Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   60   61   62   63   64   65   66   67   68

128 
 
davranmadı.  Rzaquluxanın  bayrağı  altında  olan  saxlunun  sərkərdələri  azad 
buraxıldılar. 
Qoçanın bütün savunma sistemini  söküb dağıtdılar. Lakin qalanın içi bir o 
qədər  də  zərər  görmədi.  Şahzadə  qalanın  içinə  girib  Rzaquluxanın  qorxunc 
sarayına daxil oldu. Əmr verdi ki, hamamı isitsinlər. Günlər boyunca yuyunmamış 
Şahzadə  buranın  hamamında  yuyundu.  Sonra  Rzaquluxanın  böyük  oğlunu  qəbul 
etməyə  razılıq  verdi.  Bu  oğlan  anası  tərəfindən  Abbas  Mirzəyə  bir  neçə  hədiyyə 
gətirmişdi. Bu hədiyyələrin rəmzi anlamı var idi.
59
 
Bu əşirət  yapılı toplumda başçıların ailəsi bir sülalə oluşdururdu. Bölgənin 
yaşamı  və  düzəni  onların  iradəsindən  və  nüfuzlarından  asılı  olurdu.  Bu  sülalə 
dağıldığında  bölgəni  kaos  bürüyürdü.  Bu  səbəbdən  Abbas  Mirzə,  Rzaquluxanın 
oğlu Sam Xanı onun yerinə hakim  təyin etdi. Hakim təyin etdi ki, bu ailəyə olan 
sayqı  və  ya  qorxu  səbəbilə  bölgədəki  kaos  önlənsin.
60
 Lakin  qalanı  təkrar  onarıb 
səngər halına dönüşdürməsini, böyük ordu oluşdurmasını ona yasaq etdi. Bununla 
da  Sam  Xan  heç  bir  zaman  atasının  intiqamını  almaq  amacı  ilə  bölgədə  özünə 
müttəfiq arama kimi bir duyğuya heç qapılmadı. 
Bölgədə  istiqrarın  tam  sağlanması  amacı  ilə  Salur  Xanın  əmrində  olan 
Sərəxs  də  bütünü  ilə  ələ  keçirilməli  idi.  Bu  türkmənlər  dirək  olaraq  öz  çıxarları 
uğrunda  savaşmırdılar.  Özlərinə  bənzər  tayfalar  üçün  silah  təşkil  edirdilər  və 
qarşılığında  isə  kölə  alırdılar.  Onların  Xeyvə  əmiri  ilə  geniş  ticari  əlaqələrinin 
təməlində də bu durmaqda idi. 
Sərəxsin  mühasirəsinə  başlamadan  öncə  bir  neçə  zəruri  iş  üçün  Məşhədə 
getdi. Hələ Qoçanda ikən Herat hakimi Kamran Mirzənin oğlu Yarməhəmməd Xan 
Şahzadənin  ziyarətinə  gəldi.  Bu  qonaq  da  Xorasan  xanlarını  bir-bir  məğlub  edən 
Azərbaycan  ordusunu  yaxından  görmək  istəmişdi.  Yarməhəmməd  Xan  nə  qədər 
Abbas  Mirzənin  qarşısında  hörmətlə  davransa  da,  Abbas  Mirzə  Heratın  da  Qacar 
imperatorluğunun bir parçası olmasını qonağına söyləməkdən vaz keçmədi. Abbas 
Mirzə,  boyük  bir  ədəb  və  nəzakətlə  Yarməhəmməd  Xanı  qəbul  etmişdi.  Xosrov 
Mirzəni isə görəvləndirmişdi ki, onu yola salmaq üçün Məşhədə qədər yola salma 
törəninə  eşlik  etsin.  Məşhəddə  isə  ən  yaxşı  bir  evi  onun  qalması  üçün  nəzərdə 
tutdular. Ancaq Yarməhəmmədi qorumaqla görəvli olan gözətçilər Abbas Mirzənin 
həyatının sonuna qədər onu (Yarməhəmmədi) əsir kimi saxladılar. 
O  zaman  bütün  şəhərlərin  mühasirəsi  bir-birinə  bənzəməkdə  idi.  Eyni 
yöntəmlə mühasirə edilən Sərəxs Abbas Mirzənin qələbəsi ilə sonuclandı. Şahzadə 
Qoçanda  olduğu  kimi  türkmənlərin  də  istəklərini  böyük  bir  qətiyyətlə  rədd  etdi. 
Onlara  da  təslim  olmamaları  təqdirdə  savaşın  qaçınılmaz  olacağını  söylədi.  Bu 
savaşda  Salur  Xanın  müxtəlif  hiylələri  üzündən  şəhər  təslim  alındıqdan  sonra 
                                                           
59
 Watson (Robert Qrant) “A History of Persia” London, 1866. 
60
 Eyni qaynaq. 
 


129 
 
Abbas Mirzə əsgərlərinin yağmalama istəyinə müsbət cavab verdi. Bu şəhərdə illər 
boyu kölə alış-verişi sonucunda barınan altun və gümüşlərin Azərbaycan əsgərləri 
tərəfindən  talan  edilməsi  başlandı.  Başqa  yerlərdə  olduğu  kimi  Sərəxsin  də 
savunma sistemi çökərtildi. Salurların cəsarəti basılmışdı və onların məğlubiyyəti 
Türküstanda böyük əks-səda oyatdı. Abbas Mirzə bu sınırın qorunması üçün ciddi 
önləmlər  almağı  düşündü.  Ən  yaxşı  güvənlik  önləmi  bu  idi  ki,  Qacar  ərazisinə 
gələn  karvanların  Salur  türkmənlər  tərəfindən  qorunacağını  Xeyvə  əmirinə  qəbul 
etdirsin.  Həm  də  Xeyvə  əmiri  ona  tabe  olan  köçəri  qəbilələrin  Xorasana 
hücumlarını əngəlləməyi üzərinə götürməli idi. 
Bu qələbənin mənəvi tərəfi var idi ki, Şahzadə öldükdən sonra hamısı yoxa 
çıxdı.  Lakin  Qacar  dövlətinin  etibarı  qorunmuş  və  Şahzadənin  Ceyhuna  qədər 
uzanma  istəyi  gerçəkləşmişdi.  Sərəxs  macərası  bitdikdən  sonra  Şahzadə  Məşhədə 
geri döndü. Şahzadəyə xəbər gəldi ki, bir yabançı gəlmiş və Şahzadə ilə görüşmək 
istəyir. Şahzadə bu yabançının qarşılanması üçün gərəkən bütün işləri etdi. Ancaq 
yabançı  ilə  qarşılaşdığında  heyrətdən  nə  edəcəyini  bilmirdi.  Qarşısında  Təbriz 
dostu  Mək  Nil  durmaqda  idi.  Şahzadə  çox  sevinmişdi.  Sonra  da  uzun-uzun  bir 
yerdə  müzakirələrə  və  söhbətlərə  başladılar.  Şahzadə  deyirdi:  “Xatırlayırsanmı, 
sənə  söyləmişdim  ki,  Doğudakı  savaşlarımda  mənə  eşlik  et?  Siz  mənim  dəvətimi 
ciddiyə almamışdınız. Ancaq bir az gecikmə ilə gəlmişsiniz. Amma hər halda səni 
bir  zamanlar  xəyalımda  təsəvvür  etdiyim  yerdə  görməkdəyəm”.  Abbas  Mirzə 
unutmamışdı  ki,  Tufarqanda  ruslarla  müzakirə  zamanı  ingilislər  ona  çox  böyük 
yardım etmişdilər. 
Rusiya  ilə  İngiltərənin  Mərkəzi  Asiya  ilə  ilgili  olaraq  yeni  rəqabətləri 
başlamışdı.  Mək  Nil  bu  siyasət  icabı  Abbas  Mirzə  ilə  görüşmək  üçün 
görəvləndirilmişdi.  Çünkü  Abbas  Mirzə  ilə  əskidən  münasibətləri  var  idi.  O, 
Xorasanda və Türküstanda İngiltərənin çıxarılarını təqib edəcək ən uyğun diplomat 
idi.  İngiltərə, bölgəni  tanımaq üçün önəmli  yatırımlar  yatırmağa başlamışdı.  Mək 
Nildən  başqa  bir  çox  ingilis,  türkmən  milli  paltarlarına  bürünərək  və  ya  din 
adamları  şəklində  bölgədə  görəv  yapmağa  başlayacaqlardı.  Xüsusən  də 
türkməncəni, ərəbcəni və farscanı öz ana dilləri kimi öyrənib danışan ingilislər ən 
çox din adamları, din xadimləri və dərvişlər biçimində bölgədə dolaşmaqdaydılar. 
Çünkü  dini  otoritənin  kütlənin  mənəviyyatı  və  əxlaq  sistemi  üzərində  olan 
egemenliyi daha yüksək səviyyədə idi. Bu vəsilə ilə ingilis dərvişlər həm bölgənin 
özəlliyini  yaxşı  tanıyır  və  mərkəzə  bilgi  verirdilər,  həm  də  kütlənin  dini 
ehtiyaclarını  bərtərəf  edirdilər.  Beləliklə  də  bu  dərvişlər  kütlənin  inanc  nəbzini 
əllərində  tutaraq  istədikləri  istiqamətə  yönləndirə  biləcəklərdi.  Sonralar  ingilis 
dərvişlərin bu çalışmaları nəticəsində İngiltərə, Mərkəzi Asiya ilə bağlı çox başarılı 
və tutarlı siyasət izləyəcəkdi. Bütün qəbilələrin özəlliklərini bilmək üçün ingilislər, 
hətta  köçəri  tayfaların  içində  belə  illər  boyu  onlar  kimi  yaşayacaq  və  onlar  kimi 
yaylağa, qışlağa köç edəcəkdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə