Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə32/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

 
363
Çoxluq haqqında riyaziyyatdan məlum olan anlayışlar çoxluq tipli 
verilənlər ücün də eynidir və onlar üzərində eyni əməliyyatlar aparmaq olar
1
.  
Çoxluq tip dəyişənlər üzərində  aşağıdakı  əməliyyatları yerinə yetirmək 
mümkündür: 
 
mənimsətmə əməliyyatı; 
Mənimsətmə əməliyyatı mənimsətmə operatoru
2
 vasitəsilə yerinə yetirilir və 
coxluq tip dəyişənə element və ya digər çoxluq tip dəyişən  mənimsədilməsini 
təmin edir.
 
- müqayisə əməliyyatı; 
Müqayisə əməliyyatları =, <>,>=,<= operatorları vasitəsilə yerinə yetirilir və 
müvafiq olaraq iki çoxluğun ekvivalentliyini
3
, fərqli olmasını
4
  və bir çoxluğun 
digər çoxluğa daxil olmasını
5
 müəyyən edir. Məsələn, 
Proqram a1; 
var  
   a,s: set of 0..3; 
begin 
        a:=[2,1,0,3]; 
        s:=a; 
        writeln (s=a); 
        writeln (s<>a); 
        writeln (s<=a); 
        writeln (s>=a) 
end
Verilmiş proqramda a və s çoxluq tipli dəyişənlər elan olunur. a dəyişəninə 
çoxluğun elementləri mənimsədilir. s dəyişəninə isə a dəyişəni mənimsədilir. s və a 
çoxluqlarının ekvivalentliyi, fərqli olması, 
a
s

 və 
s
a

şərtləri yoxlanaraq nəticə 
write
 xaricetmə  proseduru vasitəsilə ekrana göndərilir. s və a çoxluqları 
ekvivalent olduğundan nəticə aşagakı kimi olacaq: 
True 
False 
True 
True  
 
birləşmə əməliyyatı;
6
 
Birləşmə  əməliyyatı çoxluq üçün “+” operatoru vasitəsilə yerinə yetirilir. 
Məsələn, 
Program a2; 
var 
  s1,s2,s3,s: set of byte; 
                                                 
1
 
Əməliyyatlar yalnız bütövlükdə çoxluq üzərində aparılır. 
2
 Bax: Operatorlar 
3
 A və B çoxluqları eyni elementlərdən ibarət olarsa, onda bu çoxluqlar ekvivalentdir. 
4
A və B çoxluqlarının heç olmasa bir elementi fərqlənərsə, bu çoxluqlar fərqli olacaq.  
5
 B-nin bütün elementləri A çoxluğuna daxil olduqda B çoxluğu A çoxlugunun altcoxluğudur. 
6
 
A və B çoxluqlarının birləşməsi (A+B) bu çoxluqların elementlərindən ibarət olan üçüncü bir 
çoxluqdur.
 
 


 
364
begin 
  s1:=[1..4]; 
  s2:=[2..5]; 
  s3:=[]  ; 
  s:=s1+s3; 
  writeln (s1=s); 
  s:=s1+s2; 
  write (s1=s) 
end. 
 
kəsişmə əməliyyatı
Kəsişmə  əməliyyatı çoxluq üçün * operatoru vasitəsilə yerinə yetirilir.  
Məsələn, 
var 
  s1,s2,s3,s: set of byte
begin 
  s1:=[1..4]; 
  s2:=[2..5]; 
  s3:=[]  ; 
  s:=s1*s3; 
  writeln (s1=s); 
  s:=s1*s2; 
  write (s1=s) 
end
 
çoxluqların fərqi əməliyyatı
Fərq  əməliyyatı çoxluq üçün “-“ operatoru vasitəsilə yerinə yetirilir.  
Məsələn,  
var 
  s1,s2,s3,s: set of byte
begin 
  s1:=[1..4]; 
  s2:=[2..5]; 
  s3:=[]  ; 
  s:=s1-s3; 
  writeln (s1=s); 
  s:=s1-s2; 
  write (s1=s) 
end
 
 
elementin çoxluğa aid olmasını yoxlamaq əməliyyatı. 
 Elementin 
çoxluğa aid olmasını yoxlamaq əməliyyatı çoxluq üçün “in“ 
operatoru vasitəsilə yerinə yetirilir.  Məsələn, 
var 
  s1,s2,a,b,c: set of byte
begin 
  s1:=[1..4]; 
  s2:=[2..5]; 
  a:=s1-s2; 
  b:=s1*s2; 


 
365
  c:=s1+s2; 
writeln (5 in a,'  ', 5 in b, ' ',3 in c); 
end
 
Proqramda çoxluqlardan istifadə olunması  nəticəsində  məsələnin həlli 
alqoritmi sadələşir, müəyyən hallarda yaddaşa qənaət edilir, kompilyasiya və 
yerinə yetirilmə vaxtı azalır. Çoxluq tipli dəyişənlərdən istifadə olunmasının 
çatışmayan cəhəti odur ki, onları giriş  və  çıxış prosedurlarında istifadə    etmək 
olmaz. Bu hallarda proqramlaşdırıcı özü uyğun giriş-çıxış prosedurlarını 
yazmalıdır. 
   
Çoxluqların bir növü də sabit çoxluqlardır. Sabit çoxluqlar bir-birindən 
vergüllə ayrılan və kvadrat mötərizənin arasında yerləşən elementlərdən ibarətdir. 
2.12. Massivlər 
 
 Massivlər-verilənlərin strukturlaşmış növü olub, eyni tipli sonlu sayda 
elementlərdən ibarətdir. Massivin hər bir elementinə onun elementlər ardıcıllığında 
mövqeyini birqiymətli təyin edən indeks uyğundur. Indeks olaraq həqiqi tip istisna 
olmaqla ixtiyari sadə tipli dəyişən və ya ifadə iştirak edə bilər
1
. Massivlər aşağıdakı 
formada elan olunur:  
array [indeks] of < elementlərin tipi>; 
Massivin elementinin tipi öz növbəsində massiv ola bilər. Belə massiv 
ikiölçülü massiv adlanır.  İndeksin sayı massivin ölçüsünü müəyyən edir. Belə ki, 
massivin elanı zamanı bir indeks verilirsə, həmin massiv bir ölçülü, iki indeks 
verilirsə iki ölçülü, 
n
 indeks verilirsə 
n
 ölçülü massiv adlanır. Massivin ölçüsü 
kompyuterin operativ yaddaşının tutumu ilə  məhdudlaşır. Adətən, birölçülü 
massivlərdən vektorları, ikiölçülü massivlərdən matrisləri, çoxölçülü massivlərdən 
isə tenzorları təsvir etmək üçün istifadə olunur. Məsələn, 100 elementdən ibarət B 
vektorunu aşağıdakı formada elan etmək olar. 
type 
     vek:array [1..100] of  integer
var 
     B:vek; 
və ya 
var 
   B: array [1..100] of integer;  
Eyni qaydada ikiölçülü massivlər də elan olunur. Məsələn,  A matrisi 
proqramda  aşağıdakı formada elan olunur. 
                                                 
1
 İndeksin tipi onun dəyişmə sərhəddini müəyyən edir. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə