Az ərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İdarəetmə və Texnologiya kolleci



Yüklə 361,95 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix13.02.2023
ölçüsü361,95 Kb.
#100765
1   ...   12   13   14   15   16   17   18   19   20
zergerlik-memulatlari-ve-bezek-eshyalarinin (1)

Mövzu
 
4.2. Şəbəkə vurma istehsalı üçün sağanaqların hazırlanması – 10 saat.
Şəbəkə vurma istehsalı üçün sağanaqların hazırlanması. Eskizin metal üzərinə 
köçürülməsi, lobzik ilə kəsilməsi, məftilin həttədən çəkilməsi, eşmənin hazırlanması və s. 
Şəbəkə üslubunun növləri:

Şəbəkə – yəni bir tərəfdən digər tərəfi görünür. 

Qapalı – yığılmış şəbəkə lövhənin üzərinə lehimlənir. 
 
Mövzu
 
4.3. Şəbəkənin hazırlanması və sağanaqlara doldurulması – 10 saat.
Hazırlanmış eşmələrin sağanaqlara doldurulması. Sağanaqlara doldurulmuş eşmənin 
gümüş lehimi ilə lehimlənməsi. Divarənin hazırlanması, daha sonra həyətliklərin yığılması və 
eşmənin həyətliklərə doldurulması. Şəbəkə üslubunda yığılmış məmulatı lehimləmək üçün 
gümüş lehimdən istifadə. Lehimləmə əməliyyatına başlamaışdan qabaq lehimin toz halına 
salınması. 
 
Bölmə 5. Mexaniki dekorativ emalın və əyartəyinetmənin texnologiyası.
Mövzu
5.1. Pardaqlama 
əməliyyatının texnologiyası və proses zamanı istifadə 
olunan materiallar 
– 6 saat.
Pardaqlama prosesi zamanı istifadə olunan dəzgah və alətlərin iş prinsipinin 
öyrənilməsi. Pardaqlama əməliyyatı tamamlayıcı proses hesab edilir və hamar səthin güclü 


18 
metallik parıltının əmələ gəlməsini təmin edir. Qiymətli metalların pardaxlanmasında pasta 
şəkilli abrazivlərdən istifadə olunur. Bu abrazivlər parafindən, stearindən, texniki piydən, olein 
turşusundan və s. ibarətdir. Abrazivlərin növləri: 

T
əbii abrazivlərə – krokus, təbaşir, ven əhəngi, talk, diatomit və trepel. Krokus təbii 
üyüdülmüş dəmir oksidinə bənzəyir. Təbaşir incə üyüdülmüş şəkildə olur, nəinki qiymətli 
metalların pardaxlanmasında istifadə olunur, həmçinin mis və onun ərintilərinin 
pardaxlanmasında istifadə olunur. Ven əhəngi qızdırılmış dolomitdən hazırlanır və kalsium və 
maqniumun oksidl
ərinin qarışığına bənzəyir. Talk çox yumuşaq abrazivdir və qalvanik 
örtüklərin pardaxlanmasında istifadə edilir. Diatomit və trepel xırda dənəvər müxtəlif mövlü 
silisium anhidridi, kristallik kvars v
ə s. qarışığına bənzəyir.

Süni abrazivlər – dəmir oksidi (krokus) metallik dəmirin oksidləşməsindən və ya qızdırılmış 
d
əmir hidroksidindən hazırlayırlar. Xrom oksidi tünd yaşıl narın tozdur. İkioksidli qalay ağımtıl 
boz r
əngli xırda dənəvər toz şəklində olur və yüksək olamayan sərtliyə malikdir. Bu da 
z
ərgərlik məmulatının tamamlanmasında istifadə edilir. Süni pardaxlama materialları kimi 
h
əmçinin sirkonium, sink, maqnium, alüminiumun oksidlərindən də istifadə edilir. 

Yüklə 361,95 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə