|
Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablariNitq mədəniyyəti də dilçiliyin praktik, yəni təcrübi sahəsi olub, dildənAz-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1Nitq mədəniyyəti də dilçiliyin praktik, yəni təcrübi sahəsi olub, dildən
ünsiyryət vasitəsi kimi istifadə qaydalarını öyrənir.
Nitq mədəniyyətinə yaxşı
yiyələnmək üçün dilin fonetik, leksik və qrammatik qayda-qanunlarını bilmək və
nitq zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fikirləri əməli şəkildə həyata keçirilir.
Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq
mədəniyyətində ayrı-ayrı dil faktları və ya dil hadisələri yox, dilçiliyin qayda-qa-
nunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti
yoxdur.
Sual 3. Yazı və onun növləri barədə məlumat verin.
İnsanların səsin çatmadığı, ünün yetmədiyi yerlərlə də əlaqə saxlamaq ehtiya-
cından yazı yaranmışdır. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr
sistemidir.
Yazının ilkin növü əşyaların köməyi ilə olmuşdir. İnsanlar uzaq yerlərə öz fi-
kirlərini əşyaların köməyi ilə çatdırmışlar. Buna görə də həmin yazı
əşyəvi yazı
ad-
lanır.
Yazının ikinci növü
şəkli (piktoqrafik)
yazıdır. Bu yazıda nəzərdə tutulan
əşyanın şəkli çəkilir. Piktoqrafik yazıya aid nümunələr bugünkü həyatımızda da
müşahidə edilir. Məsələn, gözəllik salonunun qarşısında qadın şəkli, qayçı, daraq
şəkli, zoomağazanın qarşısında heyvanların şəkli və s. piktoqrafik yazı nümunələ-
ridir.
Piktoqrafik yazıdan sonra
fikri (ideoqrafik)
yazı ortaya çıxmışdır. Bu yazıda
da fikir şəklin köməyi ilə çatdırılır. Piktoqrafik yazıda şəkil birbaşa əşyanın özünü
bildirdiyi halda, ideoqrafik yazıda şəkil rəmzi mənada (ideya şəklində) işlənir:
günəş şəkil işıq, nur anlayışı bildirir.
Yazının ən son və müasir növü
hərfi (fonoqrafik)
yazıdır. Fonoqrafik yazının
ilk mərhələsi heca yazısı (sillabik yazı) olmuşdur. Bu yazıda bir neçə səs bir işarə
ilə ifadə olunmuşdur. Əsl fonoqrafik yazıda isə hər bir səs bir hərfi ifadə edir.
Hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası fonoqrafik yazıya
əsaslanır.
Dostları ilə paylaş: |
|
|