Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə48/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   44   45   46   47   48   49   50   51   ...   234

148

etmək olar ki, V.D.Belyakov tərəfindən işlənib hazırlanmış para-

zitar  sistemlərin  özünütənzimləmə  nəzəriyyəsi  epidemiolo gi ya-

nın inkişafında irəliyə addım sayıldı. O, müxtəlif parazitar sis-

tem lərin bir-biri və ətraf mühit arasında olan mürəkkəb qarşılıqlı 

əlaqələrin  daxili  tənzimlənmə  mexanizminə  dair  mövcud  fikir-

lə ri  dəyişdi,  infeksion  patologiya  ilə  nəzəri  və  təcrübi  yolla 

mübarizə miqyasını nəinki insan cəmiyyətinə münasibətdə, həm 

də ümumilikdə genişləndirməyə imkan verdi. Parazitar sistem lə-

rin  özünütənzimləmə  nəzəriyyəsi  epidemik  prosesin  inkişafının 

səbəb  və  şərtlərinin  təyinində  əvvəllər  mövcud  olan  metodik 

mən tiqsizliyi  sildi,  epidemik  proses  nəzəriyyəsi  ilə  canlıların 

təkamülü haqqında ümumbioloji təlim arasında olan boşluğu ara-

dan  götürdü.  Nəzəriyyə  epidemik  prosesin  yeni  tərifini  verdi, 

onun  əsas  halqalarını  başqa  cür  formalaşdırdı,  yoluxucu  xəstə-

liklərin  və  onların  törədicilərinin  təsnifatının  təkmil ləşdiril mə-

sində yeni perspektivlər açdı.

Parazitar sistemlərin özünütənzimləmə nəzəriyyəsinin müd d ə  -

a larından görünür ki, əksepidemik işin təşkilində insan p o pulya-

si ya sında  törədicinin  kənardan  gətirilməsinə  dair  köhnəl miş  fi -

kirlərdən imtina etmək, yoluxma mexanizminin rolunu və b i zim 

onu  qırmaq  imkanımızı  həddən  artıq  şişirtməmək  lazımdır.  Bu 

nəzəriyyəyə görə, yoluxma mexanizmini tibbi tədbirlərlə qır  maq 

olmaz, ona görə də,əhalinin həyat təminatının, o cüm lədən kom-

munal  təminatının  yaxşı laşdırılması  üzrə  fəaliyyətin  güclən di-

rilməsi  məsələsi  qüvvədə  qalır.  Ölkədə  müxtəlif  s ə vi y yələrdə 

icraçıların əlaqəsini təmin etməyə qabil olan əks epi demik fəa liy-

yətin  idarə  edilməsinin  avtomatlaşdırılmış  sistemi  vacibdir. 

Bu nun üçün xəstələnmə və digər göstəricilər, dövr edən t ö rə di ci-

lə rin və digər zərərli amillərin səciyyəsi, əhalinin i m mun struk-

turu, risk amilləri üzrə sanitar-epidemioloji m ə lumatların top lan-

ma sı və iş lən məsi aparılmalıdır. İnsanı həyat boyunca m ü şayiət 

edən bütün qeydiyyat formalarının tərtib olunması lazımdır, belə 

ki, məhz bu məlumatların əsasında fərdi pro filaktikaya və xəs tə-

lik lərin  müa li cəsinə  nail  olmaq  mümkündür.  Sanitar-epidemio-

loji  idarələrin  işin də  əsas  diqqət  sanitar-epidemioloji  n ə zarət, 

mikrobioloji,  immunoloji  skrininqə  və  sanitar-gigiyenik  (eko-

loji) monitorinqə yönəldil məlidir. 




149

V.D.Belyakovun epidemik prosesin daxili 

özünütənzimləmə nəzəriyyəsi

  1970–1980-ci  illərdə  antroponozları  öyrənərkən  V. D . Bel-

yakov və əməkdaşları ilk dəfə olaraq, epidemik prosesin daxili 

özünü tən zim lə mə  nəzəriyyəsini  işləyib  hazırladı.  O,  yoluxucu 

xəs  təliklərin  pata lo gi yasına  həsr  edilmiş  bir  çox  m ə lu matları 

təhlil edərək, parazitar sistemlərin özü nü tən zim lə mə n ə zə riy yə-

si nin əsas müddəalarını verdi.

  Bu  nəzəriyyənin  epidemiologiya  üçün  əhəmiyyəti  çox  b ö-

yük dür.  Çünki  indiyə  qədər  təbiətdə  xəstəliklərin  özünü tən zim-

ləməsinin  strukturu  tam  aydın  edildi.  Bu  nəzəriyyədə  aşağıda 

göstərilən əsas dörd müddəa onun mahiyyətini aydın izah edir: 

1. Parazit və sahib populyasiyalarının bir-birinə münasibətdə 

genotipik və fenotipik heterogenliyi

2. Bir-birinə təsir edən populyasiyaların bioloji xassələrinin 

bir-birilə əlaqəli dəyişilməsi

3.  Epidemik  prosesin  inkişafının  qeyri-bərabərliyini  təyin 

edən  parazit  populyasiyasının  mərhələlər  üzrə  dəyişməsində 

sosial və təbii şəraitin tənzimləyici əhəmiyyəti. 

4. Parazit və sahib populyasiyalarının heterogenliyi. 

 

Parazitvəsahibpopulyasiyalarınınheterogenliyi

Bütün canlılar üçün ümumi xüsusiyyət onların genotipik və 

fenotipik heterogenliyidir, yəni onlarda populyasiyadaxili xassə-

lər müxtəlifdir. Törədicinin populyasiyadaxili dəyişkənliyi onları 

subpopulyasiyalarla,  eləcə  də  klonlarla,  ştamlarla  müqayisə  et -

dik də  aşkar  edilir.  Fenotipik  fərqlər  genotipdə  müəyyənləşib, 

çün ki fenotip plastikliyin ehtimal olunan istiqaməti genotip a mil -

lərlə müəyyən edilir (Maur, 1974).

Epidemiologiyada  parazit  və  sahib  populyasiyalarının  bir-

birindən fərqli olması onların xassələri daxilində təhlil edilir və 

ən əvvəl onların bir-birinə olan münasibətləri ilə izah edilir. P a-

to  gen liyin  ölçüsü  virulentlikdir. Adi  şəraitdə  subpopulyasiyala-

rın viru lentliyi xəstəliyin gedişinin ağırlıq dərəcəsindən asılıdır. 




150

Labo ra toriya  şəraitində  virulentlik  təcrübə  heyvanlarına  və  t o-

xu ma kultu rasına təsir etməklə müəyyən edilir. 

Törədici  populyasiyasının  müxtəlifliyi  kontagiozluğuna  və 

immunogen xüsusiyyətlərinə görə də müəyyən edilir. Makro or-

qa nizmlərin  populyasiyalarının  heterogenliyini  müəyyən  edər-

kən  laboratoriya  şəraitində  əldə  edilən  məlumatlardan  isti fa də 

et mək  daha  əlverişlidir.  Bu,  dövr  edən  mikroorqanizmlərin  v a-

riant  la rı nın  təyin  edilməsində  (serovar,  faqovar,  antibiotikovar, 

xemovar və s.) öz əksini tapmışdır. 

Epidemiologiyada  uzun  müddət  belə  yanlış  fikir  hökm  s ü-

rür dü  ki,  əhali  arasında  ayrı-ayrı  törədicilərə  qarşı  kütləvi  həs-

saslıq vardır. Əslində isə müxtəlif şəxslərin xəstəliyə qarşı həs-

sas lığı  eyni  deyildir.  Bunu  tez-tez  və  nadir  hallarda  xəstələnən 

şəxslərin xəstələnmə səviyyəsinin təhlili zamanı da görmək olar.

Həssaslığın  dərəcəsi  rezistentlik  və  immunitetlə  müəyyən 

edilir.  Rezistentlik  (latınca  “resistera”  –  müqavimət)  xəstəliyə 

q  ə  dər  törədici  ilə  görüşməyən  ayrı-ayrı  şəxslərin  həssaslıq  d ə-

rəcəsini  səciyyələndirir,  o,  irsən  nəzərə  alınıb  və  genotipik  x a-

rak ter daşıyır.

Fərdlərin  populyasiyasının  müqavimət  (rezistentlik)  dərəcə-

sinə  görə  ayrı-ayrı  törədicilərə  bölüşdürülməsi  standart  xüsu-

siyyət  daşıyır.  O,  sahiblərin  genofonunda  yerləşib.  Belə  ki,  bir 

xəstəliyə qarşı həssaslığı yüksək olan şəxs başqa xəstəliyə qarşı 

rezistent ola bilər.

Yoluxucu xəstəliklərin törədicilərinə qarşı insanların genetik 

müqaviməti orqanizmin inkişaf mərhələlərindən, yaş dəyişiklik-

lərindən, ətraf mühitin təsirindən asılı olaraq dəyişir. Beləliklə, 

rezistentlik  baxımından  insan  populyasiyasının  bölüşdürülməsi 

təkcə genotipik deyil, həm də fenotipikdir. Yoluxucu xəs tə lik lə-

rin törədicilərinə qarşı insan populyasiyasının həssaslığına feno-

tipik  təsir  immunizasiya  hesabına  artır.  Bununla  yanaşı,  qeyd 

et mək  lazımdır  ki,  orqanizmin  immunitet  yaratmaq  qabiliyyəti 

geno tipdən asılıdır. Bir insanın orqanizmində uzun müddətli d a-

vamlı  immunitet  yaranırsa,  digərində  qısa  müddətli  immunitet 

yaranır. Məlumdur ki, assosiasiyalı vaksinlərlə peyvənd etdikdə 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə