114
1923/24-cü ildə yerlə rdə təcrübə məntəqələri və onların 62 sayda təcrübə-
nümunə təsərrüfatları yaradıldı
275
.
Kənd təsərrüfatının vəziyyətini yaxĢ ılaĢdırmaq üçün kəndlilərin torpaqla
təmin olunması, yer quruculuğu iĢlərinin həyata keçirilməsi, torpaq qanununun
yaradılması da mühü m Ģərt id i. 1923-cü ildən baĢlayaraq Azərbaycan SSR-in
torpaq kodeksi tətbiq olundu
276
. Yerli xüsusiyyətləri nə zərə a lmaqla yaradılmıĢ
bu kodeks (məcəllə) respublikada yer quruluĢu iĢlərinin plana uyğun aparılması,
torpaqdan istifadəni niza mla maq üçün böyük əhəmiyyət kəsb edirdi, kodeksdə
deyilirdi: "Azərbaycan SSR hüdudlarında olan bütün torpaqlar, kimin ixtiyarında
olmasından asılı olmayaraq, Fəhlə-Kəndli Dövlətin in mü lkiyyəti hesab
olunur"
277
.
Kodeksdə qeyd olunurdu ki, torpağı öz zəh məti ilə becərmək istəyən
Azərbaycan SSR-in bütün vətəndaĢları bu hüquqdan, ya torpaq cəmiyyətinin
tərkib ində cəmiyyətin müəyyən etdiyi qaydalara tabe olmaq la, ya da ayrılıqda -
torpaq cəmiyyətinin tərkib inə daxil olmadan istifadə edə bilərlər
278
. Qanunları
pozan hər cür sövdə - almaq, satmaq, bağıĢlamaq, vəsiyyət etmək, yaxud girov
qoymaq qadağan idi. 1920-c i il may ın 5-dən sonra bağlanmıĢ bu cür
razılaĢmaların hamısı kodeksə görə qeyri-qanuni hesab olunurdu. Kodeksin
tələbini pozan lar sovet hakimiyyətinin dekretinə tabe olmaqdan imtina edən kimi
məsuliyyət daĢıyır, eyni zamanda istifadələrində olan torpaqlardan da məhrum
edilirdilər
279
.
Yo xsulların və ortababların mənafelərini müdafiə edən torpaq kodeksi
torpaqdan istifadədə sabitlik ideyasını ardıcıl həyata keçirirdi
280
. Yoxsul kəndlilər
üçün yer quruculuğu iĢlərinin mühüm əhəmiyyətini nəzərə alan hökumət torpaq
quruluĢu üzrə bütün xərcləri öz üzərinə götürməyi qət etdi və qərara aldı ki,
kənddaxili torpaq bölgüsü iĢlərini məcburi qaydada həyata keçirsin.
YĠS Ģəraitində dövlət tərəfindən kasıb kəndlilərə göstərilən kö mək kəndli
təsərrüfatlarının əsas kütləsinin ortabablaĢmasına səbəb oldu, 70 minə qədər kəndli
təsərrüfatı ortabab qrupuna keçdi. 1925-ci ildə ortabablar respublika kəndlilərinin
54, varlı kəndlilər və ya qolçomaq adlandırılanlar 3 faizə qədərini, qalan 43 faizi
muzdurlar, atsız və aztavanlılar təĢkil edirdi. Əkinçilikdə mərkəzi simaya çevrilmiĢ
ortabab kəndlilər istehsal olunmuĢ pambıq və buğda məhsulunun 63 faizini
verird ilər
281
.
YĠS-in təsərrüfat sistemi ölkənin iqtisadiyyatını bərpa etmək üçün Ģərait
yaratmasına baxmayaraq, ziddiyyətli və dəyiĢkən idi, əsasən iri dövlət sənayesi və
xırda əmtəə kəndli təsərrüfatına əsaslanırdı. Belə Ģəraitdə böhran labüd idi və
onlardan biri 1925-ci ilin sonunda oldu. "Əmtəə aclığının" - kəndlilər üçün zəruri olan
sənaye malları qıtlığının meydana çıxması kənd təsərrüfatına mənfi təsir göstərdi və
taxıl tədarükü çətinliklərə düçar oldu.
115
Müxtəlif partiya qrupları V.Ġ.Leninin vəfatından sonra hakimiyyət
uğrunda mübarizənin kəskinləĢdiyi Ģəraitdə yarana biləcək iqtisadi, siyasi və
partiyadaxili böhran məsələlərini həll etmək üçün müxtəlif variantlar təklif edirdilər.
1927-ci ilin Ġkinci yarısında Stalinin təkbaĢına hakimiyyəti YĠS-i, de mokratik
prosesləri güclü inzibati-amirlik təzyiqləri ilə əvəz etdi. 1927-1928-ci illərdə
kəndlilərə qarĢı fövqəladə antidemokratik tədbirlər baĢlandı və bununla da hələ
imkanları qalan YĠS-i həyata keçirməkdən əslində tam imtina ed ild i.
Ġctimai-iqtisadi ukladlar nisbətində dəyiĢikliklər. Xalq təsərrüfatının
bərpası prosesində, YĠS-in həyata keçirildiyi Ģəraitdə Azərbaycanda ictimai-iqtisadi
ukladların nisbəti də dəyiĢdi.
Bərpa dövrünün sonlarında respublikada yüngül və yeyinti sənayesinin bir
sıra kiçik və orta müəssisələri xüsusi kapital nümayəndələrinin əlində idi.
Bakıda xüsusi sahibkarlar səkkiz müəssisəni - dəyirmanları, pivə zavodunu və s.
icarəyə götürmüĢdülər. Dağlıq Qarabağda onların ixtiyarında 16 baramaaçma zavodu
var idi, Lənkəran qəzas ında iki xüsusi baramaaçma zavodu iĢləyirdi və s.
Ġpək emalı sənayesində xüsusi kapitalın çəkisi daha böyük idi. 1925-ci ildə
istehsal olunan məhsulun 29,2, iĢçi qüvvəsinin isə 29,6 faizi onun payına
düĢürdü
282
.
1923-cü ildə Azərbaycan SSR-də 47,5 min sənaye fəhləsindən altı mini
283
(təxminən 1/8 hissəsi) xüsusi Ģəxslərə məxsus sənaye müəssisələrində çalıĢırdı. 1925-
ci ilin ortalarında isə təkcə Bakıda xüsusi kapitalist bölməsində təqribən beĢ min
fəhlə iĢləyirdi
284
.
Azərbaycan SSR-in bütün senzli sənaye müəssisələrinin yalnız 6,2 faizi
xüsusi Ģəxslərin ixtiyarında idi
285
, onların məhsulunun xüsusi çəkisi isə ümumi
məhsulun 1,4 faizindən artıq deyildi
286
. 1923-cü ildə əsasən azsaylı fəhləsi olan bu
kiçik müəssisələrin hər birinə orta hesabla 1,7 fəhlə düĢdüyü halda, dövlət neft
müəssisələrinin hər birinə 429, baĢqa dövlət və kooperativ sənaye sahələrində isə
8,3 fəh lə düĢürdü
287
.
Xüsusi kapitalist sənayesi fəhlələrinin əksəriyyəti Balaxanı-Sabunçu
yaxınlığında kustar neft quyularında, kiçik müəssisələrdə, Nuxanın baramaaçan
zavodlarında iĢləyirdi. Məsələn, 1925-ci ilin əvvəllərində kustar üsulla neft çıxarmaqla
900 nəfər məĢğul olurdu
288
.
Dövlət sənayesi fəhlələrilə müqayisədə xüsusi Ģəxslərin müəssisələrində
fəhlələrin vəziyyəti və iĢ Ģəraiti baĢqa cür idi. Kapitalistlər hər cür metodla əməyi
intensivləĢdirməyə çalıĢır, ço x vaxt əmək qanunlarından yan keçərək, həddi-büluğa
çatmamıĢların əməyindən istifadə edir, qanunla müəyyənləĢdirilmiĢ 8 saatlıq iĢ
gününü 10-12 saatadək uzadır, həmkarlar ittifaqı üzvlərini iĢə qəbul etməkdən boyun
qaçırırdılar. Onlar əmək mühafızəsi qaydalarını pozaraq dartayçıları quyuları