Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə24/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

 
340
Adsız sabitlər və adlı sabitin aldığı qiymət kimi Turbo Pascal dilində tam
həqiqi, onaltılıq  ədədlər, məntiqi 
FALSE
 (yalan) və ya 
TRUE
 (doğru) sözləri, 
simvollar, sətirlər, çoxluq konstruktorları
1
 və qeyri-müəyyən göstərici əlaməti olan 
NIL
2
 istifadə edilə bilər. Tam ədədlər adi qayda ilə işarə və ya işarəsiz yazılır və -
2147483648-dən +2147483647-dək qiymətlər ala bilər. Həqiqi ədədlər işarə və ya 
işarəsiz, adi və    və ya eksponensial formada yazılır. Kəsr hissə onluq nöqtədən 
sonra yazılır. Eksponensial hissə e (E) simvolu ilə başlayır, ondan sonra «+» və ya 
«-» işarəsi gələ bilər və onluq tərtib verilir. Məsələn, 0.0015 və 1.5E-3 (yəni 
1,5·10
5
) yazılışları ekvivalentdir. Onaltılıq  ədədlər, qarşısında $ işarəsi olan 
onaltılıq say sisteminin ədədləridir. Onlarıın dəyişmə diapazonu $00000000-dan 
$FFFFFFFF-ə qədərdir. Simvollar apastrof işarələri arasında yazılır. Məsələn, 'D', 
'R', '12', və  s.    Sətirlər isə apastrof işarələri arasına alınan ixtiyari simvollar 
ardıcıllığıdır
3
. Məsələn, 'Azad Qurbanov'. Sətirdə heç bir simvol verilməzsə, belə 
sətir boş  sətir adlanır. Çoxluq konstruktoru - kvadrat mötərizə daxilində verilən 
çoxluq elementlərinin siyahısıdır. Məsələn, [1,2,3. .8,12], [Aysel. Turqut],  [   ], 
[İnformatika] və s. 
İdentifikatorlar.Turbo Pascal dilində proqramlara, sabitlərə, dəyişənlərə, 
tiplərə, modullara, prosedura və funksiyalara ad vermək üçün identifikatorlardan 
istifadə olunur. İdentifikator latın hərflərindən, “_” simvolundan və onluq say 
sisteminin rəqəmlərdən ibarət simvollar ardıcıllığıdır və onun birinci simvolu 
mütləq hərf olmalıdır.  İdentifikatorun uzunluğu, yəni onu təşkil edən simvolların 
sayı qeyri-məhdud ola bilər. Lakin, proqram tərtib edərkən nəzərə almaq lazımdır 
ki, Turbo Pascal kompilyatoru identifikatorun ilk 63 simvolunu fərqləndirir. 
Standart adlar və  işçi sözlər identifikator olaraq işlədilə bilməz. Standart adlar 
standart funksiyaların, prosedurların, standart faylların və sabitlərin, tiplərin adları 
ola bilər. Turbo Pascal dilində işlədilən standart adlar aşağıdakılardır: 
ArcTan False  Pi 
Assign FilePos Port 
Aux FileSize 
Pos 
AuxInPtr FileChar  Pred 
AuxOutPtr Flush 
Ptr 
BlockRead Frac 
Random 
BlockWrite GetMem 
Randomize 
Boolean GotoXY Read 
Buflen HeapPtr Readin 
Byte Iti  Real 
Chain IOREsult 
Rename 
Char Input Reset 
Chr InsLine 
Rewrite 
Close Insert Round 
ClrEol Int 
Seek 
                                                 
1
 Bax: Çoxluqlar 
2
 Bax: Göstəricilər. 
3
  Sətir uzunluğu 255 simvoldan çox olmamalıdır.  Ən qısa sətir heç bir simvola malik olmayan 
sətirdir boş və ya sıfır uzunluqlu sətir adlanır. 


 
341
ClrScr Integer Sin 
Con Kbd SizeOf 
ConInPtr KeyPressed 
Sqr 
ConOutPtr Length 
Sqrt 
Concat Ln 
Str 
Copy Lo 
Succ 
ConstPtr LowVideo 
Swap 
Cony Lst  Text 
Cos LstOutPtr 
Trm 
CtrExit Mark  True 
CtrInit MaxInt Trunc 
DelLine Mem 
UpCase 
Delay MemAvail 
Usr 
Delete Move  UsrInPtr 
Eof New UsrOutPtr 
Eoln NormVideo 
Val 
Erase Odd  Write 
Execute Ord 
Writeln 
Exp Output 
 
 
İşçi sözlər və standart adların mənası  və  tətbiq qaydası ilə növbəti paraqraflarda 
tanış olacağıq. 
İfadələr.  İfadələr operandlar – dəyişən və sabitlər, dairəvi mötərizələr
funksiyalar
1
  və  əməl operatorları
2
 vasitəsilə  tərtib olunur və verilənlərin üzərində 
hesab, məntiqi əməllərin yerinə yetirilməsini təyin edir. 
2.3.
 
Proqramın strukturu 
 
 
Turbo Pascal dilində yazılmış proqram struktur proqramlaşdırmanın 
prinsiplərinə  əsaslanmalı, dilin semantikası  və sintaksisinə uyğun olmalıdır. 
Proqramın  əsas keyfiyyət göstəriciləri nəticənin dəqiqliyilə, yerinə yetirilmə 
vaxtının, tələb olunan yaddaşın həcminin minimum olması ilə xarakterizə olunur. 
 
Turbo Pascal dilində yazılmış proqram, maksimal uzunluğu 127 simvoldan 
az olan sətirlərdən ibarətdir. Sətirlər istənilən mövqedən başlaya bilər və bu zaman 
istifadə olunan operatorların sayı üzərinə  məhdudiyyət qoyulmur. Ümumiyyətlə, 
proqramın yazılışı üzərinə qoyulan əsas tələb onun oxunaqlı olmasıdır. 
 
Turbo Pascal dilində yazılmış proqram standart struktura malik olub,  təsvir, 
prosedur və funksiya, icraedici blokdan ibarətdir. Proqramda təsvir, prosedur və 
funksiya blokları proqramın təsvir etdiyi alqoritmindən asılı olaraq iştrak edə bilər. 
Lakin, proqramda icraedici blokun olması  zəruridir.  Əks halda proqramın mənası  
olmaz. 
                                                 
1
 Bax: Funksiyalar 
2
 Bax: Operatorlar 


 
342
 
Təsvir bloku öz növbəsində  zəruri olmayan başlıqdan,  kompilyatorun 
qlobal direktivlərinin, modulların, nişanların, sabitlərin, istifadəçi tiplərinin və 
dəyişənlərin elan bölmələrindən ibarətdir. Qeyd edək ki, standart Pascal-dan fərqli 
olaraq Turbo Pascalda elan olunma ixtiyari ardıcıllıqla həyata keçirilə bilər.  
Proqram başlığı  hər bir proqramın  əvvəlində yazılır. Başlıq 
Program
  işçi 
sözündən, proqramın adından ibarətdir.  Məsələn,  
        
Program First; 
Proqramda başlığın verilməsi zəruri deyildir. Kompilyatorun iş rejimlərini 
idarə etmək üçün proqram başlığından sonra qlobal direktivlər yazılır. Direktivlər { 
və  }  mötərizələri daxilində yazılır. Direktivlərin qarşısında, fiqurlu mötərizə 
daxilində $ simvolu yazılır. Beləliklə, {$...}  yazılışı  həmişə kompilyatorun 
direktivini müəyyən edir. Kompilyatorun direktivi məsələn, sətir tipli dəyişənlərin 
interpretasiya üsulu ({$H+}) ilə verilə bilər, ehtiyatlar fayllarının qoşulması ( {$R 
*.DFM}) və s. yerinə yetirilə bilər
.
 
Proqrama digər modullar – istifadəçi və standart kitabxana modulu
1
  
qoşmaq tələb olunarsa, onların adı təsvirlər blokunda elan olunmalıdır. Bunun üçün 
Uses
  işçi sözündən sonra modulların adının siyahısı yazılmalıdır. Yalnız sistem 
modulları istisna təşkil edir. Çünki, bu modullar əvvəlcədən elan edilmiş hesab 
edilir. Məsələn, 
Uses Graph
yazılışı proqrama 
Graph 
modulunun qoşulmasını 
təmin edir. Bununla 
Graph
 modulunda müxtəlif həndəsi fiqurların çəkilməsi üçün 
nəzərdə tutulmuş 50 prosedur və funksiyadan müraciət etmək mümkündür.
  
Turbo Pascal dilində  hər bir operatordan əvvəl nişan qoymaq olar. Nişan 
identifikatordan və ondan sonra gələn iki nöqtədən ibarətdir və proqramın istənilən 
yerindən həmin nişandan istifadə etməklə onun aid olduğu operatora müraciət 
etmək olar. Proqramda istifadə olunan bütün nişanlar təsvir blokunda elan 
olunmalıdır. Təsvir blokunda nişanların elan olunması 
Label
 işçi sözü ilə başlayır 
və bu sözdən sonra nişanlar aralarında vergül qoyulmaqla sadalanılır:  
Label < nişan_1, nişan_2…, nişan_n>; 
Məsələn, proqramda 1, 2, 3 nişanlarından istifadə etmək üçün onlar mütləq 
aşağıdakı kimi elan olunmalıdır. 
Label 1, 2,3 ; 
Təsvir bölməsində  həmçinin adlı sabitlər elan olunmalıdır. Turbo Pascal bu 
məqsədlə  iki cür yazılış forması təklif edir: 
Const =
və ya  
Const :=
 Birinci  yazılış formasında sabitin tipi qeyri-aşkar, ikinci yazılış formasında isə 
aşkar elan olunur. Məsələn,  
const n = -10; 
      m = 1000000000; 
      x = 2.5; 
                                                 
1
 Bax: Modullar. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə