Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Nitq mədəniyyəti də dilçiliyin praktik, yəni təcrübi sahəsi olub, dildən



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   2   3   4   5   6   7   8   9   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

Nitq mədəniyyəti də dilçiliyin praktik, yəni təcrübi sahəsi olub, dildən 
ünsiyryət vasitəsi kimi istifadə qaydalarını öyrənir.
Nitq mədəniyyətinə yaxşı 
yiyələnmək üçün dilin fonetik, leksik və qrammatik qayda-qanunlarını bilmək və 
nitq zamanı onlara əməl etmək zəruridir. 
Nitq mədəniyyətində dilçiliyin nəzəri fikirləri əməli şəkildə həyata keçirilir. 
Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq 
mədəniyyətində ayrı-ayrı dil faktları və ya dil hadisələri yox, dilçiliyin qayda-qa-
nunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti 
yoxdur. 
Sual 3. Yazı və onun növləri barədə məlumat verin.
 
İnsanların səsin çatmadığı, ünün yetmədiyi yerlərlə də əlaqə saxlamaq ehtiya-
cından yazı yaranmışdır. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr 
sistemidir. 
Yazının ilkin növü əşyaların köməyi ilə olmuşdir. İnsanlar uzaq yerlərə öz fi-
kirlərini əşyaların köməyi ilə çatdırmışlar. Buna görə də həmin yazı 
əşyəvi yazı
ad-
lanır. 
Yazının ikinci növü 
şəkli (piktoqrafik)
yazıdır. Bu yazıda nəzərdə tutulan 
əşyanın şəkli çəkilir. Piktoqrafik yazıya aid nümunələr bugünkü həyatımızda da 
müşahidə edilir. Məsələn, gözəllik salonunun qarşısında qadın şəkli, qayçı, daraq 
şəkli, zoomağazanın qarşısında heyvanların şəkli və s. piktoqrafik yazı nümunələ-
ridir.
Piktoqrafik yazıdan sonra
fikri (ideoqrafik)
yazı ortaya çıxmışdır. Bu yazıda 
da fikir şəklin köməyi ilə çatdırılır. Piktoqrafik yazıda şəkil birbaşa əşyanın özünü 
bildirdiyi halda, ideoqrafik yazıda şəkil rəmzi mənada (ideya şəklində) işlənir: 
günəş şəkil işıq, nur anlayışı bildirir. 
Yazının ən son və müasir növü 
hərfi (fonoqrafik)
yazıdır. Fonoqrafik yazının 
ilk mərhələsi heca yazısı (sillabik yazı) olmuşdur. Bu yazıda bir neçə səs bir işarə 
ilə ifadə olunmuşdur. Əsl fonoqrafik yazıda isə hər bir səs bir hərfi ifadə edir. 
Hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası fonoqrafik yazıya 
əsaslanır.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə