Azərb ay can miLLİ elmlər akademiy asi folklor institutu cəlal bəYDİLİ (MƏMMƏdov)



Yüklə 162,84 Kb.
Pdf görüntüsü
səhifə28/102
tarix14.06.2018
ölçüsü162,84 Kb.
#48775
1   ...   24   25   26   27   28   29   30   31   ...   102

bağlılığmı  rəmzləndirir.  Altay  şaman  mətnlərində  bu  söz  «mübarək  iizlü, 
müqəddəs» mənasmda da tərciimə olunur. Teleutlarda həmin miiqəddəs ana 
obrazı  Ağ  Ana  («Ak  Ene»)  həm  də  «ene-yayaçı»  (yaradan  ana)  admı 
daşıtnışdır.
Kosmologiyadakı fərziyyəbrdon biri budur ki, yer sanki nəfəs alırmış 
kimi  gah  genişləyir,  gah  sıxılır;  elə  bil  ürəyi  var -  döyünür.  Həqiqətdə yer 
özlüyündə  canlıdır  və  elə  bir  sistemdir ki,  onun  bütün  parçaları  biri-biriylə 
bağlıdır.  Yer yaradılışm öziilüdür.  Varlığın tükənməz  mənbayi, onun  biitün 
fomıalaıınm  əsası  kimi  bir  bütövdür.  Ən  başhcası  isə  əski  mifoloji 
ənənələrdə  də  yer,  kosmologiyadakı  şəkliylə,  canlı  olaraq  düşünülübdür. 
Yerin  canlı  olduğuna  dair  bu  təsəvvür  türk  xalqlarmda  geniş  bir  biçimdə 
qorunmuşdur.  Qaqauzların  təbiət  aləminə  baxışlanndan  bəhs  edərkən 
V.Moşkov  onlarda  yerin  canlı  varlıq  kimi  təsəvvtir  olunduğunu  da 
vurğulayırdı  [300, s.259-260].
Yer Ana kultu özünün bütün variasiyalarında qadm-ana başlanğıcmı, 
həyatverici  güc-qüdrət  rəmzini  qoruyub  saxlayır.  Yakut  olonxolannda  bu 
obraz doyişik adlar daşıyır. Gələcək qəhıəmanları döşünün südüylə bəslayib 
yedirən  də  odur.  Özü  də  sağ  döşündən  iki,  sol  döşündən  bir  кэгэ  -   cəmi 
üçcə  dofə  əmməyə  imkan  verir  ki,  bunun  sayəsində  qəhrəmanm  qollarma 
güc-qiiwət gəlir [162, s.7].
Yer  ilabasini  təmsil  eləyən  Iıər  hansı  təsvirin  olmadığı  da  söybnir. 
Lakin  motnbrdən  görünür ki,  onıı  qocaman  ağcaqaym  gövdəsində yaşayan 
ağbirçək  qan  görkəmində  də  təsəwür  edərdilər.  Yakutlarda  yer  ruhu 
şərəfinə  ailə çəvçivəsində keçirilən  ayin-mərasimlərdə  şaman iştirak etmirdi 
[уепэ  orada,  s.7].  Olonxolara  görə,  qəhrəmanlara  ən  ağıllı,  эп  müdrik 
m əsbhətbri  də  məhz  Yer  ruhu  verir,  keçmişini  bildiyi  qahramatılann 
başlarına пэ  gəbcəyindən  beb  onlan xəbərdar edir, bəlalardan qurtulmağın 
yollarmı  göstərir.  Çünki  о  hər  şeyi  bilir,  görür;  hər  пэ  varsa  ona  əyandır 
[уепэ orada, s. 11 ]. Bütövlükdə yakut olonqxolarındakı Yer ruhu obrazi gizli 
təbiət  qüwələrinə  əski  inaının  ifadəsidir.  «Altay  Buuçay»  dastanının 
qəhrəmanı  Altay  Buuçay  ulu  Yer  Ananm  övladıdır  [365].  Yakut  (saxa) 
olonxolarına  görə  gəbcəyin  yenilməz  igidbrinin  bir  çoxu  uşaq  vaxtı  о 
dərəcədə çəlimsiz,  zoif və eybəcər olurlar ki, hətta ata-analan beb onlardan 
imtina  edirbr.  Lakin yeri  qazıyıb  həmən  eybəcər uşaqlan  orada -  toфağm 
içində  basdırandan  sonra  Yer  Anadan  qidalanan  və  canma  şirə  çəkən  bu 
uşaqlar  görünməmiş  güc-qiiwat  toplayıb  yaraşıqlı,  gözəl  və  əfsanəvi 
bahadırlar olurlar. Beləcə, Yer Ana lıəm do bir hami ruhdur. Anadoluda doli 
olanlann  quyuya  salmmağının  da  mifoloji  görüşbrdən  gələn  öz  yozumu
var.  Quyuya  salmmaq  yerdə  basdınlmağın  eyniydi.  Yerə  basdınlan  xəstə, 
inama  görə,  bu  dəfə  artıq  Ulu  Yer  Ananm övladı  kimi  torpağın  bətnindən 
onun  sapsağlam övladı  kimi yenidən  doğulacaqdı.  Ulu  (Yeı)  Ana  ib   bağlı 
əski  təsəwürlərin  bir  qalıntısı  da  bir  sıra  yerlərdə  yeni  doğulmuş  zəif və 
halsız  uşağm aparılıb  köhnə  qəbrə  qoyulması,  orada  bir gecə  saxlandıqdan 
sonra uşağm hala gəbcayiııə olan inamdır.
Türk  mifologiyasında  Ulu  (Yer)  Aııa  kompleksinin  təzahürbrindən 
biri  əski  çağlarda  dövlət  səviyyəsində  tapınılan  Ötüken  kultudur.  Əski 
türkbriıı  dini  inanışlarından danışılan Çin qaynaqlannda  Ötüken  qurd başlı 
varhq  olaraq  xatırlanır.  Lot-Falk  Ötükeııi  Umayla  qarşılaşdınrdı  [244, 
s.134].  Ötüken,  bir  fikrə  görə,  əski  türkbrin  nəzərində  müqəddəs  bir  yer 
olmuşdur.  Həqiqətən  qədim  türklər  dağı  yurdun,  ölkənin  qoruyucusu  sayır, 
tapmdıqları dağı da sakral bilınən bir adla -  «Ötüken» adlandınrdılar.  Dagın 
beb bir özəlliyi Altay türkləri  arasında qorunmuşdur.  Araşdıncılann qeydinə 
görə  Altay  xalqlan  tapındıqlan  dağa  yaşadıqlan  yerin-yurdun  hamisi  və 
qoruyucusu  gözüylə  baxırdılar.  Kult  məzmunlu  «Ötüken»  ifadəsiııə  yakut 
şamanlarınm  dilində,  эп  çox  isə  dədə-baba  qaydası  ilə  yaşamağm  qatı 
tərəfdan olan yaşh  adamlarm damşığmda işlənən olduqca əski bir deyimdə: 
«Ütügen  üreydin,  Sax  saraydin»  -   ifadəsində  rast  gəlinir  [255,  s. 151]. 
Buradakı  «Ütügen»  (Ötüken)  «Sax»  ilə  birgə  yakutlarda  эп  ulu  ilahi 
qüwətlərin -  эп  böyük ruhlarm  adlarını  bildirmişdir.  Təsadüfı  deyil  ki,  bu 
deyirra  XX  osrin  ilk  onilliklərinəcən  yakutlar  arasmda  yalmz  köhnəlik 
tərəfdan,  mühafızəkar  adamlarm  dilində  rast  gəlmək  mümkün  idi  [уепэ 
orada  s.245-246].  Bundan  başqa  yakutlar  dini  şeirbrdə,  ümumən,  yer 
anlayışını  «Ütügen»  sözü  ib   ifadə  etmişbr.  Yakutcada  «ütiiqen»  həm  də 
demoııik  abaası  ruhlarm  yaşadıqlan  yeri,  yeraltı  aləmi,  cəhənnəmi 
bildirmişdir.  Bir qism tədqiqatçılann  fikrincə,  bıı  ad  monqolca  «yer  ilahəsi» 
deməkdir.  B.Vladimirsov  əski  türk  «Ötüken  yış»ı  ilə  bağlı  qeyd  edir  ki, 
monqollar  yeri  və  yerin  hami-ruhunu  «Ötüken»  adlandınr,  ona  tapınııdılar 
[194, s.133-136].
Çingiz xan  zamamnda yer  ilahəsini  çox əziz tutardılar.  «Monqollarm 
gizli tarixi»ndə Çingizxan deyir:  «Göyün və yerin köməyi  ilə qüwətim artdı. 
Qadir Tannmn təqdiri  ib  ad aldım. Anamız Ötügen bizə yol göstərdi və bizbr 
bura  gəldik».  Protomonqollarda da  «Utügen»  Yer  ilahəsi  Ulu  Anaıım  adını 
bildirmişdir.  Monqol-buryat  alimi  D.Banzarovun  verdiyi  bilgiyə  görə, 
«Ötügen»  və  ya  «Etugen»  monqollarda  yer  tannsı,  daha  doğrusu,  bir  yer 
ruhudur  ki,  başlıca  keyfıyyəti  də  bolluq,  artımdır  [171,  s.66-67,  266-267; 
337,  s.303-304].  Ümumiyyətb,  monqolcada  yer  ilahəsi  Etügeıı  adı  ib


Yüklə 162,84 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə