15
Yekaterinadan gürcülərə yardım gəlmədi. Qısa zaman fərqliliyi ilə ortaya çıxan
Yekaterinanın, Ağaməhəmməd Xanın və Erklinin ölümləri bölgədəki dəngələri alt-
üst etdi. Hər şeyin yenidən ayarlanma zərurəti ortaya çıxdı. Ancaq Çar Birinci
Pavel, Gürcüstanın XII şahı Qorgin və onun oğlu Davud da siyasət səhnəsindən
çox tez kənarlaşdılar. Bu üzdən də Gürcüstan Mələkəsi Qacariyyə ilə yaxınlaşma
siyasətini təqib etməyə başladı. Şahzadə Aleksandr, Təhmurəs və onların bir neçə
qardaşlarının oğulları Qarabağ xanları ilə səmimi münasibət qurub, heç bir
çətinliklə qarşılaşmadan Gürcüstandan Qacariyyəyə gəldilər. Fətəli Şah
Gürcüstanın bölgədəki strateji önəmini düşünərək Gürcüstan heyəti ilə sıcaq
davranılmasını əmr etdi. Digər tərəfdən, gürcü mənşəli olub, rus ordusunda eyitilən
Sisyanovun davranışları Qacar dövlətini rahatsız etməkdə idi. Fəətli Şah, başvəzir
Mirzə Şəfiyə əmr etdi ki, Sisyanova barışcıl, ancaq eyni zamanda bir az da
təhdidcil bir məktub yazıb göndərsin. Məktubun mətni özət olaraq bu içərikdə idi:
“Erklinin övladlarını rahat buraxın və canişin təyinetmə məsələsinə bizimlə də
məsləhətləşin. Gürcüstanda təkbaşınıza davranma kimi bir niyyətiniz olsa,
töküləcək qanlara görə Siz məsuliyyət daşıyacaqsınız”.
7
1803-cü il idi. Sisyanov bu məktuba cavab vermədi. Qısa bir sürədən sonra
Gəncəyə hücum etdi. Gəncəni top atəşinə tutdu. Bir neçə kiçik xəyanətlər istisna
olmaqla gəncəlilər gerçəkdən böyük şücaət və qəhrəmanlıqla Gəncəni
qoruyurdular, lakin rus ordusunun hərbi üstünlüyü qarşısında məğlub oldular. Rus
ordusu Gəncəyə girməyi başardı. Cavad Xanın siyasi həyatına Sisyanov son qoydu.
Fətəli Şah, Sisyanovun bu hərəkəti və rus ordusunun güclü topxana
üstünlüyü qarşısında nə edəcəyi haqda düşünməyə, narahat olmağa başladı. Ağlına
ilk gələn bu oldu ki, ingilislərdən savaş texnolojisi və yardım almaq lazımdır.
Ancaq ingilislər ən azından o zaman dilimində Qacarları heç düşünmürdülər. Bu
üzdən də ilk dəfə olaraq Napoleonla ittifaqa girmə fikri alternativsiz plan kimi
ortaya çıxdı.
ON ĠL SÜRƏN SAVAġLARIN BAġLAMASI
1804-cü il Tehranın çevrəsində böyük bir ordu toplanmışdı. Bu dəfə sadəcə,
bir neçə xanların qiyamını yatırmaq söz konusu deyildi, həm də xarici düşmənə
qarşı savaş hazırlığı gedirdi. Bu düşmənin güclü olduğu haqda bir çox söz-söhbət
dolaşmaqda idi. Şah bu ordunun komutanlığını Abbas Mirzəyə həvalə etdi. O
zaman Fətəli Şah yüksək səslə danışaraq, onu taxt-tacın varisi elan etdi. Bunun
səbəbi sadəcə, Ağaməhəmməd Xan tərəfindən qoyulmuş “Qacar yasası” deyildi.
Abbas Mirzə öz ləyaqəti və başarıları ilə atasının güvənini və rəğbətini qazanmışdı.
Azərbaycan Qacar dövləti üçün çox böyük əhəmiyyət daşımaqda idi.
Azərbaycanda sevimli bir dövlət adamı olan Abbas Mirzə ilə hər kəs, o cümlədən
7
Nasex-üt təvarix.
16
Fətəli Şah da hesablaşmaq zorunda idi. O il Abbas Mirzə, Novruz Bayramı
münasibəti ilə bölgələrdən gələn hədiyyələri padşaha sunmaqla görəvlənmişdi. Bu
tür törələr və törənlər Doğu ölkələrində batılıların anlaya bilməyəcəkləri qədər
önəmlidir. Şah digər oğullarına da Abbas Mirzəyə ehtiram göstərmələrini əmr etdi.
Ancaq Abbas Mirzəni qısqanan bəzi şahzadələr içərisindəki həsədi zorla boğaraq
Abbas Mirzə qarşısında boyun əyməyə məcbur oldular.
Şah, Abbas Mirzənin rəhbərliyi altında hazırlanmış ordunu yoxlayıb,
paradını izlərkən böyük bir sevinc və mutluluq içində idi. Rus ordusunun şöhrəti
ilə ilgili duyduğu söz-söhbətlər bu ordunu gördükdən sonra artıq onu etkiləmirdi.
Özəlliklə Azərbaycan ordusunun komutanı Abbas Mirzənin, atasına və ölkəsinə
sədaqətlə bağlı olması Şah üçün ayrıca bir güvən qaynağı idi.
Ordunun Azərbaycana doğru hərəkəti sırasında yol boyunca on minlərlə
insan Abbas Mirzəni uğurlayır, ona başarılı olması üçün Tanrıdan yardımçı
olmasını diləyirdilər. Abbas Mirzənin Azərbaycanda yayğınlaşan sayqınlığı
üzündən bu ordunun tam əksəriyyətini azərbaycanlılar təşkil etmişdi. Abbas Mirzə
bu dəfə ayrı bir hisslə Azərbaycana gəlirdi. Bu dəfə özünü Azərbaycana həsr
etməyə hazırlaşırdı. Çünkü Sisyanovun Azərbaycanın göbəyi sayılan Gəncəni işğal
etməsi onun qüruruna toxunmuşdu. Azərbaycana səfərində Abbas Mirzəyə 60 min
nəfərlik ordu eşlik edirdi. Üç gün yol getdikdən sonra Abbas Mirzənin ordusu
Qəzvinin darvazasına çatdı. Qəzvinin elbayı olan Şahzadə Məhəmməd Mirzə
içindəki qısqanclığı gizləyərək Qəzvin əhalisi ilə bir yerdə Abbas Mirzənin
istiqbalına vardı. Abbas Mirzə Təbrizə həmən çatmaq istədiyi üçün zaman
itirmədən Qəzvindən ayrıldı.
Şah, ordunun dərhal Arazı keçib ruslara savaş açmasını istəyirdi. Abbas
Mirzə də atasının bu iradəsini gerçəkləşdirməkdə qərarlı idi. Yalnız Abbas Mirzə
Təbrizdə qısa bir sürəliyinə qalmalı idi, çünkü Azərbaycandan onun ordusuna
qatılacaq minlərcə insan sıraya düzülmüşdü. Bu dəfə artıq Abbas Mirzə başqaları
tərəfindən kontrol edilən yeniyetmə bir gənc deyildi. O, artıq savaşlarda təcrübə
qazanmış yetişkin bir hərbçi, savaşçı idi. Abbas Mirzə Təbrizə çatdıqdan sonra
bütün səyyahların xatirə kitablarında övülən bu şəhəri gəzməyə, dolaşmağa
başladı. Səlcuqlar dönəmindən qalan qala divarları Abbas Mirzənin diqqətini cəlb
edirdi. Abbas Mirzə Təbrizdə hər gün məşvərət şurasını öz çadırında toplayırdı.
Arazın o tayından gələn bilgiləri, xəbərləri dəyərləndirirdilər. Abbas Mirzənin
Təbriz şəhərinə diqqət yetirməsi və şəhərin abadlaşması üçün əmrlər verməsi,
özəlliklə tacirləri və bəzirganları sevindirməkdə idi. Hətta Abbas Mirzənin Təbrizə
olan bu sevgisini görən bəzi bəzirganlar Təbrizin ticarət həyatı haqqında
Şahzadəyə bilgilər verir və bir zamanlar Ağdəniz bəzirganlarının Təbriz bazarında
təmsilçiləri olduğunu söyləyirdilər. Yalnız bütün bunların hamısı Şah Abbas Səfəvi
dönəmində yox edilmiş, İsfahana daşınmışdı. Digər tərəfdən, zəlzələlər də Təbrizin
geri qalmasına səbəb olmuşdu. Bu zəlzələlərin birində Göy Məscidin tağının
ortadan dəlindiyini çəkinərək söyləyirdilər. Çəkinərək söyləyirdilər, çünkü Göy
Dostları ilə paylaş: |