Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Sual 5. Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin rolu



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   2   3   4   5   6   7   8   9   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

Sual 5. Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin rolu
haqqında məlumat verin. 
Görkəmli ictimai-siyasi xadim, ulu öndərimiz Heydər Əliyevin hərtərəfli yaradıcılıq 
fəaliyyətində dilçilik məsələləri, ilk öncə ana dili, dil və mədəniyyət, dil və millət, dil və 
tarix, dil və ədəbiyyat, dil quruculuğu kimi önəmli sosiolinqvistik məsələlər də xüsusi yer 
tutur. Bütün böyük siyasi xadimlər kimi Heydər Əliyev də öz xalqının, öz ölkəsinin 
iqtisadiyyatı, maddi rifah halının yaxşılaşması ilə bərabər, onun ümummədəni 
tərəqqisinin də qayğısına qalmış, yaşadığı ölkənin, mənsub ölduğu xalqın dünyanın ən 
inkişaf etmiş ölkələri və xalqları səviyyəsinə yüksəlməsinə ciddi diqqət yetirmişdir.
Hər bir millətin inkişafında onun ən mühüm varlıq və yaşam amili olan milli dilinin 
müstəsna rolu vardır. Təsadüfi deyildir ki, Heydər Əliyevin dil doktrinasında dil amili 
başqa amillərdən uca tutulur. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini 
hazırlayan komissiyanın dövlət dili məsələsinə həsr olunmuş iclaslarından birində o 



deyir: 
«İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə 
qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından 
üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o 
qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik». 
Dili iqtisadi və başqa nailiyyətlərin hamısından üstün nailiyyət sayan ulu öndər 
Heydər Əliyev 1960-cı illərin sonundan başlayaraq öz zəngin təcrübəsi, yüksək intellekti, 
milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl milli 
dil siyasəti işləyib hazırlamış və bütün çətinliklərə sinə gərərək onu dönmədən həyata 
keçirmiş, Azərbaycan dilinin dövlət dili olması, xalqımızın mənəvi mövcudluğunun əsas 
amillərindən olan dilimizin inkişafı və yüksəlişi uğrunda ardıcıl mübarizə aparmışdır. 
Ümummilli liderimiz Heydər Əliyevin ana dilinə qayğısı və diqqəti sonrakı illərdə 
də davam etmişdir. 1978-ci ildə müttəfiq respublikaların yeni konstitusiyaları qəbul etdiyi 
zaman onun göstərdiyi təşkilati fəaliyyət də çox böyük olmuşdur. Bəlli olduğu kimi, o 
vaxt respublikalarda qəbul olunmuş konstitusiyaların heç birində ana dili dövlət dili kimi 
qeyd olunmamışdı. Zaqafqaziya respublikalarından başqa digər respublikalar üçün belə 
problem artıq mövcud deyildi. Azərbaycanda isə dövlət dili maddəsi uğrunda qızğın 
mübarizə gedirdi. Ümummilli lider o günləri xatırlayaraq deyirdi: «1977-78-ci illərdə biz 
yeni konstitusiyanı qəbul edərkən bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz 
yeni konstitusiyada Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması barədə maddə 
hazırladıq. Qeyd etdiyim kimi, mən həmin konstitusiyanı hazırlayan komissiyanın sədri 
idim və bu işlərə rəhbərlik edirdim...”

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə