143
təĢkilatlarına xüsusi mü raciət qəbul edərək, bu məsələyə dair geniĢ təĢviqat
kampaniyasına baĢlamağı tapĢırdı.
Ġqtisadi büronun yaradılması, dəmir yolların ın, xarici ticarətin
həmkarlar Ġttifaqları və komso mol təĢkilatlarının birləĢdirilməsi Zaqafqaziya
federasiyasının yaradılması yolunda ilk addımlar idi.
Zaqafqaziya Sovet Sosialist Respublikalarının Federativ Ġttifaqı
(ZSSRFĠ). Zaqafqaziya respublikaların ın təsərrüfat səylərinin ilkin qayd ada
birləĢdirilməsindən sonra onların tam yaxınlaĢ ması yolunda yeni mərhələ
baĢladı. Əslində respublikaların dövlət-siyasi birləĢməsi adı altında onların
müstəqilliy inin məhdudlaĢdırılmasına doğru sonrakı addım üçün zəmin
yaradılırd ı.
RKP M K Qafqaz bürosunun 1921 -ci il noyabrın 3-də Bakıda RKP
MK-nın kat ibi V.M.Molotovun, Azərbaycan, Gürcüstan və Ermənistan
ko mmunist partiyaları MK ü zvlərin in iĢtirakı ilə keçirilən plenu mu Zaqafqaziya
respublikaların ın federasiya haqqında Q.K.Orconikidzenin və
Ġttifaq
müqaviləsinin layihəsi haqqında ġ.Z.Eliavanın məru zələrin i dinləyərək,
"respublikalar arasında ilk növbədə hərbi, təsərrüfat, maliyyə iĢi və xarici ticarət
sahəsində federativ Ġttifaq" bağlanması barədə qərar qəbul etdi
60
.
Zaqafqaziya respublikalarının inzibati-iqtisadi mərkəzini - Ġttifaq Soveti
yaratmaq və Ġttifaq müqaviləsinin layihəsini iĢləyib hazırlamaq üçün komissiya
təĢkil etmək qərara alındı
61
.
Bütün
partiya qüvvələri
və
ictimai
qüvvələr
Zaqafqaziya
Federasiyasının təĢkili haqqında qərar ətrafında təbliğat-təĢviqat kampaniyasına
səfərbər edildi. Zaqafqaziya respublikaların ın vahid iqtisadi-siyasi mərkəzə
malik federasiyasını yaratmaq qərarını müdafiə məqsədilə Bakıda və baĢqa
Ģəhərlərdə partiya və sovet iĢçilərin in iĢtirakı ilə mitinqlər təĢkil edilird i
62
.
1921-c i il noyabrın 15-də Azə rbaycan SSR MĠK-in Rəyasət Heyəti
müvafiq direktiv layihələri iĢləyib hazırlamaq, MĠK-in və Xalq Ko missarları
Sovetinin birləĢmiĢ iclasına təqdim etmək üçün yerli ko missiya yaratdı: Ġttifaq
Sovet Konstitusiya layihəsinin hazırlan ması üzrə ko missiyadakı Azərbaycan
nümayəndələri bu direktiv ləri rəhbər tutmalı idilər
63
. Noyabrın 16-da isə MĠK-in
Rəyasət Heyəti qərara aldı: "Zaqafqaziya respublikaların ın vahid federativ
Ġttifaqda birləĢdirilməsi prinsip etibarilə təxirəsalın maz zərurət sayılsın"
64
. La kin
Gü rcüstanda və Azərbaycanda rəhbər iĢçilərin bir qrupu Zaqafqaziya
respublikaları federasiyasının əleyhinə çıxırdı. Bəzi ü zvlərin bu cür birləĢməyə
etiraz etmələrinə baxmayaraq, partiya orqanları "Azərbaycan, Gürcüstan və
Ermənistan Sovet Sosialist respublikalarının Ġttifaq müqaviləsi lay ihəsini"
bəyəndilər
65
. Gürcüstanda P.Q.Mdivani baĢda olmaqla b ir dəstə partiya
xadimləri, Azərbaycanda R.Ə.A xundov və M.D.Hüseynov belə hesab edirdilər
144
ki, federasiya yaradılmasının vaxtı çatmamıĢ dır. Diyardakı mürəkkəb Ģəraitdə
milli siyasət yeridilməsi sahəsində qarĢıya çıxan bir ço x problemlərin həlli
yollarının axtarıĢında təkcə ictimaiyyət tərəfindən deyil, hətta partiya və sovet
xadimləri arasında mü xtəlif rəy lər səslənir, bəzən partiyanın baĢ xəttin in eleyhinə
əsaslandırılmıĢ dəlillər söylənird i.
N.N.Nərimanov Zaqafqaziya respublikaların ın birləĢdirilməsi barədə
V.Ġ.Leninə məktublarından birində yazırdı: "Mən Qafqaz bürosunun iclaslarında
həmiĢə demiĢəm: b irləĢmə zəruridir, ancaq tələsmək lazım deyild ir.
BirləĢdirilmiĢ xarici ticarətin və dəmir yolların ın mövcudluğu mən i bir daha
əmin edir ki, hər halda gözəl ibarələrlə kifayətlən məkdə davam edirik"
66
.
V.Ġ.Lenin Zaqafqaziya federasiyası haqqında məsələyə dair materialları
öyrənərək özünün təkliflər layihəsini hazırlad ı. 1921-ci il noyabrın 21-də RKP
MK Siyasi Bürosu V.Ġ.Len inin təklifi ilə "Zaqafqaziya respublikalarının
federasiyası prinsipcə tamamilə düzgün və hökmən yaradılmalı hesab
edilsin..."
67
qətnaməsini qəbul etdi.
Bu birbaĢa amiranə göstəriĢ dönmədən yerinə yetirilməli id i.
N.N.Nərimanov V.Ġ.Leninə məktubunda yazırd ı: "ġübhəsiz ki, partiya
qaydasınca biz bunu ləyaqətlə həyata keçirəcəyik, ancaq bir-birimizə o lan belə
münasibətdə bundan nə çıxacağını qabaqcadan bilmək çətindir. Hər halda
birləĢmə haqqında məsələ son vaxtlar ço x aludə olan və bunu hiss etməyən
Q.Orconikid zenin məru zəsi əsasında artıq Mərkəz qarĢısında həll edilmiĢsə,
onda yenə də təkid etmək lazımdır ki, Ġttifaq Sovetinin mərkəzi Tiflis yo x, Bakı
olsun. Bu, vəziyyəti bir qədər yüngülləĢdirər"
68
.
1921-c i il dekabrın 7-də Ġkinc i diyar part iya müĢavirəsi (Birinci
Zaqafqaziya partiya konfransı) federasiya ideyasının təĢviqat və təbliğatından
onun sovetlər vasitəsilə tez b ir zamanda və əməli surətdə həyata keçirilməsinə
baĢlamağın zəruri olduğunu bildird i
69
.
Federasiya ideyasının həyata keçirilməsi kampaniyası heç də hər yerdə
rəvan getmirdi. Təkcə rəhbərlikdə deyil, yerlərdə də birləĢ mənin prinsipləri
barədə etirazlar, fikir ayrılığ ı var id i və A zərbaycanın mənafeyin in tapdaland ığı
bildirilird i. Təsadüfi deyil ki AKP-nin IV qurultayı (1922-ci il, 2 fevral)
Zaqafqaziya respublikaları federasiyasını əməli surətdə həyata keçirməyin zəruri
olması haqqında xüsusi qətnamə qəbul etmiĢ və M K-ya tapĢırmıĢdı ki, "hər cür
millətçilik təmayülləri və partiya orqanlarının qərarlarına etinasızlıq göstərmək
mey illəri əleyhinə bütün vasitələrlə mübarizə aparsın"
70
.
Azərbaycan zəh mətkeĢləri, partiya və ictimai təĢkilatlar Mərkəzi
Ko mitənin ciddi nəzarəti altında Zaqafqaziya Federasiyasının əməli su rətdə
yaradılması haqqında qərar çıxartdılar
71
.