Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

dominant 
məna, yəni 
ilkin 
məna deyilir. Qazandığı 
yeni, törəmə məna isə 
məcazi məna 
adlanır. 
Sözün məcazi mənası çox zaman insanlara məxsus müəyyən hərəkətləri cansız 
əşyalara aid etmək nəticəsində meydana çıxır. Məs.: Təbiət oyandı. Günəş dağların 
arxasında gizləndi. Bu cümlələrdə oyanmaq, gizlənmək felləri insanlara məxsus hərəkəti 
bildirir. 



Bənzətmə vasitəsi kimi də bədii əsərlərdə sözün məcazi mənalarından geniş istifadə 
olunur. Məs.: coşqun dəniz - insan dənizi; çiy ət - çiy söz; uşağın yuxusu - təbiətin 
yuxusu; gözəl mənzərə - gözəl fıkir; dumanlı dağ - dumanlı fıkir; ağır yük - ağır xasiyyət. 
>
Bütün əsas nitq hissələrinə aid sözlərin həqiqi mənası olur. 
>
Bütün sözlər məcazi mənaya malik olmur. 
>
Məcazi məna, əsasən, bədii üslubda işlədilir. 
>
Sözün məcazi mənasının olması onun çoxmənalı olması deməkdir. 
>
Bütün frazeoloji birləşmələrdəki sözlər məcazi mənada olur, amma 
bütün məcazi mənada olan sözlər frazeoloji birləşmə deyil: Külək yatdı. 
Gözlə görünə bilməyən hərəkəti ifadə edən fellər heç vaxt məcazilik qazana bilmir: 
düşünmək, sevmək, xəyala dalmaq və s. 
Sual 13 – CAVAB
Təkmənalı və coxmənalı sözlər nəyə deyilir? 
Yalnız bir leksik mənası olan sözə təkmənalı söz deyilir. 
Məs.: moruq, böyürtkən, 
avtobus, yaşıl və s. 
Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənaları bildirən sözə isə 
çoxmənalı söz deyilir.
Məs.: üz-adamın üzü, suyun üzü, yorğanm üzü; göz - adamın 
gözü, bulağın gözü, şkafın gözü və s. 
Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məs.: 
Həqiqi məna: 
Məcazi məna: 
polad balta (isim) 
polad bilək (isim)
gözəl mənzərə (sifət) 
gözəl fikir (sifət)
Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları 
ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır. Məs.: alovun dili, çəkmənin dili
insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili 
nümunələrində leksik vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində 
isə məcazi mənada işlənib. 
Çoxmənalı sözlər bu və ya digər cəhətdən bir-birinə oxşar əşyaları, yaxud oxşar 
əlamət və hərəkəti bildirir. Məs.: kağız sözü bir neçə mənada işlənir. Kağız-üzərində 
yazı yazılan, yazı çap edilən xüsusi materialdır. Kağız-hər cür rəsmi sənəddir (yaş 
kağızı, icazə kağızı və s.). Bu mənaların ikisində də bir-birinə yaxınlıq var. 

Bütün sözlər çoxmənalı ola bilməz. 

Çoxmənalı sözlər, əsasən,bədii üslubda işlədilir. 


10 
Çoxmənalı sözlərə dilimizin, demək olar ki, bütün əsas nitq hissələrində təsadüf olunur. 
Bunların içərisində isimlər, fellər və sifətlər daha çoxdur 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə