Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


  Sual 4. Qohum dillər. Türk dilləri ailəsində Azərbaycan dilinin yeri barədə



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   2   3   4   5   6   7   8   9   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

 



Sual 4. Qohum dillər. Türk dilləri ailəsində Azərbaycan dilinin yeri barədə 
yazın. 

Dünya dilləri yarandığı ilk dövrlərdə çox az sayda olmuşdur. Zaman keçdikcə 


bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla dil formalaşmış, formalaşan-
ların da hər birindən sonralar yeni dillər əmələ gəlmişdir. Beləliklə, bu gün dünya-
da 3500-dən çox dil vardır.
Bir kökdən törəyən dillərə qohum dillər deyilir.
Qohum dillərin hamısı 
birlikdə dil ailəsi adlanır. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk 
dilləri ailəsi bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu. 
Dilimiz oğuz qrupuna daxildir, bu qrupa həmçinin Türkiyə türkcəsi
türkmən və qaqauz dilləri aid edilir.
Oğuz qrupundan olan dillərin formalaşması 
eramızın birinci minilliyində başa çatır. XVI əsrdən etibarən Azərbaycan dili milli 
dil kimi yetişmiş və oğuz qrupuna daxil olan digər dillərdən fərqli keyfiyyətlər 
qazanmışdır. Qazax, qırğız, tatar, başqırd, qumıq dilləri qıpçaq qrupunu təşkil edir. 
Qarluq qrupuna isə özbək, uyğur və salur dilləri daxildir.
Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də 
bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. 50 milyondan çox azər- 
baycanlı bu dildə danışır. 
Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir.
Azərbaycan 
Respublikasının bütün dövlət orqanlarında yazılı və şıfahi əlaqə işləri Azərbaycan 
dilində aparılır. Dövlət idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri 
öz işlərini məhz Azərbaycan dilində həyata keçirirlər.
Dövlət dilinin vahidliyi demokratizmi ilə səciyyələnir. 
Ölkəmizdə
yaşa-yan 
azsaylı xalqların, etnik qrupların nümayəndələrinin öz aralarında ana dilində 
ünsiyyət saxlamaq hüququ vardır. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə