Dağlıq Qarabağın - keçmiş Albaniyanın qədim Azərbaycan torpaqları olması barədə
akademik
Ziya Bünyadovun, müxbir üzvü İqrar Əliyevin, tanınmış tədqiqatçılarımız Fəridə
Məmmədovanın, Qiyasəddin Qeybullayevin, Mirəli Seyidovun və başqalarının qiymətli
tədqiqatları vardır.
Ermənilər tarixi Azərbaycan torpaqlarında istədikləri kimi məskunlaşdıqca bu torpaqlar
üzərində nəinki öz milli dövlətlərini yaratdılar, həm də zaman-zaman
digər Azərbaycan
torpaqlarını qarış-qarış zəbt etmək üçün hər cür hiyləylə, hər cür üsula əl atmağa başladılar. Bü
mənada ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparıb sözün bugünkü mənasında
Ermənistan deyilən əraziyə birləşdirmək üçün dəridən-boqazdan çıxırlar.
Ümumiyyətlə, ermənilərin Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları bütün devrlərdə
olmasına baxmayaraq, həmin prosesi əsasən beş mərhələyə bölmək olar.
1.1918-1920-ci illər
2.1921-1929-cu illər
3.1945-1969-cu illər
4. 1983-1987-ci illər
5. 1988-ci ildən bu günə qədər
ADC-nin ərazisi 114 min kv.km. olmuşdur. 1920-ci ildə Zəngəzur qəzası,
Göycə və Dilican
nahiyələri bütünlükdə Azərbaycan Demokratik Cümhuriyyətinin ərazisi idi. Həmin ilin
dekabrında Zəngəzur Ermənistan SSR-ə verildi.
Həmin dövrdə hər tərəfdən güclü sıxıntılara məruz qalmış və çox vədlərdə aldadılmış
görkəmli ictimai xadim Nəriman Nərimanov çox inandığı V.İ.Leninə (təssüf ki, ermənilərin.
onların ən tanınmış liderlərinin eləcə də ermənipərəst mərkəzçilərin V.İ.Lenin tərəfindən
hərtərəfli şəkildə himayə edildiyindən N.Nərimanov xəbərsiz idi)
ürək ağrısı ilə yazırdı
"Центр признал
самостоятельность Грузии и Армении, признал
независимость Азербайджана, но в то же время он, центр отдает совершенно бесспорные
территории Азербайджана Армении... Азербайджан... теряет и территорию и
самостоятельность...
Владимир Ильич! Нельзя так шутить с правом и чувством многонационального
населения.
... Ежедневно из Центра являются представители с мандатами, предписывающими
нам в том или другом отношении подчиняться известному наркому.
Дорогой Владимир Ильич, неужели слова “Независимый Азербайджан” не из ваших
уст?..."
N.Nərimanov sonradan RK (b) P MK-ya ünvanladığı məktubunda bildirirdi:
“В Азербайджане дашнакская политика идет вовсю. Для меня нет ни малейшего
сомнения, что ЦК АКП (б) в лице Серго и Сталина не доверяет нам - тюркам, и судьбу
Азербайджана поручает армянам -дашнакам.” N.Nərimanov bu sahədə tamamilə gücsüz idi və
təklənmişdi. 1922-ci ildə SSRİ yaradılarkən Göycə və Dilican ərazisi də Ermənistana bağışlandı.
İki il ərzində Azərbaycan 17 min kv.km. ərazisini itirdi. Azərbaycan SSRİ-nin tərkibinə daxil
olarkən onun ərazisi 97 min kv.km. göstərildi.
1923-cü ildə Zaqafqaziya MİK-nin 18 fevral tarixli 3 saylı protokolu əsasında Naxçıvanın
doqquz kəndinin Erəmnistana verilməsi qərara alındı.
1929-cu ildə yenə də ZSFSR-nin qərarı ilə Qazax ərazisinin 5 min hektara yaxın torpağı
və Zəngilan
rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri 1946-cı ildə isə 4 min hektar meşə
sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı. 1969-cu ilin
əvvələrində Tovuz rayonundan 760 hektar Ermənistana verildi.
1969-cu ildə SSRİ Nazirlər Sovetinin 7 may tarixli qərarı ilə Qazax rayonunun
ərazisindən müəyyən torpaqları Ermənistana verilməsi nəzərdə tutuldu.
Lakin ermənilərin bu niyyəti yalnız 1984-cü ildə baş tutdu. Ermənistan tərəfi 1988-ci
ildən bəri öz təcavüzkar və qəsbkar hərəkətlərinə başladıqları vaxta qədər Azərbaycan
Respublikasının ərazisi 86, 6 min kv.km. idi. Əgər 1918-ci ildə Ermənistan Respublikasının
ərazisi təqribən 9 min kv.km. idisə, hazırda onun ərazisi 30 min kv.km.-ə yaxındır.
20 min kv.km. ərazini ermənilər Azərbaycan Respublikasından qamarlayıb qoparıblar.
Hazırkı dövrdə isə ermənilər qondarma Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən
hadisələrdən
çox məharətlə istifadə edib, həm keçmiş DQMV-ni həm də Azərbaycanın 7
rayonunun torpaqlarını işğal edərək, həyasızcasına, vəhşicəsinə Azərbaycan Respublikasının 20
faizə yaxın ərazisini talan edir, şəhər, rayon və kəndləri dağıdırlar.
“Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni millətçiləri əsrimizin iyirminci
illərindən başlayaraq öz fəaliyyətlərini əsasən Azərbaycanın Dağlıq və Aran Qarabağ ərazilərinin
Ermənistan deyilən qondarma dövlətə birləşdirilməsi işinə həsr etmişlər. Bir növ Qarabağla bağlı
bütün hadisələr ermənilərin Azərbaycana qarşı ərazi iddialarının əsasını, bünövrəsini təşkil edir.
1923-cü ildə başda V.İ.Lenin və İ.Stalin olmaqla erməni kommunistləri və SSRİ-nin
ermənipərəst dövlət xadimləri Qarabağ torpağının dağlıq hissəsindən 4.400 kv.km. ərazidə
DQMV yaratdılar.
Əslində son illərdə baş verən Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycan ərazisinin
beşdə birinin işğalı, ermənilərin Qarabaqa ərazi iddiaları, Ermənistan hökumətinin Dağlıq
Qarabağı öz ərazisi elan etməsi (1 dekabr 1989-cu il) və nəhayət qanuni əsası olmayan,
qondarma DQ Respublikası elan edilib, orada prezident seçkisinin keçirilməsi (1994,1997) tarixi
kökləri qondarmalar və uydurmalar
üzərində qurulsa da, bu günə qədər baş verən hadisələr
keçmiş SSRİ və Sov.İKP rəhbərliyinin müdafiə etdiyi geosiyasi məqsədlərinin acı nəticələri,
Rusiya Federasiyasının ikili siyasəti, xarici ölkələrdə çox geniş təşəkkül tapmış, formalaşmış
nüfuzlu və varlı erməni lobbisinin, diasporunun fəaliyyətləri ilə bağlıdır.
Erəmənilərin Qarabağa ərazi iddiaları isə 1918-ci ildə Ermmənistan daşnak respublikası
yarandığı ilk gündən başlamışdır.
1920-ci ildə Tiflisdə çapdan çıxan
“Краснаjа книга”
toplusunda oxuyuruq:”
До
появления
армянских
революционнных
деятелей,
главным
образом,
партии
“Дашнакпутюн”, Закавказье жило в мире и спокойствии... Армяне, татары, грузины жили
вместе веками. Мирное население никогда не знала здесь ни какого кровопролитного
столкновения на национальной почве... Пришли дашнаки со своей проповедью о создании
сплошной армянской территории для будущей автономной Армении и в дотоль патриархальную
жизнь Закавказской деревни ворвались чувства национальной вражды и ненависти”. Bu sitatı
araşdırmasından misal çəkdiyimiz akademik T.Köçərli çox doğru olaraq yazır ki, “До
образования Азербайджанской и Армянской республик армяне в Нагорном Карабахе не
ставили вопрос о выходе из состава Елизаветпольской губернии, о передаче нагорного
Карабаха, скажем, в состав Эриванской губернии или же о своей самостоятельности. Насколько
мне известно, об этом открыто не говорили и армянские партии, и политические деятели в Баку,
Тифлисе и Эриване".
Yeri gəlmişkən qeyd edək ki, istər Dağlıq Qarabağ, istərsə də Azərbaycanın digər
torpaqlarına ermənilərin ərazi iddialarının baş tutması bir tərəfdən Mərkəzin (yəni Moskvanın)
ermənipərəst mövqeyi ilə bağlı idisə,
digər tərəfdən, həmin ərazi iddiaları irəli sürülərkən
Azərbaycan Respublikasının partiya və dövlət orqanlarına rəhbərlik edən birinci şəxslərin
acizliyi, zəifliyi və qətiyyətsizliyi, milli təəssübkeşlik hisslərindən məhrum olmaları ilə bağlı
olub.
Bu iyirminci-otuzuncu illərdə Azərbaycana rəhbərlik edən ermənipərəst dövlət və
hökumət başçıları zamanı da
belə idi, Kamran Bağırovun və Əbdürrəhman Vəzirovun
Azərbaycan KP MK-nın 1-ci katibi olduqları vaxtlarda da.
Lakin 1945-1949-cu illərdə, 1969-cu ildən 1982-ci ilədək olan dövrdə ermənilərin
Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları məhz o vaxtı Azərbaycan rəhbərliyinin - ilk
növbədə respublikanın birinci şəxslərinin qətiyyəti, tutarlı əməlləri, cəsarətli addımları
nəticəsində dəf olunmuşdur.
Məsələn, 1945-ci ilin payızında Ermənistan KP MK-nın katibi A.Harutyunov ÜİK (b)
P MK-nın müzakirəsinə Dağlıq Qarabağ Vilayətinin Ermənistana verilməsi
barədə təklif- layihə
təqdim edir. Təklifdə xüsusi vurğu ilə bildirir ki, Dağlıq Qarabağın əhalisinin əksəriyyəti