Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.

səhifə68/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
1   ...   60   61   62   63   64   65   66   67   68

138 
 
din xadimləri müxalifət etdilər. Şahım da onların bu tutumları qarşısında savaşdan 
yana  oldu.  Tufarqan  müzakirəsində  ingilislərdən  yardım  istəmək  zorunda 
qaldığında  nə  qədər  aşağılanıb,  əzab  çəkdiyini  söylədi,  savaşdan  yana  tutum 
sərgiləyən  din  xadimlərinin  onun  başkəndi  Təbrizin  dirənməməsi  üçün  necə  də 
ilahi fərman çıxarıb, fətva verdiklərini dedi. Şah bütün bunları bilməkdə idi, ancaq 
surətində ölüm əlamətlərini  görən oğlunu dinləmək istəyirdi. O xatırlayırdı ki, bir 
neçə  kərə  çevrəsindəkilərin  təsirinə  düşərək  az  qala  Nadir  Şahın  oğluna  etdiyini 
etmək istəmişdi. Şah həm oğlunun söylədiklərinin təsirinə qapılaraq, həm də onun 
bu  qədər  yorğun  və  düşgün  olduğunu  gördüyü  üçün  gözlərindən  yaş  axmağa 
başlamışdı.  Abbas  Mirzəni  bağrına  basıb  yanağından  öpdü.  Abbas  Mirzə  təkrar 
danışmaq  istəyirdi,  ancaq  Şah  onun  susmasını  istədi  və  dedi:  “Hər  şeyi  söylədin, 
hər şey anlaşıldı. Başqa heç bir şey söyləmə”.
66
 
Şahzadə  oğluna  xitabən  yazdığı  məktubda  deyir:  “Şah  iltifat  göstərib  və 
ağlar gözləri ilə mənim üzümdən öpdü. Danışmamdan sonra gözlərindən yaş axa-
axa Tanrıya səcdə etdi”.
67
 
Abbas  Mirzənin  bu  görüşlə  ilgili  oğlu  Məhəmməd  Mirzəyə  yazdığı 
məktubda  verilən  bilgi  ilə  Cahangir  Mirzənin  “Tarix-e  no”  kitabında  verilən 
bilgilər örtüşməkdədir. 
Sonrakı  günlərdə  Şah  oğlunu  ikna  etməyə  çalışdı  ki,  Xorasana  dönməsin. 
Şah  yay  fəslini  Həmədanda  istirahət  etmək  istəyirdi.  Abbas  Mirzədən  də  onunla 
bərabər Həmədana gəlməsini istədi. Lakin Abbas Mirzə Herata hücumun planlarını 
hazırlamaq üçün Xorasana dönməkdə qərarlı idi. Təkrar Abbas Mirzə hiss etmişdi 
ki, Şah sanki Qaimməqamın təsirinə düşmüşdür. Möhkəm bir iradə ilə söylədi ki, 
hələ  mənim  istirahət  etmə  zamanım  gəlməmişdir,  mən  bir  savaşçıyam  və 
savaşçının da yeri və istirahət mərkəzi savaş meydanlarıdır. 
Firuzkuh və Kalpuş yolu ilə Xorasana doğru hərəkətə başlayan Abbas Mirzə 
yolda  Heratın  mühasirəsi  üçün  Məşhədi  tərk  edən  Məhəmməd  Mirzəyə  uzun  bir 
məktub  yazdı.  Bu  məktubda  yuxarıda  şərh  edilən  Şahla  görüşünü  anlatdı  və 
Məhəmməd  Mirzəyə  müjdə  verdi  ki,  artıq  sən  özünü  taxt-tacın  varisi  kimi  saya 
bilərsən.  Bütün  yaxınları  və  dostları  ilə  ilgili,  özəlliklə  Laçın  Xanla  bağlı  olaraq 
oğluna  sifarişlər  etdi.  Məktubda  xəstəliyinin  ağır  bir  həddə  gəldiyini  də 
gizlətməməkdədir, 
özəlliklə 
ayaqlarının 
ağrısından 
və 
qızdırmadan 
gileylənməkdədir.  Məktubun  bir  bölümündə  yazır:  “Heç  bir  zaman  rahatlıq  üzü 
görmədim.  Həddindən  artıq  zəhmət  və  əziyyət  çəkdim.  Yalnız  heç  bir  zaman 
həyatımdan  gileylənmədim,  daima  qarşıma  çıxan  olaylar  qarşısında  Tanrıya  şükr 
etdim.  Sizin  və  nəslinizin  rahat  səltənət  etmənizi  arzu  edirəm.”
68
 Səfər  sürəsincə 
savaş  fikrindən də vaz keçmirdi. Herat Abbas Mirzəyə  görə, Xorasanın bir şəhəri 
                                                           
66
 Əhvalat və dəst xəthaye Abbas Mirzə. 
67
 Eyni qaynaq. 
68
 Eyni qaynaq. 
 


139 
 
idi. Məşhəd və Nişabur kimi. Əhməd Xan Dəvərani soyuna  mənsub olan  şahzadə 
Herata  hökm  edə  bilər,  ancaq  bunun  bir  şərti  var.  Öncə  Qacar  imperatorluğunun 
hakimiyyəti altına girməlidir. Bunu da yalnız silah gücü ilə etmək lazım idi. 
O  zaman  Herat,  Mərkəzi  Asiyanın  ən  çox  nüfuzlu,  ən  mürəffəh  və  bolluq 
olan şəhərlərindən biri idi. Burada ticarət, bəzriganlıq işləri yaxşı gedir və müxtəlif 
peşələr gəlişmiş durumda idi. Çingiz Xanın nəvəsi Tuli Xan bu şəhəri fəth etmişdi. 
Sonra da təqribən 100 ildən sonra Əmir Teymurun idarəsinə tabe olmuşdu. Sonra 
isə bir neçə Teymur soyundan olan şahzadələr bu şəhər üstündə bir-birinə girdilər. 
Ancaq  bir  Teymuri  sülaləsi  Heratı  kültür,  mədəniyyət  və  ticarət  mərkəzinə 
dönüşdürməyi  başardı.  XV  əsr  Heratın  altun  tarixi  olaraq  bilinməkdədir.  Sonrakı 
savaşlar belə əsrlər boyu bu mərkəzdə birikən mədəniyəti çökdürə bilmədi. 
XIX  əsrin  əvvəllərində  artıq  Herat,  Şah  Hüseyn  Bayqaranın  sənət  və 
metafizikdən danışdığı, rəssam Behzad
*
ın sənət əsərlərinin boy göstərdiyi mərkəz 
deyildi. Lakin yenə də ticarət və bəzirganlıq açısından öz önəmini qorumaqda idi. 
Heratın  anbarlarının  əhəmiyyəti  ona  “bəndər
**
”  ləqəbini  qazandırmışdı.  Şəhərin 
darvazalarına  yaxın  bazarında  Ön  Asiyanın  və  Mərkəzi  Asiyanın  müxtəlif 
dillərində  danışan  tacirlərlə  rastlanmaq  mümkün  idi.  Tacik,  yəhudi,  özbək, 
türkmən, hindi və... şəhərin bazarında öz işləri ilə məşğul idilər. Lakin ümdə ticarət 
hindlilərin  əlində  idi.  Bu  üzdən  də  Hindistandan  gələn  əşya  və  mallar  Heratın 
bazarında daha çox gözə çarpmaqda idi. 
Şahzadə  Xosrov  Mirzə  və  Şahzadə  Əhməd  Mirzə  atalarının  istəyi  üzərinə 
Heratın  qalası  qarşısında  Məhəmməd  Mirzəyə  qatılmışdılar.  Şahzadələr  fərari 
ruslardan  oluşan  alayın  komutanı  Səmsam  Xanın  yardımı  ilə  qalanın  mühasirə 
hazırlıqlarını bitirmək üzrə idilər. Lakin onların bu hərəkətləri müxtəlif qəbilələrin 
və  fars  dilində  danışan  türkmən  tayfalarından  olan  Hezarələrin  dəstəyini  arxasına 
alan  Abdali  şahzadəsi  Kamran  Mirzəni  heç  də  dəhşətə  soxmurdu.  Çünkü  bu 
qəbilələrin  daima  mühasirə  edənləri  bezdirib  təngə  gətirəcəyindən  əmin  idi.  Bu 
üzdən  də  dirəniş  hazırlıqlarına  başlamış  və  ağır  topları  ilə  bir  yerdə  bəkləmə 
mövqeyində idi. Çox az şəxsi təşəbbüslə davranıb və daha çox məşvərətlə hərəkət 
edən  Məhəmməd  Mirzə  anlamışdı  ki,  Heratın  mühasirəsi  Qoçanda,  Əmirabadda, 
Sərəxsdə olduğu kimi asan olmayacaq. Digər tərəfdən, öncəki mühasirələrə Abbas 
Mirzə ən güclü birimləri ilə komutanlıq etmişdi. 
Abbas Mirzə  yenicə Məşhədə çatmışdı  ki, Məhəmməd Mirzədən bir mesaj 
aldı.  Məhəmməd  Mirzə  atasından  həmən  Heratın  nıühasirəsinə  qatılmağı  rica 
etmişdi. Abbas Mirzə əməliyyata rəhbərlik etmə niyyətindən vaz keçməmişdi. Bu 
üzdən  də  sürətlə  Herata  doğru  hərəkətə  başladı.  Tam  bu  sırada  müxtəlif  yerlərdə 
görəv başında olan alaylar və mühasirəyə özgü ağır toplar Herat savaşına qatılmaq 
                                                           
*
Behzad Şah İsmayıl Səfəvi zamanında ünlü bir rəssam olmuşdur. 
**
Bəndər, yani liman (G.C.) 
 


140 
 
üçün hərəkətə keçmiş və Məşhədə çatmışdılar. Lakin Abbas Mirzənin durumu çox 
gərgin  idi.  Qızdırması  və  ağrıları  çox  şiddətlənmişdi.  Bu  səbəbdən  də  Herata 
gedişini  ertələdi.  Hazır  bulunan  alayın  komutanlığını  Qaimməqama  verdi  və  özü 
istirahətə  çəkildi.  Abbas  Mirzənin  hərbi  birimin  komutanlığını  hərbçi  olmayan 
Qaimməqama  tapşırması  heyrət  doğurmuşdu.  Baxmayaraq  ki,  Qaimməqamdan 
xoşlanmadığı da bəlli idi və onu özəlliklə savaş meydanlarında güvənilir birisi kimi 
görmürdü. 
Ordu  Məşhədin  bir  neçə  saatlığında  yerləşmişdi.  Müxtəlif  birimlər  hərəkət 
etmək  üçün  əmr  bəkləyirdilər.  Dəhşətli  ağrılar  nəticəsində  hərəkətsiz  qalan 
Şahzadə hər saat ordunun durumu ilə bağlı bilgilər alırdı. O, hiss etdi ki, hiyləgər 
vəziri  ordunun  Herata  tərəf  hərəkətini  yubatmaqdadır.  Abbas  Mirzə,  öz  zəifliyinə 
qalib  gəlməyə  çalışıb  ordunun  toplandığı  yerə  tərəf  hərəkət  etdi.  Ancaq  atın 
üstündə otura bilmədiyi üçün təxt-i rəvan üstündə daşındı. Ölüm ayağında olan bu 
sərkərdənin  qəzəbi  ordunun  üst  düzey  yetkililərini  çox  etkilədi.  Üst  düzey 
yetkililəri  çağırıb  onlara  xəbərdarlıq  etdi  ki,  bu  savaşın  komutanlığını  şəxsən  özü 
yürüdəcəkdir.  Sağlamlığını  itirmiş  bir  durumda  ordunun  paradını  izlədi.  Bu 
hadisələr baş verdiyi zaman Qaimməqam qərargahda deyildi. Xəbərdar olduğunda 
tələm-tələsik özünü qərargaha çatdırdı. Onun və gücü tükənməkdə olan Şahzadənin 
arasında  nələrin  danışıldığı  bəlli  deyil.  Lakin  vəzir  bir  neçə  həftə  boyunca 
ertələdiyi  Herata  doğru  hərəkəti  həmən  başlatmaq  zorunda  qaldı.  Ancaq  artıq 
Şahzadə  heç  bir  ciddi  hərəkət  edə  biləcək  durumda  deyildi.  Bütün  fiziki  gücünü 
itirmək üzrə idi. 
Abbas  Mirzənin  ərginlik  yaşına  ərmiş  oğulları  ataları  ilə  ata-oğul 
münasibətləri  dışında  həm  də  ortaq  xatirələri  paylaşmaqda  idilər.  Bir  neçə 
savaşlarda yan-yana savaşmışdılar. İndi isə onlardan bəziləri Azərbaycanda qalmış, 
qalanları  da  Heratın  mühasirəsi  əməliyyatmda  idilər.  Sanki  tale,  onun  bütün 
yaxınlarını ölüm ayağında ondan uzaqda saxlamaq istəmişdi. Laçın Xan isə sağlıq 
durumundan dolayı əski dostu Abbas Mirzənin yanında bulunmamaqda idi. Laçın 
Xan,  Abbas  Mirzənin  ölümündən  sonra  qısa  sürəli  yalnızlıq  həyatı  yaşayıb,  bu 
yalnızlığa  dözə  bilməyib  öldü.  Xorasan  savaşlarında  Abbas  Mirzəyə  yaxınlığı  ilə 
tanınan Səmsam Xan Məhəmməd Mirzənin yanında idi. Doktor Karmək Tehranda 
və  Məşhəddə  tapılmayan  dərmanları  gətirmək  üçün  Təbrizə  göndərilmişdi.  Artıq 
Doktor  Karməklə  Şahzadə  arasında  heç  bir  zaman  təkrar  görüşmək  imkanı 
olmayacaqdı. Çünkü Doktor Karmək Təbrizə səfəri zamanı ağır qızdırma üzündən 
ölmüşdü. Təsadüf üzündən Abbas Mirzənin digər iki azərbaycanlı özəl həkimi olan 
Mirzə Baba həkimbaşı və Hacı Baba, Şahzadənin yanında deyildilər. Təbrizli olan 
bu  iki  həkim  öncədən  aldıqları  məzuniyyət  səbəbi  ilə  Şahzadənin  yanında 
bulunmamaqdaydılar.  Bu  iki  həkim  Məşhədin  quru,  cansıxıcı  və  bezdirici 
iqlimindən və zahidanə həyatından xoşlanmırdılar. 
Şahzadə  qərargahdan  döndükdən  sonra  sağlığı  o  qədər  pozulmuşdu  ki, 
ətrafındakılar  Abbas  Mirzənin  sağlıq  durumu  ilə  bağlı  Şaha  və  Məhəmməd 


141 
 
Mirzəyə  xəbər  çatdırmaq  istədilər.  Padşah  hər  şeydən  xəbərdar  idi.  Çünkü  doktor 
Karmək  Şaha  demişdi  ki,  Şahzadənin  ayaqları  şişməyə  başladığında,  ölümü 
yaxınlaşmış deməkdir. Artıq ayaqlarındakı şiş, qarnına qədər uzanmışdı.  Arsniklə 
qarışmış  donuz  yağını  bədəninə  sürtdülər.  Şahzadənin  halında  qısa  sürəliyinə  bir 
yaxşılaşma  görünməyə  başladı.  Bir  neçə  gün  ard-arda  yatdığı  odanı  tərk  edib 
Herata hərəkətin hazırlığı üçün qərar verdi. 
O  zaman  Cahangir  Mirzə  Məşhəddə  olmasa  da  atasının  həyatının  son 
günlərinə  aid  bütün  xatirələri  böyük  bir  özən  və  diqqətlə  toplamışdır.  Abbas 
Mirzənin ömrünün sonlarındakı həyat tərzini Şahzadənin yanında olan insanlardan 
soraraq qələmə  almışdır.  1833-cü  ilin  yayında  Abbas  Mirzə  bir odanın  bucağında 
xəstəlik  yatağında  idi.  Bu  otağın  geniş  imkanları  yox  idi.  Şahzadənin  həyatının 
sonlarından əldə edilən verilər göstərir ki, ona yaxşı xidmət edilməməkdə imiş. 
Bir gün Məşhədin yaxın küçələrində dolaşıb geri dönmüşdü. Çox yorğun idi 
və  canı  bərk  ağrıyırdı.  Yatağına  uzanıb  yatdı.  Bütün  verilər  göstərir  ki,  bu  zaman 
evdə ona xidmət edəcək kimsə yox imiş. Yalnız yanında olan 12 yaşında kiçik qızı 
varmış.  Atasına  xidmət  etməkdən  zövq  alan  bu  kiçik  şahzadə  xanım  atasının 
yanından ayrılmırmış. 
Qısa  bir  sürədən  sonra  Abbas  Mirzə  ürək  bulantısı  üzündən  yuxudan   
oyandı. Yardım istədi və qan qusmağa başladı. Özünü toparladığı zaman hiss etdi 
ki,  vücudunda  böyük  bir  dəyişiklik  yaranmış.  Ölüm  titrətməsi  bütün  vücudunu 
titrədirdi.  Öncələr  ölümlə  qarşılaşmaqdan  qorxmadığını  sanırdı.  İndi  isə  ölüm 
qorxusu  vücudunu  sarmışdı.  Yaşamaq  istəyirdi.  Yüksək  səslə  baş  xidmətçi  Hacı 
Ələsgərin  çağırılmasını  istədi.  Amma  nədən  bu  son  nəfəslərində  önəmsiz  bir 
xidmətçini  çağırmaqda  idi?  O  xidmətçi  ki,  daima  öz  mənafeyini  ərbabından  daha 
üstün bilmişdi. Əcəba, ona bir sifarişmi söyləmək istəyirdi? Ən çox ehtimal edilən 
budur  ki,  həyatının  sona  ərməsini  görən  Şahzadə,  yanında  bir  tanışın  olmasını 
istəmişdir. Şahzadənin kiçik qızı Hacı Ələsgərin gəlməsi üçün adam göndərdi. Bir 
az zamandan sonra Hacı Ələsgər gəldi. Ancaq bu müddət içində kiçik şahzadə qız 
atasını  heç  tərk  etmədi.  Abbas  Mirzənin  ömrünün  sonundakı  ayrıntıları  bu  kiçik 
qızdan  öyrənmiş,  qələmə  almışlar.  Dışarıdan  İmam  Rza  məqbərəsinə  gələn  sürü-
sürü  tənbəl,  cahil  və  ölülərdən  imdad  diləyən  kölələrin  bağıraraq  ağlaşmaları, 
İmam  Rzaya  ehtiyaclarını  bərtərəf  etməsi  üçün  qaba  və  zırıltılı  yalvarış  səsləri 
gəlirdi!  Kiçik  Şahzadə  xanım  atasının  yanında  keçənin  üstündə  dizi  üstə  oturmuş 
və  qorxusundan  hərəkət  edə  bilmirdi.  Lakin  qorxmasına  rəğmən  gözlərini 
atasından  ayırmır,  atasının  həyatdakı  son  hərəkətlərini,  son  sözlərini  diqqətlə 
izləyirdi.  Abbas  Mirzə,  illərin  yorğun  Azərbaycan  savaşçısı  olan  Abbas  Mirzə 
təslim  olmaq  üzrə  idi.  Artıq  heç  bir  yardım  onu  həyata  gətirə  bilməzdi.  Kiçik  qız 
atasının  “Azərbaycan,  Azərbaycan”  deyə  sayıqladığını  eşidirdi.  Abbas  Mirzə  son 
olaraq  özünü  toparlayıb  üzünü  Azərbaycana  tərəf  çevirməyə  çalışdı.  Kiçik  qız 
atasının  dodaqları  arasında  səslənən  bu  pıçıltını  eşitdi:  “A..z..ə..r..b..a..y..c..a..n..., 
Azərbaycan...” 


142 
 
Hacı  Ələsgər  gəldiyində  heç  bir  yardımın  faydası  olmayacağını  gördü. 
Şahzadə  ölmüşdü.  Şahzadənin  ölüm  xəbəri  yayılsa  idi,  Xorasanı  kaos  və  iğtişaş 
bürüyərdi. Bu üzdən Abbas Mirzəyə sadiq olan neçə  nəfərdən ibarət bir güvənlik 
şurası  oluşdu.  Şura  qərara  aldı  ki,  sürətli  çaparlarla  Şaha  və  Heratın  qalalarının 
qarşısında olan Abbas Mirzənin vəliəhdlik varisi Məhəmməd Mirzəyə dərhal xəbər 
vermək lazımdır. Tehrandan cavab xəbər gələnə qədər Şahzadənin ölümünü gizlin 
saxlamalı idilər. 
Şahzadə  bir  neçə  kərə  övladlarına  və  yaxın  dostlarına  söyləmişdi  ki,  
öldüyündə  onun  torpağa  dönüşmüş  cəsədini  çox  önəmsəməsinlər,  ancaq  onun 
idealını təqib etsinlər. Demişdi ki, harada ölsə də ruhu daima Azərbaycanda olacaq. 
Şahzadənin  yaxınları və  Xorasan hökumətinin  yetkili şəxsləri güvənlik nədəni ilə 
Abbas Mirzənin bu vəsiyyətinə əməl edib, onun cənazəsini yuduqdan sonra öldüyü 
odada bir məzar qazıb orada dəfn etdilər.  Şahzadənin dəqiq doğum ili bəlli deyil. 
Lakin öldüyü zaman Abbas Mirzənin təqribən 46 yaşı var imiş.
*
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
“Tarix-e  no”  kitabında  Abbas  Mirzənin  öldüyü  zaman  48  yaşında  olduğu  yazılmaqdadır.  “Nasex-üt 
Təvarix” isə Şahzadənin yaşını 47 olaraq verməkdədir. 
 


143 
 
 
QAYNAQLAR 
 
I. Qacar qaynaqları: 
 
1.
 
Əzodüddövlə, “Tarix-e Əzodi”, daş çapı, Bəmbəi, 1885. 
2.
 
Dənbəli (Əbdülrəzaq), “Maaser Sultanı”, daş çapı, Təbriz, 1241 Hicri Qəməri. 
3.
 
Cahangir Mirzə, “Tarix-e no (Yeni tarix)”, Tehran, 1327 Hicri Qəməri. 
4.
 
Hidayət (Rzaqulu), “Rövzət-üs Səfa”. 
5.
 
Laçini (Əbulqasim),  “Əhvalat və dəst xətthaye  Abbas Mirzə Naib-üs Səltəne” 
(Abbas Mirzənin tərcümə-i halı və əlyazmaları), Tehran, 1326 Şəmsi 
6.
 
Nəfisi (Səid), “Tarix-e siyasi və ectemaiye İran” (İranın siyasi və ictimai tarixi), 
Tehran, 1335 Şəmsi 
7.
 
“Farsnameye Naseri”, Şiraz, daş çapı, tarixsiz. 
 
II. Avropa qaynaqları: 
 
8.
 
Brosset (Marie-Felicite), Histoire de la Georgie, Paris, 1849. 
9.
 
Driault (Edouard), La politique orientale de Napoleon, Paris 1904. 
10. Drouville (Druvil) Gaspard, Voyage en perse pendant les annees 1812 et 1813, 
02 vol. St. Petersburg, 1819. 
11.
 
Dubeux (Louis), La Perse, Paris, 1841. 
12.
 
Dumas (J.B), Un fourrier de Napoleon vers l'İnde, Paris 1814. 
13.
 
Dupre  (A),  Voyage  en  perse  fait  dans  les  annees  1807,  1808  et  1809-2  vol. 
Paris, 1809. 
14.
 
Gardane (Alfered de), Mission du General Gardane en Perse, Paris, 1865. 
15.
 
Jaubert (Amedee), Voyage en Armenie et en Perse fait dans les annees 1805 et 
1806, Paris, 1821. 
16.
 
Jones Brydges (Sir Harford), Dynasty of the Kajars, London, 1883. 
17.
 
Kaye (Sir John William), Histori of the Ear in Afghanistan, London, 1851. 
18.
 
Kaye (Sir John  William), Life and Correspondance of  major General Sir John 
Malcolm, London, 1856. 
19.
 
Ker Porter (Sir Robert), Travels in Georgia, Persia. Etc. London, 1821. 
20.
 
Kotzebue (Maurice de), Voyage en Perse en 1817, Paris, 1819. 
21.
 
Malcolm (Sir John), History of Persia, London, 1829. 
22.
 
Manvelichvili (Alex), Histoire de Georgie, Paris, 1851. 
23.
 
Morier (James), A Journey through Persia, London, 1812. 
24.
 
Second Journey through Persia, London, 1818. 
25.
 
Olivier  (Guillaume,  Antoine),    Voyage  dans  l'Empire  Ottoman,  l'Egypte  et  la 
Perse, 1807. 
26.
 
Stcherbatov (Prince), Le Marechal Prince Paskievitch, St. Petersbourg, 1890. 


144 
 
27.
 
Sykes (Sir Percy), A History of Persia, London, 1915. 
28.
 
Vandal (Albert), Napoleon et Alexandre, Paris, 1896. 
29.
 
Watson (Robert grant), A History of Persia, London, 1866. 
 
 
 
 
 
 


145 
 
 
ƏMĠNƏ PAKRƏVAN 
 
 
 
 
 
ABBAS MĠRZƏ  
VƏ  
AZƏRBAYCAN 
 
 
 
 
NƏġRĠYYAT REDAKTORU: 
Nəriman ƏBDÜLRƏHMANLI 
 
 
KOMPÜTER TƏRTĠBATI: 
Rəmzi QULİYEV 
 
YIĞICI
 Xəyalə MİKAYILOVA 
 
KORREKTOR:  
Ceyran ABBASOVA 
 
 


146 
 
 
Çapa imzalanmışdır: 04.02.2010. 
Formatı 70×100 1/32. 
Fiziki ç/v 21,0; ş.ç/v 14,8. 
Tirajı 500 
 
 
 
 
 
 
 
QANUN NƏġRĠYYATI 
 
 
 
 
 
 
 
 
 
 
Bakı, Azərbaycan, AZ 1102, Tbilisi pros., II Alatava 9. 
Tel.: (+994 12) 431-16-62; 
431-38-18; 493-84-30. 
E-mail: xuduoglu@gmail.com 
www.qanun.az 



Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə