Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə25/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

 
343
      c = 'z'; 
      b = true; 
və ya 
       
const n: integer = -10; 
             x: real = 2.5; 
             c: char = 'z'; 
             b: boolean = true;
 
Sabit müəyyən olunduqdan sonra onun adına digər qiymət mənimsətmək olmaz. 
Təsvir bölməsində  həmçinin proqramlaşdırıcı  tərəfindən müəyyən olunan 
tiplər
1
  və  dəyişənlər elan olunur. İstifadəçi tipi aşağıdakı yazılış formatı  əsasında 
elan edilməlidir:  
Type =
Məsələn, aşağıdakı kimi 10 elementli vektor tipi müəyyən etmək olar:  
Type
 
vektor = array [1..10] of integer; 
Proqramda istifadə edilən dəyişənlər isə aşağıdakı  sintaksis əsasında təsvir 
blokunda elan edilir.  
Var :
Məsələn,  
var 
   a,b,c: integer; 
   d: real; 
   s,s1: string; 
   ch: char;
 
yazılışı a,b,c - tam tipli dəyişənin, d - həqiqi tipli dəyişənin, s,s1- sətir tipli, ch - 
simvol tipli dəyişənin elan olunmasını bildirir. 
 Prosedur  və funksiya blokunda altproqramlar yazılır. Altproqram cari 
proqram üçün unikal ada malik proqram vahididir. Altproqrama əsas proqramdan 
və digər altproqramdan adı ilə müraciət etmək olar. Turbo Pascal dilində altproqram 
rolunu istifadəçi tərəfindən yazılan prosedur və funksiyalar oynayır
2
. Altproqramı 
elan etmək üçün müvafiq olaraq 
Procedure
 və 
Function
 işçi sözlərindən istifadə 
olunur. Prosedur və funksiya müvafiq olaraq aşağıdakı yazılış strukturuna malikdir: 
Procedure (
); 

          
begin 
           
End; 
və ya  
Function (
):

        
begin 
          
End; 
                                                 
1
Verilənlərin tipləri haqqında növbəti paraqraflarda ətraflı məlumat veriləcəkdir.
 
2
 Prosedur və funksiyalar haqqında  ətraflı  məlumat müvafiq olaraq «Prosedurlar, Funksiyalar» 
paraqrafında veriləcəkdir

 


 
344
Təsvir etmə bölməsində altproqramın operatorlar bölməsində istifadə olunan 
lokal nişanlar, sabitlər, dəyişənlər elan olunur. 
Məsələn, kvadrat tənliyin həll alqoritmi aşağıdakı 
Equation
 proseduru 
vasitəsilə,  

=
k
i
i
1
1
  sırasının ilk k həddinin cəminin hesablanması alqoritmi 
sum 
funksiyası vasitəsilə verilə bilər. 
procedure Equation (a,b,c:real; var x1,x2:real);                  
var d:real; 
    begin 
 d:=sqr(b)-4*a*c; 
 if d>=0 then begin 
 x1:=(-b+sqrt(d))/(2*a); 
 x2:=(-b-sqrt(d))/(2*a); 
 end; 
     end; 
function sum (k:integer):real; 
var i:integer; s:real; 
begin 
 s:=0; 
 for i:=1 to k do s:=s+1/i; 
 sum:=s; 
end; 
Proqramın icraedici bloku 
Begin
  işçi sözü ilə başlayır, sonra isə bir-
birindən nöqtə-vergüllə ayrılan dilin operatorları yazılır. Bölmənin sonu 
End
  işçi 
sözü ilə qurtarır. 
End
  işçi sozündən sonra mütləq nöqtə qoyulmalıdır: 
Begin 
 
….. 
 
End. 
Məsələn, kvadratın sahəsinin tapılması alqoritmi aşağıdakı kimi yazıla bilər. 
    Program P_2; 
 
 
Var a, s : Real; 
  Begin 
 
 
Write(’kvadratin terefini daxil edin’); 
  Readln(a); 
 
 
s := a * a; 
  Write(’Kvadratin 
sahəsi=’, s:10:4); 
  End. 
Qeyd edək ki, proqramın istənilən yerində izahedici mətnlərdən ibarət olan 
şərhlər verilə bilər. Şərhlər vasitəsilə proqramın məqsədi, dəyişənlərin və sabitlərin 
mənası, proqramın çətin başa düşülən yerləri izah edilir. Yaxşı  şərhlə verilən 
proqram həm oxunaqlı olur, həm də orada baş verən səhvlərin tapılması asanlaşır. 
Şərhin mətni {} və ya (* *) simvolları arasında yazılır.  Şərhləri Turbo Pascal 
dilinin kompilyatoru nəzərə almır. Odur ki, onlar proqramın yerinə yetirilməsinə 
təsir göstərmirlər.  


 
345
2.4. Verilənlərin tipləri. Sadə v
ə sətir tiplər 
 
Turbo Pascal dilində verilənlərin çoxsaylı tipi nəzərdə tutulmuşdur. 
Bunlara standart tiplər deyilir. Standart tiplər  əsasında proqramlaşdırıcı yeni tip 
yarada bilər. Yaradılmış yeni tip proqramın təsvir bölməsində elan olunur. 
Turbo Pascal dilində müəyyən edilmiş standart tiplərin təsnifatı sxem 1-də 
göstərilmişdir. 
Sxem 1. 
Verilənlərin tipləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sadə 
 
Sətir 
 Struktur   Prosedur 
 Gostərici 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həqiqi  
Sıralı  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tam 
 
 
 
 
Massiv 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məntiqi 
 
 
 
 
Yazı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Simvol 
 
 
 
 
Çoxluq 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sadalanan 
 
 
 
 
Fayl 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İnterval 
 
 
 
 
Obyekt 
 
 
 
Sxem 1-dən göründüyü kimi verilənlərin standart tiplərini  şərti olaraq beş qrupa 
bölürlər:  
Sadə; 
Sətir; 
Struktur; 
Göstərici; 
Prosedur. 
Sadə tiplər qrupuna həqiqi və  sıralı tiplər daxildir. Sıralı tiplər ona görə 
sıralı  adlanır ki, əvvəla, onlarla təyin olunan sabitlərin, dəyişənlərin, ifadələrin 
qiymətləri sonlu sayda elementlərdən ibarətdir, digər tərəfdən, hər bir qiymətdən 
əvvəlki və sonrakı qiymətlər mövcuddur. Başqa sözlə, sıralı tipli verilənlərin aldığı 
qiymətləri nömrələmək mümkündür. 
Sıralı tiplərə tam, məntiqi, simvol, sadalanan və interval tipləri aiddir.    
Sıralı tiplərdən fərqli olaraq həqiqi tiplərin aldığı qiymətlər  tam və  kəsr 
hissələrdən ibarət olan həqiqi  ədədlərdir. Hətta  ən məhdud diapazonda yerləşən 
həqiqi ədədləri nömrələmək mümkün deyil. 
 
Turbo Pascal dilində 5 növ tam tip nəzərdə tutulmuşdur. Bu tiplər və onların 
aldığı qiymətlər oblastı aşağıdakı cədvəldə verilmişdir. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə