|
Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablariKöhnəlmiş sözlər daha çox atalar sözləri və məsəllərin tərkibində mühafizə olunubAz-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1Köhnəlmiş sözlər daha çox atalar sözləri və məsəllərin tərkibində mühafizə olunub.
Məs.:
Aydan arı, sudan durudur. Cadu-pitik eləmək.
Yeni sözlər:
İctimai həyatda baş
verən bir sıra yeniliklərlə əlaqədar olaraq, elmə, texnikaya, mədəniyyətə, məişətə və s.
aid yeni əşyaları, hadisələri yeni sözlərlə ifadəyə ehtiyac yaranır: Məs.: kosmodrom,
sərinkeş, biznesmen, ekologiya, alışqan, telefılm və s. Elmin, texnikanın inkişafı ilə
əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər
yeni sözlər- neologizmlər
adlanır. Neologizimlər bir müddətdən sonra ümümişlək sözlər sırasına keçə bilər.Yadda
saxlamaq lazımdır ki, yeni sözlər dildə hələ sınaq mərhələsindədir. Yeni sözlər 2 yolla
yaranır:
1.
Dilimizin öz söz ehtiyatı əsasında: (açıqca, bölgə, əyləc, öndər və s.)
2.
Başqa dillərdən alınma yolla: (faks, gender,şou, sayt və.s)
Mövzu 4
Sual 16- CAVAB
Morfologiya və nitq hissələri haqqında məlumat yazın.
Dilçilik elminin beynəlmiləl adı
linqvistika
adlanır (lingua-dil). Dilçilik dilin
qanunauyğunluqlarını, inkişaf tarixini öyrənən elmdir. Bu elmin müxtəlif bölmələri vardır
fonetika, leksikologiya, dialektologiya, üslubiyyat və s. Dilçilik elminin ən böyük və
geniş bölməsi qrammatikadır. Qrammatika özü də iki hissədən ibarətdir:
l.Morfologiva
2.Sintaksis.
Morfologiya
yunanca morfos (forma) və loqos (elm) sözlərindən yaranıb.
Morfologiya
nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir.
Sintaksis
sözü də yunan sözü olub tərtib deməkdir.Bu bölmədə sözlərin söz birləşmələri
və cümlə daxilində əlaqələnməsindən bəhs olunur.
NİTQ HİSSƏLƏRİ
Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik
olur. Bu baxımdan həmin sözlər ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı nitq
hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı
olmasından və s. asılıdır. Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə
fərqlənir. Dilimizdə 11 nitq hissəsi var. Onlardan altısı əsas, beşi köməkçi nitq hissəsidir.
Dostları ilə paylaş: |
|
|