Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


hadisə  sözünə,üçünçüsünü isə  kompyuter



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   ...   8   9   10   11   12   13   14   15   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

hadisə 
sözünə,üçünçüsünü isə 
kompyuter 
sözünə aid etmək mümkün deyil. 

Sinonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. 
"Kal" və 
"yetişməmiş", "şəkər" və "şirin" 
tipli sözlər sinonim hesab edilmir. Çünki 
kal 
sifət, 
yetişməmiş 
feli sifətdir, 
şəkər 
isim, 
şirin 
sifətdir. 


11 

Sinonimlər fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır, sözləri 
yersiz təkrar etməyin qarşısını alır. 

Sinonimlik özünü daha çox isim, sifət və fellərdə göstərir. 
Sinonimlərdən, əsasən, bədii üslubda istifadə olunur. 
Eyniköklü sözlər sinonim ola bilmir: bivəfa-vəfasız 
Mənaca bir-birinin əksi olan sözlərə antonimlər deyilir;
Məs.: alçaq-hündür, sülh-
müharibə, oyanır-yatır, çalışqan-tənbəl, müxtəsər-geniş, nağd-nisyə. 

Kökü eyni olan sözlər antonim sayılmır: dadlı-dadsız 

İnkarda olan fellər antonim deyil: getmək-getməmək 

Antonimlərdən, əsasən bədii üslubda istifadə olunur. 

Antonimlər həmişə eyni nitq hissəsinə aid olur. 
Sual 15- CAVAB
Əsl Azərbaycan sözlərinin alınma sözlərdən fərqləndirən xüsusiyyətlər 
hansılardır? Arxaizim və neologizimlər haqqında məlumat verin 
Əsl Azərbaycan sözlərinin alınma sözlərdən fərqləndirən xüsusiyyətlər aşağdakilardır:
1.
Vurğusunun son hecaya düşməsi; yazıçı', ata' (ba'yaq, dü'nən, sa'nki, ya'lnız və s. 
sözlər istisnadır). 
2.
Ahəng qanununa tabe olması: ana, nənə, oğul, qarın (işıq, ilğım, elat, islanmaq, 
quşüzümü və s. sözlər istisnadır). 
3.
Sözün əvvəlində iki samitin yanaşı işlənməməsi: plan, şkaf. Bu sözlər Avropa 
mənşəlidir. 
4.
Sözdə iki saitin yanaşı işlənməməsi: ailə, saat, səadət, camaat, təbii. 
5.
Sözün r, z, f hərfı ilə başlanmaması: razı, rəfiqə, rabitə, radio. İstisna: zoğ, zoğal 
6.
Saitin uzun təbffüz olunmaması: bəzi, bəzən, alim, arif, kamil, nazir, Sabir. 
İstisna: dovğa [do:ğa], qovurma-[qo:urma], ovuşdurmaq- [o:uşdurmax] 
7.
Fleksiyaya uğramaması. Fleksiyaya uğrayan sözlər ərəb mənşəlidir: şəkil-təşkil- 
mütəşəkkil; elm-alim-üləma; nəsr-nasir-mənsur; nəzm-nizam-Nizami-Nazim-
mənzum, tərəf-ətraf; eşq-aşiq-məşuq-məşuqə və s. İstisna: (bunlar türk 
mənşəlidir) alçaq-alçal, sarı-saral, kiçik-kiçil, uzun-uzat, dağıt-dağıl-dağınıq. 
8.
Sonu 
-at
2
 
(cəm şəkilçisidir) şəkilçisi ilə bitən sözlər alınmadır; bu sözlər ərəb 
mənşəlidir: məlumat, həqiqət, hökumət, təbliğat, hesabat. İstisna: gedişat, elat 
türk mənşəlidir. 
9. Ön şəkilçili sözlər alınmadır: bivəfa, laməkan, namünasib, baməzə, anormal. 
İstisna: nadinc, nakişi, natəmiz milli sözlərdir. 
10. Daxilində təkrar olunan qoşasamitli sözlərin bəzisi alınmadır: mədəniyyət, 
əvvəl, molla, qüvvə, təəccüb, professor, rejissor və s. İstisna: əlli, yeddi (bu cür bütün 
saylar) 


12 
11. Sonu eynicinsli qoşa samitlə bitən təkhecalı sözlər alınmadır: xətt, sırr, hədd, hiss, 
tibb və s. 
12. Tərkibində j səsi olan sözlər alınmadır: janr, jurnal, jalə, müjdə, bioloji və s. 
Qeyd:
Azərbaycan dilində söz əvvəlində 
ı 
saiti işlənmir. Vaxtilə işıq, ilıq, ildırım 
sözləri yı ilə başlamışdır. Sonralar 
ı 
səsi i-yə keçdiyi üçün bu cür ana dili 
sözlərimizdə ahəng qanunu pozulmuşdur. Bugünkü ildırım, ilan sözləri əvvəl 
yıldırım, yılan kimi işlənmişdir. 
13 Azərbaycan dilində söz sonunda 
o, ö, e 
saitləri gəlməz.
14. Azərbaycan dilində 
o, ö, e 
saitləri ilə şəkilçilər işlənməz 
(-lov, -sov,-ey
istisnadır). 
15. mə, mo, mö, mü, qü, tə hecaları ilə başlayan sözlər, adətən, alınma olur. Mömin, 
məşhur, motor, mübariz, qüssə, mükalimə, müalicə, müasir və s. Azərbaycan dilinə ərəb
fars, rus və rus 
dili 
vasitəsilə Avropa dillərindən sözlər keçmişdir. 
16.
Sözün h hərfi ilə bitməməsi: Allah, şah, günah və s. 
17.
Sözdə "ənc", əng" parçaları olarsa, alınmadır: qəşəng, pəncərə, fışəng və s. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə