Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə30/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

 
357
ifadənin qiymətinə  bərabər olan 
nişan
 müəyyənləşdirilir və ona uyğun olan 
operator yerinə yetirilir. Selektorun qiymətinə bərabər olan sabit olmadıqda 
else
 
xidməti sözündən sonra yazılan operator, operatorun qısa yazılışında isə 
operatordan sonra gələn operator yerinə yetirilir. Qeyd edək ki, həqiqi və  sətir 
tipinə aid olan dəyişənləri selektor olaraq istifadə etmək olmaz.  
Misal
:  
Program Aysel_Proqram; 
Var 
 X, Y : Real; 
 C : Char; 
BEGIN 
 Write('?ki eded daxil edin: '); 
 Readln(X,Y); 
 Write('Emeliyyat simvolu daxil edin: '); 
 Readln(C); 
 Case C Of 
  '+' : Begin 
         X:=X+Y; 
         Writeln('Toplama'); 
         End; 
  '-' : Begin 
         X:=X-Y; 
         Writeln('Ferq'); 
        End
  '*' :  Begin 
         X:=X*Y; 
         Writeln('Hasil'); 
        End; 
'/': Begin 
         X:=X/Y; 
         Writeln('Qismet'); 
        End; 
 End; 
 Writeln('Netice= ',X:12:4); 
END. 
 Proqram 
istifadəçinin klaviaturadan daxil etdiyi “+”, “-“, “*”və “/” 
simvollarına uyğun olaraq X və Y dəyşənlərinin cəmini, fərqini, hasilini və 
qismətini hesablayır. 
2.9. Şərtsiz keçid operatoru 
 
 
Şərtsiz keçid operatoru proqramda idarəni nişanlanmış operatora verir, 
başqa sözlə operatorların yerinə yetirilmə ardıcıllığını  dəyişir. Operator aşağıdakı 
yazılış formatına malikdir: 
GOTO n; 
bu yazılışdan nişanlanmış operatorun nişanıdır. 


 
358
2.10. Dövr operatorları 
 
 Dövr 
operatorları proqramda dövrü alqoritmləri təsvir etmək üçün istifadə 
edilir. Turbo Pascal dilində üç növ dövr operatoru vardır:  

 
Parametrli dövr operatoru

 
Sonrakı şərtli dövr operatoru 

 
İlkin şərtli dövr operatoru 
 Parametrli 
dövr 
operatoru. 
Dövrlərin sayı məlum olduqda parametrli dövr operatorundan, əks halda isə 
sonrakı  şərtli dövr operatorundan və ya ilkin şərtli dövr operatorundan istifadə 
edilir. 
 
Parametrli dövr operatoru iki formada istifadə olunur: 
1.  for :=  to >do ; 
burada 
 
və 
 
dövr parametrinin müvafiq olaraq başlanğıc və son 
qiymətlərini müəyyən edən ifadələrdir. Dövr parametri, 
 
və 
 
ifadələrinin
 
eyni 
tipli qiymətlər almalıdır və bu qiymətlər həqiqi tipə aid ola bilməzlər.  
 
dövrün gövdəsi adlanır və sadə - tək bir operatordan və mürəkkəb 
operatordan - 
begin
  və 
end
 arasında yerləşən operatorlar qrupundan ibarət ola 
bilər. 
 
Dövr operatoru yerinə yetirildikdə dövrün parametrinin aldığı cari qiymət 
parametrin son qiymətilə müqayisə olunur. Cari qiymət son qiymətdən kiçik 
olduqda dövrün gövdəsi yerinə yetirilir, dövr parametrinin qiyməti  vahid qədər 
artır və bu qiymət yenidən parametrin son qiymətilə müqayisə olunur. Bu proses 
parametrin cari qiymətinin son qiymətdən böyük olana qədər davam edir. Bundan 
sonra dövr operatorundan sonra yazılan operator yerinə yetirilir.  
Misal 1


=
=
100
1
i
i
s
 cəmini hesablamalı. 
Program Turqut_proqram_1; 
Const n=100; 
var i,s:integer; 
begin 
    s:=0; 
for i:=1 to n do 
    s:=s+i; 
   writeln ('s=', s)
end. 
 
2.  for :=  downto  do ; 
 Bu 
yazılışda da  
 
 və 
 
dövr parametrinin müvafiq olaraq başlanğıc 
və son qiymətlərini müəyyən edən adsız sabitlər və ya ifadələrdir, eyni tipli 
olmalıdır və  həqiqi tipə aid ola bilməzlər.  
 
dövrün gövdəsi olub, 
sadə - tək bir operatordan və mürəkkəb operatordan -  
begin
    və 
end
 arasında 
yerləşən operatorlar qrupundan ibarət ola bilər. 


 
359
Dövr operatoru yerinə yetirildikdə dövr parametrinin aldığı cari qiymət 
parametrin son qiymətilə müqayisə olunur. Cari qiymət son qiymətdən böyük 
olduqda dövrün gövdəsi yerinə yetirilir, dövr parametrinin qiyməti  vahid qədər 
azalır və bu qiymət yenidən parametrin son qiymətilə müqayisə olunur. Bu proses 
parametrin cari qiymətinin son qiymətdən kiçik olana qədər davam edir. Bundan 
sonra dövr operatorundan sonra yazılan operator yerinə yetirilir.  
Misal 2. 
Birdən 100-ə qədər tam ədədləri azalma sırası ilə çap etməli.
  
Program Turqut_proqram_1; 
Const n=100; 
var i,s:integer; 
begin 
    s:=0; 
for i:=100 downto 1 do 
 writeln (i); 
end. 
 
Göründüyü kimi, parametrli dövr operatorunda dövr parametri ancaq vahid 
qədər artıb-azala bilər. Bu  operatorun çatışmayan cəhətidir. Bu çatışmayan cəhəti 
sonrakı  şərtli dövr operatoru və ilkin şərtli dövr operatoru vasitəsilə aradan 
qaldırmaq mümkündür. 
 Qeyd etmək lazımdır ki, dövrün gövdəsində dövrün parametrinin qiymətini 
dəyişmək olmaz. Dövr qurtardıqdan sonra dövrün parametrinin qiyməti son 
qiymətə  bərabər olur. Qeyd edək ki, dövrün vaxtından  əvvəl – müəyyən  şərt 
ödənildikdə yerinə yetirilməsini dayandırmaq üçün 
break
 operatorundan istifadə 
etmək məsləhətdir. Həmçinin, dövr sona çatmamış dövrün daxilindən  GOTO  n
1
 
operatorunun vasitəsilə idarəni dövrdən kənara – nişanlanmış digər operatora 
vermək olar. 
 
Misal 3 
Program Turqut_proqram_3; 
var n,i:longint; 
    s:boolean; 
begin 
    write ('N='); 
    readln (n); 
    s:=true; 
for i:=2 to n-1 do 
    if n mod i = 0 then begin 
    s:=false; 
    break; 
end; 
   if s=true then writeln ('Sade ededdir') 
   else 
   writeln ('sade eded deyil'); 
end. 
                                                 
1
 Burada n nişanı bildirir. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə