Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Köhnəlmiş sözlər daha çox atalar sözləri və məsəllərin tərkibində mühafizə olunub



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

Köhnəlmiş sözlər daha çox atalar sözləri və məsəllərin tərkibində mühafizə olunub. 
Məs.: 
Aydan arı, sudan durudur. Cadu-pitik eləmək.
Yeni sözlər: 
İctimai həyatda baş 
verən bir sıra yeniliklərlə əlaqədar olaraq, elmə, texnikaya, mədəniyyətə, məişətə və s. 
aid yeni əşyaları, hadisələri yeni sözlərlə ifadəyə ehtiyac yaranır: Məs.: kosmodrom, 
sərinkeş, biznesmen, ekologiya, alışqan, telefılm və s. Elmin, texnikanın inkişafı ilə 
əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər 
yeni sözlər- neologizmlər 
adlanır. Neologizimlər bir müddətdən sonra ümümişlək sözlər sırasına keçə bilər.Yadda 
saxlamaq lazımdır ki, yeni sözlər dildə hələ sınaq mərhələsindədir. Yeni sözlər 2 yolla 
yaranır:
1.
 
Dilimizin öz söz ehtiyatı əsasında: (açıqca, bölgə, əyləc, öndər və s.) 
2.
 
Başqa dillərdən alınma yolla: (faks, gender,şou, sayt və.s) 
Mövzu 4
Sual 16- CAVAB
Morfologiya və nitq hissələri haqqında məlumat yazın. 
Dilçilik elminin beynəlmiləl adı 
linqvistika 
adlanır (lingua-dil). Dilçilik dilin 
qanunauyğunluqlarını, inkişaf tarixini öyrənən elmdir. Bu elmin müxtəlif bölmələri vardır 
fonetika, leksikologiya, dialektologiya, üslubiyyat və s. Dilçilik elminin ən böyük və 
geniş bölməsi qrammatikadır. Qrammatika özü də iki hissədən ibarətdir: 
l.Morfologiva 
2.Sintaksis.
Morfologiya 
yunanca morfos (forma) və loqos (elm) sözlərindən yaranıb. 
Morfologiya 
nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir.
Sintaksis 
sözü də yunan sözü olub tərtib deməkdir.Bu bölmədə sözlərin söz birləşmələri 
və cümlə daxilində əlaqələnməsindən bəhs olunur. 
NİTQ HİSSƏLƏRİ
Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik 
olur. Bu baxımdan həmin sözlər ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı nitq 
hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı 
olmasından və s. asılıdır. Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə 
fərqlənir. Dilimizdə 11 nitq hissəsi var. Onlardan altısı əsas, beşi köməkçi nitq hissəsidir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə