138
din xadimləri müxalifət etdilər. Şahım da onların bu tutumları qarşısında savaşdan
yana oldu. Tufarqan müzakirəsində ingilislərdən yardım istəmək zorunda
qaldığında nə qədər aşağılanıb, əzab çəkdiyini söylədi, savaşdan yana tutum
sərgiləyən din xadimlərinin onun başkəndi Təbrizin dirənməməsi üçün necə də
ilahi fərman çıxarıb, fətva verdiklərini dedi. Şah bütün bunları bilməkdə idi, ancaq
surətində ölüm əlamətlərini görən oğlunu dinləmək istəyirdi. O xatırlayırdı ki, bir
neçə kərə çevrəsindəkilərin təsirinə düşərək az qala Nadir Şahın oğluna etdiyini
etmək istəmişdi. Şah həm oğlunun söylədiklərinin təsirinə qapılaraq, həm də onun
bu qədər yorğun və düşgün olduğunu gördüyü üçün gözlərindən yaş axmağa
başlamışdı. Abbas Mirzəni bağrına basıb yanağından öpdü. Abbas Mirzə təkrar
danışmaq istəyirdi, ancaq Şah onun susmasını istədi və dedi: “Hər şeyi söylədin,
hər şey anlaşıldı. Başqa heç bir şey söyləmə”.
66
Şahzadə oğluna xitabən yazdığı məktubda deyir: “Şah iltifat göstərib və
ağlar gözləri ilə mənim üzümdən öpdü. Danışmamdan sonra gözlərindən yaş axa-
axa Tanrıya səcdə etdi”.
67
Abbas Mirzənin bu görüşlə ilgili oğlu Məhəmməd Mirzəyə yazdığı
məktubda verilən bilgi ilə Cahangir Mirzənin “Tarix-e no” kitabında verilən
bilgilər örtüşməkdədir.
Sonrakı günlərdə Şah oğlunu ikna etməyə çalışdı ki, Xorasana dönməsin.
Şah yay fəslini Həmədanda istirahət etmək istəyirdi. Abbas Mirzədən də onunla
bərabər Həmədana gəlməsini istədi. Lakin Abbas Mirzə Herata hücumun planlarını
hazırlamaq üçün Xorasana dönməkdə qərarlı idi. Təkrar Abbas Mirzə hiss etmişdi
ki, Şah sanki Qaimməqamın təsirinə düşmüşdür. Möhkəm bir iradə ilə söylədi ki,
hələ mənim istirahət etmə zamanım gəlməmişdir, mən bir savaşçıyam və
savaşçının da yeri və istirahət mərkəzi savaş meydanlarıdır.
Firuzkuh və Kalpuş yolu ilə Xorasana doğru hərəkətə başlayan Abbas Mirzə
yolda Heratın mühasirəsi üçün Məşhədi tərk edən Məhəmməd Mirzəyə uzun bir
məktub yazdı. Bu məktubda yuxarıda şərh edilən Şahla görüşünü anlatdı və
Məhəmməd Mirzəyə müjdə verdi ki, artıq sən özünü taxt-tacın varisi kimi saya
bilərsən. Bütün yaxınları və dostları ilə ilgili, özəlliklə Laçın Xanla bağlı olaraq
oğluna sifarişlər etdi. Məktubda xəstəliyinin ağır bir həddə gəldiyini də
gizlətməməkdədir,
özəlliklə
ayaqlarının
ağrısından
və
qızdırmadan
gileylənməkdədir. Məktubun bir bölümündə yazır: “Heç bir zaman rahatlıq üzü
görmədim. Həddindən artıq zəhmət və əziyyət çəkdim. Yalnız heç bir zaman
həyatımdan gileylənmədim, daima qarşıma çıxan olaylar qarşısında Tanrıya şükr
etdim. Sizin və nəslinizin rahat səltənət etmənizi arzu edirəm.”
68
Səfər sürəsincə
savaş fikrindən də vaz keçmirdi. Herat Abbas Mirzəyə görə, Xorasanın bir şəhəri
66
Əhvalat və dəst xəthaye Abbas Mirzə.
67
Eyni qaynaq.
68
Eyni qaynaq.
139
idi. Məşhəd və Nişabur kimi. Əhməd Xan Dəvərani soyuna mənsub olan şahzadə
Herata hökm edə bilər, ancaq bunun bir şərti var. Öncə Qacar imperatorluğunun
hakimiyyəti altına girməlidir. Bunu da yalnız silah gücü ilə etmək lazım idi.
O zaman Herat, Mərkəzi Asiyanın ən çox nüfuzlu, ən mürəffəh və bolluq
olan şəhərlərindən biri idi. Burada ticarət, bəzriganlıq işləri yaxşı gedir və müxtəlif
peşələr gəlişmiş durumda idi. Çingiz Xanın nəvəsi Tuli Xan bu şəhəri fəth etmişdi.
Sonra da təqribən 100 ildən sonra Əmir Teymurun idarəsinə tabe olmuşdu. Sonra
isə bir neçə Teymur soyundan olan şahzadələr bu şəhər üstündə bir-birinə girdilər.
Ancaq bir Teymuri sülaləsi Heratı kültür, mədəniyyət və ticarət mərkəzinə
dönüşdürməyi başardı. XV əsr Heratın altun tarixi olaraq bilinməkdədir. Sonrakı
savaşlar belə əsrlər boyu bu mərkəzdə birikən mədəniyəti çökdürə bilmədi.
XIX əsrin əvvəllərində artıq Herat, Şah Hüseyn Bayqaranın sənət və
metafizikdən danışdığı, rəssam Behzad
*
ın sənət əsərlərinin boy göstərdiyi mərkəz
deyildi. Lakin yenə də ticarət və bəzirganlıq açısından öz önəmini qorumaqda idi.
Heratın anbarlarının əhəmiyyəti ona “bəndər
**
” ləqəbini qazandırmışdı. Şəhərin
darvazalarına yaxın bazarında Ön Asiyanın və Mərkəzi Asiyanın müxtəlif
dillərində danışan tacirlərlə rastlanmaq mümkün idi. Tacik, yəhudi, özbək,
türkmən, hindi və... şəhərin bazarında öz işləri ilə məşğul idilər. Lakin ümdə ticarət
hindlilərin əlində idi. Bu üzdən də Hindistandan gələn əşya və mallar Heratın
bazarında daha çox gözə çarpmaqda idi.
Şahzadə Xosrov Mirzə və Şahzadə Əhməd Mirzə atalarının istəyi üzərinə
Heratın qalası qarşısında Məhəmməd Mirzəyə qatılmışdılar. Şahzadələr fərari
ruslardan oluşan alayın komutanı Səmsam Xanın yardımı ilə qalanın mühasirə
hazırlıqlarını bitirmək üzrə idilər. Lakin onların bu hərəkətləri müxtəlif qəbilələrin
və fars dilində danışan türkmən tayfalarından olan Hezarələrin dəstəyini arxasına
alan Abdali şahzadəsi Kamran Mirzəni heç də dəhşətə soxmurdu. Çünkü bu
qəbilələrin daima mühasirə edənləri bezdirib təngə gətirəcəyindən əmin idi. Bu
üzdən də dirəniş hazırlıqlarına başlamış və ağır topları ilə bir yerdə bəkləmə
mövqeyində idi. Çox az şəxsi təşəbbüslə davranıb və daha çox məşvərətlə hərəkət
edən Məhəmməd Mirzə anlamışdı ki, Heratın mühasirəsi Qoçanda, Əmirabadda,
Sərəxsdə olduğu kimi asan olmayacaq. Digər tərəfdən, öncəki mühasirələrə Abbas
Mirzə ən güclü birimləri ilə komutanlıq etmişdi.
Abbas Mirzə yenicə Məşhədə çatmışdı ki, Məhəmməd Mirzədən bir mesaj
aldı. Məhəmməd Mirzə atasından həmən Heratın nıühasirəsinə qatılmağı rica
etmişdi. Abbas Mirzə əməliyyata rəhbərlik etmə niyyətindən vaz keçməmişdi. Bu
üzdən də sürətlə Herata doğru hərəkətə başladı. Tam bu sırada müxtəlif yerlərdə
görəv başında olan alaylar və mühasirəyə özgü ağır toplar Herat savaşına qatılmaq
*
Behzad Şah İsmayıl Səfəvi zamanında ünlü bir rəssam olmuşdur.
**
Bəndər, yani liman (G.C.)
140
üçün hərəkətə keçmiş və Məşhədə çatmışdılar. Lakin Abbas Mirzənin durumu çox
gərgin idi. Qızdırması və ağrıları çox şiddətlənmişdi. Bu səbəbdən də Herata
gedişini ertələdi. Hazır bulunan alayın komutanlığını Qaimməqama verdi və özü
istirahətə çəkildi. Abbas Mirzənin hərbi birimin komutanlığını hərbçi olmayan
Qaimməqama tapşırması heyrət doğurmuşdu. Baxmayaraq ki, Qaimməqamdan
xoşlanmadığı da bəlli idi və onu özəlliklə savaş meydanlarında güvənilir birisi kimi
görmürdü.
Ordu Məşhədin bir neçə saatlığında yerləşmişdi. Müxtəlif birimlər hərəkət
etmək üçün əmr bəkləyirdilər. Dəhşətli ağrılar nəticəsində hərəkətsiz qalan
Şahzadə hər saat ordunun durumu ilə bağlı bilgilər alırdı. O, hiss etdi ki, hiyləgər
vəziri ordunun Herata tərəf hərəkətini yubatmaqdadır. Abbas Mirzə, öz zəifliyinə
qalib gəlməyə çalışıb ordunun toplandığı yerə tərəf hərəkət etdi. Ancaq atın
üstündə otura bilmədiyi üçün təxt-i rəvan üstündə daşındı. Ölüm ayağında olan bu
sərkərdənin qəzəbi ordunun üst düzey yetkililərini çox etkilədi. Üst düzey
yetkililəri çağırıb onlara xəbərdarlıq etdi ki, bu savaşın komutanlığını şəxsən özü
yürüdəcəkdir. Sağlamlığını itirmiş bir durumda ordunun paradını izlədi. Bu
hadisələr baş verdiyi zaman Qaimməqam qərargahda deyildi. Xəbərdar olduğunda
tələm-tələsik özünü qərargaha çatdırdı. Onun və gücü tükənməkdə olan Şahzadənin
arasında nələrin danışıldığı bəlli deyil. Lakin vəzir bir neçə həftə boyunca
ertələdiyi Herata doğru hərəkəti həmən başlatmaq zorunda qaldı. Ancaq artıq
Şahzadə heç bir ciddi hərəkət edə biləcək durumda deyildi. Bütün fiziki gücünü
itirmək üzrə idi.
Abbas Mirzənin ərginlik yaşına ərmiş oğulları ataları ilə ata-oğul
münasibətləri dışında həm də ortaq xatirələri paylaşmaqda idilər. Bir neçə
savaşlarda yan-yana savaşmışdılar. İndi isə onlardan bəziləri Azərbaycanda qalmış,
qalanları da Heratın mühasirəsi əməliyyatmda idilər. Sanki tale, onun bütün
yaxınlarını ölüm ayağında ondan uzaqda saxlamaq istəmişdi. Laçın Xan isə sağlıq
durumundan dolayı əski dostu Abbas Mirzənin yanında bulunmamaqda idi. Laçın
Xan, Abbas Mirzənin ölümündən sonra qısa sürəli yalnızlıq həyatı yaşayıb, bu
yalnızlığa dözə bilməyib öldü. Xorasan savaşlarında Abbas Mirzəyə yaxınlığı ilə
tanınan Səmsam Xan Məhəmməd Mirzənin yanında idi. Doktor Karmək Tehranda
və Məşhəddə tapılmayan dərmanları gətirmək üçün Təbrizə göndərilmişdi. Artıq
Doktor Karməklə Şahzadə arasında heç bir zaman təkrar görüşmək imkanı
olmayacaqdı. Çünkü Doktor Karmək Təbrizə səfəri zamanı ağır qızdırma üzündən
ölmüşdü. Təsadüf üzündən Abbas Mirzənin digər iki azərbaycanlı özəl həkimi olan
Mirzə Baba həkimbaşı və Hacı Baba, Şahzadənin yanında deyildilər. Təbrizli olan
bu iki həkim öncədən aldıqları məzuniyyət səbəbi ilə Şahzadənin yanında
bulunmamaqdaydılar. Bu iki həkim Məşhədin quru, cansıxıcı və bezdirici
iqlimindən və zahidanə həyatından xoşlanmırdılar.
Şahzadə qərargahdan döndükdən sonra sağlığı o qədər pozulmuşdu ki,
ətrafındakılar Abbas Mirzənin sağlıq durumu ilə bağlı Şaha və Məhəmməd
141
Mirzəyə xəbər çatdırmaq istədilər. Padşah hər şeydən xəbərdar idi. Çünkü doktor
Karmək Şaha demişdi ki, Şahzadənin ayaqları şişməyə başladığında, ölümü
yaxınlaşmış deməkdir. Artıq ayaqlarındakı şiş, qarnına qədər uzanmışdı. Arsniklə
qarışmış donuz yağını bədəninə sürtdülər. Şahzadənin halında qısa sürəliyinə bir
yaxşılaşma görünməyə başladı. Bir neçə gün ard-arda yatdığı odanı tərk edib
Herata hərəkətin hazırlığı üçün qərar verdi.
O zaman Cahangir Mirzə Məşhəddə olmasa da atasının həyatının son
günlərinə aid bütün xatirələri böyük bir özən və diqqətlə toplamışdır. Abbas
Mirzənin ömrünün sonlarındakı həyat tərzini Şahzadənin yanında olan insanlardan
soraraq qələmə almışdır. 1833-cü ilin yayında Abbas Mirzə bir odanın bucağında
xəstəlik yatağında idi. Bu otağın geniş imkanları yox idi. Şahzadənin həyatının
sonlarından əldə edilən verilər göstərir ki, ona yaxşı xidmət edilməməkdə imiş.
Bir gün Məşhədin yaxın küçələrində dolaşıb geri dönmüşdü. Çox yorğun idi
və canı bərk ağrıyırdı. Yatağına uzanıb yatdı. Bütün verilər göstərir ki, bu zaman
evdə ona xidmət edəcək kimsə yox imiş. Yalnız yanında olan 12 yaşında kiçik qızı
varmış. Atasına xidmət etməkdən zövq alan bu kiçik şahzadə xanım atasının
yanından ayrılmırmış.
Qısa bir sürədən sonra Abbas Mirzə ürək bulantısı üzündən yuxudan
oyandı. Yardım istədi və qan qusmağa başladı. Özünü toparladığı zaman hiss etdi
ki, vücudunda böyük bir dəyişiklik yaranmış. Ölüm titrətməsi bütün vücudunu
titrədirdi. Öncələr ölümlə qarşılaşmaqdan qorxmadığını sanırdı. İndi isə ölüm
qorxusu vücudunu sarmışdı. Yaşamaq istəyirdi. Yüksək səslə baş xidmətçi Hacı
Ələsgərin çağırılmasını istədi. Amma nədən bu son nəfəslərində önəmsiz bir
xidmətçini çağırmaqda idi? O xidmətçi ki, daima öz mənafeyini ərbabından daha
üstün bilmişdi. Əcəba, ona bir sifarişmi söyləmək istəyirdi? Ən çox ehtimal edilən
budur ki, həyatının sona ərməsini görən Şahzadə, yanında bir tanışın olmasını
istəmişdir. Şahzadənin kiçik qızı Hacı Ələsgərin gəlməsi üçün adam göndərdi. Bir
az zamandan sonra Hacı Ələsgər gəldi. Ancaq bu müddət içində kiçik şahzadə qız
atasını heç tərk etmədi. Abbas Mirzənin ömrünün sonundakı ayrıntıları bu kiçik
qızdan öyrənmiş, qələmə almışlar. Dışarıdan İmam Rza məqbərəsinə gələn sürü-
sürü tənbəl, cahil və ölülərdən imdad diləyən kölələrin bağıraraq ağlaşmaları,
İmam Rzaya ehtiyaclarını bərtərəf etməsi üçün qaba və zırıltılı yalvarış səsləri
gəlirdi! Kiçik Şahzadə xanım atasının yanında keçənin üstündə dizi üstə oturmuş
və qorxusundan hərəkət edə bilmirdi. Lakin qorxmasına rəğmən gözlərini
atasından ayırmır, atasının həyatdakı son hərəkətlərini, son sözlərini diqqətlə
izləyirdi. Abbas Mirzə, illərin yorğun Azərbaycan savaşçısı olan Abbas Mirzə
təslim olmaq üzrə idi. Artıq heç bir yardım onu həyata gətirə bilməzdi. Kiçik qız
atasının “Azərbaycan, Azərbaycan” deyə sayıqladığını eşidirdi. Abbas Mirzə son
olaraq özünü toparlayıb üzünü Azərbaycana tərəf çevirməyə çalışdı. Kiçik qız
atasının dodaqları arasında səslənən bu pıçıltını eşitdi: “A..z..ə..r..b..a..y..c..a..n...,
Azərbaycan...”
142
Hacı Ələsgər gəldiyində heç bir yardımın faydası olmayacağını gördü.
Şahzadə ölmüşdü. Şahzadənin ölüm xəbəri yayılsa idi, Xorasanı kaos və iğtişaş
bürüyərdi. Bu üzdən Abbas Mirzəyə sadiq olan neçə nəfərdən ibarət bir güvənlik
şurası oluşdu. Şura qərara aldı ki, sürətli çaparlarla Şaha və Heratın qalalarının
qarşısında olan Abbas Mirzənin vəliəhdlik varisi Məhəmməd Mirzəyə dərhal xəbər
vermək lazımdır. Tehrandan cavab xəbər gələnə qədər Şahzadənin ölümünü gizlin
saxlamalı idilər.
Şahzadə bir neçə kərə övladlarına və yaxın dostlarına söyləmişdi ki,
öldüyündə onun torpağa dönüşmüş cəsədini çox önəmsəməsinlər, ancaq onun
idealını təqib etsinlər. Demişdi ki, harada ölsə də ruhu daima Azərbaycanda olacaq.
Şahzadənin yaxınları və Xorasan hökumətinin yetkili şəxsləri güvənlik nədəni ilə
Abbas Mirzənin bu vəsiyyətinə əməl edib, onun cənazəsini yuduqdan sonra öldüyü
odada bir məzar qazıb orada dəfn etdilər. Şahzadənin dəqiq doğum ili bəlli deyil.
Lakin öldüyü zaman Abbas Mirzənin təqribən 46 yaşı var imiş.
*
*
“Tarix-e no” kitabında Abbas Mirzənin öldüyü zaman 48 yaşında olduğu yazılmaqdadır. “Nasex-üt
Təvarix” isə Şahzadənin yaşını 47 olaraq verməkdədir.
143
QAYNAQLAR
I. Qacar qaynaqları:
1.
Əzodüddövlə, “Tarix-e Əzodi”, daş çapı, Bəmbəi, 1885.
2.
Dənbəli (Əbdülrəzaq), “Maaser Sultanı”, daş çapı, Təbriz, 1241 Hicri Qəməri.
3.
Cahangir Mirzə, “Tarix-e no (Yeni tarix)”, Tehran, 1327 Hicri Qəməri.
4.
Hidayət (Rzaqulu), “Rövzət-üs Səfa”.
5.
Laçini (Əbulqasim), “Əhvalat və dəst xətthaye Abbas Mirzə Naib-üs Səltəne”
(Abbas Mirzənin tərcümə-i halı və əlyazmaları), Tehran, 1326 Şəmsi
6.
Nəfisi (Səid), “Tarix-e siyasi və ectemaiye İran” (İranın siyasi və ictimai tarixi),
Tehran, 1335 Şəmsi
7.
“Farsnameye Naseri”, Şiraz, daş çapı, tarixsiz.
II. Avropa qaynaqları:
8.
Brosset (Marie-Felicite), Histoire de la Georgie, Paris, 1849.
9.
Driault (Edouard), La politique orientale de Napoleon, Paris 1904.
10. Drouville (Druvil) Gaspard, Voyage en perse pendant les annees 1812 et 1813,
02 vol. St. Petersburg, 1819.
11.
Dubeux (Louis), La Perse, Paris, 1841.
12.
Dumas (J.B), Un fourrier de Napoleon vers l'İnde, Paris 1814.
13.
Dupre (A), Voyage en perse fait dans les annees 1807, 1808 et 1809-2 vol.
Paris, 1809.
14.
Gardane (Alfered de), Mission du General Gardane en Perse, Paris, 1865.
15.
Jaubert (Amedee), Voyage en Armenie et en Perse fait dans les annees 1805 et
1806, Paris, 1821.
16.
Jones Brydges (Sir Harford), Dynasty of the Kajars, London, 1883.
17.
Kaye (Sir John William), Histori of the Ear in Afghanistan, London, 1851.
18.
Kaye (Sir John William), Life and Correspondance of major General Sir John
Malcolm, London, 1856.
19.
Ker Porter (Sir Robert), Travels in Georgia, Persia. Etc. London, 1821.
20.
Kotzebue (Maurice de), Voyage en Perse en 1817, Paris, 1819.
21.
Malcolm (Sir John), History of Persia, London, 1829.
22.
Manvelichvili (Alex), Histoire de Georgie, Paris, 1851.
23.
Morier (James), A Journey through Persia, London, 1812.
24.
Second Journey through Persia, London, 1818.
25.
Olivier (Guillaume, Antoine), Voyage dans l'Empire Ottoman, l'Egypte et la
Perse, 1807.
26.
Stcherbatov (Prince), Le Marechal Prince Paskievitch, St. Petersbourg, 1890.
144
27.
Sykes (Sir Percy), A History of Persia, London, 1915.
28.
Vandal (Albert), Napoleon et Alexandre, Paris, 1896.
29.
Watson (Robert grant), A History of Persia, London, 1866.
145
ƏMĠNƏ PAKRƏVAN
ABBAS MĠRZƏ
VƏ
AZƏRBAYCAN
NƏġRĠYYAT REDAKTORU:
Nəriman ƏBDÜLRƏHMANLI
KOMPÜTER TƏRTĠBATI:
Rəmzi QULİYEV
YIĞICI:
Xəyalə MİKAYILOVA
KORREKTOR:
Ceyran ABBASOVA
146
Çapa imzalanmışdır: 04.02.2010.
Formatı 70×100 1/32.
Fiziki ç/v 21,0; ş.ç/v 14,8.
Tirajı 500
QANUN NƏġRĠYYATI
Bakı, Azərbaycan, AZ 1102, Tbilisi pros., II Alatava 9.
Tel.: (+994 12) 431-16-62;
431-38-18; 493-84-30.
E-mail: xuduoglu@gmail.com
www.qanun.az
Dostları ilə paylaş: |