346
Tip Qiymətlər oblastı Ölçüsü
ShortInt -128...127
1
bayt
Integer -32768...32767
2
bayt
Logint -2147483648…2147483647
4
bayt
Byte 0...255
1
bayt
Word 0...65535
2
bayt
Verilənlərin qiymətləri tip üçün müəyyən
edilmiş intervaldan kənara
çıxarsa, dolub-daşma vəziyyəti qeyd olunmur, lakin bu zaman hesablama düzgün
aparılmayacaq.
Tam tipli verilənlərin aldığı qiymətlər onluq və onaltılıq say sistemində
verilə bilər. Onaltılıq ədədlər, qarşısında $ işarəsi olan onaltılıq say sisteminin
ədədləridir. Onların dəyişmə diapazonu $00000000-dan $FFFFFFFF-ə qədərdir.
Tam dəyişənlər üzərində aşağıdakı əməliyyatları aparmaq olar:
•
mənimsətmə
•
toplama
•
çıxma
•
vurma
•
tam bölmə
•
bölmə nəticəsində alınan qalığın hesablanması
Tam
dəyişənlərə yalnız tam ədədlər və tam qiymətli
ifadələr mənimsətmək
olar.
Boolean, ByteBool. WordBool, LongBool
standart tiplər məntiqi tip
qrupuna aiddir
.
Məntiqi
tipli verilənlər yalnız iki qiymət ala bilər:
true (doğru) və
false (yalan). Bu qiymətlər üçün
true >false
münasibətləri doğrudur.
Simvol tipli verilənlərin qiymətləri ASCII kod cədvəlinin yalnız bir
simvolu ola bilər. ASCII cədvəlində hər bir simvola uyğun olan bir ikilik yazılış
var. Bu səbəbdən simvol tipli verilənlər yaddaşda bir bayt tutur. Simvollar onların
kodlarının artması sırası ilə nizamlanmışdır, yəni ‘A<’B’,’B<’C’, və s. Simvolların
kodları 0-dan 255 arasında yerləşir. Simvol tipli dəyişənlər aşağıdakı kimi elan
olunur.
Var
: char;
Dəyişənin və sabitin aldığı qiymət – simvollar apastrof daxilində yazılır.
Simvolları alternativ olaraq ASCII kodu vasitəsilə də vermək olar.
Bu halda kodun
qarşısında mütləq # işarəsi yazılmalıdır. Simvol tipli verilənin qiyməti həmçinin
idarəedici kodlu xüsusi simvollar ola bilər. Bu simvollar isə ^ işarəsi vasitəsilə
yazılır. Məsələn,
Var c: char;
347
c:= ^A;
Bu yazılış göstərir ki, c simvol dəyişəni ctrl-A qiyməti alır. Simvol tipli
verilənlər üzərində müqayisə və mənimsətmə əməliyyatları aparmaq olar.
Turbo Pascal dilində 5 standart həqiqi tiplər:
Real, Single, Double,
Extended Com
p nəzərdə tutulmuşdur. Bu tiplər təyin etdiyi qiymətlər oblastına,
vergüldən sonra ədədlərin sayına və yaddaşdakı həcminə görə fərqlənir.
Tip Ölçüsü
(Bayt)
Qiymətlər oblastı
Single
Real
Duble
Extended
Comp
4
6
8
10
8
1.5
×
10
-45
- 3.5
×
10
38
2.9
×
10
-39
- 1.7
×
10
38
5
×
10
-324
– 1.7
×
10
308
1.9
×
10
-4951
– 1.1
×
10
4932
-2
63
-1...+2
63
+1
Qeyd edək ki, həqiqi sabitlər və dəyişənlər üzərində toplama, fərq,
hasil və
bölmə əməliyyatları yerinə yetirmək olar. Həqiqi dəyişənlər və sabitlər həqiqi
qiymətlərlə yanaşı tam qiymətlər də ala bilir. Hesabi əməliyyatlar zamanı aşağıdakı
prioritet saxlanılır: əvvəlcə hasil və bölmə, sonra isə vurma və fərq əməliyyatı
yerinə yetirilir. Bu prioriteti mötərizələr vasitəsilə dəyişmək olur. Həqiqi
verilənlərin aldığı qiymətlər qeyd olunmuş və sürüşgən vergüllü ədədlər kimi kimi
təsvir olunur. Məsələn, 0.0015 və 1.5E-3 (yəni 1,5·10
-3
) yazılışları ekvivalentdir.
Hesab əməlləri yerinə yetirildikdə dolub-daşma vəziyyəti alınarsa, onda
proqramda səhv baş verir və uyğun diaqnostik məlumat ekranda əks olunur. Əgər
olduqca kiçik ədəd alınarsa, onda bu ədəd başa düşülmür
və bu vəziyyət tərtibin
pozulması adlanır.
Sadalanan tiplərdə verilənlərin qiymətləri birbaşa sadalanır. Qiymətlər bir-
birindən vergül işarəsi ilə ayrılmaqla mötərizə daxilində yazılır. Sadalanan tiplərin
ümumi yazılış forması belədir:
Type
= (W(1), W(2),…, W(n))
Bu yazılışda aşağıdakı münasibətlər ödənilir:
1)
İdentifikator W (i) < >identifikator W(j), əgər i < > j
2)
İdentifikator W (i) < identifikator W (j), əgər i
Məsələn,
Type janr=(‘dram’,‘poeziya’,‘detektiv’)
;
Bu misalda
janr tipi
aşkar elan olunmuş və dram, poeziya, detektiv qiymətləri alır.
İnterval tipli verilənlər müəyyən diapazonda dəyişən qiymətlər alır və
aşağıdakı yazılış formatına malikdir:
Type = ;
348
Diapazonu müəyyən etmək üçün onun ən böyük və ən kiçik qiymətlərini
daxil etmək lazımdır.
Məsələn,
type
sıra = 0...100;
Qeyd edək ki, sadalanan və interval tipli dəyişəni proqramın təsvir
bölməsində birbaşa elan etmək olar. Məsələn,
var
b: 0...100;
a: (‘dram’,‘poeziya’,‘detektiv’);
Sətir tipli dəyişənləri elan edən zaman sətrin maksimal uzunluğu, yəni
sətirdəki simvolların maksimal sayını göstərmək lazımdır. Bu tipə malik olan
dəyişəni
String
işçi sözü vasitəsilə təyin edirlər.
String
sözündən
sonra kvadrat
mötərizənin içərisində sətrin maksimal uzunluğu yazılır. Sətrin maksimal
uzunluğunu göstərən ədəd tam ədəddir. Bu tam ədəd [0; 255] intervalında dəyişir.
Məsələn,
var
b:
String[18];
Sətir tipli dəyişənlərin yaddaşda tutduqları yer onların uzunluğundan bir
bayt artıqdır. Sətirə aid olan simvollar 1-dən başlayaraq sətrin uzunluğunu göstərən
ədədə qədər indeksləşirlər. Sətrin hər bir simvoluna müraciət etmək üçün bu
indeksdən istifadə olunur. Sətir və simvol tipli dəyişənlər
eyni bir ifadədə iştirak
edə bilərlər.
2.5. Operatorlar
Operatorlar Turbo Pascal dilinin əsas elementlərindən biri olub, verilənlər
üzərində əməliyyatların yerinə yetirilməsini təmin edir. Operatorlar təyinatına görə
aşağıdakı qruplara bölünür:
•
Hesabi
•
Məntiqi
•
Müqayisə
•
Birləşdirmə
•
Mənimsətmə
•
Çoxluq
•
Tərtib
•
Budaqlanma
•
Dövr
Bundan
əlavə operatorları tətbiq edildiyi operandın sayina görə iki qrupa -
unar və binar qruplarına bölürlər.
Unar operatorlar bir operanda, binar operatorlar
isə iki operanda tətbiq edilir. Binar operatorlar və onların təyinatı aşağıdakı
cədvəldə verilmişdir
.