İqtisadiyyatın dövlət tənzimlənməsi


İqtisadiyyatın dövlət tənzimlənməsinin funksiyaları



Yüklə 59,43 Kb.
səhifə5/7
tarix24.12.2023
ölçüsü59,43 Kb.
#160941
1   2   3   4   5   6   7
Mövzu 5

İqtisadiyyatın dövlət tənzimlənməsinin funksiyaları

Dövlət vətəndaş cəmiyyətinin siyasi və sosial-iqtisadi prinsiplərini həyata keçirir. O, makroiqtisadi bazar proseslərinin formalaşmasında fəal iştirak edir. Bunlara uyğun olaraq qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas funksiyalarına aşağıdakılar aiddir:

  • Iqtisadi qərarların qəbul edilməsi üçün hüquqi bazanın yaradılması. Dövlət, dövlətə məxsus olan və xüsusi müəssisələrin fəaliyyətini tənzimləyən qanunları işləyib hazırlayır və qəbul edir, vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirir;

  • İqtisadiyyatın sabitləşdirilməsi. Dövlət istehsalın azalması meylinin qarşısının alınması, inflyasiyanın azaldıl-ması və işsizliyin səviyyəsinin aşağı salınması, milli valyu-tanın sabitliyinin təmin olunması üçün büdcə-vergi və pul- kredit siyasətindən istifadə edir;

  • Bazar mexanizmi imkan vermədiyi hallarda makroiqtisadi və struktur tarazlığın qorunub saxlanması;

  • İnkişaf strategiyasının işlənib hazırlanması, əlverişli investisiya və sahibkarlıq, habelə milli strategiyanın məqsə-di və reallaşdırılması vasitələri də daxil olmaqla iqtisadiy-yatın səmərəli fəaliyyət göstərməsinin təmin olunmasında çox mühüm rol oynayan sosial mühitin formalaşdırılması;

  • Resursların düzgün bölüşdürülməsi. Dövlət, xüsusi müəssisələrdə istehsal olunmayan əmtəə və xidmətlərin iste-hsalını təşkil edir; kənd təsərrüfatının, rabitənin, nəqliyyatın inkişaf etdirilməsi üçün şərait yaradır; ölkənin müdafiəsi və elmin inkişafı ilə əlaqədar xərcləri müəyyən edir, təhsilin səviyyəsinin inkişaf proqramlarını formalaşdırır və həyata keçirir;

  • Əhalinin sosial müdafiəsi və sosial təminatı. Dövlət, əmək haqqının, yaşa və əlilliyə görə pensiyaların, işsizliyə görə müavinətlərin, aztəminatlı ailələrə müxtəlif növ yar-dımların minumum məbləğini müəyyən edir və ona təminat verir;


  • Yüklə 59,43 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə