Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə28/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

 
352
dəyişəninə 6 qiyməti mənimsədilibsə, onda ikilik say sistemində onun aldığı 
qiymət 00001010 olacaqdır. 
Not
 A  -nın qiyməti isə 11110100 olacaq.   
xor
 operatoru aşağıdakı kimi dəyişənlərin qiymətlərini toplayır: 
 
1 xor 1=0 
 
1 xor 0=1 
 
0 xor 1=1 
 
0 xor 0=0 
Toplamanın nəticəsi onluq ədədə çevrilir. 
 
 
k shl N
 (sola doğru sürüşdürmə) operatoru k ədədinin ikilik təsvirini  N 
mövqe sola sürüşdürür. Məsələn, shl 17=256. Çünki, 2 ədədinin ikilikdə təsviri 2 
bayt yer tutur və 20000000000000010 kimidir. Hər biti 7 mövqe sola sürüşdürsək, 
000000100000000 alırıq. Bu isə 256 onluq ədədidir. 
 Oxşar olaraq, sağa doğru sürüşdürmə operatoru yerinə yetirilir. Bu halda 
göstərilən mövqe qədər sağa doğru sürüşdürmə aparılır. Məsələn,  
                                        
160 shr 2=40, 
                  256 shr 7=2 
İfadədə bu operatorlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir: 
/ , *, div, mod, and, or, xor, shl. 
Çoxluq operatorları adından məlum olduğu kimi çoxluq tipli verilənlər
1
 üzərində 
əməliyyat aparır. Onların siyahısı və təyinatı aşağıdakı cədvəldə verilmişdir. 
 
Operator Operatorun 
adı Operatorun 
təyinatı 
= Bərabərdir Çoxluqların bərabərliyini müəyyən edir. Eyni elementli 
çoxluqlar üçün nəticə True qiymət olur. 
<> Fərqlidir Fərqli elementli coxluqlar üçün nəticə True qiymət olur
>= Böyükdür-bərabərdir 
Əgər A çoxluğu B çoxluğuna daxildirsə  onda B >=A 
ifadəsi True qiyməti alır. 
<= Kiçikdir-bərabərdir 
Əgər B çoxluğu A çoxluğuna daxildirsə  onda B <=A 
ifadəsi True qiyməti alır. 
+ Birləşmə Iki 
çoxluğun birləşməsini təmin edir.  
* Kəsişmə Iki 
çoxluğun kəsişməsini təmin edir. 
- Fərq Iki 
çoxluğun fərqini təmin edir. 
in Daxildir 
Elementin 
çoxluğa daxil olmasını yoxlayır  
 
2.6. Giriş və çıxış prosedurları 
 
Giriş və çıxış prosedurları System modulunun standart prosedurlarındandır 
və verilənlərin giriş və çıxış əməliyyatlarını yerinə yetirir. Giriş əməliyyatı zamanı 
ilkin verilənlərin daxil edilməsi - verilənlərin klaviaturadan və ya xarici fayldan 
operativ yaddaşa ötürülməsi prosesi baş verir. Çıxış  əməliyyatı zamanı  nəticə 
operativ yaddaşdan xarici daşıyıcıya ötürülür. Xarici daşıyıcı olaraq monitor, 
printer, faylın yerləşdiyi informasiya daşıyıcısı istifadə oluna bilər. Bu zaman 
                                                 
1
 Bax: Çoxluqlar. 


 
353
müvafiq olaraq proqramın nəticəsi ekranda əks oluna, kağızda çap oluna bilər, 
digər fayla yazıla bilər. 
Giriş  və  çıxış  əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən  əsas 
prosedurlar aşağıdakılardır: 
ReadLn,_Write,_WriteLn_._Giriş_prosedurları_Read,_ReadLn__prosedurları_aşağıdakı_yazılış_formatına_malikdir:_Read'>Read, ReadLn, Write, WriteLn

Giriş prosedurları 
Read, ReadLn
 prosedurları  aşağıdakı yazılış formatına 
malikdir: 
Read (x1, x2,…,xn) və ya Read (FV, x1,x2,…,xn) 
ReadLn (x1, x2,…,xn) və ya ReadLn (FV, x1,x2,…,xn) 
Bu yazılışlarda 
x1,x2,…,xn
  dəyişənlər, FV –fayl dəyişənidir. 
Read (FV, 
x1,x2,…,xn) və Readln (FV, x1,x2,…,xn)
prosedurları fayldan dəyişənləri 
qiymətlərinin oxunmasını
1
,  Read (x1, x2,…,xn) Read (x1, x2,…,xn
)  
prosedurları isə klaviaturadan dəyişənlərin qiymətlərinin daxil edilməsini təmin 
edir. 
x1,x2,…,xn dəyişənlərinin qiymətləri aralarında  ən azı bir probel olmaqla 
klaviaturadan daxil edilir və ekranda göstərilir. 
Read
 prosedurunda verilmiş 
dəyişənlərin qiymətlərini daxil etdikdən sonra Enter düyməsini sıxmaq lazımdır. 
Daxil olunan dəyişənlərin qiymətləri onların tipinə uyğun olmadıqda giriş-çıxış 
xarakterli səhv meydana çıxır. 
Bir proqramda bir neçə 
Read
 prosedurundan istifadə etmək olar. Bu halda 
əvvəlcə birinci 
Read
 prosedurunda olan dəyişənlərin qiymətləri klaviaturadandaxil 
edilir, sonra Enter düyməsi sıxılır və ikinci 
Read
 prosedurunda olan dəyişənlərin 
qiymətləri daxil edilir və Enter düyməsi sıxılır və s. 
ReadLn
 prosedurunun yerinə yetirilməsi qaydası 
Read
 operatoruna 
oxşardır. Fərqli cəhəti ondadır ki, birinci 
ReadLn
 prosedurunun axırıncı dəyişənin 
qiyməti daxil edildikdən sonra ekranda kursor yeni sətirə keçir və növbəti 
ReadLn
 
prosedurunun dəyişənlərinin qiymətləri yeni sətirdən oxunur. 
Çıxış prosedurları – 
Write

Writeln
 prosedurları  aşağıdakı yazılış 
formatına malikdir: 
Write (y1,y2,…,yn, )  
WriteLn (y1,y2,…,yn,
Bu yazılışlarda 
y1,y2,…,yn
 
Integer, Byte, Real,Char 
və s. tipə 
malik ifadə  və  dəyişənlərdir. 
 
məcburi olmayan parametri çıxış 
formatını müəyyən edir.
 
Tam, simvol və  məntiqi tipli ifadələri və ya dəyişənləri 
çıxışa verdikdə format parametri olaraq çıxış sahəsinin uzunluğunu – dəyişənin və 
ya ifadənin qiyməti üçün ayrılan mövqelərin sayını vermək olar. Tam dəyişənin və 
ya ifadənin qiyməti çıxış sahəsinin sağ hissəsindən başlayaraq yazılır. Məsələn, 
Write
 (
N:6
); 
Əgər N=250 olarsa, onda prosedurun nəticəsi _ _ _250 olar. 
                                                 
1
 
Fayllardan verilənlərin oxunması  dərsliyin Fayl tipli dəyişənlər. Fayllarla əməliyyatlar 
paraqrafında verilmişdir.  
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə