Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə23/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

 
338
dili, mətn informasiyanın emalı üçün 1962-ci ildə  Snobol
1
, 1969-ci ildə çoxluqlar 
üzərində əməliyyatlar aparmaq üçün SETL dili yaradılır. 
Üçüncü nəsil kompüterlərin yaranması, universal alqoritmik dillərin 
yaradılması  məsələsini qarşıya qoydu. Bu cür dillərin yaradılması üçün edilən 
cəhdlərdən biri nəticəsində  İBM firması  tərəfindən PL/1 (Programming-
Language/1-proqramlaşdırma dili-1) dili yaradılır. Bu dil Fortran, Alqol və Cobol 
dillərinin əsasında yaradılmış və bu dillərin üstünlüklərini özündə birləşdirmişdi. 
1968-1970-ci illərdə  İsveçrə ali politexnik məktəbinin informatika 
institutunun direktoru, Türinq mükafatı laureatı, professor Niklaus Virt tərəfindən 
Nikuls Virt tərəfindən Paskal
2
 dili yaradılır. Bu dil struktur proqramlaşdırma 
ideyasının, yəni proqramın kiçik, dəqiq təyin edilmiş prosedurlardan tədricən 
qurulması ideyasının həyata keçirilməsini təmin edən ilk dildir. Bütün alqoritmik 
dillərdə olduğu kimi, Pascal dilinin də hazırda çox versiyaları var. Turbo-Pascal 
alqoritmik dili-bu versiyalardan biridir və  fərdi kompyuterlərdə çox geniş  tətbiq 
olunur.  
 1983-cü ildə Pentaqonda Ada
3
 dili yaradılır. Bu dil əsasən hərbi və böyük 
sənaye layihələrinin yaradılmasında istifadə edilir. Dil birinci proqramlaşdırıcı – 
qrafinya  Ada Lavlaysın şərəfinə adlandırılmışdır. 1972 -ci ildə Kreniqan və Ritçi 
tərəfindən     C dili, 1986-cı ildə onun bazasında Brayn Straustrup tərəfindən  
problem yönümlü C
++
 dili yaradılır. C/C
++
 dili-universal dil olub, sistem 
proqramlarının yaradılmasında, o cümlədən geniş yayılmış UNİX  əməliyyat 
sistemi üçün kodların yazılmasında geniş istifadə olunur. 1995-ci ildə Sun 
Microsystems kompaniyasında Java dili yaradılır. Qeyd etdiyimiz dillərdən başqa 
dillər də mövcuddur və bu dillərin yaradılması prosesi davam etdirilir. 
XX əsrin 90-cı illərindən başlayaraq Web proqramlaşdirma dilləri meydana 
gəldi.  Web proqramlaşdirma dilləri Web səhifələrin idarə olunmasında istifadə 
olunur. Onlara misal olaraq HTML, XML, JavaScript, VbasicScript, Perl, Payton 
göstərmək olar. 
 
2.2. Turbo Pascal alqoritmik dilin əsas elementləri 
 
Dilin əlifbası. Turbo Pascal dilində proqram müəyyən hərflər, rəqəmlər və 
simvollar vasitəsilə yazılır. Bu simvollar dilin əlifbasını  təşkil edir. Dilin əlifbası 
ASCII kodlaşmış simvollar cədvəlinə əsaslanır və dilin baza elementi sayılır. Onun 
vasitəsilə dilin digər struktur elementləri – sabitlər, dəyişənlər, ifadələr, 
identifikatorlar, operatorlar, altproqramlar, modullar və digər obyektlər tərtib 
olunur. Əlifbanın simvollarını şərti olaraq aşağıdakı qruplara bölmək olar: 
1)
 
Latın əlifbasınin hərfləri  və _  simvolu; 
2)
 
Onluq say sisteminin 0-dan 9-a qədər hind-ərəb rəqəmləri; 
                                                 
1
 Onun  müasir sələfi 1974-cü ildə yaradılmış İcon dilidir. 
2
 Bu dil XVII əsr böyük fransız alimi Paskalın şərəfinə adlandırılmışdır. 
3
 1995-ci ildə dilin yeni versiyası ADA -95 yaradılmışdır. 


 
339
3)
 
Xüsusi simvollar və məhdudlaşdırıcılar:  
+ - * / = < >  > < <=>= := ( ) {} [] ^  # $ (**) , . ; ’ 
4)
 
Cüt simvollar
1
: <>   < =  > = :=  (*;*); 
5)
 
Probel və idarəedici simvollar.  
Turbo Pascal dilində probel ayırıcı funksiyasını yerinə yetirir. Ardıcıl 
yazılmış bir neçə probel işarəsini kompilyator bir probel kimi qəbul edir. Idarəedici 
simvollar sətir və simvol tipli sabitlərin təsviri üçün istifadə olunur. Sətir və simvol 
tipli sabitlərin təsvirində  və proqramda yazılmış  şərhlərdə  həmçinin ASCII 
kodlaşmış simvollar cədvəlinin kodu 128-255 intervalında dəyişən simvollardan, o 
cümlədən psevdoqrafika simvollarından istifadə etmək olar. 
Işçi sözlər.  İşçi sözlər proqramın operatorların, alt proqramların  
yazılmasında istifadə olunur və ad kimi istifadə oluna bilməz. Turbo Pascal dilində 
aşağıdakı işçi sözlər nəzərdə tutulmuşdur:  
and  
array  
as 
begin 
break case class  const 
constructor  continue   destructor  
div 
do  
downto   else 
end 
exit external 
 
externalsync 
file 
finalization for 
forward 
function 
if in 
inherited 
initialization 
is mod 
 
not 
 of 
or private 
procedure 
program 
property protected 
public 
shl 
record  
repeat 
set 
unit 
shr sizeof 
 
string 
while 
then to 
 type  with 
until uses 
 
var  xor 
Sabitlər və  dəyişənlər. Hər bir proqram kompyuterdə yerinə yetirilən 
zaman verilənlər üzərində müəyyən  əməliyyatlar aparır. Verilənlər iki yerə - 
sabitlərə və dəyişənlərə bölünür: 
Dəyişənlər proqramın yerinə yetirilməsi prosesində müxtəlif qiymətlər alan 
adlı kəmiyyətlərə deyilir
2
.  
     Dəyişənlərdən fərqli olaraq sabitlər  əvvəlcədən məlum olan və proqramın 
yerinə yetiriləcəyi müddətdə  dəyişməz qalan kəmiyyətlərdir. Sabit və  dəyişənlərə 
onların adları ilə müraciət olunur. Sabitlər və  dəyişənlər müəyyən tipə malikdir.  
Tip verilənin kompyuterin yaddaşındakı ifadə forması ilə  təyin edilir və onun 
qiymətlər oblastını, onunla aparılan əməliyyatlar coxluğunu müəyyən edir. Sabitlər 
adsız və adlı  kəmiyyət kimi proqramda istifadə oluna bilər. Adlı sabitlər və 
dəyişənlərin tipi mütləq proqramın təsvir bölməsində elan edilməlidir. Bu zaman 
sabitin tipi aşkar  şəkildə proqramlaşdırcı    tərəfindən verilə bilər.  Əks halda 
kompilyator sabitin tipini onun qiymətinə əsasən müəyyən edə bilər.  
                                                 
1
 Cüt simvollar arasında probel işarəsinin qoyulması yolverilməzdir. 
2
 Hər bir dəyişən proqram daxilində unikal ada malik olur. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə