Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Dilin lüğət fondunun passiv hissəsi iki hissəyə bölünür



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   ...   9   10   11   12   13   14   15   16   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

Dilin lüğət fondunun passiv hissəsi iki hissəyə bölünür:
köhnəlmiş sözlər və 
yeni sözlər.
Köhnəlmiş sözlər özü də 2 qrupa bölünür: 
1. Tarixizmlər 
2. Arxaizmlər
Tarixizmlər.
' Tarixi inkişaf prosesində əşya və ya hadisələrin bəzilərinin ömrünü başa 
vurması ilə əlaqədar onların adları da qeyri-fəal leksikaya çevrilir. Belə sözlər 
tarixizmlər 
adlanır. 
Məs.: darğa, çuxa, abbası, batman, koxa, dinar, qorodovoy, 
mədrəsə, konka, dəbilqə, çarıq, güyüm, təhnə, qalxan, xurcun, daqqa, toppuz 
və s. 
Tarixizmlər keçmiş həyat və məişətin aradan çıxması, dəyişməsi ilə əlaqədar olaraq 
fəal istifadədən qalsa da, bədii əsərlərin dilində həmin həyatı canlandırmaq üçün 
onlardan istifadə olunur. 
Arxaizmlər. 
Əşya və ya hadisənin adını ifadə edən söz köhnələrək yenisi ilə əvəz 
olunur. Bu cür köhnəlmiş sözlərə 
arxaizmlər 
deyilir. Tarixizmlərdən fərqli olaraq
arxaizmlər elə sözlərdən ibarətdir ki, onların ifadə etdiyi əşya və ya hadisələr indinin 
özündə belə mövcuddur, lakin onlar başqa sözlərlə ifadə olunur. 
Məs.: 
arı (təmiz), 
yaşınmaq (gizlənmək), 
yey (yaxşı), 
seyvan (eyvan), iraq (uzaq), ər/ərən (igid), ayaq 
(qədəh), tanıq (şahid), sayru (xəstə), us (ağıl) əsən (sağ-salamat), damu (cəhənnəm), 
uçmaq (cənnət), düş (yuxu), altun (qızıl), güz (payız), ayıtmaq (demək), varmaq 
(getmək), dəyə (komacıq), qısqı (sıxışdırma), qənşər (qarşı, tərəf), bəndərgah (düşmənin 
keçə bilməyəcəyi yol, keçid), yazı (çöl), pitik (yazı), baqqal (dükançı), əllaf (taxıl, ot 
alverçisi) və s.
Tarixizmlərdən bədii dilin üslub xüsusiyyətlərini vermək üçün istifadə edilir. Hər 
hansı bir yazıçı keçmiş həyatın müəyyən tarixi bir dövrünü və o dövrdə yaşamış bu və ya 


13 
digər surəti qabarıq vermək istədikdə, dövrün müəyyən dil xüsusiyyətlərini nəzərə 
çatdırmaq istədikdə tarixizmlər işlədilir. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə