”
Vilhelm donuq gözləri ilə mənə baxırdı. Hətta qaranlıqda belə, onun üzünün dəyişdiyini gördüm.
“Tanrı səni şərəfləndirsin, Adso, - yenidən dili söz tutunca, dedi. - Əlbəttə ki, suppositio materialis
214 215
, de dicto deyil, de re* olan bir tərifdir. İlahi,
213
Latınca equus, at deməkdir
214
Predmeti qəsdən dəyişik salmaq (lat.)
215
Əşya haqqında yox, söz haqqında (lat.)
Dostları ilə paylaş: |