Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə29/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

 
354
Həqiqi ifadələri və ya dəyişənləri çıxışa vermək üçün format olaraq “sahənin 
uzunluğu: dəqiqlik” yazılışından istifadə olunur. Bu yazılışda dəqiqlik onluq 
nöqtədən sonra gələn rəqəmlərin sayını göstərir. Ümumiyyətlə, çıxış prosedurunda 
sahənin uzunluğunu və  dəqiqliyi göstərməmək də olar. Bu halda Turbo Pascal 
kompilyatoru tam ədədlər üçün 10 mövqe, həqiqi ədədlər üçün isə 20 mövqe ayırır. 
Həqiqi ədədlər ekponsional formada çıxışa verilir.  
WriteLn
 proseduru 
Write
 proseduruna oxşayır. Fərq ondadır ki, birinci 
WriteLn
 prosedurunda olan axırıncı  dəyişənin qiyməti çıxışa verildikdən sonra 
növbəti sətrə keçid təmin olunur. Növbəti çıxış prosedurundakı  dəyişənlərin 
qiymətləri təzə  sətirdən çap olunurlar. Parametrsiz yazılmış 
WriteLn
 operatoru 
yalnız təzə sətrə keçməyi təmin edir. 
Məsələn, y = x
n
 
funksiyasını
 
hesablama proqramı aşağıdakı kimi olacaq: 
 
           
Program N_2;           
Var  
   n, x, y : real
BEGIN 
      Readln(x); 
      Readln(n); 
y := exp(n*ln(x)); 
      Writeln('Cavab y=', y:10:6); 
 END
 
2.7. Şərti keçid operatoru 
 
 
Şərti keçid operatorları verilmiş  şərtdən asılı olaraq hər hansı operatorun 
yaxud operatorlar qrupunun yerinə yetirilməsini və ya yerinə yetirilməməsini təmin 
edir. 
 
Şərti keçid operatoru aşağıdakı yazılış formatına malikdir: 
if <şərt> then  else >; 
 Burada 
<
şərt
>
-məntiqi ifadədir. Operator yerinə yetirilərkən məntiqi 
ifadənin qiyməti doğru olarsa, onda <
operator_1
>,  əks halda <
operator_2
>, 
yerinə yetirilir. Burada 

  və 

  tək bir operatordan və 
ya 
begin
 və 
end
 arasında yerləşən operatorlar qrupundan ibarət ola bilər. 
Misal
 1. 
Program Oper_If; 
 Var 
  a, b : Integer; 
  c    : Char; 
Begin 
 Write('İki eded daxil edin: '); 
 Readln(a,b); 
 Write('Onlari toplayaq (y/n)? '); 
 Readln(c); 
 If c='y' Then 
 Begin 
   a:=a+b; 


 
355
 Writeln('Netice =', a); End 
 Else 
  Writeln('emeliyyat yerine yetirilmedi'); 
End. 
Proqram iki ədəd üzərində toplama əməliyyatının aparılmasını istifadəçidən 
“soruşur”.  İstifadəçi klaviaturanın “y” düyməsini sıxdıqda toplama əməliyyatı 
yerinə yetirilir və  nəticə monitorda əks olunur. Əks halda, toplama əməliyyatı 
yerinə yetirilmir və bu haqda məlumat monitorda əks olunur.  
 
Praktikada çox zaman şərti keçid operatorunun qısa yazılış formatından 
istifadə edilir: 
if <şərt> then 
Bu formada operator yerinə yetirilərkən məntiqi ifadənin qiyməti doğru olarsa, 
onda 
,
  əks halda,  proqramdakı növbəti operator yerinə yetirilir. 
Qeyd edək ki, bir şərti keçid operatoru digər  şərti keçid operatorunun tərkibinə 
daxil ola bilər: 
if <şərt> then 
if <şərt> then  
else 
və ya 
if <şərt> then  
else if <şərt> then 
 
Misal
 2:. 
Program ves; 
CONST A1='Yungul'; 
      A2='Orta'; 
 A3='Agir'; 
 A4='Daha agir'; 
var 
  V : integer; 
BEGIN 
Write('Cekini daxil edin V'); 
ReadLn(v); 
    if V<62 then WriteLn(A1) 
else 
    if (V>62) and (V<75) then WriteLn(A2) 
else 
    if (V>75) and (V<88) then WriteLn(A3) 
else 
   WriteLn(A4) 
END.
   
Proqram idmançının kütləsindən asılı olaraq, onun hansı  çəki kateqoriyasına aid 
olmasını müəyyən edir. Belə ki, 62 kq az çəkili idmançı yüngül, 62 -75 kq çəkili 
idmançı orta, 75-88 kq çəkili idmançı  ağır, bundan artıq çəkili idmançı isə daha 
ağır çəkili  idmançı kateqoriyasına aid olunur. 
Misal
 3:  
Program example1; 


 
356
   var x, f:real; 
begin 
      write('Daxil edin x'); 
      readln(x); 
     if x<-1 then f:= -x-1 
else 
    if (x>=-1) and (x<0) then f:= x+1 
else 
     if (x>=0) and (x<1) then f:= -x+1 
else 
      f:= x+1; 
          writeln('F= ',f); 
end.
 
 
 
Proqram aşağıdakı funksiyanın hesablanmasını təmin edir. 
 
2.8. Seçim və ya variant operatoru 
 
 Seçim 
və ya variant operatoru şərti keçid operatorunun ümumiləşməsidir. 
Bu operator yerinə yetirildikdə mümkün variantlardan biri yerinə yetirilir. Operator 
selektor adlanan ifadədən və seçim üçün istifadə olunan nişanlanmış operatorlar 
siyahısından ibarətdir.  Şərti keçid operatorunda olduğu kimi burada da 
else 
işçi 
sözü işlənə bilər. Seçim və ya variant operatorunun yazılış formatı  aşağıdakı 
kimidir:  

 
Tam formatda yazılışı 
case  of 
:  
< nişan 2>:  
… … … … … … … … … … … 
< nişan n>:
else  
end; 

 
Qısa formatda yazılışı 
case > of 
< nişan 1>:  
< nişan 2>:  
… … … … … … … … … … … 
< nişan n>:  
end; 
 Burada 
< nişan 1>, < nişan 2>, …, < nişan n
> selektorun 
qiymətləridir. Seçim və ya variant operatoru aşağıdakı kimi işləyir. Proqram yerinə 
yetirildikdə  əvvəlcə selektor-ifadənin qiyməti hesablanır, sonra isə selektor-


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə