Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə26/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

 
346
Tip Qiymətlər oblastı Ölçüsü 
ShortInt -128...127 

bayt 
Integer -32768...32767 

bayt 
Logint -2147483648…2147483647 

bayt 
Byte 0...255 

bayt 
Word 0...65535 

bayt 
Verilənlərin qiymətləri tip üçün müəyyən edilmiş intervaldan kənara 
çıxarsa, dolub-daşma vəziyyəti qeyd olunmur, lakin bu zaman hesablama düzgün 
aparılmayacaq.  
 
Tam tipli verilənlərin aldığı qiymətlər onluq və onaltılıq say sistemində 
verilə bilər. Onaltılıq  ədədlər, qarşısında $ işarəsi olan onaltılıq say sisteminin 
ədədləridir. Onların  dəyişmə diapazonu  $00000000-dan   $FFFFFFFF-ə qədərdir.
 
 
Tam dəyişənlər üzərində aşağıdakı əməliyyatları aparmaq olar: 

 
mənimsətmə 

 
toplama  

 
çıxma 

 
vurma 

 
tam bölmə 

 
bölmə nəticəsində alınan qalığın hesablanması 
 Tam 
dəyişənlərə yalnız tam ədədlər və tam qiymətli ifadələr mənimsətmək 
olar.  
Boolean, ByteBool. WordBool, LongBool
 standart tiplər məntiqi tip 
qrupuna aiddir

Məntiqi
 
tipli verilənlər yalnız iki qiymət ala bilər: true (doğru) və 
false (yalan). Bu qiymətlər üçün 
true >false 
münasibətləri doğrudur. 
Simvol tipli verilənlərin qiymətləri ASCII kod cədvəlinin yalnız bir 
simvolu ola bilər. ASCII cədvəlində  hər bir simvola uyğun olan bir ikilik yazılış 
var. Bu səbəbdən simvol tipli verilənlər yaddaşda bir bayt tutur. Simvollar onların 
kodlarının artması sırası ilə nizamlanmışdır, yəni ‘A<’B’,’B<’C’, və s. Simvolların 
kodları 0-dan 255 arasında yerləşir. Simvol tipli dəyişənlər aşağıdakı kimi elan 
olunur. 
Var 
   : char; 
Dəyişənin və sabitin aldığı qiymət – simvollar apastrof daxilində yazılır. 
Simvolları alternativ olaraq ASCII kodu vasitəsilə də vermək olar. Bu halda kodun 
qarşısında mütləq # işarəsi yazılmalıdır. Simvol tipli verilənin qiyməti həmçinin 
idarəedici kodlu xüsusi simvollar ola bilər. Bu simvollar isə ^ işarəsi vasitəsilə 
yazılır. Məsələn,  
Var  c: char; 


 
347
  c:= ^A; 
Bu yazılış göstərir ki, c simvol dəyişəni ctrl-A qiyməti alır. Simvol tipli 
verilənlər üzərində müqayisə və mənimsətmə əməliyyatları aparmaq olar. 
Turbo Pascal dilində 5 standart həqiqi tiplər: 
Real, Single, Double, 
Extended Com
p nəzərdə tutulmuşdur. Bu tiplər təyin etdiyi qiymətlər oblastına, 
vergüldən sonra ədədlərin sayına və yaddaşdakı həcminə görə fərqlənir. 
 
Tip Ölçüsü 
(Bayt) 
Qiymətlər oblastı 
Single 
Real 
Duble 
Extended 
Comp 



10 

1.5
×
10
-45
- 3.5
×
10
38 
2.9
×
10
-39 
- 1.7
×
10
38 
5
×
10
-324 
– 1.7
×
10
308 
1.9
×
10
-4951
– 1.1
×
10
4932
 
-2
63
-1...+2
63 
+1 
 
Qeyd edək ki, həqiqi sabitlər və dəyişənlər üzərində toplama, fərq, hasil və 
bölmə  əməliyyatları yerinə yetirmək olar. Həqiqi dəyişənlər və sabitlər həqiqi 
qiymətlərlə yanaşı tam qiymətlər də ala bilir. Hesabi əməliyyatlar zamanı aşağıdakı 
prioritet saxlanılır:  əvvəlcə hasil və bölmə, sonra isə vurma və  fərq  əməliyyatı 
yerinə yetirilir. Bu prioriteti mötərizələr vasitəsilə  dəyişmək olur. Həqiqi 
verilənlərin aldığı qiymətlər qeyd olunmuş və sürüşgən vergüllü ədədlər kimi kimi 
təsvir olunur. Məsələn, 0.0015 və 1.5E-3 (yəni 1,5·10
-3
) yazılışları ekvivalentdir. 
Hesab  əməlləri yerinə yetirildikdə dolub-daşma vəziyyəti alınarsa, onda 
proqramda səhv baş verir və uyğun diaqnostik məlumat ekranda əks olunur. Əgər 
olduqca kiçik ədəd alınarsa, onda bu ədəd başa düşülmür və bu vəziyyət tərtibin 
pozulması adlanır.  
Sadalanan tiplərdə verilənlərin qiymətləri birbaşa sadalanır. Qiymətlər bir-
birindən vergül işarəsi ilə ayrılmaqla mötərizə daxilində yazılır. Sadalanan tiplərin 
ümumi yazılış forması belədir: 
Type 
= (W(1), W(2),…, W(n))  
Bu yazılışda aşağıdakı münasibətlər ödənilir: 
1)
 
İdentifikator W (i) < >identifikator W(j), əgər i < > j 
2)
 
İdentifikator W (i) < identifikator W (j), əgər iMəsələn,  
     Type janr=(‘dram’,‘poeziya’,‘detektiv’)
Bu misalda janr tipi aşkar elan olunmuş və dram, poeziya, detektiv qiymətləri alır. 
İnterval tipli verilənlər müəyyən diapazonda dəyişən qiymətlər alır və 
aşağıdakı yazılış formatına malikdir: 
Type =


 
348
Diapazonu müəyyən etmək üçün onun ən böyük və  ən kiçik qiymətlərini 
daxil etmək lazımdır. 
Məsələn, 
type 
     sıra = 0...100; 
Qeyd edək ki, sadalanan və interval tipli dəyişəni  proqramın təsvir 
bölməsində birbaşa elan etmək olar. Məsələn, 
var 
        
b: 0...100; 
    a: (‘dram’,‘poeziya’,‘detektiv’); 
Sətir tipli dəyişənləri elan edən zaman sətrin maksimal uzunluğu, yəni 
sətirdəki simvolların maksimal sayını göstərmək lazımdır. Bu tipə malik olan 
dəyişəni 
String
 işçi sözü vasitəsilə təyin edirlər. 
String
 sözündən sonra kvadrat 
mötərizənin içərisində  sətrin maksimal uzunluğu yazılır. Sətrin maksimal 
uzunluğunu göstərən ədəd tam ədəddir. Bu tam ədəd [0; 255] intervalında dəyişir. 
Məsələn, 
var 
        
b: String[18]
Sətir tipli dəyişənlərin yaddaşda tutduqları yer onların uzunluğundan bir 
bayt artıqdır. Sətirə aid olan simvollar 1-dən başlayaraq sətrin uzunluğunu göstərən 
ədədə  qədər indeksləşirlər. Sətrin hər bir simvoluna müraciət etmək üçün bu 
indeksdən istifadə olunur. Sətir və simvol tipli dəyişənlər eyni bir ifadədə  iştirak 
edə bilərlər. 
2.5. Operatorlar 
 
Operatorlar Turbo Pascal dilinin əsas elementlərindən biri olub, verilənlər 
üzərində əməliyyatların yerinə yetirilməsini təmin edir. Operatorlar təyinatına görə 
aşağıdakı qruplara bölünür: 

 
Hesabi 

 
Məntiqi 

 
Müqayisə 

 
Birləşdirmə 

 
Mənimsətmə 

 
Çoxluq 

 
Tərtib 

 
Budaqlanma 

 
Dövr 
 Bundan 
əlavə operatorları tətbiq edildiyi operandın sayina görə iki qrupa - 
unar və binar qruplarına bölürlər. Unar operatorlar bir operanda, binar operatorlar 
isə iki operanda tətbiq edilir. Binar operatorlar və onların təyinatı  aşağıdakı 
cədvəldə verilmişdir 
.
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə