İqtisadiyyatın dövlət tənzimlənməsi



Yüklə 59,43 Kb.
səhifə1/7
tarix24.12.2023
ölçüsü59,43 Kb.
#160941
  1   2   3   4   5   6   7
Mövzu 5


Mövzu 14
İqtisadiyyatın dövlət tənzimlənməsi

  1. İqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəriyyəsi.

  2. İqtisadiyyatın dövlət tənzimlənməsinin zərurliyi və əhəmiyyəti.

  3. İqtisadiyyatın dövlət tənzimlənməsinin funksiyaları

  4. İqtisadiyyatın dövlət tənzimlənməsinin formaları.

  5. İqtisadiyyatın dövlət tənzimlənməsinin metodları.



1. İqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəriyyəsi.

Respublikamız öz siyasi və iqtisadi müstəqilliyini əldə etdikdən sonra dünya iqtisadiyyatının müstəqil subyektinə çevrilmişdir və qarşıda duran əsas vəzifələrdən biri iqtisadiyyatın müstəqil və özünün əsas tələblərinin ödənilməsi istiqamətində yenidən qurulması, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi oldu. Hazırda respublikada həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, respublikada bazar iqtisadiyyatı formalaşmışdır.


Bazar iqtisadiyyatı şəraitində dövlətin qarşısında duran əsas fəzifə iqtisadiyyatın idarə edilməsidir. İdarəetmənin isə ən mühüm funksiyalarından biri dövlət tənzimlənməsidir.
İqtisadiyyatın dövlət tənzimlənməsi mürəkkəb bir proses olub, dövlət tərəfindən ayrı-ayrı sferaların fəaliyyətini tənzimləmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsini özündə birləşdirir. Bu fəzifələri həyata keçirmək üçün dövlət müxtəlif alət və vəzifələrdən istifadə edir ki, bunların da ən mühümləri aşağıdakılardır:

  1. Fizkal (Maliyyə) siyasət

  2. Monetar (pul) siyasət.

  3. Sosial siyasət.

  4. Gəlirlərin tənzimlənməsi.

  5. İqtisadiyyatın strukturunun (qurulmasının) təkmilləşdirilməsi.

  6. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xarici-iqtisadi siyasətin aparılması

İqtisadiyyatın dövlət tənzimlənməsi əksər ölkələrində həyata keçirilir və inkişaf etmiş ölkələrdə bu sahədə böyük təcrübə toplanmışdır. Bir qayda olaraq bazar iqtisadiyyatı ölkələrində dövlət öz üzərinə iqtisadi sahəsində məhdud sayda funksiyalar götürür. Bu funksiyalardan biri də iqtisadiyyatın tənzimlənməsidir. Umumiyyətlə götürsək iqtisadiyyatın tənzimlənməsi sahəsində dünya təcrübəsində 2 formadan istifadə edilmişdir ( yəni iqtisadiyyatın dövlət idarə edilməsi).





Yüklə 59,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə