Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   57   58   59   60   61   62   63   64   ...   68

124 
 
əmr  verildi.  Lakin  üzlərində  qorxu  əlaməti  açıqca  görünməkdə  idi.  Azərbaycan 
ordusuna qarşı düzənlədikləri şura haqqında Abbas Mirzə bilgi əldə etdikdən sonra 
onlarla  necə  davranacağından  əndişələnirdilər.  Bu  şura  haqqında  Abbas  Mirzə   
ayrıntılı şəkildə bilgi sahibi olmasına baxmayaraq özünü elə aparırdı ki, sanki heç 
bir şey bilməməkdədir. Bu önəmsiz qardaşı ilə mehribanca davrandı. Kirman valisi 
Həsənəli Mirzə kimi Məşhəd valisi Əhmədəli Mirzəni də Tehrana göndərdi. 
Abbas  Mirzə,  Səbzvara  hərəkəti  zamanı  oğlu  Məhəmməd  Mirzə  də 
yardımçı  alayı  ilə  atasına  qatıldı.  Qış  çox  ağır  keçməkdə  idi.  Şahzadə  xəbərdar  
oldu  ki,  yenicə  tərk  etdiyi  Sultan  meydan  şəhərinin  yaxınlığında  kiçik  bir  kənd 
vardır.  Güclü  qalaları  və  savunması  olan  bu  kənddə  Rzaquluxan,  kürd  elxanları 
barınmaqda idi. Çöllükdə yapılmış olan bu qala uzaqdan görünürdü. Abbas Mirzə, 
müxtəlif  tayfalardan  savaşçı  kimi  kürd  elxanlarına  və  Rzaquluxana  qatılan 
birliklərin pusquda olmasından  ehtiyat  edirdi. Abbas Mirzə əmr verdi ki, möhkəm 
mıxlanmış darvazanı döyüb və Şah adına təslim olma ixtarı versinlər. Şahzadə hələ 
xuşunətə, zora əl atmamışdı. Təslim çağırısına cavab gəlmədiyi üçün Azərbaycan 
ordusuna atəş əmri verildi. Bu qalanı ələ keçirmək neçə gün zaman alacaqdı. Palçıq 
qalanın divarlarını top mərmiləri söküb yerlə bir edirdi.  Durumu  bu  şəkildə görən  
Rzaquluxan  Şahzadəyə  bir  çapar  göndərib  onun  pis  qarşılanmasının  günahkarı 
saxludakı yetkililər olmuşdur deyə öz günahlarının bağışlanmasını istəmişdi. Lakin 
Rzaquluxanın bu hiyləsi də baş tutmadı. Qalaya hücüm daha da şiddətləndi. Qala 
təslim  alındıqdan  sonra  Abbas  Mirzə  qalaya  zorla  gətirilmiş  silahlı  qrupları 
cəzalandırmadan azad buraxdı. Onlar öz evlərinə döndülər. 
Abbas  Mirzə  təhdid  ünsürlərini  bir-bir  dəf  etdikdən  sonra  özü  ilə  bərabər 
gətirdiyi  on  minlərcə  insanın  ehtiyaclarını  təmin  etmək  haqqında  düşünməyə 
başladı.  Xorasanı  ağır  qış  şərtləri  öz  istilasında  bulundurmaqda  idi.  Ordusunun 
ehtiyaclarını  Məşhəd,  Nişabur  və  Səbzvar  arasında  paylaşdırdı.  Bahardakı  yeni 
əməliyyatlara  daha  güclü  ordu  lazım  idi.  Oğlu  Təhmasibi  Azərbaycandan  hərbi 
birliklər gətirmək üçün Təbrizə göndərdi. 
İstiqrar  öncə  zorluqla  sağlanıldı.  Xosrov  Mirzənin  başçılıq  etdiyi  ordudan 
və Yusif Xanın  əmrində olan ağır topxanadan  xəbər  yox idi. Bunlar Kirmanı  tərk 
etdikdən  sonra  qumsal  çöllüyə  varmışdılar,  bu  üzdən  ağır  bir  səfər  çətinlikləri  ilə 
qarşı qarşıyaydılar. Su qıtlığı qumsal çöllüyün bütün güvənliyini təhdid edirdi. Hər 
ehtimala  görə  onların  qumsal  küləklər  və  ya  başqa  səbəblər  üzündən  yollarını 
azması böyük fəlakətə səbəb  ola bilərdi. Belə bir hadisə bütün ordudan əl üzmək 
anlamında idi. Bütün ordu susuzluqdan qumsallığın içində məhv ola bilərdi. 
Ancaq  Məşhədə  xəbər  gəldi  ki,  Xosrov  Mirzə  öz  ordusu  ilə  qumsal 
çöllərdən  uzaqlaşmış  və  insan  yaşayan  yerlərə  yaxınlaşmışdır.  Təbəs  vahələri   
Xosrov Mirzəni yaxşı qarşılamışdı. O bölgənin kiçik xanları hətta Xosrov Mirzəyə 
qatılıb,  öz  hörmətlərini  Abbas  Mirzəyə  bildirmək  üçün  Xorasana  yola 
düşmüşdülər.  Ancaq  Təbəsin  yaxınlığında  olan  və  möhkəm  qalaları  ilə 
səciyyələnən  Tərşiz  şəhəri  düşmənlik  etməyə  başladı.  Bu  şəhərin  mühasirəsi  və 


125 
 
alınması  iki  ay  sürdü.  Ən  sonda  bu  nahiyənin  Məhəmməd  Xan  Qərai  adında  bir 
xanının Xosrov Mirzə ilə iş birliyi nəticəsində şəhər zəbt edildi. Məhəmməd Xan 
Qərai  özü  istiqlaldan  yana  idi.  Ancaq  bəlli  səbəblər  üzündən  1832-ci  ildə 
Azərbaycan  ordusuna  yardım  etmək  zorunda  qalmışdı.  O  kiçik  şəhərdə  10.000 
xəlvər  buğda  ehtikar  edilmişdi.  Xosrov  Mirzə  bu  buğdanı  öz  əsgərləri  arasında 
paylamaq  yerinə  bazarda  satışa  buraxıb  gəlirini  orduya  xərclədi.  Bu  qədər 
buğdanın  satışa  buraxılması  Tərşiz  əhalisini  sevindirmişdi.  Çünkü  o  soyuq  qış 
günlərində ehtikar üzündən şəhərdə aclıq hiss edilməyə başlamışdı. 
*** 
Bahar  gəlmiş  və  Məşhədin,  Nişaburun  bağları  meyvə  ilə  dolmuşdu.  Abbas 
Mirzə yeni savaşlar üçün hazırlıq görməyə başlamışdı. Abbas Mirzəyə qarşı çıxan 
xanların heç birinin qalaları Əmirabad qalası qədər möhkəm və savunma açısından 
mükəmməl  deyildi.  Əmirabad  Məşhəd  və  Qoçan  arasında  yerləşməkdə  idi. 
Rzaquluxan  Azərbaycan  qalalarından  təsirlənərək  bu  qalanın  savunma  sistemini 
oluşdurmaq  üçün  səkkiz  il  zaman  sərf  etmişdi.  Bu  baharda  Abbas  Mirzənin  ilk 
hədəfi bu qalanı almaq idi. Bu qalada Yusif  Xan adında bir tatar hökm sürməkdə 
idi. Onun yaxşı saxlusu var idi. Bu saxlunun nəfərləri müxtəlif qəbilələrdən təşkil 
edilmişdi. Yusif Xanın əmrində bir neçə top da var idi. 
Şahzadənin  bəklədiyi  yardımçı  alaylardan  az  bir  qismi  gəlib  çatdı.  Ancaq 
Rzaquluxan  Abbas  Mirzənin  intizamlı  ordusunun  üstünlüyündən  xəbərsiz  deyildi. 
Bu  üzdən  də  riskə  girib  Azərbaycan  ordusu  ilə  üz-üzə  savaşa  girmədi.  Qoçana 
sığınıb  və  orada  savaş  hazırlıqları  yapmağa  başladı.  Rzaquluxan  bir  az  da 
Əmirabadın  dirənəcəyinə  ümid  bağlamışdı.  Qalanın  mühasirəsi  onun  çevrəsində 
xəndək  qazmaqla  başladı.  Xəndək  qazmaq,  yəni  mühasirənin  ciddi  şəkildə 
başlanması  anlamında  idi.  Abbas  Mirzə,  Xosrov  Mirzənin  və  topçu  Yusif  Xanın 
yetərincə  irəli  getdiklərini  görüb  hücumu  ertələdi.  Onlara  əmr  verdi  ki,  mühasirə 
edilənlərlə  danışmaq  mümkün  olan  bir  yerdə  qərarlaşıb  onlara  təslim  olma 
çağırısında  bulunsunlar.  Bütün  çağırılar  geri  çevrildi.  Təslim  olmağa 
yaxınlaşmadılar. Abbas Mirzə qalanın atəşə tutulmasına əmr verdi. Qarşı tərəfdən 
də  top  atəşi  ilə  cavab  verildi.  Hər  iki  tərəf  ağır  itki  verməyə  başladı.  Azərbaycan 
ordusunun içində qəzəb bağırtıları get-gedə artırdı. Çünkü qazılan xəndəklərdə bir 
çox  azərbaycanlı  öldürüldü.  Bu  üzdən  Azərbaycan  ordusu  daha  da  intiqamçı  bir 
rəftarla  savaşmağa  başlamışdı.  Cahangir  Mirzə  yazır  ki,  Əmirabad  divarlarının 
xəndəklərində  bir  neçə  yabançı  mütəxəssis  öldü.  Abbas  Mirzənin  Laçın  Xana 
yazdığı  bir  məktubda  da  bu  haqda  məlumat  verilməkdədir.  Bu  yabançılar  kimlər 
olmuşlar?  Fərari  ruslarmı  olmuş  əcəba? Bu  yabançılar  haqqında  övücü  bir  şeylər 
yazmaq istərdik, lakin onların kimlikləri haqqında heç bir bilgi və qaynaq yoxdur. 
Həm  Abbas  Mirzə,  həm  də  Cahangir  Mirzə  bu  savaşda  yabançıların  öldüklərini 
yazmışlar. Ancaq onların kimlikləri haqqında heç bir ipucu buraxmamışlar. 
Abbas  Mirzə  mühasirə  edilənlərin  dirənişlərini  təqdir  etsə  də  bu  dirənişin 
qısa sürədən sonra qırılacağına tam əmin idi. Ağır topların qalaya atəş açmalarına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə