Azərbaycan Mədəniyyətində Ata Babalar Sözləri



Yüklə 1,1 Mb.
səhifə20/46
tarix25.06.2018
ölçüsü1,1 Mb.
#51593
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

78

Gülmǝk ağlamaqla ǝkizdir. 



Gülü yad etdikjǝ, bülbülün fǝryadı artar. 

Gülü get güllükdǝn gǝtir. 

Gülün qǝdrini bülbül bilǝr, nǝ bilǝr hǝr divanǝ?! 

Gülünǝ bax, qönçǝsini dǝr. 

Gülmǝ qonşuna, gǝlǝr başına. 

Gülmǝ gülünj olana, xǝmiri linj olana, özün gülünj olarsan, xǝmiri linj 

olarsan. 

Gülmǝk ağlamağın qardaşıdır. 

Gün var keçib gedǝr, gün var yadda qalar. 

Gün doğuşundan bǝllidir. 

Gün ilǝ bat, gün ilǝ çıx. 

Gün keçǝr, qǝza keçmǝz. 

Gün keçǝr, kin keçmǝz. 

Gün keçir, ömür gedir, dǝli bǝzǝnir ki, bayram gǝlir. 

Gün kimi aydındır. 

Gün girǝn evǝ hǝkim girmǝz. 

Gün girmǝyǝn evǝ hǝkim girǝr. 

Gün görmǝyǝn günü gördü, durdu çıraq yandırdı. 

Gün o gün deyil, dünya o dünyadır. 

Gün öz işığını heç kǝsdǝn ǝsirgǝmǝz. 

Gün hansı tǝrǝfdǝn çıxıb? 

Gün çıxar, alǝm görǝr! 

Gün çıxdı – kosanı aldatmaq olmaz. 

Günahkar oldu lǝlǝ, saqqalı verdi ǝlǝ. 

Günbǝz görǝr, elǝ bilǝr içindǝ imamzadǝ var. 

Gündǝ bir dona (rǝngǝ) girir, ana da deyir qızım var. 

Gündǝ bir söz eşitmǝsǝm qulaqlarım tutular. 

Gündǝ qazan, gündǝ ye. 

Gündoğan sǝlamǝtdir, günbatan mǝlamǝt. 

Gündüz gedir dar-dar edir, axşam gǝlir yer dar edir. 

Gündüz gǝzǝr obanı, axşam sanjar dabanı. 

Gündüz molla, gejǝ oğru?! 

Gündüz çıraq yandıran, axşam qaranlıqda qalar. 

Gündüz şam yandıran gejǝ şamsız yatar. 

Günǝbaxan günǝ baxar! 

Günortadan sonra dükan açan nǝ qazanar? 




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

79

Günü ilǝ gün yoxdur. 



Günü günǝ satmazlar. 

Günü gündǝn günü ǝsirgǝr. 

Günü gününün ölümünü istǝr. 

Günlüyǝ, yanı qoduqluya, ruzigar haramdır. 

Günüm yoxdur, günüm var. 

Günümü göy ǝskiyǝ bağlayıb. 

Güj birlikdǝdir. 

Güj doğanağa düşǝr. 

Güj gǝlǝndǝ dad bajadan çıxar. 

Güjlü yanında güjsüz günahkar. 

Güjlü günahkar olmaz. 

Güjlü güjsüzdǝn qisas almaz. 

Güjlüyǝ nǝ düz, nǝ çörǝk?! 

Güjü var, tǝpǝri yox. 

Güjü güjümdǝn çox, ağlı ağlımdan az. 

Güjü çatana donuz güddürǝr. 

Güjün çatmayan işǝ girişmǝ. 

Güjün çatmayan daşı qaldırma, zǝrbǝ düşǝrsǝn. 

Güjünǝ bax, şǝlǝni bağla. 

 

 



 

Havayı sirkǝ baldan şirin olar. 

Haqq ver, haqq al. 

Haqq verǝn haqq götürǝr. 

Haqq – qüvvǝt, qüvvǝt – haqqdır. 

Haqq daşı ağır olar. 

Haqq deyǝn mǝhrum olmaz. 

Haqq yandıran şamı söndürmǝk olmaz. 

Haqq iş gündǝn aydındır. 

Haqq kömǝk eylǝsǝ qurd çoban olar. 

Haqq getsin, nahaq gǝlmǝsin! 

Haqq söz axar suları saxlar. 

Haqq söz ajı olar. 

Haqqa lǝkǝ düşmǝz. 

Haqla batilin arası dörd barmaqdır. 



 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

80

Haqlı haqqdan keçmǝz. 



Haqq-hesaba dağlar da baş ǝyǝr. 

Haqq-hesabı düz elǝ, hǝr yerdǝ yerin olsun. 

Hazır aşın dik qaşığıdır. 

Hazır oldu bişmişlǝr, gǝldi gözdǝn düşmüşlǝr. 

Hayıf qiyamǝtǝ qalmaz. 

Hayıf olsun, mǝrd igidlǝr qojalır. 

Haynan gǝlǝn, vaynan gedǝr. 

Hay-hayı gedib, vay-vayı qalıb. 

Halal artar, haram batar. 

Halal injǝlǝr, amma üzülmǝz. 

Halal ye, halal danış. 

Halalzadǝ barışdırar, haramzadǝ qarışdırar. 

Halva-halva demǝklǝ ağız şirin olmaz. 

Halvanı yeyib, eşşǝyi minib. 

Halvaxor molladır! 

Halvaçı qızı – daha şirin! 

Hamam-hamam içindǝ, xǝlbir saman içindǝ, dǝvǝ  dǝllǝklik eylǝr, 

köhnǝ hamam içindǝ. 

Hamam suyu ilǝ özünü dost tutur. 

Hamamdan gǝlirsǝn – get ǝrin evinǝ, paltar yumaqdan gǝlirsǝn – get 

dǝdǝn evinǝ. 

Hamamdan çıxanın ǝri olasan, sǝfǝrdǝn gǝlǝnin arvadı. 

Hamı bilir ki, dağda kǝklik gözǝldir. 

Hamı bilir ki, Şirvan çuxurdadır. 

Hamı dedi – Dad oldu, mǝn deyǝndǝ – bidad. 

Hamı dinǝndǝ jan oldu, mǝn dinǝndǝ qan oldu. 

Hamı ilǝ xoş görüşmǝk ǝdavǝti yox eylǝr. 

Hamı istǝr jǝnnǝtǝ getsin, amma günahları qoymaz. 

Hamı çox yaşamaq istǝr, amma qojalıq istǝmǝz. 

Hamını bǝzǝr, özü lüt gǝzǝr. 

Hamını ley vurdu, mǝnim kimi tükü dağılan olmadı. 

Hamıya aftafa-lǝyǝn, bizǝ sarımsaqdöyǝn. 

Hamıya it hürǝr, bizǝ Mazandaran çaqaqlı. 

Hamıya kǝlǝk, bizǝ dǝ kǝlǝk? 

Hamıya gǝlǝr gözü qara, qǝlǝm qaş, bizǝ  dǝ  gǝlǝr sallaqburun 

keçǝlbaş. 




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

81

Hamıya ovuj-ovuj, bizǝ bir iynǝ uju. 



Hamımız birimiz üçün, birimiz hamımız üçün. 

Hamıya hörmǝt elǝ, hörmǝtin olar. 

Hamısı bir bezin qırağıdır. 

Hamısı bir yuvanın quşudur. 

Hansı  daşı qaldırsan, altından bir ǝqrǝb çıxar. 

Hansı dǝrdimi deyim, ağlayım? 

Hansı yuvanın quşusan? 

Hansı ǝl ilǝ vermisǝn, o ǝl ilǝ dǝ alarsan. 

Hanı o sulu qǝlyan? 

Hanı papağım, hanı çomağım? 

Harada qamış, orada jamış. 

Harada dǝvǝnin quyruğu, orda eşşǝyin qulağı. 

Harada gördün dǝrviş, orada olar nikbǝt iş. 

Harada gördün molla, qaşqabağını salla. 

Harada gördün hamı kor, sǝn dǝ ol kor. 

Harada çalğı, orada qalğı. 

Haradan işıq gǝlir, barmağını ora tıxar. 

Hardasan, ay javanlıq? 

Haraya mıx çaxıram, papağını asır. 

Haram gǝldi halalı apardı. 

Haram malın bǝrǝkǝti olmaz. 

Haram harama gedǝr. 

Hajı yatmaz, yatarsa qalxmaz. 

Hajı Mǝkkǝyǝ, dǝrviş tǝkyǝyǝ. 

Hajı hajını Mǝkkǝdǝ görǝr. 

Hajadan, hujadan, biri dǝ çıxdı bajadan. 

Hajılar Mǝkkǝyǝ getdi, qapıları açıq qoyun,  

Hajılar Mǝkkǝdǝn gǝldi, qapıları bağlayın. 

Heyvan qatlaşar, yiyǝsi qatlaşmaz. 

Heyvan elǝ heyvandır. 

Heyvan saxlasan pişik saxla, özü tutar, özü yeyǝr. 

Heyvana çuluna görǝ, insana geyiminǝ görǝ qiymǝt vermǝk düz deyil. 

Heyvanda arıqlıq, insanda yekǝ qarınlıq eyibdir. 

Heyvanı budundan dağlarlar, insanı ürǝyindǝn. 

Heyvanı ajgözlüyü onu kökǝldǝr, insanın ajgözlüyü onun başını yeyǝr. 

Heyvanın dişinǝ baxarlar, insanın – işinǝ. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə