Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə85/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   81   82   83   84   85   86   87   88   ...   95

ABŞ-da gender m
əsələləri
261
dövlət dəstəyinin vacibliyindən bəhs edir və israr edir ki, “yalnız 
belə dəstək sayəsində, iqtidar, qruplararası iyerarxik münasibətlər 
uğurlu transformasiya ola bilər və nəticədə əvvəllər müstəsna hal-
larda bəzi qruplar üçün nəzərdə tutulan adekvat qərarlar hər kəsə 
şamil oluna bilər” (Young I., 1990 :96). Belə traktovka Amerika 
cəmiyyətin demokratikləşdirilməsi üçün çox vacib şərt ola bilər. 
Başqa bir məşhur filosof Çarlz Teylor yazırdı ki, “Mədəni identi-
fikasiyanın olmaması fərdin həm əxlaqi, həm də psixoloji rahat-
lığına üçtərəfli ziyan (özünəinam, özünəhörmət və özünəqiymət) 
vura bilər (Taylor Ch.,1992 : 25). Fərdin avtonomiyası üzv oldu-
ğu mədəni qrupla əlaqəsinə təsir edir. “Mədəni fərqliliyə hörmət-
lə yanaşmanın ən məşhur tərəfdarı olan Vill Kimlika demişdir ki, 
yalnız hər hansı bir mədəni struktura bağlı olan fərd öz həyatına 
nəzarət etməyə qadirdir, əks halda, mədəni azlığın nümayəndə-
sinin yaşaması çətin olar. Onların bir spesifik qrup kimi dövlətin 
siyasi dəstəyinə ehtiyacları vardır” (Kymlicka W.,1995 :165).  
Feminist tənqidçilər belə bir imperativlə razılaşa bilməzdilər, 
çünki  əmin  idilər  ki,  onların  opponentləri  mədəni  müxtəlifliklə 
demokratik  təcrübənin  münaqişəsinin  mümkünlüyünü  inkar  et-
mirdilər.  Onlara  görə  dominant  mədəniyyətin  fərd  üzərindəki 
təhlükəsi onun avtonomiyasını məhdudlaşdırır və bu, heç də az 
təhlükəli  deyil.  Bu  da  çoxluğun  azlıq  üzərindəki  avtonomiyası 
qədər təhlükəlidir. Mədəniyyət mənsubiyyəti o adamlara maneçi-
lik törədir ki, o adamlar bu mənsubiyyətdən (ənənə və normalar) 
azad olmaq istəyir, sanki bunlar onun azadlığına mane olur.    
1990-cı  illərdə  ABŞ-da  miqrant  icma  qadınların  üzləşdi-
yi  problemlər  ictimai  debatlara  çevrilmişdi.  Dövlət  tərəfindən 
demək olar ki, heç bir dəstək görməyən miqrant qadınlar fakti-
ki olaraq, çox vaxt ərləri tərəfindən zorakılığa məruz qalırdılar. 
Bu o zaman baş verirdi ki, onlar ənənələrdən imtina edib hüquqi 
statuslara iddia edirdilər və bunun müqabilində ərləri tərəfindən 
zorakılıq halları ilə üzləşirdilər. Əgər ABŞ dövlət və cəmiyyəti 
tərəfindən  əvvəl  yeni  gələn  miqrant  qruplardan  mütləq  şəkildə 


Ki̇fayət  Ağayeva
262
“amerikalılaşmaq” tələb olunurdusa, o zaman cəmiyyətin ən əsas 
mədəni-hüquqi  münaqişələri  diqqət  mərkəzində  olurdu.  Miq-
rantlar öz mədəni ənənələrini, həyat tərzlərini qoruyub saxlamaq 
haqqında  şüarlar  səsləndirəndə,  miqrantlardan Amerika  hüquqi 
normalarını qəbul edib onlar kimi yaşamaq tələb olunurdu.       
Oğurluq,  uşaq  yaşında  məcburi  evlilik,  çoxarvadlılıq,  gen-
derinə  görə  mülkiyyət  hüququna  qoyulan  məhdudiyyətlər,  bo-
şana bilməmək və s. kimi problemlər miqrantlar arasında təsa-
düf olunan əsas problemlərdəndir. 1990-cı illərin sonlarında bu 
problemlər dramatik xarakter almağa başladı. Qohum qadınların 
öldürülməsində təqsirli bilinən kişi yaxınlar, min bir bəhanə ilə 
cinayətdən boyun qaçırmaq istəyirdilər, onlar guya “ailənin, nəs-
lin şərəfini qoruyurdular” və bu kimi cinayətlər hər zaman ən çox 
feminist  təşkilatların  etirazına  səbəb  olurdu. ABŞ  üçün  ən  çox 
təhlükə mövcud hüququ təcrübəni miqrant qrupların öz ənənəvi 
adətləri ilə əvəz etdiyi zaman baş qaldırırdı. Cinayətkar miqrant 
törətdiyi hər hansı bir cinayətə öz ənənələri ilə bəraət qazandır-
maq istəyəndə, onlara qətiyyən güzəşt olmurdu, çünki bu cəmiy-
yətdə  kəskin  etirazlara  səbəb  ola  bilərdi.  Feminist  tənqidçilər 
ABŞ Konstitusiyasının diktə etdiyi qanunlardan kənara çıxan heç 
bir məqama tamaşaçı qismində qalmaq istəmirdilər, çünki onlara 
görə həm köklü amerikalı vətəndaş üçün, həm də gəlmələr üçün 
ABŞ  Konstitusiyasından  sağlam  yaşam  qarantı  ola  bilməzdi. 
Amerikada feministlər multikulturalizm və gender diskriminasi-
yası mövzusunda  müzakirələr aparanda əllərində dövlət Konsti-
tusiyasını əsas tuturdular.   
1990-cı illərin ortalarında ABŞ-da miqrant kişilərin qadın qo-
humlarına qarşı törətdikləri cinayətlərin faizi kifayət qədər yük-
sək idi və bunların qarşısını vaxtında almaq lazım idi. Nyu-York-
da həyat yoldaşını öldürən amerikalı-çinli vətəndaşın məhkəmə 
salonunda özünə bəraəti ondan ibarət idi ki, Çin ənənəsinə görə, 
ərinə xəyanət edən hər bir çinli qadına məhz əri cəza verməlidir. 
Təqsirləndirilən şəxsə özünümüdafiə üçün son söz verildikdə o, 


ABŞ-da gender m
əsələləri
263
“bunu mənə mədəniyyətim məcbur etdi” dedi və faktiki olaraq 
onun özünəbəraət üçün bundan başqa heç bir arqumenti olmadı.    
    Liberal  məhkəmələr miqrantın  mədəni  təcrübəsini  nəzərə 
alıb ədalətli olmağa çalışsalar da, onlar miqrantların fərdi hüququ-
nu onun müdafiəsi üçün istifadə etməklə, özlərini tələyə salırdı-
lar. Feminist siyasətçi Aylet Şaçar belə situasiyanı “multikultural 
zəif paradoks” adlandırmışdır. “Belə çıxır ki, azlıq və çoxluqla-
rın bərabərliklərini nizama salmaq üçün nəzərdə tutulan qaydalar 
azlıqlara mənsub olan fərdlərin haqqını sistematik olaraq pozur” 
(Shachar A., 2001:3). Bu tezisi inkişaf etdirən məşhur feminist 
tənqidçi Susan Okin sualı daha kəskin qoyur: “Amerikanın multi-
kulturalizm siyasəti qadınların marağı ilə üst-üstə düşürmü?” Bu 
suala müəllif özü müxtəlif mədəni rejimlər arasında apardığı təh-
lilə əsaslanaraq belə cavab verir: “Çoxsaylı mədəniyyətlər patri-
arxal olduqlarına görə mədəni azlıqların əksəriyyəti (bəlkə də ha-
mısı) onları əhatə edən patriarxal mühitdən daha çox patriarxaldır. 
Buradan belə nəticə çıxır ki, bu qrupların haqlarını nəzərə alsaq, 
o zaman qeyri-bərabər gender strukturunu saxlamış olarıq” (Okin 
S., 1997 :17). Belə mövqe solçu ziyalıların etirazı ilə qarşılandı 
və onların irəli sürdüyü əsas qınaq ondan ibarət oldu ki, Qərb şo-
vinizm və mədəni imperalizmi haqqında tezis qloballaşma dövrü 
üçün artıq ənənəyə çevrilmişdir. Tənqidçilərin fikrincə, ABŞ-ın 
ağ  feministləri  hər  zaman  digər  millətlərin  mədəniyyətinə  geri 
qalmış mədəniyyət kimi baxıblar və düşünüblər ki, onlar heç vaxt 
emansipasiya əldə edə bilməzlər.  
Okinin tənqidini haqlı hesab edən Şeyla Benhabib münaqişə-
nin həlli üçün belə bir konsepsiya irəli sürür ki, multikulturalizm 
ideologiyası və feministlərin gender bərabərliyi haqqında layihəsi 
birlikdə həyata keçirilsə, münaqişə həll oluna bilər. Mədəniyyəti 
fəaliyyət kimi qoruyub saxlaya bilmək insana dünyada öz yeri-
ni və identifikasiyasını müəyyənləşdirmək imkanı verir və bu da 
qloballaşma dövrü siyasətinin ən əsas vəzifəsidir. “Siyasi məna-
da  mədəni  özünüifadəetmə  hüququ  vətəndaşın  özünü  universal 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə