İqtisadiyyatın dövlət tənzimlənməsi


Mərkəzləşdirilmiş planlaşdırma (inzibati əmirlik üsulları ilə idarəetmə)



Yüklə 59,43 Kb.
səhifə2/7
tarix24.12.2023
ölçüsü59,43 Kb.
#160941
1   2   3   4   5   6   7
Mövzu 5

1. Mərkəzləşdirilmiş planlaşdırma (inzibati əmirlik üsulları ilə idarəetmə).
2.İqtisadi metodlarla və qanunlarla tənzimləmə (bu metod bazar iqtisadiyyatı şəraitdə tətbiq olunur).

Mərkəzləşdirilmiş planlaşdırma sistemi sosializm iqtisadi formasiyasında tətbiq edilmişdi və bir çox mənfi cəhətləri olduğundan iflasa uğramışdı.


Sərbəst bazar iqtisadiyyatı şəraitində və yalnız iqtisadi metodlarla makroiqtisadi səviyyədə tənzimləmə həyata keçirilir. Mikro səviyyədə isə yalnız müəssisə daxili planlaşdırma həyata keçirilir.
Dünya təcrübəsində iqtisadiyyatın dövlət tənzimlənməsi ilk dəfə XX əsrin əvvəllərində tətbiq olunmuşdu. Məlum olduğu kimi 1929-33-ci illərdə dunya iqtisadiyyatında dərin iqtisadi böhran baş vermişdi və böhrandan çıxmaq üçün bir çox tədbirlər həyata keçirilirdi. Həmin dövrdə məşhur Amerika iqtisadçısı Keyns iqtisadi böhrandan çıxmağın bir sıra yollarını göstərdi ki, bunun da əsasında dövlətin iqtisadiyyata müdaxiləsi dayanırdı. Bu tədbirlər nəticəsində ölkələrin əksəriyyətində “Böyük Depresiyadan” çıxmağa nail oldular. Daha sonra Keynsin iqtisadi təlimi daha da inkişaf etdirildi. Bununla yanaşı bir sıra nəzəriyyələr də meydana çıxdı.
İqtisadiyyatın dövlət tənzimlənməsinin klassik nəzəriyyələri vardır ki, onlar müasir iqtisadi proseslərin dərk edilməsi üçün çox mühümdür.
Merkantilizm – bu nəzəriyyə XVI əsrdə İngiltərədə meydana gəlmişdi. Onun banisi Monkretye sayılır. Merkantinizm əvvəl ticarət məsələlərini əhatə edirdi və ilkin kapital yığımı üçün ticarətin əsas olduğu göstərilirdi. Bu nəzəriyyəyə görə dövlət ticarət balansını aktivləşdirmək yolu ilə ölkədə pul yığımını artırmaq tətbirlərini həyata keçirməlidir ( ucuz alıb, baha satmaq).
Bu cərəyanın davamı olaraq fizokratlar sərvətin mənbəyini ticarətdə yox, istehsalda daha dəqiqi desək kənd təsərrüfatında görürdülər. Nəzəriyyənin banisi Fransa iqtisadçısı Fransua Kene olmuşdur. (XVIIIə).
Klassik nəzəriyyənin inkişafı Adam Smitin adı ilə bağlıdır. Bu nəzəriyyəyə əmək-dəyər nəzəriyyəsi də deyilir. A. Smit sərvətin maddi istehsalda yaradıldığını və onun mənbəyinin əmək olduğunu əsaslandırmışdı.

Yüklə 59,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə