Kəsr sayları
Kəsr sayları tamın hissəsini və ya tam və hissəni bildirir: üçdə bir, üç tam onda dörd.
•
Kəsr sayları nə qədər?, neçə hissə? sualna cavab verir.
•
Müəyyən miqdar sayları və -da
2
hal şəkilçisinin köməyi ilə yaranır.
•
Kəsr sayları, adətən, mənsubiyyət şəkilçisi ilə birlikdə işlənir.
•
Qeyd: Kəsr saylan rəqəmlərlə yazılanda vergüldən də istifadə olunur: 3,5
II Sıra sayları
Sıra sayları əşyanın sırasını bildirir:
birinci sinif, axırıncı mərtəbə.
•
Sıra sayları, əsasən, neçənci?, mətndə isə bəzən də hansı? sualına cavab verir.
•
Sıra saylarından sonra gələn isim cəmdə də ola bilər, təkdə də: 10-cu sinif, 10-
cu siniflər.
•
Sıra sayları, əsasən, müəyyən miqdar saylarına və əvvəl, axır, son zərflərinə və filan
əvəzliyinə -mcı
4
şəkilçisi artırmaqla yaranır: ikinci, axırınci, sonuncu.
Sonu saitlə bitən
sözlərdə -ncı
4
kimi yazılır:
yeddinci, altıncı. Sıra saylarının müxtəlif yazı formaları var:
birinci; 1-ci; I; 1.; 1)